ANA SƏHİFƏ / HÜQUQ

Baş Prokurorluq terrorçuluğu maliyyələşdirən şəxsi həbs edib

4780    |   2020-05-19 16:21
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Azərbaycan Respublikasının Baş Prokurorluğu və Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən ölkənin ictimai təhlükəsizliyinə qarşı yönələn təhdid və pozuculuq hərəkətlərinin qarşısının alınması və təqsirli şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri tədbirlər davam etdirilir.

Baş Prokurorluğun Mətbuat xidmətindən Adalet.az-a verilən məlumatda bildirilir ki, həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə Məmmədov Qabil Əmrah oğlunun Azərbaycan Respublikası ərazisində 2015-2017-ci illərdə törətdiyi aldatma və etibardan sui-istifadə etmə yolu ilə külli miqdarda özgə əmlakını ələ keçirmə cinayət əməllərinə görə məsuliyyətdən yayınmaq məqsədi ilə Almaniya ərazisində sığınacaq alaraq Azərbaycan Respublikası ərazisində terrorçuluğa hazırlıq və terrorçuluğa açıq çağırışlar etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində başlanmış cinayət işinin istintaqı zamanı Q.Məmmədovun əvvəllər konkret cinayət əməllərinə görə məhkum olunmuş həmfikirləri və havadarları ilə qabaqcadan əlbir olduğu qrupda gizli təşkilatlanıb Azərbaycan Respublikasında ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, dövlət hakimiyyət orqanları tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə terror aktları törətmək üçün 2019-cu ildə sosial şəbəkələr vasitəsi ilə yayımladığı çoxsaylı videoçıxışlarında özünə tərəfdar bildiyi və dəstək verəcəklərini güman etdiyi həmfikirlərinə müraciət edərək silahlanıb mümkün kütləvi aksiyaların gedişində Azərbaycan Respublikasının hakimiyyət orqanlarının yüksək vəzifəli şəxslərini, o cümlədən ictimai asayişi qoruyan polis əməkdaşlarını qətlə yetirmək, onların evlərini yandırmaqla terrorçuluğun törədilməsinə yönələn açıq çağırışlar etməsinə əsaslı şübhələr müəyyən edilib.

Aparılmış istintaqla həmin materialları internet resurslarında yaymaqla nəzərdə tutulmuş cinayətlərin hazırlanması və törədilməsində istifadə edilməsi məqsədi ilə dövlətə və hakimiyyətə qarşı cinayət əməllərində dəstəklənməsinə etibar etdiyi şəxslərə, o cümlədən yaxından tanıdığı həmyerlisi Əhmədov Niyaməddin Arif oğluna müxtəlif üsullarla göndərdiyi pul vəsaitlərini verməsinə, sonuncunun isə öz növbəsində terrorçuluğun maliyyələşdirilməsində istifadə olunacağını bilib həmin pul vəsaitlərini qəbul edərək uydurma ünvanlar adı altında qəsdən toplamaqla terrorçuluğun maliyyələşdirilməsi cinayətini törətməsinə əsaslı şübhələr müəyyən edilib. Lakin Qabil Məmmədovun çıxışlarında bəyan etdiyi terrorçuluğun törədilməsinə yönələn cinayət əməlləri iradəsindən asılı olmayan səbəblərdən başa çatdırılmayıb.

Göstərilənlərlə əlaqədar hazırda barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilməklə axtarışda olan Qabil Məmmədova Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham elan olunmaqla onun Azərbaycan Respublikasına ekstradisiyası üzrə müvafiq hüquqi prosedurlar həyata keçirilir. Niyaməddin Əhmədov isə Cinayət Məcəlləsinin 214-1-ci (Terrorçuluğu maliyyələşdirmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Dövlətçiliyimizin maraqlarının, ölkəmizdə bərqərar olmuş dayanıqlı ictimai-siyasi sabitlik və əmin-amanlığın pozulmasına yönələn bütün hüquqazidd əməllərin və onları törətmiş şəxslərin vaxtında aşkarlanaraq məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri tədbirlər bundan sonra da qətiyyətlə davam etdiriləcək.




İmza:

Azərbaycan məhkəmələri xaricdəki mülkləri müsadirə edə biləcək

Oğuzda 13 yaşlı şəxsin meyiti çaydan tapılıb - RƏSMİ

Baş Prokurorluq Goranboydakı hadisə ilə bağlı xəbərdarlıq etdi

Prokurorluq işçilərinə “Əməkdar hüquqşünas” fəxri adı verildi - SƏRƏNCAM

Baş Prokurorun yeni müavinləri - ADLAR

Mingəçevirdə qadının qətli ilə bağlı cinayət işi başlandı - RƏSMİ

İnsan alverindən zərər çəkmiş əcnəbilərin qeydiyyatının aparılması proseduru müəyyən edilib

Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib

Gədəbəy və Samux rayonlarına prokuror təyin olundu

Dövlət Təhlükəsizliyi Xidməti sisteminə işə götürülən işçilərin ştat sayı həddinə dəyişiklik təsdiqləndi - FƏRMAN

Baş Prokurorluq: Nazirliyin sabiq əməkdaşı həbs edildi

Məhkəmə DSX-nin həbs edilən polkovnikinin şikayətini təmin etmədi

SON XƏBƏRLƏR
2020-05-24
2020-05-23


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.23%)
Pullsuz (10.77%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK