ANA SƏHİFƏ / İDMAN

Ronaldo onunla birlikdə məşq edənlərə hədiyyə verdi

8148    |   2020-05-08 21:36
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"Yuventus"un hücumçusu Kriştiano Ronaldo Madeyrada onun məşq edən futbolçulara hədiyyə verib.

Qol.az xarici KİV-lərə istinadən xəbər verir ki, belə ki, portuqaliyalı hücumçu Funşalda "Nasional" stadionunda məşq edib. Həmin vaxt 35 yaşlı oyunçuya öz bacarıqlarını nümayiş etdirmək üçün "Nasional"ın qapıçısı Filip Qonsalves və onun dostu Huqo kömək ediblər. Ronaldo son məşqdən sonra onlara əməkdaşlığa görə təşəkkür edib və hədiyyələr verib.

Məlumatı F.Qonsalves təsdiqləyib: "Bütün bunlar qəflətən oldu. Baş verənlər mənə həqiqət kimi görünmür. Kriştiano məni yaxşı mənada çox təəccübləndirdi. Üçüncü məşqdən sonra o anladı ki, bu, son görüş olacaq. O, mənə və dostum Huqoya yaxınlaşdı. Bizə təşəkkür etdi və hədiyyə verdi. Amma mənim ən böyük hədiyyəmRonaldo ilə birgəməşq etmək idi" - deyə qapıçı bildirib.




İmza:
SON XƏBƏRLƏR
2020-05-28
2020-05-27


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.23%)
Pullsuz (10.77%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK