ANA SƏHİFƏ / İQTİSADİYYAT

Muzdlu işçilərə və fərdi sahibkarlara ödənilən vəsaitin məbləği açıqlanıb

6291    |   2020-05-14 14:45
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Azərbaycanda koronavirus (COVID-19) pandemiyasından zərər çəkmiş sahibkarlara dövlət maliyyə dəstəyinin göstərilməsi davam etdirilir.

İqtisadiyyat Nazirliyindən Adalet.az-a verilən məlumata görə, Prezident İlham Əliyevin 19 mart 2020-ci il tarixli sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Nazirlər Kabinetinin təsdiq etdiyi Tədbirlər Planına əsasən, indiyə qədər Nazirliyə muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi üçün 27 164 vergi ödəyicisi və maliyyə dəstəyi almaq üçün 104 093 fərdi (mikro) sahibkar, ümumilikdə 131 257 vergi ödəyicisi müraciət edib.

Muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi çərçivəsində 255 359 işçini əhatə edən 27 164 sahibkarın müraciəti araşdırılaraq təsdiqlənib və ayrılacaq maliyyə vəsaitinin bank hesablarına köçürülməsi üçün Maliyyə Nazirliyinə təqdim edilib. Digər vergi ödəyiciləri üzrə araşdırmalar davam edir. İndiyə qədər təsdiq edilmiş müraciətlər üzrə maliyyə dəstəyinin həcmi 92,3 mln manat, o cümlədən 2-ci mərhələ üzrə ödənilməsi nəzərdə tutulan vəsaitin həcmi 46,13 mln manat təşkil edir. Mayın 13-nə Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyi 22 308 vergi ödəyicisinə 195 307 nəfər muzdlu işçinin əməkhaqqı üzrə 44,2 mln manat vəsaitin köçürülməsini təmin edib.

Fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi proqramı çərçivəsində 96 196 sahibkarın müraciəti araşdırılaraq təsdiqlənib və maliyyə dəstəyinin bank hesablarına köçürülməsi üçün Maliyyə Nazirliyinə təqdim edilib. Təsdiq edilmiş müraciətlər üzrə maliyyə dəstəyinin həcmi 56,8 mln manat təşkil edir. Mayın 13-nə Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyi 54,4 mln manat vəsaitin 91 355 fərdi (mikro) sahibkarın bank hesablarına köçürülməsini təmin edib.



İmza:

İpoteka kreditləşməsi üzrə müqavilə münasibətlərinin rəsmiləşdirilməsinin notarius tərəfindən sadələşdirilməsi imkanları

“AzerGold” QSC Çovdar yatağı üzrə resursların ciddi artımına nail olub

Mayın 22-də dolların manata qarşı məzənnəsi

Qırğızıstan-Türkiyə marşrutu ilə dəmiryol yükdaşımaları Azərbaycandan keçəcək

Azərbaycanda Amerika Ticarət Palatası ilə işgüzar görüş keçirilib

Vüqar Bayramov: “Azərbaycan Ordusunun təlimləri Ermənistana mesajdır”

Azərbaycanda yanvar-aprel aylarında neft və qaz hasilatı artıb

“AzerGold” QSC növbəti irihəcmli ixracını həyata keçirib

Astaraçay üzərində yeni körpü tikiləcək

Mayın 20-də dolların manata qarşı məzənnəsi

Bu ödənişi könüllü şəkildə geri qaytarmayanlar məhkəməyə veriləcək

Mikayıl Cabbarova yeni müşavir təyin edilib

SON XƏBƏRLƏR
2020-05-24
2020-05-23


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.23%)
Pullsuz (10.77%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK