ANA SƏHİFƏ / ƏDƏBİYYAT

Seçki saxtakarlığına məcbur edilən şair

13482    |   2020-05-14 11:19
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Müasir dövrümüzdə dükan adlarından tutmuş pivə butulkalarına kimi Edqar Allan Ponun isminə rast gəlmək mümkündür. Amerikadan qıraqda bu qədər məşhur olmasına baxmayaraq öz ölkəsində xalq sevgisindən məhrum, yoxsul vəziyyətdə dünyayla vidalaşdı. Ona sevgi qazandıran, sevdirən isə fransızlar oldu.

Qaranlıq dünyaları öz şeirlərinə gətirən şair özü qaranlıqdan qorxardı. Bir dəfə dostuna şeytanın gecədən istifadə etdiyini söyləmişdi. Maraqlıdır ki, ardıyca da şeytana inanmadığını bildirdi. Şairi qınamaq da çətindi. Üç yaşında yetim qalan Po Virginiyada Con və Françis Allan tərəfindən böyüdüldü. Amma heç vaxt rəsmi olaraq övladlığa götürülmədi. Con Allanın bunu etməməsinə səbəb Ponun valideynlərinin sağlıqlarında teatr səhnələrində yer alması idi. Con Ponu övladlığa götürərsə ailə şəcərəsinin ləkələnəciyini düşünürdü. Buna baxmayaraq şair ögey atasının Allan soyadını götürdü.

Ögey atası onu sevgidən əlavə puldan da məhrum etmişdi. Virginiyada universitetdə oxuyarkən ehtiyaclarını təmin etmək üçün qumar borcuna girmişdi. Amma bu borcların bir hissəsi içkiyə görə yaranmışdı.1830-cu ilində Vest Point Hərbi Akademiyasına daxil olarkən vərdişlərini tərgitmədi. Hərbi xidmətə yaraşmayan formada vaxtının çoxunu içki içmək və ordudan qovulmağının yollarını axtarmaqla keçirdi. O, bu istəyinə 1831-ci ilin yanvarında çatdı. Əmrə qarşı çıxdığına görə hərbi tribunala verildi. Po Vest Pointə daxil olan amma qovulan yeganə məşhur yazar ünvanını indi də qoruyur.

Po klassik içki vərdişlərinə daha çox meylli idi. Hətta dostuna yazdığı məktublarda ən ağır içkiləri bir nəfəsə içdiyini söyləyirdi. Amma bir qədəh belə şairi sərxoş etməyə bəs edirdi. Belə problemi yəqin ki, çəlimsiz və cılız olmağından qaynaqlanırdı. Vəziyyət o qədər gərgin idi ki, hərbi akademiyada yoldaşları onu ögey atasının yanında ələ salırdı. Nəticədə Con Allan şairi övladlıqdan rədd etdi. Həmçinin mülkünün yaxınında görüləcəyi təqdirdə həbs etdirəcəyinə and içdi.

Həm pulsuz, həm də ailəsiz qalan şair Baltimora xalası Mariyanın yanına köçdi. O, burada qəzetlərə qısa hekayələr yazmağa başladı. 1836-cı ildə şair 13 yaşındakı xalası qızı Virginiya ilə evləndi. Yaş uyğunsuzluğuna baxmayaraq Po müəyyən qədər karyerasını, şəxsi həyatını da düzəltməyə özündə cəsarət tapmışdı. Tez-tez yaşayış yerlərini dəyişdirən cütlük əvvəl Nyu Yorka, sonrasa Filadelfiyaya köçdü. Hər şey yoluna düşməyə başlayarkən Virginiya xəstəlikdən vəfat etdi.

Ponun həyatı kabus kimiydi. Elə kabus kimi də sona çatdı. 1849-cu ildə Nyu Yorka səyahəti zamanı beş gün yoxa çıxmışdı. Beş günün sonunda sərxoş və şüursuz, üzərində başqasının köhnə geyimləriylə tapıldı. Xəstəxanaya yatırılan şair burada Reynolds adını tez-tez sayıqladı və həkimə onun beynini dağıtması üçün yalvardı. Xəstə yatağında "Tanrım, bu zavallı ruhumu xilas et!” deyə hayqırdıqdan sonra öldü.

Beş gün ərzində ona nə olduğunu kimsə bilmir. Bəzi sənədlərə inansaq o seçkilərə görə bir dəstənin əlinə keçmişdi. Onu çoxlu içirdib, seçkilərdə saxtakarlıq etmək üçün təsir etdilər. Səbəb nə olursa, olsun, onun ölümü də bir kabus idi. Avtobioqrafiya yazarı Rufus Qrinsvold 1850-ci ildə yazısında Ponu xalası ilə ensest münasibətə girən, narkotikdən aslı olan biri kimi təqdim etmişdi. Bütün bunlar Qrinsvoldun uydurması da ola bilər. Çünki bu barədə hər hansı sübut yoxdu. Bu yazılanların ucuz şöhrət, qisas olduğu gün kimi ortadadır. Çünki Po Qrinsvoldun əsərini bəyənməmiş, onları ciddi əsər hesab etməmişdi. Qrinsvold isə şairdən-həm də ölmüş birindən qisasını bu cür iyrənc formada alırdı. Amma Ponun böyük dünya ədibləri sırasına girməsi əsasən də fransızların zəhməti ilə çox illər aldı.

Ponun qaranlıqdan qorxması boşuna deyildi. Po sözün əsl anlamıyla təhsilini qəbistanlıqda almışdı. O, İngiltərədə təhsil alarkən qaldığı yataqxana otağının pəncərəsi düz qəbiristanlığa baxırdı. Məktəb direktoru riyaziyyat dərslərini qəbistanlıqda keçirdi. Şagirdlərə hərəsinin bir baş daşı tapmasını əmr edirdi. Sonra onlara başdaşına yazılan ölüm tarixindən doğum tarixini çıxmağı tapşırırdı. Kimsə öləndə şagirdlər məzar qazmağa gedirdi.

Po "Qarğa” şeiri ilə qürur duyur, bunu yazılmış bütün şeirlərin ən yaxşısı hesab edirdi. Amma o, bu şeirdən pul qazana bilmədi. Şair şeiri ilk olaraq The Nyu york Evening Mirror qəzetində çap etdirdikdən sonra nəşr etdirmək fikrində idi. Lakin, qəzetdə çap olunduqdan sonra bir növ patent haqqını itirdiyini bilmirdi. Şeiri oxuyanlar ayrı-ayrılıqda şeiri nəşr etdirib pul qazandı. Bundan qazanmayan bircə müəllif özü oldu. Po axırda özü nəşr etdirmək istəyəndə şeir o qədər yayılmışdı ki, nəşri kimsə almaq istəmədi.

Ponun məşhur quzğun şeirinin ilham mənbəyi əslində Çarlz Dikkensin ev heyvanı idi. Po Dikkensin Barnaby Rudge əsərini oxduduqdan sonra ona iltifat olaraq şeirini quzğun adlandırmışdı. 1841-ci ildə əsəri oxuyan şair burada quzğuna daha çox rol verilməli olduğunu düşünürdü. Dikkens ilə Po son dəfə 1842-ci ildə görüşəndə həmin quş yenicə ölmüşdü. Quş Dikkensin qapağını açıq qoyduğu boya qabından boya içmişdi. Ölüm səbəbi də bu idi.

Şairlər arasında dalaşmaq qədər əyləncəli bir şey yoxdur. Ponun əsas düşməni Anri Vadsvort idi. Iki yüz ildir bilinmir ki, şeirlərinə heyranlıq duyan Ponu bu şəxsə düşmənçiliyə çevirən səbəb nədir. 1840-cı ildə onun şeirinə iynəli şərh verən Po, Vadsvordu Alfred Lord Lonqfellodan oğurluq etməkdə günahlandırdı. Həmçinin onun özündən də plagiat etdiyini söylədi. Şair onun plagiat etdiyinə dair heç bir fakt ortaya qoya bilmədi. Po öldükdən sonra da Vadsvord onun haqqında pis heç nə söyləmədi.

Sağlığında olduğu kimi öldükdən sonra qara buludlar şairi rahat buraxmadı. Şair üçün sifariş edilən başdaşının üstündən qatar keçdi. Məzarından çıxarılıb başqa yerdə dəf edilənə kimi üzərində "N-80” yazısı olan bir daşın altında uyudu.

Po Taster adlı birinin etdikləri də şairin ölümdən sonrakı həyatında bir kabusdu. Hər il ritual keçirən Po Taster 1949-cu ildən şairinin doğum günü gecəsində onun məzarı başına gəlir, konyak qaldıraraq onun şərəfinə içir, sonrasa üç ədəd qırmızı gül qoyaraq gedirdi. Niyə üç gül? Bəlkə bu güllər şairin, qaynanasının və həyat yoldaşının sayına görədir? Nə bilmək olar. Amma indiyə kimsə bu şəxsdən niyə belə etdiyini soruşmayıb.

Po şeirləri ilə ədəbi mühiti iki yerə bölüb. Bir hissə fransızlar kimi ona tanrı kimi baxır, digər hissə onun əsərlərini bəyənmir. Ponu bəyənməyən məşhurlar arasında Eliot da var. Mark Tven isə bir dəfə onun haqqında oxunması çətin olan adlandırmışdı. Auden isə şairin haqqında " işi-gücü onun-bunun qucağında ağlamaqla və siçan-pişik oynmaqla keçirən, kişilikdən uzaq adam” demişdi.

Ponun nəslindən gələn aktyor ıv Edqar Allan Po sələfinin sayəsində karyerasında xeyli məsafə qət elədi. IV Po bir çox serial və filmlərdə yer aldı. Hətta bir dəfəsə şair Ponu canlandırdı.

Professional Amerikan futbolu 13 illik fasilədən sonra 1996-cı ildə yenidən Baltimora geri döndü. Yeni komandaya ad qoymaq üçün seçim edildi. Ravens adı( quzğunlar) bütün adların arasından seçildi və qalib gəldi.

Tərcümə etdi: Emin Piri




İmza:
SON XƏBƏRLƏR
2020-05-28
2020-05-27


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.23%)
Pullsuz (10.77%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK