ANA SƏHİFƏ / ƏDƏBİYYAT

Ayaz Arabaçı: Kədərli olsa da...

8044    |   2020-05-18 12:41
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır









Oturmuşdu fikirli,dəmiryol vağzalında,
Sınıq bir skamyada üzü qüruba sarı.
Saxlamışdı küləklər hardasa bir dalanda,
Saatlarla oturub gözlədiyi qatarı.

İki yerə qatlanan belini dikəltməyə,
Nə yer kömək olurdu,nə göy kömək olurdu.
Əllərinin hər biri dönmüşdü bir kərtməyə,
İçindəki zülməti aydın görmək olurdu.

Özü kimi qocalmış qara yol çantasını,
Bir çiynindən çıxardıb o birinə taxırdı.
Silib rəngi bozarmış eynəyinin pasını,
Qarışqatək qaynaşan adamlara baxırdı.

Ayağı altındakı kirli cib dəsmalını,
Əyilib götürməyə qalmamışdı həvəsi.
O özü də taleyə çevirmişdi dalını,
Sələmiynən alırdı Tanrıdan hər nəfəsi.

Gözləyirdi səbrlə ürəyinin göynəyi,
Çantada axtardığı volidol şüşəsini.
Əynindəki yamaqlı nimdaş əsgər köynəyi,
Pozmurdu heç şəhərin kefini-nəşəsini.

Ondan azca aralı acqarına əsnəyən,
İtdən qorxusu yoxdu,onsuz da dişləmirdi.
Bir zaman gecə-gündüz çıqqıltısı kəsməyən,
Köhnə qol saatı da yatmışdı,işləmirdi.

Bir dəfəyə düşmənin boynunu burub-qıran,
Qolları bədənindən üzülüb tökülürdü.
Yaralı bir şir kimi raketlərə hayqıran,
Bu adama baxdıqca ürəyim sökülürdü.

Vardı daraq batmayan şəvə-zənci telləri,
Belə sısqa deyildi,cüssəliydi,iriydi.
Xatirimə gətirdim doxsanıncı illəri,
Bizim könüllülərin səhra komandiriydi.

Necə yana bilirsə bir topa quru küləş,
Qəfildən bir anlığa eləcə yandı içim.
Bəs hanı niyə doğmur haq deyilən o günəş...
Mən belə ədalətin boyuna boz ip ölçüm..



İmza:
SON XƏBƏRLƏR
2020-05-26
2020-05-25


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.23%)
Pullsuz (10.77%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK