ANA SƏHİFƏ / İDMAN

"Zidan sadə oğlan idi, məşqə "Fiat"la gəlirdi"

7224    |   2020-05-07 21:00
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"Zidan çox danışan adam deyildi. İngilis dilini yaxşı bilmirdi, daha çox fransız və italyanca danışırdı. Ancaq topla rəftarı...”

Qol.az xəbər verir ki, bu sözləri Niderland millisinin sabiq üzvü Edvin van der Sar "Yuventus”da birgə çıxış etdiyi Zinəddin Zidan haqqında danışarkən deyib.

Veteran qolkiper "AS” nəşrinə açıqlamasında 1999-2001-ci illərdə komanda yoldaşı olmuş fransalı keçmiş yarımmüdafiəçinin özünü çox sadə apardığı bildirib:

"Məşqə "Fiat"la gəlirdi. Cins şalvar, ağ köynək, "adidas" idman ayaqqıbısına üstünlük verirdi. Digər futbolçulardan tamamilə fərqli görünürdü. Başqa oyunçular məşqə "Ferrari" ilə və "Dolce and Gabanne", "Versace”dən geyinərək gəlirdi. Zidan isə sadə oğlan idi. Əlbəttə, Zidanın da tünd tərəfi var idi. Buna görə də qırmızı vərəqələr alırdı”.

Qeyd edək ki, Zidan hazırda "Real”ın baş məşqçisi, Van der Sar isə "Ayaks”ınbaş direkortorudur.


İmza:
SON XƏBƏRLƏR
2020-05-28
2020-05-27


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.23%)
Pullsuz (10.77%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK