Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | VAXTINDA GƏLDİKMİ BU DÜNYAYA BİZ? Adalet.az | VAXTINDA GƏLDİKMİ BU DÜNYAYA BİZ? Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

VAXTINDA GƏLDİKMİ BU DÜNYAYA BİZ?

46486    |   2007-11-03 04:20
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Çox qəribədir, gəlib keçəni götür-qoy edəndə qərara gəlirsən ki, tarixi hadisələrə baxış da insan taleyinə bənzəyir. Yəni hər hansı bir təqvim günü nə vaxtsa insanların əziz-xələf bayramı olur. Sonra vaxt keçir, ideoloji təbəddülatlar həmin günü hörmətdən salır. Bayram kimi qeyd olunmasa da hadisə qovuşur tarixə. Amma bu bayramın 50 illiyini dumanlı, 60, 70 illiyini aydın xatırlayıram. Və bu təntənələrin yavaş-yavaş öləziməyi də yadıma düşür. Bu təqvim gününün şərəfinə zərbəçi əmək növbələrini, plandan əlavə öhdəlikləri, toplantıları, konsertləri, şerləri xatırlayıram. Orta məktəbdə bu mövzuda yazdığım inşalar yadıma düşür. Zəhlə tökən noyabr yağışları, küçələrdə satılan xrizantemalar (o vaxt hər mövsümün öz gülləri olurdu), universitetdən bizi zorla parada göndərməkləri, dekanın əlində siyahı tələbələri sayması, bayraqlar və şüarlarla "Yaşasın" qışqırmağımız yadıma düşür. Çox gənc idik - anladığımız və anlamadığımız mətləblər var idi. Paradda nümayiş olunan qüdrəti görürdük. Və həm də görürdük ki, bu payız küləyi bizi üşüdəndə əynimizə geyməyə plaş tapmırıq. O da yadımdadı ki, 18 yaşım olanda həmin bu bayram ərəfəsində atam Alma-Atadan səfərdən qayıtmışdı və mənə o vaxt dəbdə olan platforma ayaqqabı gətirmişdi. Çox sevincək geyinib getmişdim parada. Təzə ayaqqabılar elə incitmişdi ki, özümü evə zorla çatdırmışdım. Onu deyim ki, mən 18 yaşımı qeyd edəndə bütün ölkə bu hadisənin 60 illiyini bayram edirdi. Həmin gün təqvimin qırmızı günü idi, yəni iş günü sayılmırdı. Ona görə də mənim dünyaya gəlişimin ailə ortamında qeyd olunması da bir qayda olaraq həmin bayram günləri olurdu. Bəlkə ona görə uzun illər mən özümü həm də böyük inqilabın övladı sayırdım. Bu il noyabrın 7-də 90 illiyi tamam olacaq Böyük Oktyabr Sosialist İnqilabının. İndi daha təqvimdə qırmızı gün olmayan qırmızı inqilabın...
   
   Bilmirəm indi həmin bu hadisə kiminsə yadına düşəcək, ya yox, amma yaşıdlarım tələbəlik illərində gözünün yağını əridib oxuduqları "Partiya tarixi" və "Elmi Kommunizm" fənnlərini yaxşı xatırlayırlar. Ali məktəblərdə ən zalım müəllimlər bu fənndən dərs deyirdilər. Həmin kafedralar bütün ixtisas kafedralarından üstün sayılırdı. Hər il neçə-neçə tələbə qurultayların, qərar və qətnamələrin, proqramların hesabına ali məktəbdən xaric olunurdu. Deyək ki, jurnalistika fakültəsinin tələbələri Sovet mətbuatının tarixini öyrənməyə məcbur idilər. Mətbuat tarixi həm də partiyanın tarixi idi. Amma Tibb İnstitutunun tələbəsi əzələ və sümüklər barədə bildiklərindən çox Leninin aprel tezislərini, hansı qurultayda neçə dəfə çıxış etdiyini, beşillik planların məzmununu əzbərləyirdilər. İndi yəqin "qızıl yel" xəstələrini müayinə edəndə gözlərinə qızıl əsgərlərin Qış sarayına hücumu görünür. Ya da irinlənmiş bir yaraya baxanda "imperializmin çürüməkdə olan kapitalizm" olduğu yada düşür. Soruşmaq istəyirəm, bütün bunlar lazım deyildisə, boş və mənasız idisə, mən ömrümün ən yaxşı günlərini, aylarını niyə xərcləməliydim? Yox, əgər gərəkli idisə, bu gün nələr baş verir? O qayda-qanunları, o prinsipləri nə tez unutduq? Və ən önəmlisi o utopik quruluş eksperiment idimi? Əgər ömrümüzün beş ilini sərf edib öyrəndiyimiz boş şeylərə belə yanırıqsa (boş olub-olmadığı əlbəttə mübahisəlidir), gör bu elmlərdən namizədlik, doktorluq dissertasiyaları yazıb alim olanlar nə çəkir. Onlar öz çəkdiklərində olsunlar, amma mən həyatımızı bu qədər etkiləmiş, düşüncəmizə öz möhürünü vurmuş böyük bir tarixi hadisənin üstündən elə-belə, sükutla keçmək istəmədim.
   
   Lenin avantürist idi, idealist, ya da realist, deyə bilmərəm. Amma hər halda bu balaca adamın içində böyük iddialar vardı. Və bu iddiaları reallaşdıra bildi, qismən də olsa. Əvvəllər Böyük Oktyabr Sosialist İnqilabının tarixi əhəmiyyəti haqqında belə yazırdılar: "Oktyabr inqilabı özündən əvvəlki inqilablardan köklü surətdə fərqlənir. Bu inqilab kapitalistlərin və mülkədarların hakimiyyətini devirdi, proletariat diktaturası qurdu, Rusiyada kapitalizmi ləğv etdi. İnsanın insan tərəfindən istismarını, ictimai və milli zülmü aradan qaldırdı. Sosializm və kommunizm quruculuğuna yol açdı". Oldumu? Qismən... Davam edək: "İnqilabın əsas hərəkətverici qüvvəsi Rusiya proletariatı idi. Partiya sosialist inqilabının qələbəsi uğrunda mübarizədə həlledici qüvvə olan fəhlə sinfinin və yoxsul kəndlilərin ittifaqını yaratdı. Fəhlə sinfinin böyük ümumdünya azadlıq vəzifəsi Oktyabr İnqilabında dərindən və hərtərəfli şəkildə aşkara çıxdı. V.İ.Leninin belə bir mühüm müddəasının həqiqiliyi təsdiq olundu ki, ancaq Kommunist Partiyasının başçılıq etdiyi fəhlə sinfi kapital zülmünün devrilməsi uğrunda mübarizədə, onun gedişində, qələbənin saxlanıb möhkəmləndirilməsində, yeni ictimai quruluş yaratmaq işində bütün zəhmətkeş və istismar olunanlar kütləsinə rəhbərlik edə bilər. Oktyabrın qələbəsi XX əsrdə başlıca hadisə olub bütün bəşəriyyətin inkişaf gedişini kökündən dəyişdirdi. İnqilab bəşəriyyət tarixində yeni dövr - kapitalizmdən sosializmə keçid dövrünü açdı". Doğrudurmu? Yenə qismən... Böyük rus imperiyasını dağılmaqdan qurtara bilən bu hikkəli adam öz ideyalarını həyata keçirmək üçün bütün yolları məqbul sayırdı. Hər halda I Dünya müharibəsi Avstriya-Macarıstan və Osmanlı imperiyalarının varlığına son qoymuşdu. Ancaq dünya dövlətləri Rusiyanın dağılmasına hazır deyildilər. Və buna görə də Leninə yardım etdilər. Üstündən bu qədər vaxt keçəndən sonra təbii ki, kimsə proletariatın tarixin axarına təsir imkanlarına inanmır. Ona lazım olan maddi dəstəyi verdilər, o da xərabələr üzərində tamamilə yeni bir sistem qura bildi. Bütün istəklərini həyata keçirməyə isə ömrü çatmadı. Mən hansı bir insana bənzədim ki, Lenini - bayrağının altında millətlər qardaş oldu? Olmadı? Təbii ki, oldu. Yenə qismən. İndi gəlin fikirləşək, bu qədər israfçılıqla, dağıtmaqla, hay-küylə də olsa hər halda 70 il bir dövləti, bir sistemi yaşada bildilər. Bəlkə Stalindən sonra ölkəyə savadlı və ağıllı adamlar başçılıq etsəydilər heç bu quruluş dağılmazdı. Tam səmimi deyirəm, rus şovinizminin sarsaq qərarları olmasaydı və son dönəmlərdə dövlətin başına Mixail Qorbaçov yox, Heydər Əliyev gəlsəydi bəlkə o böyük imperiya heç dağılmazdı da. Rusiya hər zaman başqa millətlərdən olan padşahların zamanında çiçəklənib. Tarixi yada salın...
   
   Yada salmalı o qədər hadisələr var ki. İndi Sovet dövründə böyüyüb boya-başa çatan kimsələrdən həmin zamanı xəbər alsaq, "yaxşı hökumət idi, kasıbın hökuməti idi" deyəcəklər. Krımda, Kislovodskda dincəlməklərini, aldıqları təqaüdlə dolana bildiklərini, gözəl təhsil sistemini, dinc həyatlarını, hökumətin verdiyi evləri, evlərdə yanan işıqları və daha nələri xatırlayacaqlar. Ən önəmlisi isə əmin-amanlığı xatırlayacaqlar. Təbii, o quruluşun sosial yönümlü siyasəti var idi və kapitalı Tanrı sayan kapitalist dünyasından fərqli idi. Bəs niyə iflasa uğradı? 40 səbəbdən birincisini barıt saysaq, aydın mənzərə alınacaq. Ölkənin bütün maddi sərvətləri ağlagəlməz dərəcədə talanırdısa, bunun ardınca təbii çöküş gəlməli idi. Yalan şüarlarla dükanların qarşısında növbə gözləyən insanların qarnı doymurdu. Kosmosa raket uçurdan, Kubada, Vyetnamda yetim saxlayan dövlətin öz vətəndaşının görkəmi könül açan deyildi. Bunu dilinə gətirənləri dəli deyib tutsalar da hər kəsin gözünə çəhrayı eynək taxmaq da mümkün deyildi. Milli münaqişələrin alovlanması üçün gözəl zəmin vardı. Üstəlik qərb dövlətlərinin təxribat institutları gecə-gündüz çalışırdılar. Və bu qədər "qismən"lərin üstündə bərqərar olan sistem duruş gətirmədi. Əvvəl-əvvəl sevinənlər sonra bu xərabələrin toz-dumanı altında qaldılar. İndi dünya bir qütblüdü və okeanın o tayından idarə olunur. Dünya qazandımı? üman eləmirəm. Bir dövlətin dağılmasının ardından nə qədər faciələr gəldi. Özümüzü heç saymıram, biz zərbə yeməyə öyrəncəliyik və dünyaya da heç vaxtında gəlmədik. İnsan həyatı boyu nə qədər sual qarşısında qala bilər? Bir ölkənin içində hər dəfə rəhbər dəyişəndə yeni gələnlər özündən əvvəlkiləri inkar edirdilər. Başqa şeyləri qoyaq bir tərəfə, biz oxuyanda "Partiya tarixi" kitabında XX qurultayın üstündən sükutla keçirdilər. Çünki orda Xruşşov "şəxsiyyətə pərəstiş dövrünü" tənqid etmişdi. Və sonra öz islahatları öz başına bəla olmuşdu. Biz tələbə olanda isə Brejnevi tərifləmə kampaniyası zirvə nöqtəsindəydi.
   
   İndi illərin arxasından baxanda hər şeyə qiymət verməyə çalışırsan. Yaxşı da var idi, pis də. Amma yalan bünövrənin üstündə ən gözəl doğrulara doğru getmək mümkün deyil. Birmənalı olaraq.
   
   Bu illər ərzində hətta rənglərə də münasibət dəyişib. Dəli kimi sevdiyimiz qırmızı rəng terror rəngi olub. Mavi rəngə bir az müəmmalı yanaşmağa başlamışıq. Narıncı, çəhrayı və yaşıldan heç danışmıram...
   
   ... Əslində mövzu Böyük Oktyabr Sosialist İnqilabı idi.Bizlər o tarixi hadisə haqqında çox şeyi bilirdik. örünməyən tərəflərini də sonralar öyrəndik. Yeni nəsil bilmir, bəlkə heç lazım da deyil. Amma irəliyə doğru gedib yenidən dönmək gərəkli idimi? Bir addım irəli gedib, iki addım geriləmək nə anlama gəlirdi? Ya da cəhalət bataqlığında olan adamlardan yeni insan yaratmaq xülya idimi? İstəyirəm deyəm, gorun çatlasın, ay Lenin, sonra yadıma düşür ki, yazığın heç goru da yoxdu. Olsa da-olmasa da, tarixin istiqamətini dəyişmiş şəxsiyyətlərin ideyaları yaşayır. Yəqin ki, Rusiyada bu hadisənin 90 illiyini nə şəkildəsə qeyd edəcəklər. Maraqlı hadisə idi, 70 ildən sonra iflasa uğrasa da. Biz də bu dünyaya vaxtında gəlsək də, gəlməsək də həmin hadisənin doğurduğu sistemin fiqurları olduq. Və bu gün də yaxşısıyla, pisiylə nəticələrini yaşayırıq. Yenə yadıma düşür, 1-ci kursda oxuyanda parada getməyimiz, yuxarı kurslar bizə baxıb uşaqların sayını az görəndə "sizi yaxşı qorxutmayıblar, az gəlmisiniz" dedilər. İndi fikirləşirəm ki, səhv eləyirdilər, qorxunun keyfiyyəti çox yüksək idi.
   
   
   
   P.S. Köhnə təqvimlə təzə təqvim arasında 13 gün fərq var. İnqilab köhnə təqvimin vaxtında olmuşdu, sonralar təzə təqvimlə qeyd olundu - noyabrın 7-də. Amma Oktyabr inqilabı...


YAZARIN ARXİVİ

2019-04-07 : Olsunmu?!
2018-11-27 : SEVGİ ADASI
2018-09-22 : LEYSAN ÖZLƏMİ
2018-06-23 : İNSAN
2018-05-27 : 100 cavan oğlan
2018-05-10 : SEÇİLMİŞ
2018-02-13 : Qızım...
2018-02-09 : GEDİŞ
2018-01-19 : MÜƏLLİM
2017-11-25 : Sincab günü
2017-09-24 : Miqr - A - siya
2016-12-16 : CANAVAR VAXTI
2016-07-04 : Polis günü...
2014-12-11 : SEÇİLMİŞ
2014-11-07 : BU DA MƏN...
2014-08-21 : BEŞ
2014-04-02 : Elegiya
2014-03-14 : Quo vadis?..
2012-11-02 : ƏQRƏB BÜRCÜ
2012-10-11 : KÖRPÜ
2012-08-18 : NEKROFİLİYA...
2012-06-23 : İNSAN
2012-02-22 : SOYQIRIM
2011-12-15 : CANAVAR VAXTI
2011-10-29 : Yol ROMANI
2011-10-22 : Yol ROMANI
2011-10-08 : Yol ROMANI
2011-10-05 : MÜƏLLİM GÜNÜ
2011-05-21 : TELESKOP
2011-04-30 : MAY NƏĞMƏSİ
2011-04-23 : SEVGİ ADASI
2011-04-16 : SEVGİ ADASI
2011-04-09 : SEVGİ ADASI
2011-03-12 : MÜƏLLİM
2010-12-18 : MÜSAHİBƏ
2010-10-02 : WOMAN IN LOVE
2010-09-22 : LEYSAN ÖZLƏMİ
2010-05-08 : SEÇİLMİŞ
2010-05-01 : MAY NƏĞMƏSİ
2009-11-14 : SARI ODALAR
2009-08-22 : BEŞ
2009-05-19 : ATA OLMAQ HAQQI
2009-03-20 : ƏNƏNƏLƏR
2009-02-28 : FALA BAXIRAM
2009-02-07 : ANANIN KİTABI
2009-01-31 : BLOKADA
2009-01-24 : YADA DÜŞDÜ
2009-01-17 : İKİ SEVGİ
2008-12-31 : BİS SEXTUS...
2008-07-12 : SEZON FİNALI
2008-06-28 :
2008-06-24 : İNSAN
2008-06-21 :
2008-06-07 : NATURALİST YAZI
2008-05-31 : 555
2008-05-24 : YÜZ CAVAN OĞLAN
2008-05-17 : SORĞU
2008-05-03 : MAY NƏĞMƏSİ
2008-04-26 : ƏLAC NƏDİR?
2008-04-05 : DEPRESSİYA
2008-03-20 : ƏNƏNƏLƏR
2008-03-15 : QUO VADIS?..
2008-03-12 : ETİRAF
2008-02-16 : PAY
2008-02-12 : MƏN VƏ SƏN
2008-01-08 : İKİ ÜZLÜ AY
2007-12-12 : SEÇİLMİŞ
2007-11-24 : RƏĞBƏT
2007-11-17 : AY ÖLKƏSİ
2007-11-15 : ƏZİZ İNSAN
2007-10-06 : YOLDAŞ ÇE
2007-09-29 : DAMA ÇIXAQMI?
2007-09-15 : LEYSAN ÖZLƏMİ
2007-09-11 : BİR GÜN...
2007-07-09 : SƏS
2007-06-30 : HAVA AXINLARI
2007-06-23 : İNSAN
2007-06-09 : İMTAHAN
2007-05-26 : J F K
2007-05-19 : ATA OLMAQ HAQQI
2007-05-09 : SEÇİLMİŞ
2007-05-05 : BƏHANƏ
2007-04-28 : NAĞIL
2007-03-10 : İT DƏFTƏRİ
2007-03-08 : QADIN BAYRAMI
2007-02-24 : SOYQIRIM
2007-02-17 : KÖRPÜ
2007-02-16 : TƏZADLAR
2007-02-16 : İMTAHAN
2007-02-16 : SAKİT MÖVSÜM
2007-02-16 : MÜƏLLİM GÜNÜ
2007-02-16 : DAŞ
2007-02-12 : QƏLƏBƏ GÜNÜ
2007-02-10 : MÖVZU
2007-01-27 : İKİ ÜZLÜ AY
2007-01-20 : SAKİT MÖVSÜM
2007-01-13 : Ehtiyac
2006-12-30 : HƏMRƏYLİK
2006-12-16 : CANAVAR VAXTI
2006-12-13 : QOVŞAQ
2006-12-09 : QOVŞAQ
2006-11-25 : ZƏİF BƏND
2006-11-11 : ƏQRƏB BÜRCÜ
2006-11-04 : PASSİO
2006-10-28 : ŞƏKİLÇİ
2006-09-25 : DAŞ
SON XƏBƏRLƏR
2019-10-19
2019-10-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (85.71%)
Pullsuz (14.29%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Millət vəkili Elman Məmmədov bir tədbirdən çıxanda bir xanım ona yaxınlaşaraq:

- Müəllim, səhv etmirəmsə, siz mənim uşaqlarımdan birinin atasısınız.

Elman müəllim təlaşla:

- Məəən?

Xanım:

- Müəllim, təlaşa düşməyin, mən müəlliməyəm, dərs dediyim uşaqları nəzərdə tuturam.





digər lətifələr
ARXİV
FACEBOOK