ANA SƏHİFƏ / SİYASƏT

Türkiyə ilə Azərbaycan arasında bir neçə sənəd Milli Məclisin plenar iclasında tövsiyə olunub

12472    |   2020-05-20 15:02
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Mayın 20-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin iclasında 7 məsələyə baxılıb.

Adalet.az-ın məlumatına görə, gündəlik barədə məlumat verən komitənin sədri Səməd Seyidov öncə VI çağırış Milli Məclisdə xanım Spiker Sahibə Qafarovanın rəhbərliyi ilə parlamentin beynəlxalq əlaqələrinin inkişafı sahəsində böyük islahatlar aparıldığını vurğuladı, görülən işlərdən və qarşıda duran vəzifələrdən danışdı, parlamentlərarası əlaqələr üzrə işçi qruplarının fəaliyyətə başladığını bildirdi. Səməd Seyidov qarşıdan gələn Ramazan bayramı və Respublika günü ilə əlaqədar deputatlara təbriklərini çatdırdı.

Sonra iclasa dəvət olunmuş Milli Məclis Aparatının Beynəlxalq münasibətlər şöbəsinin müdiri İlkin Məmmədov çıxış etdi. Bildirdi ki, yeni tərkibdə fəaliyyətə başlamış Milli Məclisdən həm cəmiyyətin, həm də ölkə rəhbərinin gözləntiləri çox böyükdür. Bu gözləntilər arasında parlamentin beynəlxalq fəaliyyəti ilə əlaqədar məqamlar da var və bu, mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Prezidenti VI çağırış Milli Məclisin ilk iclasında parlamentarlardan beynəlxalq arenada çox fəal olmalarını istəmişdir. Bu baxımdan bütün deputatların, xüsusilə də Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi üzvlərinin, eləcə də Beynəlxalq münasibətlər şöbəsinin üzərinə böyük məsuliyyət düşür.

Çıxışında parlament diplomatiyasının əhəmiyyətini xüsusi vurğulayan İlkin Məmmədov qeyd etdi ki, parlament diplomatiyamızın cənab Prezidentin qarşıya qoyduğu hədəflər istiqamətində daha fəal və təsirli formada qurulması işində millət vəkillərimizlə bərabər fəaliyyət göstərməyə tam hazırıq.

Sonra Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov gündəlikdəki qanun layihələrini şərh etdi. Öncə bu il fevralın 25-də Azərbaycan və Türkiyə hökumətləri arasında Bakıda imzalanmış Sazişlər və Əlavə Protokol barədə məlumat verdi. Bildirdi ki, bu sənədlər Azərbaycan-Türkiyə əlaqələrinin yeni mərhələyə yüksəlməsi üçün çox vacibdir. "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişi” ölkəmizin iqtisadi maraqlarına uyğundur.

Qeyd olundu ki, "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında” Saziş vacib və əhəmiyyətli məsələləri əhatə edir. Belə ki, bu sənəd ölkələrimiz arasında dostluq və əməkdaşlığı möhkəmləndirməklə yanaşı, Azərbaycan və Türkiyə vətəndaşlarının səfərlərini də asanlaşdıracaq. Saziş hər iki tərəfin etibarlı pasport sahiblərinə şamil ediləcək. Yəni tərəflərin vətəndaşlarına məxsus pasportların ölkəyə giriş tarixindən etibarən ən azı 6 ay etibarlılıq müddəti olmalıdır və qonşu ölkədə vizasız maksimum qalma müddəti 90 gün nəzərdə tutulur.

Komitə üzvlərinə məlumat verildi ki, "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında hərbi maliyyə əməkdaşlığı haqqında” Sazişin məramı uzun illər mövcud olan dostluq əlaqələri çərçivəsində hərbi əməkdaşlığı daha da möhkəmləndirməkdir.

Nəzərə çatdırıldı ki, 2013-cü ilin 13 noyabrında Ankarada imzalanmış "Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında təhlükəsizlik üzrə əməkdaşlıq haqqında Saziş”də 2020-ci ilin 25 fevralında zəruri dəyişikliklər edilib. Müasir çağırışlardan irəli gələn həmin dəyişikliklərə dair Bakıda imzalanmış Əlavə Protokoldakı müddəalar mühüm əhəmiyyətə malikdir.

Sonra Səməd Seyidov Azərbaycan və Türkmənistan hökumətləri arasında bu il martın 11-də Bakıda imzalanmış sənədlər barədə məlumat verdi. Bildirdi ki, "Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Azərbaycan Respublikasının Türkmənistandakı Səfirliyinin və Türkmənistanın Azərbaycan Respublikasındakı Səfirliyinin yerləşməsi üçün qarşılıqlı olaraq torpaq sahələrinin ayrılması haqqında” Saziş ölkələrimiz arasındakı ənənəvi dostluq münasibətlərini daha da inkişaf etdirmək, qarşılıqlı olaraq diplomatik nümayəndəliklərin fəaliyyəti üçün əlverişli şərait yaratmaq məramına xidmət edir.

Deputatların diqqətinə çatdırıldı ki, "Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında beynəlxalq avtomobil əlaqələri haqqında 2008-ci il 19 may tarixli Sazişə dəyişikliklər və əlavələr edilməsi barədə” Protokolda ehtiva olunan əlavə və dəyişikliklər ölkələrimiz arasında avtomobil əlaqəsinin asanlaşdırılmasına, həmçinin bu iki dövlətin ərazisindən üçüncü ölkələrə tranzit üçün əlverilşli şəraiti təmin etməyə yönəldilib.

Sənədlər barədə məlumat dinlənildikdən sonra iclasda fikir mübadiləsi aparıldı. Müzakirələrdə Sabir Rüstəmxanlı, Ramil Həsən, Elman Nəsirov rəy və təkliflərini bildirdilər. Vurğulandı ki, komitəyə təqdim olunmuş bütün sənədlər Azərbaycanın milli maraqlarına uyğundur.

Komitədə baxılan Azərbaycanla Türkiyə və Azərbaycanla Türkmənistan arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsinə dair Sazişlərin və Protokolların təsdiq edilməsi barədə qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə olundu.

Sonra iclasda cari məsələlərə baxıldı. Məzahir Əfəndiyev, Elman Nəsirov, Asim Mollazadə, Cavanşir Feyziyev, Ramil Həsən beynəlxalq təşkilatlarla münasibətlərin daha səmərəli qurulması, xaricdə yaşayan azərbaycanlılarla sıx əlaqələrin yaradılması, parlament və hökumət arasında əməkdaşlığın vacibliyi, Azərbaycan XİN və Diaspor Komitəsi ilə birgə iş aparılması zərurətini və s. önə çəkdilər. Yekunda komitə sədri səslənən fikirlərə münasibətini bildirdi.

Nicat Novruzoğlu


İmza:

“Artıq nakişi olmaqdan bezmişik, kütləvi qeyrətsizləşmə başa çatmaq üzrədir...”

Ağstafaya yeni icra başçısı təyin olundu - SƏRƏNCAM

İlham Əliyev yeni təyin olunan icra başçılarını qəbul edib - YENİLƏNİB

Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevi təbrik edib

Adil Əliyev: ABŞ-ın maraqları Azərbaycanla strateji tərəfdaşlığı diktə edir

Prezident İlham Əliyev: Azərbaycanda 30-dan çox DOST mərkəzinin fəaliyyətə başlaması nəzərdə tutulur

İlham Əliyev: Azərbaycanın bu çətin gündə Moldovaya həmrəylik göstərməsi təbiidir

Gürcüstanın dövlət başçısı Prezident İlham Əliyevə təbrik məktubu göndərib

Azərbaycanla Fransa arasında əməkdaşlıq yüksək səviyyədədir

Sinqapurun dövlət başçısı Prezident İlham Əliyevi təbrik edib

Çinin baş naziri: ABŞ-la münasibətlər yeni çətinliklərlə üzləşib

Pakistanın Baş Naziri Prezident İlham Əliyevi təbrik edib

İran XİN Azərbaycan xalqını təbrik edib

Türkiyə Prezidenti Azərbaycan xalqını Respublika Günü münasibətilə təbrik etdi

Adil Əliyev: Şərqdə ilk Cümhuriyyətin Azərbaycanda qurulması təsadüfi hadisə deyildi

Türkiyə səfirliyi Azərbaycanı Respublika günü münasibətilə təbrik edib

Putin finlandiyalı həmkarı ilə koronavirusa qarşı mübarizədə əməkdaşlığı müzakirə edib

Vladimir Zelenski Prezident İlham Əliyevə telefonla zəng edib

Bir sıra hökumət başçıları Baş Nazir Əli Əsədova təbrik məktubu göndəriblər

Özbəkistanın dövlət başçısı Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib

Rusiyalı deputat: Bu gün Azərbaycan ən nüfuzlu və sürətlə inkişaf edən dövlətlər sırasına daxildir

Vladimir Zelenski Prezident İlham Əliyevi təbrik edib

SON XƏBƏRLƏR
2020-05-28
2020-05-27


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.23%)
Pullsuz (10.77%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK