ANA SƏHİFƏ / ƏDƏBİYYAT

Əbülfət MƏDƏTOĞLU: BARI SƏN...

"Bir qadına... və özümə" silsiləsindən

8883    |   2020-05-12 17:25
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Çəkdiyim dərdlər üçün
Üzüyola lökmüşəm...
Odur ki, yarı yolda -
Dəvə kimi çökmüşəm...

Dizim torpaq yalayıb
Dırnaqlarım şum edib...
Dərdlər məni üyüdüb -
Qaya idim - qum edib...

Həyatımın hər anı
Səksəkədə və xofda...
İçib ağrı dərmanı -
Dedim ürək, ta toxta...

Amma...nə edim ki, mən
Ürək sözə baxmayan...
Qorun, məni barı sən -
Ürəyində saxlayan!..




İmza:
SON XƏBƏRLƏR
2020-05-28
2020-05-27


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.23%)
Pullsuz (10.77%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK