ANA SƏHİFƏ / MƏDƏNİYYƏT

“Xoşbəxtlik” oxuyan bədbəxtlər, qeyb olan övlad, bir nağılın kədərli sonu... – AQİBƏT

Ramilə QURBANLI

9978    |   2020-05-12 12:52
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Al Bano və Romina Pauer dövrlərinin ən populyar və xoşbəxt cütlüyü idi.

Yalnız sənətdə deyil, həm də həyatda. Heç italyan dilini bilməyənlər də onların hitlərini sevir, dinləyir, anlayırdılar.

Çoxları elə bilir ki, onlar hələ də bir yerdə yaşayırlar. Ancaq onların sevgi dolu, xoşbəxt izdivacı çoxdan başa çatıb. Qalan sadəcə xatirələrdir. Həmin xatirələrin və onları birlikdə görmək istəyən pərəstişkarlarının xatirinə hərdən duet oxuyurlar.

Lent.az -ın məlumatına görə, cütlüyün tarixçəsi 1967-ci ildə musiqili "Günəşin altında” filminin çəkilişləri ilə başlayıb. İkisi də baş rolları oynayırdılar. Al Bano italyan kəndlinin ailəsində, kasıb böyümüşdü. Romine Pouer isə iki məşhur Hollivud ulduzunun (Tayron Pauer və Linda Kristian) ailəsində. Həm də Al Bano Rominadan səkkiz yaş böyük idi.

Valideynləri qızlarının kiminlə ailə qurmaq istədiyini eşidəndə məyus oldular.

Maneələrə baxmayaraq, 1970-ci ildə Al Bano və Romina evlənirlər.

Onların dörd övladları olur. Klassik italyan ailələrinə xas olaraq, qadın ailədə üstünlüyü kişiyə verdi və bəlkə də buna görə izdivac möhkəm və uzunömürlü oldu.

Birgə yaradıcılıq da bu izdivacda az rol oynamırdı. Romina şeirlər yazır, Al Bano isə ona musiqi bəstələyirdi.

Onların məhəbbət macəraları bütün pərəstişkarlarının diqqətində idi. Axı, Romina Al Banoya görə ABŞ-ı tərk edib, okeanı aşıb, İtaliyaya köçmüşdü. Birlikdə yaşayır, sənətdə birgə irəliləyirdilər.




Səsyazma şirkətləri onlardan sifariş almağı özlərinə şərəf bilirdilər. İtalyan musiqi hip-paradlarında onların mahnıları birinci üçlüyü zəbt edirdi.

1982-ci ildə "Feliçita” mahnısı ilə onların şöhrəti bütün dünyaya yayıldı. Birlikdə yazdıqları mahnı "San-Remo” festivalını fəth etmişdi.

"Feliçita” - xoşbəxtlik deməkdir. O vaxt heç kimin ağlına gəlməzdi ki, bu "feliçita” əbədi deyil.

Bütün 80-ci illər boyu bu xoşbəxtlik və şöhrət davam etdi.

1994-cü il onların xoşbəxt həyatlarına elə daxil oldu ki, o həyatı iki etapa böldü. Həmin il ailənin böyük qızı 24 yaşlı İleniya yoxa çıxdı.

Qızın istedadı işıqlı gələcəyindən xəbər verirdi. Ata-anası ilə birgə filmə çəkilmişdi. Yazıçı kimi tanınmağa başlayırdı, yalnız əla qiymətlərlə oxumuşdu.

Günlərin birində səyahət eşqinə düşən İleniya valideynlərindən izn alıb, Cənubi Amerikaya uçur. Ordan Yeni Arleanaya. Sonuncu dəfə valideynlərinə 1994-cü ilin 1 yanvarına zəng edib, deyib ki, yenə tezliklə zəng edəcək.

Ondan sonra qızdan bir daha xəbər çıxmadığını görən ulduzlar qızlarının arxasınca gedirlər. Kimisi orda gördüyünü dedi, kimisi burda, amma bütün bunlardan heç bir nəticə çıxmır. Qız iynə olub yerə batıb elə bil.




Şahidlərin dediklərinə görə, itməzdən əvvəl İleniya 54 yaşlı küçə musiqiçisi Aleksandr Masakella ilə olub. Onunsa adı qadağan olunmuş məhsullar satmaqda, qara magiyada hallanır. Polislər onu aparırlar, amma əllərində şahid olmadığına görə buraxmalı olurlar.

İtalyan jurnalistlər öz versiyalarını yazırdılar – guya İleniya özü evə qayıtmaq istəmir, yaxud onu tapıb gətiriblər, amma hamilə olduğuna görə bayıra buraxmırlar və sair.

Versiyalardan biri də odur ki, bəxtəvər ailəyə sadəcə qibtə edənlər çox idi və onlar ailəni ən qiymətlisindən məhrum etdilər.

İllər boyu ata ilə ana konsert vermədilər, mahnı yazdırmadılar. Böyük qızlarının əlli-ayaqlı yoxa çıxması bu xoşbəxt ailənin sonu oldu.

Romina qızının axtarışlarının davam etdirilməsini tələb edirdi, Al Bano isə axtarışdan əl çəkməyə üstünlük verirdi. Xanımını inandırmağa çalışırdı ki, qızımız artıq yoxdur.

İllər sonra bir gün anasına mesaj gəlir ki, qızınızdan narahat olmayın, hər şey qaydasındadır. Axtarışlar yenə nəticə vermir. Ana qəlbi isə qızının sağ olduğuna inanır, onu gözləyir. Hətta sosial şəbəkələrdə ona müraciətlə - "Qayıt, qızım səni çox sevirik”-yazır.

Al Banonun müsahibələrindən birində "Mən artıq qızımın sağ olduğuna inanmıram” – deməsi Rominaya böyük zərbə olur. "Sən qızımıza xəyanət etdin, mən xəyanətkarla yaşamaq istəmirəm” – deyib, ondan ayrılır.




1999-cu ildə isə ər-arvad rəsmi ayrılırlar. 2012-ci ildə hüquq mühafizə orqanları rəsmi qərar çıxardırlar ki, İleniya sağ deyil. Bir yük maşını sürücüsünün şahidliyini əsas gətirərək. Sürücü onu guya yol kənarında ölmüş halda gördüyünü deyir.

Sonralar Al Bano ikinci dəfə başqa bir ulduzla evlənib. Bu nikahdan iki uşağı da var.

2014-cü ildə Al Banonun 70 illiyində cütlük yenidən bir yerdə "Feliçita” oxuyublar. O vaxtdan hərdən pərəstişkarların qarşısına duetlə çıxırlar...

Ancaq nə duet, cütlük o deyil, nə də ailə...




İmza:lent.az
SON XƏBƏRLƏR
2020-05-24
2020-05-23


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.23%)
Pullsuz (10.77%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK