ANA SƏHİFƏ / HADİSƏ

Bakıda saat 18:00-dan sonra gizli fəaliyyət göstərən restoran aşkarlanıb

4809    |   2020-05-20 16:49
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Binəqədi rayonunda sanitar-karantin qaydalarına zidd olaraq saat 18:00-dan sonra gizli fəaliyyət göstərən restoran aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, ölkədə tətbiq edilən sanitar-karantin qaydalarına əsasən, Binəqədi Rayon Polis İdarəsinin İctimai Təhlükəsizlik Şöbəsi, Post Patrul Xidməti Bölüyü və 43-cü Polis Bölməsi əməkdaşları tərəfindən keçirilən tədbir zamanı həmin obyektin sanitar-karantin rejimi qaydalarına zidd olaraq müəyyən edilən saatlardan kənar gizli fəaliyyət göstərdiyi və müştərilən qəbul edildiyi müəyyən olunub. Həmçinin, restorana baxış zamanı müştərilərin sosial məsafə gözləmədiyi və tibbi maskalardan da istifadə etmədikləri aşkar edilib. Obyektin sahibi Nurəli Mənsimov və orada olan 24 müştəri saxlanılaraq Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinə gətirilib. Bölmədə obyekt sahibi və müştərilər polislər tərəfindən tibbi maskalarla təmin ediliblər.

Karantin qaydalarını pozan obyekt sahibi İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə 2000 manat, müştərilərin hər biri isə 100 manat məbləğində cərimə olunublar.

Qeyd edək ki, Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda restoran, kafe, çay evlərində müştərilərə yerində xidmət mayın 18-dən bərpa edilib. Qəbul edilən qaydalara əsasən, bütün ictimai iaşə məkanlarında müştərilərə saat 08:00-dan 18:00-dək yerində xidmət göstərmək olar. Amma bəzi restoran və kafelər fəaliyyətlərini qeyd edilən saatlardan əlavə davam etdirməyə cəhd göstərsələr də, polis əməkdaşları tərəfindən bunun qarşısı alınır.



İmza:

Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 25 dəfə pozub

Dəniz quldurları ötən ay girov götürdükləri rusiyalı dənizçiləri azad etdilər

DYP 5 nəfərin öldüyü qəza ilə bağlı məlumat yaydı

Azərbaycanda hərbçilərin öldüyü dəhşətli qəza ilə bağlı cinayət işi açıldı

Gəncədə avtomobil doqquz metrlik quyuya düşdü, bir nəfər öldü - VİDEO

Gəncədə avtoxuliqanlıq baha başa gəldi: Sürücülük vəsiqəsi alındı, həbs edildi - VİDEO

Mingəçevirdə baş vermiş qəzaya görə cinayət işi başlandı

Zarafat etmək istədi, dostu ölümdən qayıtdı - VİDEO

Migəçevirdəki qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA: Vəziyyəti ağır olanlar var

İranın cənub-qərbində zəlzələ olub

Mingəçevirdə dəhşətli qəza: Qadın sürücü yeddisi azyaşlı olmaqla, 10 nəfəri vurdu - YENİLƏNİB

Avtobus sürücüləri əvvəlcə yarışdılar, sonra dalaşdılar - VİDEO

SON XƏBƏRLƏR
2020-05-27


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.23%)
Pullsuz (10.77%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK