ANA SƏHİFƏ / ELM VƏ TƏHSİL

Məktəblilər üçün virtual muzey həftəsinə start verilib - FOTOLAR

7524    |   2020-05-19 11:41
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Təhsil Nazirliyinin dəstəyi, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı, Türk Mədəniyyəti və İrsi Beynəlxalq Fondunun birgə əməkdaşlığı ilə "Türk dünyası muzeylərinin həftəsi” proqramı üzrə məktəblilər üçün muzey həftəsinə start verilib.

Cari ilin 18-24 may tarixlərini əhatə edən "Türk dünyası muzeylərinin həftəsi" proqramının videokonfrans formatında keçirilən rəsmi açılışında Təhsil naziri Ceyhun Bayramov çıxış edərək bildirib ki, builki "Məktəblilər üçün muzey həftəsi" proqramının COVID-19 pandemiyası ilə əlaqədar onlayn platformada keçirilməsi nəzərdə tutulub. Həmçinin məktəblilərin evdən çıxmadan dünya muzeylərinə virtual ziyarətlərinin təşkili imkanları yaradılıb.

Nazir şagirdlərin bədii estetik zövqlərinin formalaşması baxımından muzeylərin böyük əhəmiyyət kəsb etdiyini, məktəblilərin muzeylərə ekskursiyalarının təşkilinin təkcə muzeylər həftəsində deyil, digər vaxtlarda da təmin olunmasının vacibliyini qeyd edib. Ceyhun Bayramov muzeylərə ekskursiyaların təşkilinin şagirdlərin tariximiz, adət-ənənələrimiz, tarixi şəxsiyyətlərimiz, tanınmış incəsənət xadimləri haqqında daha ətraflı məlumat almasında, onların dünyagörüşünün zənginləşməsində mühüm rolunu vurğulayıb.



Nazir çıxışının sonunda tədbirin təşkilinə göstərdiyi dəstəyə görə Türk Mədəniyyəti və İrsi Beynəlxalq Fonduna minnətdarlığını bildirib, proqramın işinə uğurlar arzu edib və məktəblilərə ekskursiyalarda fəal iştirak etməyi tövsiyə edib. Ceyhun Bayramov "Türk dünyası muzeylərinin həftəsi” proqramının ölkələrimizin dostluq əlaqələrinin möhkəmlənməsinə və qarşılıqlı əməkdaşlığın gücləndirilməsinə öz töhfəsini verəcəyinə də inamını ifadə edib.

Tədbirdə həmçinin Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, Qazaxıstan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Serjan Abdıkarimov, Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral, Özbəkistan Respublikasının Azərbaycandakı səfiri Baxrom Aşrafxanov, Macarıstan Respublikasının Azərbaycandakı səfiri Viktor Szederkenyin, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Firuzə Sultan-zadə, Azərbaycan Xalça Muzeyinin direktoru Şirin Məlikova salamlama nitqi ilə çıxış ediblər.


Sonra layihədə iştirak edən Qazaxıstan Milli Muzeyi, Qapar Aytiyev adına Qırğızıstan Milli İncəsənət Muzeyi, Türkiyə Respublikası Troya Muzeyi, Özbəkistan Dövlət Tarix Muzeyi, Macarıstanın Milli Muzeyinin direktorları çıxış edərək birgə əməkdaşlığın müsbət təsirlərini qeyd ediblər.

Daha sonra isə Azərbaycan Milli Xalça Muzeyinə virtual tur keçirilib.

COVİD-19 pandemiyası ilə əlaqədar virtual təşkil olunan ekskursiyaların keçirilməsində əsas məqsəd məktəbliləri dünya muzeylərinin kolleksiya fondu ilə tanış etmək, şagirdlərə ölkələrin qədim tarixi, milli-mənəvi dəyərləri barədə daha ətraflı məlumat verməkdən ibarətdir.



Layihə çərçivəsində mayın 18-dən başlayaraq 24-dək hər gün Türk dövlətlərinin aparıcı muzeylərindən biri uşaq və gənclər üçün onlayn təqdimat, virtual ekskursiya təşkil edəcək. Belə ki, proqrama əsasən, mayın 18-də Azərbaycan Milli Xalça Muzeyi, 19-da Qazaxıstan Milli Muzeyi, 20-də Qapar Aytiyev adına Qırğızıstan Milli İncəsənət Muzeyi, 21-də Türkiyənin Troya Muzeyi, 22-də Özbəkistan Dövlət Tarix Muzeyi və 23-də Macarıstan Milli Muzeyi öz eksponatlarını onlayn formatda təqdim edəcəklər. Proqram ayın 24-də Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin gənc bələdçiləri tərəfindən muzeylərə onlayn ekskursiyaların təqdimatları ilə yekunlaşacaq. Virtual eksursiyalara məktəblilərin və Bakı şəhəri ilə yanaşı respublikanın digər regionlarında fəaliyyət göstərən uşaq-gənclər inkişaf mərkəzlərinin dərnək üzvlərinin qoşulması nəzərdə tutulub.

Qeyd edək ki, 18 may tarixi dünyanın 150-dən çox ölkəsində Beynəlxalq Muzeylər Günü (International Museum Day) kimi qeyd olunur. Bununla əlaqədar 2015-ci ildən başlayaraq Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi və YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının birgə təşəbbüsü ilə keçirilən "Məktəblilər üçün muzey həftəsi" layihəsinə start verilib və onun əsasında yeni interaktiv təhsil proqramı yaradılıb. Proqram çərçivəsində hər il mayın 12-dən 18-dək və ya mayın 18-dən 24-dək bir həftə ərzində Bakı şəhəri və regionlarda fəaliyyət göstərən muzeyləri əhatə etməklə "Muzey həftəsi" keçirilir.


Bu tədbirin uğurla həyata keçirilməsində Mədəniyyət Nazirliyi, Heydər Əliyev Mərkəzi və "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu yaxından iştirak edib. Beş il ərzində maarifləndirici "Muzeylər həftəsi” proqramı çərçivəsində Bakı şəhəri və regionlarda fəaliyyət göstərən muzeylərə 75 mindən çox şagirdin ekskursiyası təşkil edilib.





İmza:

Məktəblərdə daha çox hansı fənlər üzrə vakant müəllim yerlərinin olduğu açıqlanıb

ADU-nun Əlavə təhsil və təcrübə fakültəsi tələbə qəbulu elan edib

UNEC-in 90 illiyinə həsr olunan beynəlxalq elmi konfrans keçirilib

Peşə dərslərinin mayın 29-na olan cədvəli açıqlanıb

"Dərs vaxtı" verilişinin sabahkı cədvəli müəyyənləşdirilib

ADU-nun tələbələri beynəlxalq müsabiqənin qalibi olub

"Dərs vaxtı" verilişinin sabahkı cədvəli müəyyənləşdirilib

Məktəbdənkənar təhsil müəssisələrinin rəhbərləri ilə videokonfrans keçirilib

Müəllimlərin onlayn müsahibələrinin nəticələri məlumdur

Azərbaycan Təhsil Şəbəkəsi çərçivəsində müəllimlərə dəstək

Məktəb direktorları və müavinləri ilə virtual görüş keçirildi

İmtahan üçün seçilmiş binaların sayı artırıldı

SON XƏBƏRLƏR
2020-05-31
2020-05-30


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.23%)
Pullsuz (10.77%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK