ANA SƏHİFƏ / İDMAN

İsveçdəki yarış Bakıdakı Avropa çempionatının əvəzinə lisenziya xalları verəcək

5270    |   2020-05-21 20:00
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Ümumdünya Karate Federasiyası (WKF) Tokio Yay Olimpiya Oyunları üçün lisenziya xalları verən yeni turnirlərin siyahısını açıqlayıb.

13-15 mart tarixlərində Mərakeşin paytaxtı Rabatda keçirilməli olan Premyer Liqa və martın 25-dən 29-na qədər Bakıda təşkil olunmalı Avropa çempionatı koronavirusa görə ləğv edilmişdi.

Bu səbəbdən karateçilərin həmin iki yarışdan Olimpiadaya lisenziya xalları toplaması qeyri-mümkün olmuşdu. Ona görə də, WKF 2021-ci ildə Rabatda keçiriləcək analoji turnirin (17-19 aprel) və 2021-ci ildə İsveçin Geteborq şəhərində baş tutacaq Avropa çempionatının lisenziya xalları verən yarış olmasına qərar verilib.

Həmçinin, Rabat yarışı baş tutmasa, 2021-ci ildəAvstriyanın Zalsburq şəhərində təşkil ediləcək Premyer Liqasının lisenziya xalları verəcəyi istisna edilməyib. Bundan başqa, İsveçdəki yarış baş tutmazsa, ötən il İspaniyanın Qvadalaxara şəhərində baş tutmuş Avropa çempionatının nəticələrinin lisenziya xalları üçün hesablanacağı bildirilib.

Bundan başqa, Fransanın paytaxtı Parisdə baş tutmalı olan 8-10 may, sonra 26-28 iyuna təxirə salınan, daha sonra isə bu il üçün ləğv olunan Olimpiya Təsnifat Turniri 2021-ci ilə təxirə salınıb. Onun vaxtı daha sonra müəyyənləşdiriləcək.

Qeyd edək ki, hazırkı nəticələrə əsasən, Rafael Ağayev və İrina Zaretskaya Olimpiadaya lisenziyanı reytinqlə təmin ediblər.




İmza:
SON XƏBƏRLƏR
2020-05-29
2020-05-28


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.23%)
Pullsuz (10.77%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK