ANA SƏHİFƏ / ELM VƏ TƏHSİL

Beynəlxalq rəsm müsabiqəsinə start verilir

6935    |   2020-05-19 14:52
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Təhsil Nazirliyi 1 saylıUşaq Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə 19 may-15 iyun tarixlərini əhatə edən "Mənim milli adət-ənənələrim" adlı beynəlxalq onlayn rəsm müsabiqəsinə start verilir.

Adalet.az bildirir ki, müsabiqənin keçirilməsində məqsəd müxtəlif xalqların adət-ənənələri, tarix və mədəniyyəti, məişəti, zəngin mədəni irsinin öyrənilməsi, uşaq və gənclər arasında dostluq münasibətlərinin yaradılması, həmçinin istedadlı uşaqları üzə çıxarmaqla onların bədii-estetik səviyyəsinin yüksəldilməsindən ibarətdir.

Mövcud pandemiya ilə əlaqədar onlayn platformada təşkil olunan müsabiqənin 3 yaş qrupu (6-11,11-14,14-17) üzrə keçirilməsi nəzərdə tutulub. Sözügedən müsabiqədə iştirakçılar hər yaş qrupu üzrə yalnız 1 iş təqdim edə bilərlər. "Mənim milli adət-ənənələrim" adlı beynəlxalq onlayn rəsm müsabiqəsində iştirak etmək istəyənlər ərizə formasını iyunun 14-dək 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin elektron poçt ünvanına ([email protected]z) göndərməlidirlər.

Hər yaş qrupu üzrə qaliblər müsabiqənin Təşkilat Komitəsinin seçdiyi münsiflər heyəti tərəfindən müəyyən ediləcək və 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin diplomları ilə təltif olunacaqlar. Həmçinin qalib işlər sosial şəbəkələrdə və digər media qurumlarında geniş işıqlandırılacaq.

Qeyd edək ki, yeni koronavirus (COVİD-19) infeksiyası ilə bağlı tətbiq edilən karantin rejimi ilə əlaqədar onlayn platformada keçirilən beynəlxalq rəsm müsabiqəsində Azərbaycanla yanaşı Türkiyə, Rusiya, Gürcüstan, Qazaxıstan və digər xarici ölkələrdən də məktəblilər iştirak edəcək.




İmza:

Məktəblərdə daha çox hansı fənlər üzrə vakant müəllim yerlərinin olduğu açıqlanıb

ADU-nun Əlavə təhsil və təcrübə fakültəsi tələbə qəbulu elan edib

UNEC-in 90 illiyinə həsr olunan beynəlxalq elmi konfrans keçirilib

Peşə dərslərinin mayın 29-na olan cədvəli açıqlanıb

"Dərs vaxtı" verilişinin sabahkı cədvəli müəyyənləşdirilib

ADU-nun tələbələri beynəlxalq müsabiqənin qalibi olub

"Dərs vaxtı" verilişinin sabahkı cədvəli müəyyənləşdirilib

Məktəbdənkənar təhsil müəssisələrinin rəhbərləri ilə videokonfrans keçirilib

Müəllimlərin onlayn müsahibələrinin nəticələri məlumdur

Azərbaycan Təhsil Şəbəkəsi çərçivəsində müəllimlərə dəstək

Məktəb direktorları və müavinləri ilə virtual görüş keçirildi

İmtahan üçün seçilmiş binaların sayı artırıldı

SON XƏBƏRLƏR
2020-05-31
2020-05-30


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.23%)
Pullsuz (10.77%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK