ANA SƏHİFƏ / İQTİSADİYYAT

Qırğızıstan-Türkiyə marşrutu ilə dəmiryol yükdaşımaları Azərbaycandan keçəcək

7071    |   2020-05-21 20:46
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Qırğızıstan yükdaşıyıcıları Türkiyəyə və əks istiqamətdə daşımaların yeni dəmiryol marşrutunu hazırlayıb və reallaşdırıb.

Trend bu barədə Qırğızıstanın Ticarət-Sənaye Palatasına istinadən məlumat verir.

Qeyd olunur ki, bu marşrut Azərbaycan ərazisindən keçəcək.

Ticarət-Sənaye Palatasına nəqliyyat alt komitəsinin sədri Talant Matkerim bildirib ki, Türkiyənin "Arkas Logistik” şirkəti ilə razılaşma üzrə Oş şəhərində Türkiyədən gələn 40 konteyner qəbul edilib. Bu yük Gürcüstan və Azərbaycan ərazisindən, daha sonra dəniz yolu ilə Türkmənistana çatıb. Yük bu ölkədən dəmir yolu ilə Özbəkistandan keçərək Qırğızıstanın Oş şəhərinə gəlib:

"Əvvəllər biz avtomobil yolu ilə yük nəql edirdik. Amma koronavirusla əlaqədar dövlət sərhədlərini keçməkdə problem yarandı və sahibkarlar zərər çəkməyə başladı. Multimodal daşımaların işə düşməsi həm yüklərin ləngiməsinin qarşısını alacaq, həm də tədarük həcmlərini artırmağa imkan verəcək”.




İmza:

İpoteka kreditləşməsi üzrə müqavilə münasibətlərinin rəsmiləşdirilməsinin notarius tərəfindən sadələşdirilməsi imkanları

“AzerGold” QSC Çovdar yatağı üzrə resursların ciddi artımına nail olub

Mayın 22-də dolların manata qarşı məzənnəsi

Qırğızıstan-Türkiyə marşrutu ilə dəmiryol yükdaşımaları Azərbaycandan keçəcək

Azərbaycanda Amerika Ticarət Palatası ilə işgüzar görüş keçirilib

Vüqar Bayramov: “Azərbaycan Ordusunun təlimləri Ermənistana mesajdır”

Azərbaycanda yanvar-aprel aylarında neft və qaz hasilatı artıb

“AzerGold” QSC növbəti irihəcmli ixracını həyata keçirib

Astaraçay üzərində yeni körpü tikiləcək

Mayın 20-də dolların manata qarşı məzənnəsi

Bu ödənişi könüllü şəkildə geri qaytarmayanlar məhkəməyə veriləcək

Mikayıl Cabbarova yeni müşavir təyin edilib

SON XƏBƏRLƏR
2020-05-26
2020-05-25


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.23%)
Pullsuz (10.77%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK