viagra sipariş viagra satış viagra fiyatları viagra fiyatı time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri izmir escort live bet Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Qapımızı döyürlər Adalet.az | Qapımızı döyürlər Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Qapımızı döyürlər

27748    |   2007-09-22 04:48
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Oxuyanlardan (kitab) çox yazanların olduğu bir məmləkətdə əlinə qələm götürüb nəsə yazmaq istəyi (ya da klaviaturanı dınqıldatmaq istəyi) yəqin çox böyük fədakarlıqdı. 8 milyon əhalisi olan bir məmləkətin vətəndaşları üçün, hətta rəsmi sayı 1500 olan yazıçı dəstəsinin mövcud olduğu bir ölkədə 500 tirajla kitab çap eləmək bu ölkənin vətəndaşları üçün böyük bir ayıbdı. Deməli, belə çıxır ki, hətta yazıçılar belə öz həmkarlarının yazdıqlarını oxumurlar. Özümüz deyib özümüz eşidiriksə və millət də fikirləşirsə ki, özü beynini işlətməsə də kimsə rahatlığı, firavanlığı, azadlığı gətirib qoyacaq qızıl boşqabda qabağına, neyləmək olar? Bu işlərin axırını gözləmək qalır.
   
   Dedim ki, yazanlar çoxdur. Çoxunuz təsdiq edərsiniz - işdə, evdə, küçədə, bacada tanış-bilişlə rastlaşanda hərə üstü təmtəraqla yazılmış bir kitab uzadır. İndi hamı kitab yazır. Hər kəsin ürəyində yazdıqlarıyla əbədiyyətə qovuşmaq arzusu var. Çünki son zamanlar yazdıqlarından tək-tək adamlar pul qazana bilir. Şöhrət olmaq şansı da ki, çox azdı. Demək, bu insanlar gələcəyə arxayındılar. Sən də bu kitabları götürüb ürəyində fikirləşirsən ki, onsuz da oxumayacam, üstünə toz yığılacaq, növbəti maklatura. Heyf kağızdan. Və həm də fikirləşirsən ki, bizdə nə vaxt nəşriyyat işi formalaşacaq, zövqlü naşirlər yetişəcək ki, kitabın üstündə müəllifdən əvvəl nəşriyyatın loqosunu görüb arxayın olasan - hə, bu ciddi bir ədəbi nümunədir, oxumaq olar. Bu da mənim gələcəyə yönəlik arzularım.
   
   ... Bu dəfə belə olmadı. Müəllifi tanıdığımdan roman məni maraqlandırdı. Əslində bu kitabı mənə yox, millət vəkilinə göndərmişdilər, mən də onun kabinetində, onun stolunun arxasında oxumağa başlayıram. Və kitabın əvvəlində müəllifin oxucuya müraciəti məni qıcıqlandırır: "Yox, əziz, mötəbər, ağıllı, nadan, dargöz, mehriban, amansız, amma hər şeyi bilməyə can atan oxucum, donjuanlıq adi məişət məsələsi deyil, o, fəlsəfədi, o, bir məktəbdi və sizin kimi mənim də donjuanlıq barədə təsəvvürlərim mənasız, həqiqətdən uzaq bir şey imiş". Mən bu təsnifata özümü əlavə edirəm, mən oxucuyam. Özü də çoxbilmiş oxucuyam və yazdıqlarımı da bütün iddialardan uzaq oxucu kimi yazıram. Donjuanlıq fəlsəfəsinin nə olduğunu öyrənmək ümidiylə, özünəvurğun romançının niyə mənə, yəni öz oxucusuna paxıllığı tutduğunu öyrənmək üçün müəllifin ardınca yollanıram. Hadisələr məni aparır. 224-cü səhifəyə çatanda nəşriyyat xətası üzündən qarışmış fəsillərdən baş çıxara bilmədiyimdən müəllifə telefon açıram, yeni kitab gəlir, bu dəfə mənə.
   
   ... örək bizim yeni donjuanımız kimdi və uzaq-uzaq ölkələrdə nə iş görüb? Müəllif deyir ki, "əsas baxmaq yox, görməkdi!" Və deyir ki, "karvana çat, bunun üçün sənə Təbrizdə kömək edərlər". Karvana qoşuluram. Bütün yollar Romaya aparır deyirlər, amma bizim də bütün yollarımız Təbrizdən keçir. Elçin Hüseynbəyli keçmişə də Təbrizdən gedib.
   
   ... Deməli, mənə məlum olur ki, İspaniyada Don uan adıyla məşhur cəngavərin - Oruc bəy Bayatın anası ispan əsilliymiş. Bu amil onun Avropa saraylarında hörmətlə qəbul edilməsi üçün yetərli ola bilərdi. Və zorla müsəlman edilmiş (nə qədər öz xoşuna desələr də, belə deyil) bir qadın içində boğduğu bütün istəklərini oğluna ötürə bilib, hətta öz dilini də öyrədib. (Bəzən bizim yazıçılar çox böyük pafosla Sara xatundan, Şah İsmayılın anasından yazırlar, amma unudurlar ki, hər ikisi öz yunan kimiliklərini heç zaman unutmayıblar. Şah İsmayıl da Trapezund imperatoru olan ana babasının taxt-tacının itirilməsini Osmanlılara bağışlaya bilmirdi. Şah İsmayılın ana nənəsi, Uzun Həsənin arvadı Dəspinə xatun isə ərinin ölümündən sonra Vətəninə qayıtmışdı, monastıra girmişdi, rahibə olmuşdu. Əsl adı da ya Feodora idi, ya da Teodora). Elçin yazır ki, tarix oyun sevmir. Amma bizim məmləkət nə qədər belə xanımların oyunlarına səhnə olub. Qızılbaşların tarixində isə xristian gözəllərin siyahısı bitib-tükənmir. Əsas düşüncədirsə, bu düşüncənin istiqamətini kimlərin müəyyənləşdirdiyi də önəmlidir.
   
   Roman maraqla oxunur. Mənə görə, bu əsərdə Təbriz, Qəzvin, İsfahanda dönən olaylar daha inandırıcı, realist təsvir olunub. Hər halda genetik kod çox şeydən xəbər verir. Mən bilmirəm, Elçinin özünə oxşar bildiyi Oruc bəy kimi xristian nənələri olubmu? Yəqin ki, yox. Çünki Elçin yazdığında nə qədər kosmopolit görünməyə çalışsa da onun türk kimliyi ağır gəlir. Və sətirlər arasında gizlətdiyi fikirlər də açıq-aşkar görünür. ürcü nənənin, fars ananın övladı "cənnətməkan" Şah Abbasın türk tarixinə vurduğu zərbələr də eləcə. Oruc bəy Bayatı Avropaya göndərən Şah Abbasın məqsədi ulu babası kimi onlarla ittifaqa girib Osmanlını çökdürməkdi. Həmin siyasətin ağır nəticələrini Elçin Hüseynbəyli öz taleyində yaşayıb. İsfahana, Madridə gedə bilsə də Cəbrayıla gedə bilmir.
   
   Kitabın başlığında "Roman-ekskurs" yazılıb. Yazarın Avropaya gedişi və özü ilə Oruc bəyi (ya da Oruc bəyin onu) aparması da maraqlıdır. Xaraba qalmış Şərq sarayları və Qərbin möhtəşəm muzey-şəhərləri. Elçin yazır ki, "Vətəndən kənarda ayıq gəzmək düzgün deyil. Ayıq başla adam bu gözəllikdən sarsıla bilər, ən azı ona görə ki, həmin gözəlliyin içində yaşayanlara paxıllığın tutar, həm də gözəlliyə bir qədər pafos qatmaq üçün şərab "istemal" eləmək vacibdir". örünür, elə bundandır da, heç vaxt ayıq olmuruq, nə Vətəndə, nə də qıraqda. Ətrafımızı saran gözəllik qoymur. Bu bolluqda hər zaman sərməstik. Bax, budur bizim fəlsəfəmiz. Kitabın sonluğunda Elçin yazır ki, "Mən qorxmurdum. Mən Vətəndəydim!" Amma mən qorxuram, nə qədər donjuanlarımız belə olacaq komandorlar qapımızı döyəcək! ə
   
   


İmza:?rad? TUNCAY

YAZARIN ARXİVİ

2019-04-07 : Olsunmu?!
2018-11-27 : SEVGİ ADASI
2018-09-22 : LEYSAN ÖZLƏMİ
2018-06-23 : İNSAN
2018-05-27 : 100 cavan oğlan
2018-05-10 : SEÇİLMİŞ
2018-02-13 : Qızım...
2018-02-09 : GEDİŞ
2018-01-19 : MÜƏLLİM
2017-11-25 : Sincab günü
2017-09-24 : Miqr - A - siya
2016-12-16 : CANAVAR VAXTI
2016-07-04 : Polis günü...
2014-12-11 : SEÇİLMİŞ
2014-11-07 : BU DA MƏN...
2014-08-21 : BEŞ
2014-04-02 : Elegiya
2014-03-14 : Quo vadis?..
2013-09-18 : LEYSAN ÖZLƏMİ
2012-11-02 : ƏQRƏB BÜRCÜ
2012-10-11 : KÖRPÜ
2012-08-18 : NEKROFİLİYA...
2012-06-23 : İNSAN
2012-02-22 : SOYQIRIM
2011-12-15 : CANAVAR VAXTI
2011-10-29 : Yol ROMANI
2011-10-22 : Yol ROMANI
2011-10-08 : Yol ROMANI
2011-10-05 : MÜƏLLİM GÜNÜ
2011-05-21 : TELESKOP
2011-04-30 : MAY NƏĞMƏSİ
2011-04-23 : SEVGİ ADASI
2011-04-16 : SEVGİ ADASI
2011-04-09 : SEVGİ ADASI
2011-03-12 : MÜƏLLİM
2010-12-18 : MÜSAHİBƏ
2010-10-02 : WOMAN IN LOVE
2010-09-22 : LEYSAN ÖZLƏMİ
2010-05-08 : SEÇİLMİŞ
2010-05-01 : MAY NƏĞMƏSİ
2009-11-14 : SARI ODALAR
2009-08-22 : BEŞ
2009-05-19 : ATA OLMAQ HAQQI
2009-03-20 : ƏNƏNƏLƏR
2009-02-28 : FALA BAXIRAM
2009-02-07 : ANANIN KİTABI
2009-01-31 : BLOKADA
2009-01-24 : YADA DÜŞDÜ
2009-01-17 : İKİ SEVGİ
2008-12-31 : BİS SEXTUS...
2008-07-12 : SEZON FİNALI
2008-06-28 :
2008-06-24 : İNSAN
2008-06-21 :
2008-06-07 : NATURALİST YAZI
2008-05-31 : 555
2008-05-24 : YÜZ CAVAN OĞLAN
2008-05-17 : SORĞU
2008-05-03 : MAY NƏĞMƏSİ
2008-04-26 : ƏLAC NƏDİR?
2008-04-05 : DEPRESSİYA
2008-03-20 : ƏNƏNƏLƏR
2008-03-15 : QUO VADIS?..
2008-03-12 : ETİRAF
2008-02-16 : PAY
2008-02-12 : MƏN VƏ SƏN
2008-01-08 : İKİ ÜZLÜ AY
2007-12-12 : SEÇİLMİŞ
2007-11-24 : RƏĞBƏT
2007-11-17 : AY ÖLKƏSİ
2007-11-15 : ƏZİZ İNSAN
2007-10-06 : YOLDAŞ ÇE
2007-09-29 : DAMA ÇIXAQMI?
2007-09-15 : LEYSAN ÖZLƏMİ
2007-09-11 : BİR GÜN...
2007-07-09 : SƏS
2007-06-30 : HAVA AXINLARI
2007-06-23 : İNSAN
2007-06-09 : İMTAHAN
2007-05-26 : J F K
2007-05-19 : ATA OLMAQ HAQQI
2007-05-09 : SEÇİLMİŞ
2007-05-05 : BƏHANƏ
2007-04-28 : NAĞIL
2007-03-10 : İT DƏFTƏRİ
2007-03-08 : QADIN BAYRAMI
2007-02-24 : SOYQIRIM
2007-02-17 : KÖRPÜ
2007-02-16 : DAŞ
2007-02-16 : MÜƏLLİM GÜNÜ
2007-02-16 : SAKİT MÖVSÜM
2007-02-16 : İMTAHAN
2007-02-16 : TƏZADLAR
2007-02-12 : QƏLƏBƏ GÜNÜ
2007-02-10 : MÖVZU
2007-01-27 : İKİ ÜZLÜ AY
2007-01-20 : SAKİT MÖVSÜM
2007-01-13 : Ehtiyac
2006-12-30 : HƏMRƏYLİK
2006-12-16 : CANAVAR VAXTI
2006-12-13 : QOVŞAQ
2006-12-09 : QOVŞAQ
2006-11-25 : ZƏİF BƏND
2006-11-11 : ƏQRƏB BÜRCÜ
2006-11-04 : PASSİO
2006-10-28 : ŞƏKİLÇİ
2006-09-25 : DAŞ
SON XƏBƏRLƏR
2019-08-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa “Linfild” ?

"Qarabağ" (66.67%)
“Linfild” (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vəli Xramçaylı ilə Akif Əhmədgil (gül kimi Akif Əhməd idi, bu «gil»i hardan gətirib Əhmədə yapışdırdı bilmirəm. Heç ondan sonra da normal bir şer yazmayıb, yazıbsa gətirsin çap edim) bostan oğurluğuna gedirlər. Baxırlar ki, bostanın ortasında bir adam durub. Akif deyir ki, Vəli, gözləyək, adam getsin.

Vəli:

- Ə, adam deyil, müqəvvadı.

- Ə, bir az vurmuşuq, gözünə müqəvva kimi görünür, adamdı.

Vəli:

- Ə, sən sərxoşsan ey, görmürsən müqəvvadı, adam olsa əlində telefon olardı.





digər lətifələr
ARXİV
FACEBOOK