ANA SƏHİFƏ / YAZARLAR

Labirint... Minotavr... Ariadnanın yumağı... - İradə TUNCAY yazır

52888    |   2020-04-27 09:05
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Pərdə qalxır


Birinci şəkil

Olimpin döşündə Zevsin iqamətgahı. Sarayda Olimpiya sakitliyi hökm sürür. Zevs qarşısındakı daşlarda gündəlik xəbərləri oxuyur. Birdən nəyisə xatırlayır:

- Dedal layihəni gətirdi?

(Sükut)

- Niyə cavab vermirsiz? Ona tapşırıq vermişdim.

- Tanrılar Tanrısı (nə deyirlər Zevsə bilmirəm -müəllifdən), Dedalın bir narahat oğlu var. Başı ona qarışıb.

- Mən neynim? Hirslənərəm onun oğlunu da çevirərəm Tsiklopa. Ya da nə bilim... Nəyə çevirim?

- Əlahəzrət, siz onu nəyə çevirsəniz də narahat olacaq. Yaxşısı budur elə tanrı qalsın... Belə ayıb olar rəiyyətdən.

- Rəiyyəti düşünüb edirəm də... Krit çarına Afinadan 7 oğlan, 7 qız göndərirlər . Onun da baş bəlası bir oğulluğu var. Adamyeyən. Rahat yeməsi üçün bir zirzəmi lazımdı... Dedal tikməliydi. Axtarın tapın onu.

... Xəbərlərdə də mənə tərifi yetərincə yazmayıblar.


***


İkinci şəkil


Krit adası. Minosun sarayı.

(Minos – Zevsin nigahdan kənar oğlu. Avropanı oğurlayıb və bu oğurluğun nəticəsi Minosdu. Avropa ərazi adı deyil bu halda. Qədim yunan mifologiyasında Avropa Finikiya çarı Aqenorun Zevs tərəfindən oğurlanıb Krit adasına aparılmış qızıdır. Həmin bu oğurlanma süjeti bir çox məşhur rəssamların yaradıcılığında istifadə olunub. Və təbii ki, Minosun istəkləri Zevsə doğmadır. Afinadan göndərilən gənc insanlar da qurban verilirdi. Kimə? Deyim də... Dəniz tanrısı Poseydon Minosa yaraşıqlı buğa hədiyyə göndərir. Qurban kəsilmək üçün. Minos Poseydonu aldatmaq istəyir və buğanı dəyişir. Poseydonu haa... Tanrını haa... O da qəzəblənib Minosun arvadı Pasifayanın ürəyinə buğaya ehtiras göndərir. Vəssalam. Pasifaya buğadan övlad dünyaya gətirir. Və bu övlad Minotavr adlanır. Yarı insan-yarı buğa. Adam yeyirmiş. Hər ilin müəyyən günlərində yemək üçün 7 oğlan, 7 qız göndərirlər Minotavra. İndi Afina camaatı buna etiraz edir. Şəhəri narazılıq bürüyüb. Amma Tanrılar Tanrısı oğlunu da pis vəziyyətdə qoymaq istəmədiyindən Dedaldan gizli bunkerin tikilməyin xahiş edib. Dedal haqqında nəsə bilirsiz? Bizim dildə desək, öz dövrünün mahir ixtiraçısı, mühəndisi imiş. Hakim elitanın qızlarının şıltaqlıqlarına xidmət edirmiş. Amma sonra o da qəzəbə gəlir, qaçır və Kritdə Minos himayə edir onu. Dedalı ilk aeronavt hesab eləmək də olar. Oğlu İkarla Günəşə uçmaq istəyiblər. )

- Dedal, o tapşırığın aqibəti nə oldu?

- Minos həzrətləri, hazırdı demək olar. Ariadna xanıma da göstərmişəm layihəni. Labirint adlanır.

- Labirint? İkibaşlı balta?

- Belə də demək olar. Amma həm də dolanbac, dolaşıq, yolu tapılmayan bir yer. Ölüm yeri. Elə balta kimi...

- Ariadna bəyənibsə, əminəm yaxşı balta olacaq.

- Biz danışdıq onunla. Bu günlərdə Afinadan gələn qurbanları ora atacağıq. Minotavr rahat olsun. Ariadna qardaşını çox sevir... Adam yesə də... Labirintdən çıxış yolunu da ancaq ona anlatdım. Ariadna bilir.

***

İnsanlar balaca bir cəmiyyət formalaşdıran kimi özlərinə lider axtarırlar. Ya da bir tapınaq. Nümunə. Kiməsə oxşamaq, kimdənsə imdad diləmək arzusu var insan oğlunun içində. Fərq eləməz necə oldu, necə gəldi - qalibləri mühakimə eləmirlər axı. Əsas odu ki, bir nəfər tapıb ona sitayiş edəsən (ola bilər ki, bu sitayiş obyektini sabah ayaqlar altında əzərsən də). Bu gün varmı? Off, nə gözəl rahat yatmaq da olar, səhər dinc yaşamaq da olar - obraz var...



Yunan mifologiyasından gəlir söz - HERO... İndi bunun ətrafında fırlanım bir az. HERO tapmışkən... Kimdi bu axı? Niyə lazımdı insanlara? Tanrı yaratdıqları kimi onu da yaradıb başına dönürlər. Sən demə, bunun əsası varmış - mifologiyaya görə, HERO - yəni qəhrəmanlar tanrıların yerdəki fanilərlə sevgisindən doğulan insanlardı (sevgi məsələsi var hər halda). Tanrılar ölməzdi, amma onlardan doğulanların belə imtiyazı yox. Miflərdə Ölməz valideynin fani övladına əbədi həyat vermə cəhdləri süjet kimi keçir. Fetida oğlu Axillesi yeraltı Stiks çayında çimdirir, dabanına su dəymədiyindən zəif yeri qalır. Axillesin dabanı. Məşhur Troya müharibəsi - burda da Fetida hər vəchlə oğluna yardım etməyə çalışır, hətta Olimpdəki bütün əlaqələrindən (indiki dillə desək) də istifadə edir. Döyüşün yunanlar üçün uğurlu olmasını Zevsdən xahiş edir (Burda da tanışlıq və əlaqə faktorları var gördüyünü kimi ). Amma əlahəzrət Təsadüf və ya Zərurət işə qarışıb artıq. Daban zəifdi. Məşhur döyüş və Axilles həlak olur (dabanından aldığı yara öldürür) döyüşdə. İlahə Fetida oğlunu ölümsüz edə bilmir. Ya da belə yanaşsaq, bəlkə edir ölümsüz. Neçə əsrdi insanlar bu əfsanəni yaşadırlar. Axillesin öldüyü gün olmayıb məncə. Fetida istəyinə çatıb. Fiziki ölümlər çox adidi... Heroizm insanı əbədiləşdirən bir məfhum... Deməli, fani (sözün bütün çalarlarında) insanların əbədiyyət arzularına bir cığırdı qəhrəman.

Antik ədəbiyyat bu obrazlarla çox zəngindi. Homerin"İliada"və"Odisseya"sı ilk baxışda satrapların, çarların tarixini əks etdirsə də, eposun əsas qəhrəmanları yenə elə Qəhrəmanlardı. Maraqlıdı eləmi, əsərlərdə, hadisələrdə, gündəmdə də əsas fiqurlara qəhrəman deyirlər. Şah, çar, xan, lider-filan yox, elə Qəhrəman. Bütün dillərdə belədi, deməli, insan təfəkküründə öndə gələn obraz budu. Bəlkə də insanlar Qəhrəmanı Tanrıya bərabər tutduqlarından bütün möcüzələri, qeyri-adilikləri onlardan gözləyirlər Hökmdarlardan yox, Qəhrəmanlardan, Heraklından tutmuş Teseyinə qədər. Antik yunan mifləri öz yerini Roma reallıqlarına verəndə də eyni mənzərə görünür.

***

Tesey Afinadan qurban gələn 14 gəncdən biridir. Ariadna xanədan mənsublarından biri. Bir sözünü iki eləyən olmayıb indiyə qədər. Nə istəsə onun olub... Və təbii bu hal darıxmaq yaradır, adrenalin çatışmır həyatında. Qəhrəman lazımdı ona. Teseyi seçir və çar atasını, adamyeyən qardaşını unudur... Tesey onu bu yeknəsəklikdən qurtaracaq... güman edir... Amma əvvəlcə Ariadna onu Labirintdən çıxarmalıdı. Bunu isə Dedal öyrədib ona. Qarışqaya sap bağlayıb yuvanın bir tərəfindən o biri tərəfinə sapla gedib. Labirintin dolanbacından bir yumaq iplə çıxmaq olar....

Və zaman gələndə Labirintdəki gənclər Ariadnanın yumağıyla qurtulurlar.

***

Labirint... Minotavr... Ariadnanın yumağı... Labirint hər zaman mövcuddur. Minotavr(lar) da həmçinin. Qalır Ariadnanın yumağı. Axtarmaq lazımdı. Həm də xanədan mənsublarının içindən. Olimpdə tanrılar da orda darıxırlar və yerə enirlər zaman-zaman . Və bu enişlərdən yeni yarım insan, yarım tanrılar doğulur... Seçim var...

***

Baxıram və anlamıram, niyə belə həşirdi. Qəhr olsun... sakitləşin bir az, cənablar. Ayın yeri Günəşlə tərs düşməyib, okeanlar gölə sığdırılmayıb, göydən yerə bircə alma da düşməyib. Hər şey öz axarında, hər zaman necəydisə elə gedir. Yanan yanır, dağılan dağılır, artan artır, yıxılanın da vaxtı gələndə yıxılır... Zatən, başqa cür gördüyümüz olmuşmuydu? Qəhr olsun... Zəif yerlər var bu olayda – bitməmiş müharibə və formalaşmamış insan cəmiyyəti. Axillesin dabanı... Uzaqdakılar yaxınlaşdı və bu anda insanlar arzuladıqları yaxınların nə qədər əlçatmaz olduğun dərk etdilər elə bil. İnsanlar yeni qəhrəmanları müzakirə edirlər. Fərq eləməz bu qəhrəmanlar müsbətdi, ya mənfi. Amma müzakirə konusu var yenə... Göstərilənlər görünən olmadı... İnam yoxdu... Yalan isə...

***

Hər kəs deməyəcəm, böyük çıxar, amma kimlərinsə içində öz qəhrəmanları var. İnanır ona və möcüzə gözləyir. Uzaqların yaxına gəlməsini gözləyir. Olmur möcüzə. Yoxdu o qəhrəman. Onun da öz yalanları və doğruları var, öz zəif yerləri var. Və sən bu zəiflikləri müşahidə edə-edə öz dünyanı yıxırsan. Uduzan isə sənsən nəticədə. İllüziya idi və itirdin. Bundan ağır nə ola bilər ki... Canlı ölü siyahın artdı qəlbində, ya da itkin insanlar siyahısı. İndi fikirləşirəm ki, nəinki insanlar, hətta sözlər də ölür. Ev tapşırığı kimi leksik lüğətdə bütün xoş sözləri xatırlamaq istəyirsən, yadına düşənlər ağrı verir. Leksik luğətimə zaman-zaman əl gəzdirməm lazım... Amma ac olduğum sözlər çoxdu...

Bu günümüzün, müstəqillik dövrünün qəhrəmanları kimdi? Hansı amallarla yaşayırlar? Hansı əqidəyə qulluq edirlər? Mafiozlar, terrorçular, pleyboylar, parlamentdə söyüşənlər qəhrəman obrazının ştrixlərini əks etdirəcəkmi? Ya bizim qəhrəmanlarımız məşhur rejissorumuzun göstərdiyi kimi - idiot, debil və yaramazdılar? Televizorda gördüklərimiz nə deyir? Simaların rəngi niyə solur? Ekranlardan niyə itir? Niyə yenidən ağ-qara görüntülərə qayıdırıq? Bizim ölçü vahidimiz çalıb-oxuyanlardımı? Söz eşitmək olmazmı? Qəliz suallardı, mən cavab tapa bilmədim. Bəlkə siz bilirsiniz?

Ev qapısından çıxıb, işə getdiyim yolun üstündə, yaşıllaşmağa başlayan çəmənin içində üç qırmızı tülpanım vardı... (sonra oğlum dovşan gətirdi həyətə, onlar da tülpanların kökün kəsdilər) Ayaq saxlayıb tamaşa edirdim, gözəl mənzərə idi, xoşuma gəlirdi. Həm təzad idi - hər tərəf yamyaşıl və bunun içində al qırmızı güllər. Həm də bir-birinə uyurlar, yaraşırlar, uzlaşırlar. Allahın burda nə siyasi marağı var bilmirəm - amma bizdən fərqli olaraq rənglərlə oynamağı gözəl bacarır. Bu da onun böyük siyasətidir. Böyük siyasətlərin içində qüsurlar da olur - biz, insan cəmiyyəti onun böyük səhviyik. Bu qədər gözəllik yaradıb, içinə belə naqis məxluqatları niyə atmışdı? Dünyanı yeddi günə qurdu, milyon ildi bir ədalət yarada bilmir. (Taclı virus yaradacaqmı? Yumağı varmı onun da Ariadna kimi?) Amma bu tülpanlar çox cəsarətli idi, öz rənglərindən qorxmurdular. Təxminən 40 il əvvəl qırmızının içində yaşıl rəng necə görünərdisə, indi də yaşılın içində qırmızı elə görünür. Amma təkbaşına qırmızı olmaq zor!!!

(Remarkalar uzun oldu deyəsən)

***

Üçüncü şəkil


Zevsin iqamətgahı. Olimpiya sakitıliyi yoxdu. Zevs həyəcanlıdı.

- Nə xəbərlər var Kritdən? Minos nə deyir?

- Əlahəzrət, Minotavr öldürüldü. Tesey adlı bir gənc öldürdü.

- Bəs, Labirint ? Dedal Labirinti tikmişdi axı?!

- Nəvəniz Ariadna onları çıxardı ordan. Sonra da qaçdı Teseylə birgə... Harda olduqları barədə hər müəllif bir söz yazır...

-... Ariadna da qaçdı??? Dedalı tapın gətirin!!!

- Dedalın ağlı başında deyil, Əlahəzrət... Oğlu... İkar...

- Hə, nooldu oğluna?

- Günəşə uçanda qanadları yandı...

Pərdə enir






İmza:

YAZARIN ARXİVİ

2019-04-07 : Olsunmu?!
2018-09-22 : LEYSAN ÖZLƏMİ
2018-06-23 : İNSAN
2018-05-27 : 100 cavan oğlan
2018-05-10 : SEÇİLMİŞ
2018-02-13 : Qızım...
2018-02-09 : GEDİŞ
2018-01-19 : MÜƏLLİM
2017-11-25 : Sincab günü
2017-09-24 : Miqr - A - siya
2016-12-16 : CANAVAR VAXTI
2016-07-04 : Polis günü...
2014-12-11 : SEÇİLMİŞ
2014-11-07 : BU DA MƏN...
2014-08-21 : BEŞ
2014-04-02 : Elegiya
2014-03-14 : Quo vadis?..
2012-11-02 : ƏQRƏB BÜRCÜ
2012-10-11 : KÖRPÜ
2012-08-18 : NEKROFİLİYA...
2012-06-23 : İNSAN
2012-02-22 : SOYQIRIM
2011-12-15 : CANAVAR VAXTI
2011-10-29 : Yol ROMANI
2011-10-22 : Yol ROMANI
2011-10-08 : Yol ROMANI
2011-10-05 : MÜƏLLİM GÜNÜ
2011-05-21 : TELESKOP
2011-04-30 : MAY NƏĞMƏSİ
2011-04-23 : SEVGİ ADASI
2011-04-16 : SEVGİ ADASI
2011-04-09 : SEVGİ ADASI
2011-03-12 : MÜƏLLİM
2010-12-18 : MÜSAHİBƏ
2010-10-02 : WOMAN IN LOVE
2010-09-22 : LEYSAN ÖZLƏMİ
2010-05-08 : SEÇİLMİŞ
2010-05-01 : MAY NƏĞMƏSİ
2009-11-14 : SARI ODALAR
2009-08-22 : BEŞ
2009-05-19 : ATA OLMAQ HAQQI
2009-03-20 : ƏNƏNƏLƏR
2009-02-28 : FALA BAXIRAM
2009-02-07 : ANANIN KİTABI
2009-01-31 : BLOKADA
2009-01-24 : YADA DÜŞDÜ
2009-01-17 : İKİ SEVGİ
2008-12-31 : BİS SEXTUS...
2008-07-12 : SEZON FİNALI
2008-06-28 :
2008-06-24 : İNSAN
2008-06-21 :
2008-06-07 : NATURALİST YAZI
2008-05-31 : 555
2008-05-24 : YÜZ CAVAN OĞLAN
2008-05-17 : SORĞU
2008-05-03 : MAY NƏĞMƏSİ
2008-04-26 : ƏLAC NƏDİR?
2008-04-05 : DEPRESSİYA
2008-03-20 : ƏNƏNƏLƏR
2008-03-15 : QUO VADIS?..
2008-03-12 : ETİRAF
2008-02-16 : PAY
2008-02-12 : MƏN VƏ SƏN
2008-01-08 : İKİ ÜZLÜ AY
2007-12-12 : SEÇİLMİŞ
2007-11-24 : RƏĞBƏT
2007-11-17 : AY ÖLKƏSİ
2007-11-15 : ƏZİZ İNSAN
2007-10-06 : YOLDAŞ ÇE
2007-09-29 : DAMA ÇIXAQMI?
2007-09-15 : LEYSAN ÖZLƏMİ
2007-09-11 : BİR GÜN...
2007-07-09 : SƏS
2007-06-30 : HAVA AXINLARI
2007-06-23 : İNSAN
2007-06-09 : İMTAHAN
2007-05-26 : J F K
2007-05-19 : ATA OLMAQ HAQQI
2007-05-09 : SEÇİLMİŞ
2007-05-05 : BƏHANƏ
2007-04-28 : NAĞIL
2007-03-10 : İT DƏFTƏRİ
2007-03-08 : QADIN BAYRAMI
2007-02-24 : SOYQIRIM
2007-02-17 : KÖRPÜ
2007-02-16 : TƏZADLAR
2007-02-16 : İMTAHAN
2007-02-16 : SAKİT MÖVSÜM
2007-02-16 : MÜƏLLİM GÜNÜ
2007-02-16 : DAŞ
2007-02-12 : QƏLƏBƏ GÜNÜ
2007-02-10 : MÖVZU
2007-01-27 : İKİ ÜZLÜ AY
2007-01-20 : SAKİT MÖVSÜM
2007-01-13 : Ehtiyac
2006-12-30 : HƏMRƏYLİK
2006-12-16 : CANAVAR VAXTI
2006-12-13 : QOVŞAQ
2006-12-09 : QOVŞAQ
2006-11-25 : ZƏİF BƏND
2006-11-11 : ƏQRƏB BÜRCÜ
2006-11-04 : PASSİO
2006-10-28 : ŞƏKİLÇİ
2006-09-25 : DAŞ
SON XƏBƏRLƏR
2020-05-24
2020-05-23


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.23%)
Pullsuz (10.77%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK