ANA SƏHİFƏ / MƏDƏNİYYƏT

Fərid Şəfiyevdən Qarabağa aid filmlə bağlı açıqlama

6801    |   2020-05-16 10:27
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyevin Ermənistan-Azərbaycan münaqişəsinə dair "Dairənin hissələri” filmini şərh edib.

BMTM-dən verilən məlumata görə, "Barışıq resursları” (Conciliation Resources) təşkilatının çəkdiyi "Dairənin hissələri” (Parts of a Circle -https://vimeo.com/407942633) adlı film balans qorumaq pərdəsi altında işğalçı Ermənistanı qurbanına çevirdiyi Azərbaycanla bərabərləşdirmək məqsədilə edilən növbəti yanıltma cəhdidir. Filmdə münaqişənin ən vacib elementlərindən olan milliyyətçi və ekspansionist "Böyük Ermənistan” layihəsindən yan keçilib. Münaqişənin hüquqi çərçivəsinə qəsdən məhəl qoyulmur, əks halda bu, Ermənistanın qurduğu hekayələri tamamilə darmadağın edə bilər.

"Nə qədər ki, beynəlxalq ictimaiyyət və ekspertlər prinsipial mövqenin nümayiş etdirilməli olduğu məsələdə "neytrallıq” axtaracaqlar və Ermənistan-Azərbaycan və digər etnik, ərazi münaqişələrinə kökündən yanlış olan yanaşmalarını nəzərdən keçirməyəcəklər, sülhə nail olmaq çox çətin olacaq. Ümumiyyətlə, bəzi Qərb ekspertləri post-Sovet məkanındakı münaqişələrlə bağlı hər zaman ikili standart nümayiş etdiriblər. Ərazi bütövlüyü ilə bağlı Gürcüstan, Moldova və Ukraynaya qarşı sərgilənən birmənalı mövqe Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı müzakirələrə gəldikdə bəzi hallarda yoxa çıxır. İstər dini qərəz, istərsə də Edvard Saidin oriyentalist konsepsiyasına uyğun bu yanaşma Azərbaycan cəmiyyətini Qərbdən uzaqlaşdırıb və radikal düşüncəli siyasətçilərin əlinə atıb", - F.Şəfiyev qeyd edib.

S.QARAYEVA




İmza:525.az
SON XƏBƏRLƏR
2020-05-24
2020-05-23


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.23%)
Pullsuz (10.77%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK