viagra sipariş viagra satış viagra fiyatları viagra fiyatı time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri izmir escort live bet Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | YOLDAŞ ÇE Adalet.az | YOLDAŞ ÇE Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

YOLDAŞ ÇE

40663    |   2007-10-06 04:07
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Ovqatım pəncərədən mənə baxan tutqun səhər kimidi. İçimi saran duyğuların hökmüylə ağlımdan ürəyimə gələn bütün yolları, bütün cığırları bağlamışam. Bütün saxtakarlıqlardan, riyalardan, həsəddən, yalançı sevgilərdən, doğruçu yaltaqlıqdan uzaqlaşıb içimə qapanmaq və öz dünyamın qəhrəmanları ilə üzbəüz qalmaq istəyirəm. Təmənnalı təriflərdən uzaq bir gün yaşamaq istəyirəm. Neçə vaxtdı yadıma düşüb. Səhər gözümü açıb ancaq və ancaq televizorda, köhnə kinoxronikalarda gördüyüm yaraşıqlı üzünü, dağınıq saçını xatırlayıram. Səbəbini anlamıram, niyə gəlib yaddaşıma, niyə çəkilib getmir? Son vaxtlar özümdə qəribə bir keyfiyyət aşkarlamışam. Nədənsiz-filansız fəhmlə xatırladığım insanların taleyində ya hansısa mühüm bir günün tamamı, ya da doğum-ölüm tarixlərinin ildönümü olur. Tamam unutsam da həmin ərəfədə yadıma düşürlər.
   
   ...İnternetdə qurdalanıram. örüm nədi axı, niyə məndən əl çəkmir. Sayt açılır - doğum tarixi 14 iyun 1928. Ölüm tarixi - 9 oktyabr 1967. Deməli, yaşadığımız bu oktyabr ayında 40 ili tamam olur ölümünün, daha doğrusu, qətlinin. Yadıma düşür ki, təxminən 10 il əvvəl Kubada mavzoleyinin açılışı oldu - hərbi salyutla, əbədiyaşar Fidelin əbədi məşəli yandırmasıyla. ələnlərin arasında Dieqo Maradona da vardı. Mavzoleyi Havanadan 300 kilometr aralıda Santa-Klara şəhərinin ətrafında tikiblər. Onun ən böyük qələbəsi burda olub. Vətənindən aralıda özünün zəfər torpağında uyuyur. Əslində o, bütün dünyanı özünə Vətən bilirdi və həm də həbsxana bilirdi. Özünün inandığı həqiqətlər uğrunda döyüşə bilirdi. Və bu uğurda ölməyi də bacardı.
   
   
   
   ***
   
   ... "Əgər siz bu məktubu oxuyursunuzsa, deməli, mən sizin aranızda yoxam. Atanız öz siyasi baxışlarına uyğun davranan və əqidəsinə görə yaşayan bir insan olub. Yaxşı inqilabçı kimi böyüyün, çox oxuyun. Təbiətə hakimlik etmək üçün tərəqqidən bəhrələnin. Unutmayın, inqilab hər şeydən üstün anlayışdır. Və bizim hər birimizin ayrı-ayrılıqda heç bir dəyəri yoxdur. Dünyanın hər hansı yerində baş verən ədalətsizliyi, haqsızlığı hiss etməyə öyrənin. Bu, inqilabçı üçün ən gözəl keyfiyyətdi. Yenidən görüşmək ümidiylə sizi öpürəm, bağrıma basıram". Ümidlər doğrulmadı, görüşmədilər. Bu məktub da övladlarına yazdığı sonuncu məktub oldu. XX əsrin sonuncu mogikanımı, sonuncu Don Kixotumu olan Ernesto Çe evaranın sonuncu məktubu. Ancaq nöqtə qoymağa tələsməyək. Ölümündən 40 il keçməsinə baxmayaraq, hələ də ən populyar səhnə ulduzları qədər sevilir, haqqında çəkilən filmlər böyük gəlir gətirir, haqqında yazılan kitablar bestseller olur. İnternetdə neçə-neçə sayt ona həsr olunur. ənclər onun şəkli olan köynəklərdə gəzirlər. Ölümündən 40 il keçib, az deyil. Üstəlik nəzərə alsaq ki, bu dəli sürətli zamanın övladları hər şeyi unutmağa məhkumdurlar, hər şey belə proqramlaşdırılıb - onda bu şöhrətin sirri nədir? Pulun, maddiyyatın tanrıya döndüyü bir vaxtda Rosinantı yəhərləyib gələcəyə doğru çapan Don Kixota ehtiyac varmı? Belə çıxır ki, var. Bəşəriyyət romantika üçün darıxıb. O isə dövrümüzün sonuncu romantik qəhrəmanlarından biri idi. Demək, insanlığı hələ tamam öldürə bilməyiblər, demək yer üzünü qurtaracaq dahinin gələcəyinə ümid var. O da yer üzünü haqsızlıqdan, ədalətsizlikdən, zülmdən qurtaracağına inanırdı. Bu yolda qan da tökürdü, haqsızlıq da edirdi, ədalətsizlik də. Qansız inqilab olmayacağına inanırdı. İnandığının arxasınca gedirdi, dünya inqilabının...
   
   
   
   ***
   
   İnqilabçı deyəndə ilk öncə göz önünə nə gəlir? Təbii, bizim üçün, Sovet dövründə doğulub yetişmiş insanlar üçün bolşevik filmlərində gördüyümüz dürüst, ütülü-sığallı, humanist, təmənnasız adamlar. Onlar hər yerdə uzun-uzadı nitqlər söyləyirlər, məzlumlara əl uzadırlar, xalqa gözəl vədlər verirlər. İşıqlı gələcək naminə əzaba qatlaşmağa çağırırlar. Bəlkə bu günün gəncləri anlamır, amma biz ki bilirik. Biz ki bu iflası öz taleyimizdə yaşadıq. Biz gördük ki, varlıların mal-dövlətini əlindən almaqla kasıbın güzəranı düzəlmir. Biz gördük ki, danışılan yalanların böyüklüyü həqiqətin mahiyyətini kiçiltmir. Biz gördük ki, Allahı danmaqla yeni tanrıları taxta çıxarmaq mümkün deyil. Daha nələr gördük.Amma məni qorxudan odur ki, gələcək nəsillər bizdən daha artıq faciələrlə üzləşəcək. Və bizim içimizdə sıradışı insanların, heç kimə bənzəməyənlərin, fərdlərin sayı azaldıqca bir qəlibdən çıxmış manqurtların sayı artır. Onlar artdıqca bəşəriyyətin səadətə ümidi ölür. Xilaskarın gələcəyinə, Messiya -Mehdinin gələcəyinə inamın öldüyü kimi. Və biz XX əsrin övladları müasirimiz olan parlaq şəxsiyyətlərin qalereyasında döyükə-döyükə yol axtarırıq. Tapa biləcəyikmi?
   
   
   
   ***
   
   İnqilabi ləqəbi- Yoldaş Çe. Əsl adı Ernesto evara de La Serna. Zadəgan familiyasını sadə səslənən "Çe" hissəciyinə dəyişib və bütün dünya onu belə qəbul edib. Argentinalılar bu ədatı hər sözün başında işlədirlər. Həsəd olunacaq bir şəcərəsi var. Perunun sonuncu vitse-kralının nəslindəndi. Əmisi admiraldı. Ernesto Kubada partizanlıq edəndə əmi Argentinanın Kubadakı səfiriydi. Ernestonun damarlarında irland qiyamçılarının, ispan konkistadorlarının və Argentina patriotlarının qanı axır. Xəstəhal, zəif uşaq olan balaca Tetenin ana sarıdan bəxti gətiribmiş. Çox savadlı, qeyri-adi dünyagörüşlü bu qadın oğlunun gözəl təhsil alması üçün çox çalışıb. Anasının təsiri ilə Tete uşaq yaşlarından mütaliəyə, poeziyaya meyllənib. Lap kiçik vaxtlarından bir yerdə qərar tuta bilməyən bu üsyançı çocuq 11 yaşında qardaşı ilə birlikdə evdən qaçır. Bir neçə gündən sonra uşaqları evdən 800 kilometr uzaqda tapırlar. Tibb fakültəsinin tələbəsi olanda ailəsinə kömək olsun deyə yük gəmisində işə düzəlir. Sonra öz istəyi ilə leprazoridə (cüzam xəstəxanası) təcrübə keçir. Universiteti bitirib cərrah diplomu alan Ernesto üçün Argentinada böyük üfüqlər açılır. Amma... ölkəni tərk edib dramatik hadisələrin tüğyan elədiyi Qvatemalaya üz tutur. Orda ilk dəfə azad seçkilər keçirilir. İslahatçı hökumət formalaşdığından ölkənin inkişaf yoluna qədəm qoyacağı gözlənilir. Amma olarmı ki, Sem dayıdan icazəsiz kimsə tərəqqi haqqında düşünsün? 1954-cü ilin iyununda Eyzenhauer Qvatemalaya hərbi müdaxilə əmri verir. örünür, "qansız inqilab"ın mümkünsüzlüyü Çenin beynində həmin vaxt kök salır. Sosial ədalətsizlikdən qurtulmaq yollarını axtarır, marksizmə meyllənir. Qvatemaladan sonra Meksikaya gedir. Burda küçələrdə kitab satır, fotoqraflıq edir, həkim kimi çalışır. Məhz Mexikoda həyatını kökündən dəyişəcək qardaşlarla Fidel və Raulla tanış olur. Batista rejimindən qaçmış Kastro qardaşları bu rejimi devirmək planı hazırlayırlar. Qardaşlara qoşulan Çe Syerra-Mayestra dağlarında 25 aylıq mübarizənin iştirakçısı olur. Kuba inqilabının qələbəsindən sonra hakimiyyətdə təmsil olunur. Sənaye naziri, planlaşdırma komissiyasının sədri, Dövlət Bankının direktoru. İnqilabın nəzəri və praktiki məsələləri haqqında məqalələr yazır. Yüz nəfər cavan oğlanın dağlarda yaratdığı partizan ocağının fəlsəfəsini açmağa çalışır. Dünyadan təcrid olunmuş Kubanın beynəlxalq aləmdə tanınması üçün diplomatik missiyalara başçılıq edir. İrtica qüvvələrinin diqqətini azdırmaq üçün Afrikada - Konqo və Zairdə qiyamçıların rəhbəri olur. Əslində Afrika evaranın inqilab nəzəriyyəsindəki illüziyalarını dağıtdı. İndi onun üçün ancaq və ancaq Latın Amerikası mövcuddu. Onun fikrincə, hər zaman inqilaba hamilə, məzlum, yoxsul Latın Amerikası. Amma Birləşmiş Ştatlardan aldıqları yardım müqabilində həmin ölkələrdəki rejimlər də Kubayla münasibət qurmaq istəmirdilər. Boliviyanı çıxmaq şərtilə bütün kontinent Vaşinqtonun əhatə dairəsindəydi. Kontinent "sağa" meyllənirdi. Kuba hökumətində böyük vəzifələr tutan və xalq arasında hətta Kastro qardaşlarından daha populyar Çe evaranın deyəsən rəhbərliklə də münasibəti gərginləşirdi. 1965-ci ilin martından sonra Ernesto heç harda görünmür. urnalistlər maraq içindədi - həbs olunub, xəstədi, qaçıb, öldürülüb? Fidel isə məhdud çevrədə onun məktubunu açıqlayır: "Mən partiyada tutduğum bütün vəzifələrdən, nazir postundan, komandante adından, Kuba vətəndaşlığından rəsmən imtina edirəm. İndi məni Kubayla ailə bağlarından başqa heç nə bağlamır". (Əslində Fidel özü evaranın diqqət mərkəzindən itməsində maraqlı idi və hətta sonralar bəzi çevrələrdə danışılırdı ki, Ernestonun qətlində Fidelin də əli var. Təbii, ən dəqiq, səhih məlumatlar Mərkəzi Kəşfiyyat İdarəsinin arxivlərindədi. Orasa kimsənin əli çatmır).
   
   Valideynlərinə yazılmış sonuncu məktubdan: "Çoxları mənə macəra axtaran qəribə adam deyirlər və yəqin ki, haqlıdırlar. Ancaq bu axtarışlar heç nəyə bənzəmir. Mən bunu isbat etmək üçün yenə yollardayam, bəlkə də sonuncu dəfə. Son olmasını istəməzdim, amma ola da bilər. Sizi bağrıma basıram. Mən sizi çox sevirdim. Sadəcə bunu göstərə bilmirdim. Anlayıram ki, öz hərəkətlərimdə çox sərt olmuşam. Məni anlamaq çətin idi, amma indi, sonuncu dəfə mənə inanın, içimdəki qətiyyət yorğun ayaqlarımı, xəstə ciyərlərimi işlətməyə məcbur edir. İslaholunmaz və yolunu azmış oğlunuz Ernesto".
   
   Vəssalam. XX əsrin romantik cəngavəri gözdən itir. Sonuncu xəbərlər Boliviyadan eşidilməkdədir. Burda yeni partizan ocağı yaranıb. Amma məğlubiyyət məğlubiyyət dalınca gəlir. İkinci Syerra-Mayestra baş tutmur. Nə Moskvaya, nə Havanaya, nə də Vaşinqtona idarəolunmaz inqilab lazım deyildi. Ernesto da lazım deyildi. Prezident Conson partizan dəstəsinin ləğvi əmrini verir. "New-York Times" hadisədən bir gün əvvəl hazırlanmış xəbəri - Ernestonun ölüm xəbərini yazır. Əsir düşən Çeni bir gün sonra güllələyirlər. Barmaq izlərini götürmək üçün biləklərini kəsirlər. Meyidi görk üçün bir neçə gün açıqda saxlayırlar. Sonra Valye-Qrande qəsəbəsinin kənarında basdırıb üstünə asfalt tökürlər. Lap sonra əbədiyaşar Fidel dərindən nəfəs alıb Kubanın ən populyar inqilabçısının, argentinalı Çenin cənazəsinin qalıqlarını Boliviyadan Havanaya gətirir...
   
   Əsl insanların həyatı ölümündən sonra başlayır. Kim bilir tarix Fidel Kastronu, Brejnevi, Lindon Consonu necə qiymətləndirəcək. Amma Yoldaş Çe yenə kumirdi, yenə sevilir, yenə xatırlanır. Ölümündən 40 il keçib. Unutmurlar. Ədalət, həqiqət axtaranların aqibəti hər yerdə eynidi. Haqsızlıq, ədalətsizlik eləyənlərin də hər yerdə xisləti eynidi. Amma əbədiyyət deyilən bir anlam da var axı.
   
   
   
   ***
   
   Biz nə vaxtsa əzəmətli XX əsrin parlaq şəxsiyyətlərinin müasirləri olmuşuq. Bu əsr həm elmi-texniki sahədə, həm də insan mənəviyyatında inqilablarla yadda qaldı. Amma indi yaşamaqda olduğumuz əsrdə də bəşəriyyətin donkixotlara böyük ehtiyacı var. Belə olmasaydı uşaqlı-böyüklü hər kəs Polad Ələmdarın əsirinə çevrilməzdi ki?! (Allahım, biz hansı ideallarla yaşayırdıq, indikilər neyləyir...)
   
   ...Ağlımdan ürəyimə gələn yolları açmaq istəyirəm. Heç bilmirəm 40 il əvvəl Boliviyada həmin o oktyabr səhəri necəymiş - tutqunuymuş, ya günəşli? Nə fərqi var, olan olub, keçən də keçib, elə hamımız üçün... ə


YAZARIN ARXİVİ

2019-04-07 : Olsunmu?!
2018-11-27 : SEVGİ ADASI
2018-09-22 : LEYSAN ÖZLƏMİ
2018-06-23 : İNSAN
2018-05-27 : 100 cavan oğlan
2018-05-10 : SEÇİLMİŞ
2018-02-13 : Qızım...
2018-02-09 : GEDİŞ
2018-01-19 : MÜƏLLİM
2017-11-25 : Sincab günü
2017-09-24 : Miqr - A - siya
2016-12-16 : CANAVAR VAXTI
2016-07-04 : Polis günü...
2014-12-11 : SEÇİLMİŞ
2014-11-07 : BU DA MƏN...
2014-08-21 : BEŞ
2014-04-02 : Elegiya
2014-03-14 : Quo vadis?..
2013-09-18 : LEYSAN ÖZLƏMİ
2012-11-02 : ƏQRƏB BÜRCÜ
2012-10-11 : KÖRPÜ
2012-08-18 : NEKROFİLİYA...
2012-06-23 : İNSAN
2012-02-22 : SOYQIRIM
2011-12-15 : CANAVAR VAXTI
2011-10-29 : Yol ROMANI
2011-10-22 : Yol ROMANI
2011-10-08 : Yol ROMANI
2011-10-05 : MÜƏLLİM GÜNÜ
2011-05-21 : TELESKOP
2011-04-30 : MAY NƏĞMƏSİ
2011-04-23 : SEVGİ ADASI
2011-04-16 : SEVGİ ADASI
2011-04-09 : SEVGİ ADASI
2011-03-12 : MÜƏLLİM
2010-12-18 : MÜSAHİBƏ
2010-10-02 : WOMAN IN LOVE
2010-09-22 : LEYSAN ÖZLƏMİ
2010-05-08 : SEÇİLMİŞ
2010-05-01 : MAY NƏĞMƏSİ
2009-11-14 : SARI ODALAR
2009-08-22 : BEŞ
2009-05-19 : ATA OLMAQ HAQQI
2009-03-20 : ƏNƏNƏLƏR
2009-02-28 : FALA BAXIRAM
2009-02-07 : ANANIN KİTABI
2009-01-31 : BLOKADA
2009-01-24 : YADA DÜŞDÜ
2009-01-17 : İKİ SEVGİ
2008-12-31 : BİS SEXTUS...
2008-07-12 : SEZON FİNALI
2008-06-28 :
2008-06-24 : İNSAN
2008-06-21 :
2008-06-07 : NATURALİST YAZI
2008-05-31 : 555
2008-05-24 : YÜZ CAVAN OĞLAN
2008-05-17 : SORĞU
2008-05-03 : MAY NƏĞMƏSİ
2008-04-26 : ƏLAC NƏDİR?
2008-04-05 : DEPRESSİYA
2008-03-20 : ƏNƏNƏLƏR
2008-03-15 : QUO VADIS?..
2008-03-12 : ETİRAF
2008-02-16 : PAY
2008-02-12 : MƏN VƏ SƏN
2008-01-08 : İKİ ÜZLÜ AY
2007-12-12 : SEÇİLMİŞ
2007-11-24 : RƏĞBƏT
2007-11-17 : AY ÖLKƏSİ
2007-11-15 : ƏZİZ İNSAN
2007-10-06 : YOLDAŞ ÇE
2007-09-29 : DAMA ÇIXAQMI?
2007-09-15 : LEYSAN ÖZLƏMİ
2007-09-11 : BİR GÜN...
2007-07-09 : SƏS
2007-06-30 : HAVA AXINLARI
2007-06-23 : İNSAN
2007-06-09 : İMTAHAN
2007-05-26 : J F K
2007-05-19 : ATA OLMAQ HAQQI
2007-05-09 : SEÇİLMİŞ
2007-05-05 : BƏHANƏ
2007-04-28 : NAĞIL
2007-03-10 : İT DƏFTƏRİ
2007-03-08 : QADIN BAYRAMI
2007-02-24 : SOYQIRIM
2007-02-17 : KÖRPÜ
2007-02-16 : DAŞ
2007-02-16 : MÜƏLLİM GÜNÜ
2007-02-16 : SAKİT MÖVSÜM
2007-02-16 : İMTAHAN
2007-02-16 : TƏZADLAR
2007-02-12 : QƏLƏBƏ GÜNÜ
2007-02-10 : MÖVZU
2007-01-27 : İKİ ÜZLÜ AY
2007-01-20 : SAKİT MÖVSÜM
2007-01-13 : Ehtiyac
2006-12-30 : HƏMRƏYLİK
2006-12-16 : CANAVAR VAXTI
2006-12-13 : QOVŞAQ
2006-12-09 : QOVŞAQ
2006-11-25 : ZƏİF BƏND
2006-11-11 : ƏQRƏB BÜRCÜ
2006-11-04 : PASSİO
2006-10-28 : ŞƏKİLÇİ
2006-09-25 : DAŞ
SON XƏBƏRLƏR
2019-08-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa “Linfild” ?

"Qarabağ" (66.67%)
“Linfild” (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vəli Xramçaylı ilə Akif Əhmədgil (gül kimi Akif Əhməd idi, bu «gil»i hardan gətirib Əhmədə yapışdırdı bilmirəm. Heç ondan sonra da normal bir şer yazmayıb, yazıbsa gətirsin çap edim) bostan oğurluğuna gedirlər. Baxırlar ki, bostanın ortasında bir adam durub. Akif deyir ki, Vəli, gözləyək, adam getsin.

Vəli:

- Ə, adam deyil, müqəvvadı.

- Ə, bir az vurmuşuq, gözünə müqəvva kimi görünür, adamdı.

Vəli:

- Ə, sən sərxoşsan ey, görmürsən müqəvvadı, adam olsa əlində telefon olardı.





digər lətifələr
ARXİV
FACEBOOK