ANA SƏHİFƏ / İDMAN

NBA ulduzunun ayaqqabısı 100 min dollara satışa çıxarıldı - FOTO

7521    |   2020-05-14 22:00
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

NBA ulduzu, amerikalı məşhur basketbolçu Maykl Cordanın ayaqqabısı növbəti dəfə satışa çıxarılıb.

Oxu.Azxəbər verir ki,xüsusi olaraq 1985-ci ildə Maykl üçün hazırlanan "Nike Air Jordan 1” idman ayaqqabısı "Sotheby’s” hərracında satışa çıxarılıb.

Ayaqqabının hər tayında M.Cordanın imzası var. Hərrac "ShoeZeum” İdman Ayaqqabıları muzeyinin qurucusu Cordan Qelle tərəfindən keçirilib. Ulduzun ayaqqabısı 100 min dollara hərraca çıxarılıb.

Qeyd edək ki, Maykl Cordanın idman ayaqqabıları dəfələrlə müxtəlif hərraclarda yüksək qiymətəalıcılarını tapıb. 2017-ci ildə keçmiş "Chicago Bulls”un üzvünün ayaqqabıları rekord qiymətə - 190 min dollara satılıb.




İmza:
SON XƏBƏRLƏR
2020-05-24
2020-05-23


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.23%)
Pullsuz (10.77%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK