ANA SƏHİFƏ / YAZARLAR

Əbülfət MƏDƏTOĞLU: SALAM, XATİRƏLƏRİM...

Mən onlara hər gün daha da yaxınlaşıram

18219    |   2020-05-08 09:30
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bu da may... Bu da ömrün daha bir ayı, daha bir mayı... Bu da illərin 1959-dan başlayan və 2020-nin qapısını açan "mayovka”sı. Amma 1991-ci ilin oktyabr ayının 30-dan 31-nə keçən gecədən yoxdur mənim üçün nə may, nə də mayovka!..

Düşünməyin ki, mən təqvimi qarışıq salıram, günləri, ayları dolaşdırıram. Bunu heç ağlınızın ucuna da gətirməyin. Ona görə ki, mən təqvim yazmıram, təqvim tutmuram və bir də bunu mən heç ağlımdan da keçirməmişəm. Ona görə ki, təqvim məndən öncə tutulub və məndən sonrakı təqvim də yazılıb. Bu güc sahibi hər kəsə - yerə də, göyə də, canlıya da, cansıza da nəzarət edəndi. Sadəcə, mən Allahın verdiyi ömrün mayovkalı günlərinin nisgilini, həsrətini yaşayıram. Onun ömrümə, günümə necə yazıldığını, yaddaşıma necə hoduğunu düşünəndə, gözümün önünə gətirəndə yaramın qaysaqları qopur... göynərtisi tüstümü təpəmdən çıxarır. Və inana bilmirəm ki, mən o günləri yaşamışam, mən o anların xoşbəxt bəndəsi olmuşam... İnana bilmirəm ki, indi günlər boşuna, mənasız və hətta bəzən cansıxıcı və üzücü keçir. Şəxsən mən bu günləri nə ömürdən saymıram, nə də onları "ölü günlər” adlandırmaqdan çəkinmirəm. Hətta...

Bəli, bu "ölü günlər” ömrə gün calayır... Ömrü zaman baxımından, say baxımından uzadır. Lakin bu günlər bir şeirdə yazdığım kimi:

Misraların

arasında

ötür günlərim...

Vergüllərlə

uzansa da,

nöqtələrlə

itir günlərim...

Bəzən olur

baş qarışır

dost, tanışa...

ya bir işə

ya görüşə...

Ya da elə tənhalığa

çəkilirəm

bir anlığa...

Bütünlüklə

söylədiyim məqamlarda,

küsür məndən

qələm, kağız,

misralar da...

İnan,

cismən yaşasam da

bu arada,

elə-belə...

səs-səmirsiz

bitir günlər...

gəlib, keçib

ötür günlər!..

Hə, bax, belə yaşamağın mənasını, mahiyyətini düşünmək zənnimcə, heç kimin ürəyincə olmaz, necə ki, mənim də ürəyimcə deyil. Və ürəyimcə olmayan bu günlərdən qurtuluşumu mən xatirələrimdə tapıram. Ona görə də daha çox təkliyə, tənhalığa üz tuturam, daha çox səssizliyə çəkilirəm... həmsöhbət oluram xatirələrimlə. Yəni dünənimlə, özümlə və bir də bu xatirələrin personajları olan iştirakçılarla. Təbii ki, bu personajların içərisində canlı, nəfəsli, bu gün də yaşayanlar var, təbiət parçaları da, dünyasını dəyişmiş tanış-biliş də, doğmalar da...

Bəli, indi gözümün qarşısındadı doğulduğum kənd, oxuduğum məktəb, uşaqlıq dostlarım, müəllimlərim, şagird yoldaşlarım... Birmənalı şəkildə hamısının adını da, soyadını da, boy-buxununu da xatırlayıram. Təəssüf edirəm ki, sinif yoldaşlarımdan Pəhlivan, Aydın, İradə Şövkət... dünyasını dəyişib. Şagird dostlarımdan müharibənin yaralarını canında daşıyanlar da var, şəhid olanlar da var. Və onların hələ orta məktəbdən necə qəribə xüsusiyyətlərə malik olduqları az qala bir kitablıq yazı kimi yaddaşıma hopub... Bilmirəm, hansı anı dilə gətirim, hansı sözlərini təkrar edim. Ona görə də gücüm bir "ah” çəkməyə çatır. Hardasa inanıram ki, bu "ah” bir rəhmət duası kimi gedib çatacaq onlara, ruhlarını sevindirəcək. Elə dünyasını dəyişmiş müəllimlərimi də, doğmalarımı da, iş yoldaşlarımı da... Çünki axirətin sakini olan bu insanların hər biri nakamdı, Qarabağ nakamıdı... Gözləri o torpağın, o yurdun nisgilini özü ilə aparıb...

Hə, indi xatirələrlə bağlı ovqatın içərisində olduğum an kəndimin o gözəl mənzərəsi, o gözəl günləri çəkir məni özünə. Elə bil ki, cənnət çağırır məni... elə bil ki, dupduru hava, su, göz, könül oxşayan, ürəyi dağ boyda edən sevgi haraylayır məni. Və mən də dostlarımla evimizin nemətlərindən, bərəkətindən çantama yığıb bulaq başına gedirəm – Mayovkaya!

Süfrə açırıq... Özümüzlə gətirdiyimiz nemətləri düzürük süfrəyə. Topladığımız quru ağaclardan ocaq çatırıq. Öncədən evdə basdırma etdiyimiz əti çubuq şişlərə çəkirik. Bu işin ustası uşaqların içərisində daha fəal olan Zakirdi. Bu da səbəbsiz deyil. Onun atası rəhmətlik Həmid kişi meşəbəyi idi. Ona görə həmişə meşədə, təbiətin qoynunda olan Zakir atasının "çölçülüyünü” yaxşı mənimsəmişdi. Hansı bulağın başında əyləşməyi, hansı ağacın közündə kabab bişirməyi və kababa hansı otlarla, çiçəklərlə dada gətirməyi mükəmməl bilirdi. Beləcə, başlayırdı "mayovkamız!”. Bütün günümüz deməklə, gülməklə, zarafatla, hətta müxtəlif oyunlarla keçirdi. Bir də baxıb görürdük ki, şər qarışıb, artıq evə qayıtmaq vaxtıdı... Doğrusunu deyim ki, həmin günün səhəri adamın heç məktəbə getməyə həvəsi olmurdu. Amma getməliydik. Həm şagird kimi borcumuz idi, həm də valideyn nəzarəti bizim başımızın üstünü kəsmişdi. Və biz məktəbdə də, fasilələr zamanı ancaq mayovkadan söhbət edirdik...

İndi bütün bunların ovqatını yaşaya-yaşaya bir vaxtlar yazdığım şeirin misralarını da yaddaşımda təzələyirəm. Onda yazmışdım ki:


Daha dağdan enirəm
Yavaş-yavaş sönürəm...
Dünənimə dönürəm -
Salam, xatirələrim...
Balam - xatirələrim!..

O ləzətlə, o, tamla -
Əlin dolu bir camla...
Gəldim yenə, bir damla -
Alam, xatirələrim...
Salam, xatirələrim...

Bir də bu yol salınmaz
Bir də o ney çalınmaz...
Bircə sənsən, alınmaz -
Qalam, xatirələrim!
Salam, xatirələrim...

İçdin ruhumun yağın
Öpdün gözümün ağın...
Mənə hamıdan yaxın -
Balam, xatirələrim
Salam, xatirələrim...

Haqdan mənə "çök!"-gəlib
Karvan yorğun - lök gəlib!
Öz ömrümə köklənib..
Lalam,xatirələrim!
Salam, xatirələrim....


***

Bəli, xatirələr adamı danışdırır. Hətta ən susqun adamın da dilini açır. Və bir də görürsən ki, ömrün, günün çözələnib. Həmin çözələn zamanın içərisində kədərin özü də adama doğmadı. Çünki o kədəri sən öz çevrənlə, öz mühitinlə, səni anlayanla birlikdə yaşamısan. Sağında, solunda, hətta kürəyində doğma nəfəs, güvəncli nəfəs hiss edirən. Onda kədərə güc gəlirsən, kədər dizindən aşağıda qalır. Qalib sən olursan, kədər yox!

Nə deyim illərə... Nə deyim zamana... Doğrusunu etiraf etsəm, deməyə söz çoxdu. Amma illər, zaman ötüb gedibdi. Deyəcəyim söz elə bir sürət sahibi deyil ki, gedib onlara çatsın, yetişsin. Odur ki, elə bildiklərimi, duyduqlarımı xatirələrim kimi ürəyimdə çözüb özümün həmsöhbət olmağım daha dürüst qərardı. Mən də bu qərara istinad edərək bu nəticəyə gəlirəm ki, insanın iç dünyası özünəməxsus olmaqla yanaşı, həm də ən böyük sığınacağıdı. O sığınacaqdan insanı yalnız ölüm çıxara bilir və bir də harda olduğunu Allah bilir! Və bir də o sığınacaq ömür uzadır. Çünki səni arzuladığın, xatırladığın yerlərə, adamlara aparır...

İndi bu xatirələr ovqatının diqtəsiylə öz-özümə pıçıldayıram:


Qapım daha döyülmür

Gün düşmür pəncərəmə...

Bütün bunlara görə

Allahı dəng eləmə -

Sus... otur...


Günü günə qaynaq et

Qəlbi dərdə yaylaq et!

Vüsalını bayraq et

Həsrətlə cəng eləmə -

Sus... otur...


Gecdi ta umma öyüd

Ömür payını üyüt!

Ümidini sən böyüt

Heç kimə zəng eləmə -

Sus... otur...


Yazı birdi, pozan bir

Mənim kimi ozan bir!

Olsa da bil, yozan bir

Dünyanı çəngələmə -

Sus, otur!..

***

Hə, mən bu yazını illərimin yaddaşımda qaladığı ocağın işığında yazıram. Bu obrazlı bir fikir olsa da, əslində bir gerçəkdi. Çünki yaş artdıqca həyatın gerçək üzü daha çox çılpaqlaşıb özünü büruzə verdikcə dünyanın necə namərd olduğunu anlayırsan. Ömrün etibarsızlığına, adamların biganəliyinə alışırsan. Tam şəkildə bilirsən ki, bu dünyada sənə qalan və özünlə aparacağın iki qismətin var, iki payın var – onun biri xatirələrindi, biri də sevgin! Hər an səninlə olan xatirələrin və sevgin canına, qanına o qədər bağlıdır ki, onu ölüm də səndən ala bilmir. Məcbur olub səninlə birlikdə aparır. Yaddaşa köçürsən, bax, onda kimlərinsə o xatirəlrədən, o sevgidən xəbəri varsa, məqamı gələndə, söz-sözü çəkəndə dilə gətirir. Xəbəri olmayanlar isə...

Bəli, mən hərdən öz-özümlə danışanda, öz-özümü çarmıxa çəkəndə məhz içimdəki xatirələrimə və sevgimə istinad edirəm. Onların halal haqqım olduğuna inanıb, əmin olub, əlimi Tanrı dəgahına açıb "şükür ki, bunları mənə vermisən” – deyirəm. Məhz bu şükür duamın təsirilə hətta bir şeir də yazmışam. Demişəm ki:


Mənim ümid payımı

Gülüm, şax saxla, saş saxla...

Çəkib bu ömrün yayını –

Gülüm, bax saxla, bax saxla!


Yozmama heç yerə bu cəlbi

Ruhum buluddan da qəlbi...

Adın yazılan bu qəlbi –

Gülüm, ağ saxla, ağ saxla...


Zaman bölündükcə lək, lək

Demirəm otur, fikir çək...

Mənim adıma ağac ək –

Ya da bağ saxla, bağ saxla...


Bu sevgi mənim Yer kürəm

Ordan sənə görükürəm!

Düşünmə ki, başqa cürəm –

Yadında dağ saxla, dağ saxla...

Bu şeiri oxuyub nə düşünəcəyinizi, fikrinizdən nə keçirəcəyinizi bilmirəm. Ola bilsin ki, məni eqoistlikdə, özünəvurğunluqda qınadınız... Ola bilsin ki, əhəmiyyət də vermədiniz... Və hətta hansınızsa "boş şeydi” deyib əlinizi yellədiniz... Mən bütün bunları başa düşür və qəbul edirəm. Hətta təbii sayıram. Ən azından ona görə ki, hər kəs öz baxış bucağıyla çevrəsinə, gördüklərinə yanaşır. Deməli, adi bir söz də, mükəmməl bir əsər də fərqli qiymətlər qazana bilər. Necə ki, tarix boyu belə olub və bundan sonra da belə olacaqdı. Mənim isə, indiki anda, bu yazını diqtə etdiyim məqamda ən böyük istəyim, ən böyük umacağım o xatirələr dünyasına qovuşmaq... bir an da, bir gün də olsa kəndimdə, Qarabağımda yaşamaq, həmin cığırları, həmin bulaqları, həmin meşələri gəzib seyr etməkdi... Düzdü, bu istək, bu Tanrıdan edilən dilək elə-belə başa gəlməyəcək. Amma "zor, ya xoş” – adlı iki yol var, hansıyla məni aparırlar aparsınlar, göndərirlər göndərsinlər, təki o məqam gəlsin və mən o ana qovuşum!..

Hə, sizlərdən kimsə mayovkada olubsa, onun da yaddaşında bu yazı bir qığılcım kimi işaracaq... onu da dünənə çəkib aparacaq... onu da mənim kimi kövrəldəcək... Məhz həmin o adamlar mütləq mənimlə həmfikir olacaqlar. Axı biz eyni şineldən çıxmışıq, eyni zamanın adamlarıyıq. Və deməli, hər gün xatirələrimizə doğru gedir və ona qovuşmağa can atırıq...




İmza:

YAZARIN ARXİVİ

2018-11-18 : DOYMUŞ MƏHLUL
2018-10-23 : YARIMÇIQ MƏKTUB
2018-09-21 : ÜMİD KƏNDİRİ
2018-09-14 : ÖMÜR YARPAQLARI
2018-09-08 : ŞUNURLULAR
2018-09-06 : Təzyiq yazısı
2018-09-05 : AYLI BİR GECƏ
2018-07-31 : HAVALI YAZI
2018-02-01 : "O SÖZƏCƏN..."
2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : HAVA
2016-08-12 : MƏKTUB…
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : Tofiq Abdinlə
2015-11-13 : ÜZ SUYU
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
SON XƏBƏRLƏR
2020-05-24
2020-05-23


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.23%)
Pullsuz (10.77%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK