ANA SƏHİFƏ / MƏDƏNİYYƏT

Yeni tələblərin şamil olunacağı turizm subyektlərinin sayı arta bilər

5141    |   2020-05-19 20:27
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosu tərəfindən ölkənin turizm sənayesində sanitariya və gigiyena qaydalarına əməl olunmasının effektivliyini təmin etmək məqsədilə hazırlanan Sanitariya və Gigiyena Metodları və Normaları Proqramının (SAHMAN - Sanitation and hygiene methods and norms) gələcəkdə turistlərə xidmət göstərən digər subyektlərə şamil olunacağı da gözlənilir.

Trend-in məlumatına görə, bunu Azərbaycan Turizm Bürosunun Turizm sənayesi və destinasiyanın inkişafı departamentinin rəhbəri İlkin Cavadov deyib.

Onun sözlərinə görə, bu proqram hazırda turizm fəaliyyəti ilə məşğul olan beş subyektə - yerləşdirmə vasitələri, turistlərə xidmət göstərən iaşə obyektləri, turistlərə xidmət göstərən nəqliyyat növləri, bələdçilər və Dövlət Turizm Agentliyinin nəzdində olan 7 qoruğa şamil edilir.

İ.Cavadov əlavə edib ki, gigiyena və sanitariya normaları turizm sektoru üçün ən başlıca kriteriyalardandır:

"Bunu nəzərə alaraq, Sanitariya və Gigiyena Metodları və Normaları Proqramı hazırlanıb. Həmin normalar sırf Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən qəbul olunan və tövsiyə edilən gigiyena və sanitariya normaları əsasında tərtib edilib”.

Xatırladaq ki, SAHMAN proqramının əsas məqsədi də ölkə daxilində və beynəlxalq aləmdə Azərbaycanı təhlükəsiz turizm məkanı kimi tanıtmaq və rəqabətliliyini artırmaqdır.

Proqram turistləri COVID-19 tipli nəfəs yolu xəstəliklərindən qorumaq üçün sənaye nümayəndələrini qabaqlayıcı tədbirlər kimi sanitariya və gigiyena tövsiyələrinə əməl etməyə çağıraraq, həm də gələcəkdə baş verə biləcək hər hansı bu növ xəstəliklərlə mübarizədə uğurlu təcrübə formalaşdırmaq məqsədini daşıyır.




İmza:
SON XƏBƏRLƏR
2020-05-24
2020-05-23


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.23%)
Pullsuz (10.77%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK