ANA SƏHİFƏ / SAĞLAMLIQ

Uşaqları koronavirusdan necə qoruyaq?

2671    |   2020-05-21 10:13
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Müxtəlif mənbələrdən olan məlumatlar uşaqların koronavirusa daha az məruz qaldıqları fikrini təsdiqləyir. Bu barədə koronavirus pandemiyası yenicə başlayanda belə bir fikir formalaşmışdı ki, uşaqlar koronavirusa yoluxmur. Lakin zaman keçdikcə uşaqlarda da bu virusa yoluxma faktları aşkarlandı. Hazırda isə bütün mülahizələr bir yerdə cəmləşir ki, uşaqlar bu virusa yoluxa bilir, amma bu xəstəliyin əlamətləri onlarda daha yüngül özünü göstərir və xəstəliyin gedişatı daha yüngül olur.

Bununla belə, son vaxtlar uşaqlarda da koronavirusun ciddi və ağır keçməsi faktları müşahidə olunub. Bu hallar, eyni zamanda bir çox ölkələrdə məktəblərin, uşaq bağçalarının bağlanması, insanlar arasında məsafənin saxlanılması və bir çox başqa ciddi tədbirlər valideynləri öz övladlarının təhlükəsizliyi barədə düşünməyə vadar edir.

Niyə koronavirus uşaqlarda bir cür, böyüklərdə başqa cür özünü büruzə verir? Əgər uşaqlarda da yoluxma varsa, bu onlara necə təsir edə bilər, onların gələcək həyatlarında özünü necə göstərər? Bütün valideynləri düşündürən bu suallarla Mərkəzi Gömrük Hospitalının pediatrı Nigar Mirzəyevaya müraciət etdik.

-Doktor, ilk öncə bilmək istərdik, azyaşlı uşaqlar koronavirusa yoluxurmu?

-Bəli, uşaqlar da böyüklər kimi koronavirusla qarşılaşdıqda, bu virusa yoluxurlar və onlarda da Covid-19-un simptomları özünü göstərir. Çinin Xəstəliklərə Nəzarət və Profilaktikası Mərkəzinin apardığı tədqiqatların (20 fevral 2020-ci il) nəticələrinə görə, Çində 19 yaşından aşağı olan uşaqlarda koronavirus xəstəliyi Covid-19-a yoluxan 72 314 nəfərdən 2% təşkil edir. Amerika tədqiqatçılarının gəldiyi nəticəyə görə isə, ABŞ-da koronavirusa yoluxanlar arasında uşaqlar 1% təşkil etmişdir və 508 xəstə uşaq arasında heç bir ölüm hadisəsi olmamışdır.

-Koronavirus uşaqlara necə təsir edir? Bu xəstəliyə yoluxan uşaqlar sağaldıqda necə, bu, onların gələcək həyatında özünü nə vaxtsa göstərə bilərmi?

- Dünya statistikasında uşaqlar arasında koronavirusla bağlı xəstəxanalarda yatış və ölüm sayı çox azdır. Bütün yaş qruplarından olan uşaqlarda xəstəliyin ağır keçirmə göstəricisi böyük yaş qrupunda olan insanlara nisbətən 1% təşkil edir. Koronavirus uşaqlarda əsasən simptomsuz keçir, simptomlu xəstələrdə isə əlamətlər əsasən yüngül qızdırma, burun axıntısı və öskürək şəklində özünü göstərir. Böyüklərdə olduğu kimi, uşaqlar da bu virusdan sağaldıqdan sonra bu, onların gələcək həyatlarında özünü göstərmir.

-Niyə uşaqlarda koronavirus daha yüngül keçir?

-"Journal of the American Medical Association” tibb jurnalında dərc edilmiş araşdırmalarda virusun əsasən 50-60 yaşlı insanları yoluxdurduğu bildirilir və ən sıx görülən fəsadı - kəskin ağciyər sıxılma sindromudur. Bu zaman virusa qarşı orqanizmin immun sistemi daha güclü müqavimət göstərir. Ağciyərlərdə maye və immunitet hüceyrələrinin toplanması - "sitokin partlaması” baş verir və oksigen diffuziyasını blokada edir. Aparılan bəzi araşdırmalar göstərir ki, uşaqlarda koronavirusun yüngül keçməsinin səbəbi immun sisteminin hələ inkişafda olması ilə bağlıdır

-Doktor, deyə bilərsinizmi, risk qrupuna hansı uşaqlar daxildir?

- Bu risk qrupuna əsasən südəmər uşaqlar (1 yaşa qədər), anadangəlmə ürək qüsuru olan uşaqlar, xroniki böyrək problemi olanlar, onkoloji xəstəlik nəticəsində kimya terapiyası alan uşaqlar və orqan transplantasiyası əməliyyatı keçirən uşaqlar aiddir.

-Koronovirusa yoluxmuş hamilə qadının bu virusu bətnindəki uşağa keçirməsi ehtimalı varmı?

-Çinin Uhan şəhərində, həmçinin Northüestern Universtetində koronavirusa yoluxmuş hamilə qadınlar üzərində aparılan tədqiqatların nəticələr göstərir ki, koronavirus hamilə qadından körpəsinə keçmir. Həmçinin, dünyanın nüfuzlu həftəlik "The Lancet” tibb jurnalında yayımlanan çalışmalarda da koronavirusun ana bətnindən cift yolu ilə körpəyə keçmədiyi müəyyən olunub.

-Uşaqları koronavirusdan necə qorumalıyıq?

-Uşaqları koronavirusdan qorumaq üçün öncə valideynlər özləri gigiyenik qaydalara əməl etməlidirlər. Dırnaq, əl gigiyenasına diqqət etməli, evə gələrkən mütləq geyimlərini dəyişməli və digər lazımi tədbirləri görməlidirlər. Uşaqlar da tez-tez əllərini yumalıdır. Həmçinin, uşaqlara sosial məsafələrin saxlanması qaydaları, öskürək və ya asqırma zamanı dirsək ilə ağızın bağlanması lazımdır.

1 yaşına qədər olan uşaqlar hər bir şeyi ağızlarına apardıqlarına görə oyuncaqların, paltarların gigeniyasına diqqət edilməlidir, uşaq paltarları 60-90 dərəcədə yuyulmalıdır. Burada bir vacib məsələni də qeyd etmək istərdim ki, bu dönəmdə rutin peyvəndlərin vaxtında vurulmasının çox böyük əhəmiyyəti var. Bütün bunlara əməl edən valideynlər öz uşaqlarını Covid-19-dan qoruya bilərlər.




İmza:

Koronavirusun adaptasiyası ilə bağlı şübhəli məqam

İranda koronavirusun yeni dalğası gözlənilir

İki yaşdan kiçik uşaqlar maska taxmalıdır? - XƏBƏRDARLIQ

Alkoqolun koronavirusa təsiri: Alimlər xəbərdarlıq etdi

Braziliyada sutka ərzində 807 nəfər koronavirusun qurbanı olub

ÜST koronavirusun müalicəsi üçün nəzərdə tutulan maddələrin sınaqlarını dayandırıb

Can dərmanları: Alça və çiyələyin faydaları

ABŞ Braziliyaya min ədəd süni tənəffüs cihazı göndərəcək

Azərbaycanda koronavirusla bağlı aparılan testlərin sayı açıqlandı

Türkiyədə koronavirusdan sağalanların sayı 120 minə yaxınlaşır

Yaponiyada yeni yoluxma hallarının sayı artıb

Azərbaycanda bir kəndin bütün sakinləri koronavirus yoxlamasından keçdi - VİDEO

SON XƏBƏRLƏR
2020-05-27


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.23%)
Pullsuz (10.77%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK