ANA SƏHİFƏ / ƏDƏBİYYAT

Cənnətin yeni sakini - Nurəddin ƏDİLOĞLU yazır

Fərqanə Mehdiyevanın xatirəsinə

9798    |   2020-05-07 10:43
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

7 gün əvvəl Ramazan ayının yeddinci günü idi. Obaşdana az qalmış yuxuda Fərqanə xanımı gördüm. Başına ipək kəlağayıörtmüşdü, qarşısında onluq lampa şölələnirdi... Lampanın ətrafında bardaş qurub oturan xanımların arasında rəhmətlik anam başda olmaqla mənim əzizlərim də var idi. Hamısı nəzərlərini lapmadan süzülən işığa dikib, sanki dərin xəyallara dalmışdılar. Fərqanə xanımsa həmsöhbət axtarırmış ki, sağa-sola boylanırdı. Mən ona səsləndim: "Bəs ətrafındakılar bilmirlər ki, qalxıb obaşdanlıq süfrəsini hazırlamaq vaxtıdır?” Fərqanə xanım xəfifcə gülümsündü. Amma cavab vermədi...

Saatın zənginə oyandım. "Yusif peyğəmbər xeyir eləsin” deyib yuxumu obaşdanlıq süfrəsinə qoyulmuş bir fincan suya danışdım. Fərqanə xanımla bahəm bütün xəstələrə Allahdan şəfa dilədim. Səhər açılmamış fb səhifəmdə belə status yazdım:"Qoy bu günün 3 müqəddəs rəqəmi - Ramazanın 7-ci günü, Cümə günü və mayın birinci günü YER üzündə xeyirlərə vəsilə olsun!”

O gün əvvəlcə istədim Faiq Balabəyliyə zəng edim. Nədənsə vaxtilə dünyasını dəyişən məqamda qürbətdə olsam da nənəmi, illər sonra isə dədəmi yuxuda gördüyümü yadıma salıb fikrimdən vaz keçdim. Faiqlə Fərqanə xanım doğma bacı –qardaş kimiydilər. Həm də onun - yəni Faiqin açıq ürək əməliyyatı keçirdiyini bilirdim.

Karantin rejiminə görə son vaxtlar bir-birimizlə yalnız virtual əlaqə saxlayıb, telefonda danışıb dərdləşirik. İndi hamı, eləcə də ənQORMAZ, CƏSARƏTLİ, ÜSYANKARsöz cəngavərləri belə dünyaya eyniQƏM PƏNCƏRƏSİNDƏNboylanır. Və ağılagəlməzBİRBƏLANINqarşısında nə qədər aciz qaldığımızı çoxYAXŞIdərk edirik. ZamanınÖLÜMxəbərlərini durduran,BƏŞƏRİN DƏRDİNƏəlac edən dava-dərmanı yox!..



Bu gün Yer üzü bütün xalqlar üçünQARA ÇADIRların qurulduğu məkana dönüb!.. Ancaq"Təqdiri İlahi”deyilən bir fikir bütün hallarda insandaruhi rahatlıq,SABAHA ÜMİDhissi yaradan mənəvi fəzilətlərdən hesab olunur. Axı bu mübarək RamazandaSƏBRvəŞÜKRetmək də ibadət sayılır...

Mayın ikinci günü Fərqanə xanımın ölüm xəbərini eşidəndə həsrətini çəkdiyimiz allı-güllü bahar da gözlərimdəQARArəngə boyandı... Qəlbimin səssiz harayını dinləyə -dinləyə yaddaşımda yuxuda gördüyüm başı kəlağaylı, gülümsər üzlü bir şairə obrazı canlandı.

...Fərqanə xanımın adını düz 40 il əvvəl xalam nəvəsi, şair Arif Fərzəlinin dilindən eşitmişdim. Mərhum şair, naşir Ələkbər Salahzadənin baş redaktoru olduğu dövrdə ilk dəfə "Ulduz” jurnalına yazı aparanda Fərqanə xanımla tanış oldum. Arifi soruşdu və məndən ona salam göndərdi. Fərqanə xanım Arifin"Toy”şerini çox sevirdi. Tədbirlərdə mənə söz veriləndə xahiş edərdi ki, o şeiri deyim. Arif çağdaş poeziyamızın tanınmış nümayəndələrindən olsa da, internetdən, sosial mediadan uzaq adamdı. Haqqında yazdığım essemin adını əbəs yerə "Zəmanə dərvişi”qoymamışdım. Bir-neçə şeirini "fb” səhifəmdə paylaşmışam. Fərqanə xanım bir dəfə xəstəxanadan mənə yazdı ki, "Toy” şeiri yazıb ona yollayım. Bu şeiri əzbər bilsəm də Arifin digər şerlərindən uzun olduğuna görə onu yazıya köçürüb paylaşmağa tənbəllik eləmışdım. Amma Fərqanə xanımın xahişi ilə o şeiri də yazıb bir neçə dəfə fb-dəki "VİLƏŞ”qrupunda paylaşdım.

Əşyaların ömrü bizim ömrümüzdən uzun, yaddaşı yaddaşımızdan "möhkəm” olur. Fərqanə xanımla çəkdirdiyimiz bu şəklin isə qəribə tarixçəsi var! Günlərin bir günü şair Balayar Sadiqlə məni Rusiyada yaşayan bir tanışımız Bakıya gələndə qızının toyuna dəvət etdi. Xahiş elədi ki, xalq şairi Sabir Rüstəmxanlını və tanınmış xanım şairlərdən birini toy məclisinə dəvət edək. Lap Anarın"Evləri köndələnyar”tamaşasında olduğu kimi: dedi ki, qoy bəy admları görsün ki, mənim də şair-yazıçı dost-tanışım var... Sabir müəllimə əlimiz çatmadı. Amma Balayar həmin Fərqanə xanımla birlikdə gəldi. Məclisdə bizə söz veriləcəyinə seyid cəddinə arxayın olan kimi əmin idik. Fərqanə xanım deyirdi ki, sən Allah, Nurəddin qardaş, yenə Arifin o "Toy” şerini deyərsən!..

Amma necə oldusa bizə söz verilmədi. Yazıçılar Birliyinin Natəvan Klubunda tədbir olanda aparıcıların Azərbaycan poeziyasının Anna Axamatovası deyə sevə-sevə söz verdiyi Fərqanə xanımın hüzurunda əməlli – başlı pərt olmuşduq. Məclisi tərk edəndə toy sahibi xanımı ilə bizə yaxınlaşıb üzr istədilər. Artıq gec idi... Üstəlik taksi də sifariş vermişdik. O gün Fərqanə xanımı evinə ötürdük...

Çox çəkmədi ki, Balayarın oğlu Cavid bəyin toyu oldu. Bax, o toyda Fərqanə xanımla ikimiz əslpoeziya buketi, nəğmə çələngiqurduq. O, öz şeirlərini dedi, mən isə Mir Kazım Aslanlı-Sarənglə Arif Fərzəlinin şeirlərindən bir neçəsini...

Fərqanə xanım bacı kimi bizim sevincimizə, uğurumuza sevinən, dərdimizə şərik olan bir ziyalı xanım idi: mən də, Balayar Sadiq də həyat yoldaşımızı vaxtsiz itirəndə bizəhədsiz dərəcədə təsəlli verən qələm dostlarımızdan biri də Fərqanə xanım Mehdiyeva olmuşdu. Əslində biz hamımız zaman-zamanAYRILIQLARməktəbinin məzunu oluruq... İndi isə növbə Fərqanəsevənlərə çatmışdı...

Bu gün mayınYEDDİNCİgünüdür. Mənim ömür – gün yoldaşımın haqqın dərgahına qovuşmağının 7 ili tamam olur. Fərqanə xanımı həyatda sonuncu dəfə nə vaxt gördüyümü dəqiq xatırlamıram, amma yuxuda yeddi gün əvvəl gömüşəm.

Pifaqor deyirdi:"Rəqəmlər hər bir insanın yaradılış səbəbini, onun həyatda missiyasını, taleyini ifadə edir".7 rəqəmi də müqəddəs, ilahi, xoşbəxtlik rəqəmidir. Sabah Fərqanə xanımın ruhunun axirət aləminə köç etməsinin yeddinci günüdür. İnanca görə mübarək Ramazan ayında səmanın qapıları açılır, oruc adamın iftar və imsak vaxtı etdiyi dualar Allah dərgahında cavabsız qalmır. Dua Cənnət yurdunun qapısıdır, deyirlər. Mən də bu gündua edirəm ki, o dünyada cənnətməkan anamla, Səmayə, Humay və Məşhədi Hüsniyyə kimi xanımlarla birlikdə Allah səni Həzrət Fatmeyi –Zəhraya yoldaş eləsin, Fərqanə bacı!

Əziz ruhuna böyük ehtiramla

Nurəddin ƏDİLOĞLU.

07.05.2020.




İmza:
SON XƏBƏRLƏR
2020-05-31
2020-05-30


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.23%)
Pullsuz (10.77%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK