Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | NAĞIL Adalet.az | NAĞIL Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

NAĞIL

SÖZGƏLİŞİ

38951    |   2007-04-28 05:36
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Mən istəyirəm bu gün sizə nağıl danışım. Deyə bilərsiniz ki, elə onsuz da hamı bizə nağıl danışır, bezmişik qulaq asmaqdan. Əvvəlcədən söz verirəm ki, bu nağıl yeni interpretasiyada olacaq. Adı çəkilən qəhrəmanlar haqqında eşitsəniz də, olayların döndüyü mənanı tanısanız da, yeni faktlarla da üzləşəcəksiniz. Və bir daha əmin olacaqsınız ki, tariximizi bilmirik. Ya da yumşaq deyək - bildiklərimiz tarix deyil. Bu nağılda da padşah var, göydən almalar tökülür, şahlıq quşu kiminsə başına qonur. Ağ atlı oğlan da var. Bu oğlan cani-dildən sevdiyi məmləkətin dərdləri ilə yaşayır. Uzaq Şimal ölkəsindən gəlmiş, top-tüfəngli böyük ordu ağ atlı oğlanın ölkəsini işğal edir. Bu oğlan anlayır ki, ətrafındakı nənələr ona nağıl danışıb uyudurkən başqa məmləkətlərdə elm, bilik öyrəniblər, hər yeniliyə açılıblar və sonunda qüdrətli ordu, qüdrətli dövlət qura biliblər. Bu oğlan anlayır ki, başqa zaman gəlib, indi qalib olmaq üçün ox atıb, qılınc oynatmaq bəs eləmir. Yeni düzən yaranıb, bu düzənə ayaq uydurmaq üçün baş işlətmək gərəkir. Nə yazıq ki, onun anladığını yaxın çevrəsi, hətta atası da anlamır və qəbul eləmir. Nə yazıq ki, bu məmləkətdə hər kəsin hünəri, cəsarəti ancaq bir-birinin başını kəsməyə çatır. Dövlət siyasəti şahların çoxsaylı hərəmlərindən törəmiş çoxsaylı şahzadələrin didişməsinin hara yönələcəyinə xidmət edir. Nə yazıq ki, bu ölkədə "yenilik", "islahat" sözü şahın, şahzadənin dilindən çıxanda da top-tüfənglə qarşılanır. Nağıl da elə köhnə nağıldır, köhnəlməsə də. Biri vardı, bir yoxdu, dəniz sahilində bir məmləkət vardı...
   
   
   
   ***
   
   Sonrası sonra. Hələlik bugünki təqvim gününə baxaq - 28 aprel 2007. İyirmicə il əvvəlin qəzetlərini vərəqləsəniz bu günə həsr olunmuş nə qədər şer, yazı oxumuş olacaqsınız. Şimaldan doğmuş günəş, Rusiyadan gətirilmiş azadlıq və səadət şərqiləri. 28 aprel Azərbaycanda Sovet Hökumətinin qurulduğu gündür. İndi 20 yaşında cavanlar bu günün toy-bayram kimi qeyd olunmasını görməyiblər. Onlara bu hökumətdən danışdıqlarımıza nənələrin bizə Nikolay padşah haqqında danışdıqları nağıl kimi qulaq asırlar (Yenə nağıl). Maraqlı siyasət idi - gələsən, torpağını işğal eləyəsən, evindən-eşiyindən çölə atasan, varını-yoxunu talayasan, yaxşı oğlanların başını kəsəsən, bunun müqabilində sənə təşəkkür etsinlər. Əslində bu ac-yalavac bitli-birəli, amma "QIZIL" əsgərlərinin sir-sifəti də, xasiyyəti də onları gül-çiçəklə qarşılayan millətə yad deyildi. Ruslar 100 illər idi ki, burdaydılar, və onların dilini də, huyunu-suyunu da bilənlər çoxluq təşkil edirdi. 17-ci ildən 20-yə qədər neçə-neçə hakimiyyətlər, neçə-neçə sifətlər görmüş məmləkət əhli üçün ən uyğunu yenə ruslar idi. Hansı ad altında gəlir-gəlsin, yenə doğmadır. Ona görə də cümhuriyyətinin süqutunu laqeyd-laqeyd seyr etdi, yaxşı-yaxşı oğlanların ölüm xəbərini vecinə almadı, gələn ordunu alqışladı və çəkilib evinə getdi. Sonra da həmin ordunun əsgərləri həmin evlərə girib o laqeyd, biganə adamları divara söykəyib güllələdilər, top-tüfənglə gələnlər gəzməyə gəlməmişdilər, ağalıq eləməyə gəlmişdilər, qorxu yaratmağa gəlmişdilər. Bəlkə kimsə unudub? Yada salmaq lazım idi. Onlar böyük Rus imperiyasının əsgərləridir, ac olsa da döyüşə bilirlər, o vaxt Çar baba göndərmişdi, indi ayrı baba göndərib. Zəhmət çəkin, tabe olun! Yaşasın, Şura hökuməti!
   
   
   
   ***
   
   
   
   XVIII əsrin başlanğıcında Səfəvilərin süqutundan sonra dövlətin ərazisi böyük siyasi və hərbi olayların səhnəsinə çevrilmişdi. Səfəviləri Nadir şah Afşar, onu Kərim xan Zənd, Zəndləri isə Qacarlar əvəzlədi. Təxminən 55 illik hərc-mərclik, qarışıqlıq dövründə Arazın bu tayında vaxtilə balaca ərazilərə başçı kimi göndərilmiş balaca "padşahların" böyük iddiaları cövlan eləməyə başladı. Kiçik bir şəhərciyə, əraziyə sahib olmuş bu ağalar mərkəzi hakimiyyətin zəifləməsindən istifadə edərək özlərini hakimi-mütləq saymağa başladılar. Çox gülünc idi. Mənə görə, xanlıq dövrü Azərbaycan tarixinin ən utancverici səhifələri idi. Avropa qüdrətli dövlət yaradıb, yeni-yeni torpaqlar fəth edərkən, kiçik-kiçik qalaçaların sahibləri öz qardaşlarının qanını içməkdən zövq alırdılar. Ona görə də "qalaça küncünə sığınan şahın xalqı palçıq kimi tapdalanıbdı" ifadəsi mənə çox doğmadır. Bu arada Avropaya pəncərə açmış I Pyotrun sələfləri də güclənməkdə idi. Qərb böyük inqilablar, böyük hadisələrlə çalxalanırkən, Şərq hakimləri çoxsaylı hərəmlərin doğub-törətdiyi çoxsaylı varisləri ovlayıb ya kor eləyir, ya da qoyun kimi başını kəsir, bu yolla guya öz hakimiyyətlərini möhkəmləndirirdilər.
   
   Vaxtilə Şərqin ən güclü dövlətlərində baş verən bu hadisələri Avropa və ruslar diqqətlə izləyirdi. Ağa Məhəmməd şah Qacarın siyasi səhnəyə gəlişi bir müddət Avropa və Rusiyaya niyyətlərini həyata keçirməyə mane oldu. Sonrası məlum - hərəmxanalarda əyyaşlıq edən şahların torpağını da bölərlər, anasını da ağladarlar. Həmin dövrdə Fransa Napoleonla qürur duyarkən, Fətəli şah Qacar oğlanlarını bir-birinin üstünə qısqırdıb onlarla məzələnirmiş.
   
   Bu yaxınlarda mənimçün maraqlı bir kitab oxudum. Bilmədiyim faktlarla tanış oldum. Finlandiyada yaşayan güneyli soydaşımız ?üntay Cavanşir Əminə Pakrəvan adlı bir yazarın "Abbas Mirzə və Azərbaycan" adlı əsərini farscadan tərcümə edib və burda nəşr etdirib. Ola bilər ki, tarixçilər həmişəki iddialı hökümləriylə burda yazılanlarla razılaşmasın. Ancaq mən - sıravi Azərbaycan vətəndaşı burda özümçün nə qədər həqiqətlər kəşf etdim. Və etiraf edim ki, Abbas Mirzə adlı Qacar şahzadəsi mənim yaddaşımda yalnız və yalnız Türkmənçay müqaviləsini imzalayan şəxs kimi yaşamaqda idi. Görünür kimin kim olduğunu öyrənmək üçün vaxta ehtiyac var. Lap 200 il olsa da.
   
   Kitaba yazılmış ön sözdə deyilir ki, "Yaxın tariximizin bilinməsi baxımından kitabda gerçəkdən geniş bilgilər var. İlk dəfə olaraq 19-cu əsrdə Azərbaycan ordusunun qurulması və ilk dəfə olaraq da Qacar şahzadəsi Abbas Mirzənin başçılığı ilə Azərbaycanın bütövlüyü uğrunda silahlı savaşın təfərrüatı haqqında geniş bilgi əldə edəcəksiniz".
   
   İlk cümlələrdən görünür ki, Əminə Pakrəvan adlı bu yazar həm öz qəhrəmanını, həm də Azərbaycanını sevən birisidir. Müxtəlif Avropa dillərini bilməsi də ona müxtəlif məxəzlərdən qaynaqlanmağa imkan verib. Ola bilər ki, burda bizim tarixçilərimizi razı salmayacaq ziddiyyətli məqamlar var. Olsun - əsas odur ki, qırmızı xətt Azərbaycandır və tanıdığımız, həm də tanımadığımız Azərbaycan şahzadəsidir.
   
   Kitabdan seçmələr: "Abbas Mirzənin Azərbaycan sevdası macərası bu torpağı cocuqluq yaşlarında qarış-qarış gəzərək başlayacaq və bütün ruhunu, vücudunu saracaqdı. Tehranda heç bir zaman çay görməyən Abbas Mirzə qarların əriməsi ilə çılğınca axan Araz çayının heyranı olmuşdu. Sonralar ruslarla savaşarkən məğlub olan Abbas Mirzə içini və dərdini batılı danışmanlara açacaqdı ki, nədən sevdiyim Araz çayı yurdumun bölünmüşlüyünün rəmzi olmalıdır?! Abbas Mirzənin Araz çayına olan heyranlığı ömrünün sonuna qədər onu tərk etmədi. Bəlli və bəlirsiz səbəblərdən dolayı Araz çayı şahzadə üçün çox önəmli olmuşdur. Qacarlar ərazisində çox çaylar vardı, Abbas Mirzə üçün çay deyildiyində yalnız Araz xatırlanırdı". Maraqlı fikirlərdi, deyilmi? Biz elə bilirdik ki, Araz çayı üçün ancaq biz göz yaşı tökmüşük. Bölünmək ancaq bizi ağrıdıb, bunu ancaq biz düşünmüşük. Oxuduqca o qədər faktlar üzə çıxacaq ki...
   
   Seçmələr - Abbas Mirzə Fransız şərqşünas Amadey Jaberlə görüşür və bölüşür: "Niyə biz beləyik? Məgər Günəş Doğudan doğub və öncə bizim başımızı isitmirmi? O zaman nədən bizim insanların başı çalışmır, nədən? Azərbaycanın bir bölümü və Xəzər işğal altındadır. Sizin üstünlüyünüzün və bizim zəifliyimizin səbəbi nədir? Nədən siz hər an tərəqqi edir, biz isə cəhalət içində donub qalmışıq? Nədən sizin gələcəklə bağlı planlarınız var, biz isə gələcək haqqında heç düşünmürük? Məgər Tanrı bütün insanlara ağıl verməyibdir? Biz niyə ağlımızdan istifadə edə bilmir, ağlımızı özümüzlə məzara aparır, məzara gömürük. Söylə, mən Azərbaycanı bu cəhalət girdabından necə qurtara bilərəm?"
   
   Çox müasir suallardır, deyilmi? Şahzadə ilə görüşmüş bütün avropalı elçilər xatirələrində vurğulayıblar ki, onu ilk öncə bütün dünya ölkələrində gedən islahatlar maraqlandırırdı. Gerçəkləşdirmək istədiyi islahatlar üçün uyğun yollar axtarırdı. Şahzadə cahilanə dini təəssübkeşlikdən uzaq idi. Müəllifin öz qəhrəmanını ideallaşdırdığını düşünüb, rusların Abbas Mirzə haqqında nə yazdıqlarını öyrənmək üçün böyük Sovet Ensiklopediyasının birinci cildinə baxıram - beş-altı cümlə və eyni fikirlər. Orduda və ümumilikdə ölkədə islahat keçirmək istəyində olan, bunun üçün ətrafına qərbliləri yığan birisi. Kitabın tərcüməçisi Güntay Cavanşirin mətnarası qeydini diqqətinizə çatdırmaq istəyirəm: "Burada belə bir sual ortaya çıxır ki, Abbas Mirzə vaxtından əvvəl ölməsəydi (şahzadə 46 yaşında vəfat edib), şah olsaydı tarixin istiqaməti dəyişə bilərdimi? Bütün Qacariyyənin adı Azərbaycan ola bilərdimi? Çünki tarix daha çox böyük şəxsiyyətlərin iradəsinin nəticəsidir. Abbas Mirzə şah olsaydı Azərbaycanda çox erkən bir zamanda sekular toplum və milli dövlət yarana bilərdimi? Onun türk dilinə olan sayğısı bütün Qacar uzmanları, batılı tarixçilər, səyyahlar tərəfindən etiraf edilməkdədir. ?aber xatirələrində qeyd edir ki, şahzadə möhtərəm və mötəbər qonaqları ilə, özəlliklə də yabançılarla türk dilində danışmağı tərcih edirdi. Bütün Qacar dövləti Ağa Məhəmməd şahın iradəsinin məhsulu olduğu kimi, Qacariyyənin varisi olacaq Azərbaycan da Abbas Mirzənin iradəsinin nəticəsi ola bilərdimi? Onun xarakterini, dünyagörüşünü, Azərbaycan sevgisini, gerçəkləşdirmək istədiyi reformaları öyrəndikcə bu sorular istər-istəməz oxucunun ağlında canlanır. Əgər bu sualların cavabı müsbətdirsə, o zaman bütün tarixi fürsətlərdə Azərbaycan şanssızlıqla, talesizliklə üzləşmişdir".
   
   Bu fikirlə yüzdə-yüz razıyam. Bütün tarixi fürsətlərdə... Kitab birmənalı qarşılanmayacaq. Amma hər halda oxuyun. Tarixə başqa bir tərəfdən də baxın. Baş işlətməyə də Avropa Şurası mane olmur ki? Yenə Şura söhbətinə qayıtdıq deyəsən. İndi də belə qışqıraq: "Yaşasın Avropadan gələn Şura hökuməti". Yoruldum, nağılımı davam etməyə həvəsim qalmadı. Nağıllar necə bitirdi? ?öydən üç alma düşdü... Biri 1828-ci ildə Türkmənçayda, biri 1920-ci ildə Bakıda (bu gün aprelin 28-di), biri də hələ göydə fırlanır.
   
   Gerçəkdən, biz niyə gələcək haqqında düşünmürük?


İmza:?rad? TUNCAY

YAZARIN ARXİVİ

2019-04-07 : Olsunmu?!
2018-11-27 : SEVGİ ADASI
2018-09-22 : LEYSAN ÖZLƏMİ
2018-06-23 : İNSAN
2018-05-27 : 100 cavan oğlan
2018-05-10 : SEÇİLMİŞ
2018-02-13 : Qızım...
2018-02-09 : GEDİŞ
2018-01-19 : MÜƏLLİM
2017-11-25 : Sincab günü
2017-09-24 : Miqr - A - siya
2016-12-16 : CANAVAR VAXTI
2016-07-04 : Polis günü...
2014-12-11 : SEÇİLMİŞ
2014-11-07 : BU DA MƏN...
2014-08-21 : BEŞ
2014-04-02 : Elegiya
2014-03-14 : Quo vadis?..
2012-11-02 : ƏQRƏB BÜRCÜ
2012-10-11 : KÖRPÜ
2012-08-18 : NEKROFİLİYA...
2012-06-23 : İNSAN
2012-02-22 : SOYQIRIM
2011-12-15 : CANAVAR VAXTI
2011-10-29 : Yol ROMANI
2011-10-22 : Yol ROMANI
2011-10-08 : Yol ROMANI
2011-10-05 : MÜƏLLİM GÜNÜ
2011-05-21 : TELESKOP
2011-04-30 : MAY NƏĞMƏSİ
2011-04-23 : SEVGİ ADASI
2011-04-16 : SEVGİ ADASI
2011-04-09 : SEVGİ ADASI
2011-03-12 : MÜƏLLİM
2010-12-18 : MÜSAHİBƏ
2010-10-02 : WOMAN IN LOVE
2010-09-22 : LEYSAN ÖZLƏMİ
2010-05-08 : SEÇİLMİŞ
2010-05-01 : MAY NƏĞMƏSİ
2009-11-14 : SARI ODALAR
2009-08-22 : BEŞ
2009-05-19 : ATA OLMAQ HAQQI
2009-03-20 : ƏNƏNƏLƏR
2009-02-28 : FALA BAXIRAM
2009-02-07 : ANANIN KİTABI
2009-01-31 : BLOKADA
2009-01-24 : YADA DÜŞDÜ
2009-01-17 : İKİ SEVGİ
2008-12-31 : BİS SEXTUS...
2008-07-12 : SEZON FİNALI
2008-06-28 :
2008-06-24 : İNSAN
2008-06-21 :
2008-06-07 : NATURALİST YAZI
2008-05-31 : 555
2008-05-24 : YÜZ CAVAN OĞLAN
2008-05-17 : SORĞU
2008-05-03 : MAY NƏĞMƏSİ
2008-04-26 : ƏLAC NƏDİR?
2008-04-05 : DEPRESSİYA
2008-03-20 : ƏNƏNƏLƏR
2008-03-15 : QUO VADIS?..
2008-03-12 : ETİRAF
2008-02-16 : PAY
2008-02-12 : MƏN VƏ SƏN
2008-01-08 : İKİ ÜZLÜ AY
2007-12-12 : SEÇİLMİŞ
2007-11-24 : RƏĞBƏT
2007-11-17 : AY ÖLKƏSİ
2007-11-15 : ƏZİZ İNSAN
2007-10-06 : YOLDAŞ ÇE
2007-09-29 : DAMA ÇIXAQMI?
2007-09-15 : LEYSAN ÖZLƏMİ
2007-09-11 : BİR GÜN...
2007-07-09 : SƏS
2007-06-30 : HAVA AXINLARI
2007-06-23 : İNSAN
2007-06-09 : İMTAHAN
2007-05-26 : J F K
2007-05-19 : ATA OLMAQ HAQQI
2007-05-09 : SEÇİLMİŞ
2007-05-05 : BƏHANƏ
2007-04-28 : NAĞIL
2007-03-10 : İT DƏFTƏRİ
2007-03-08 : QADIN BAYRAMI
2007-02-24 : SOYQIRIM
2007-02-17 : KÖRPÜ
2007-02-16 : TƏZADLAR
2007-02-16 : İMTAHAN
2007-02-16 : SAKİT MÖVSÜM
2007-02-16 : MÜƏLLİM GÜNÜ
2007-02-16 : DAŞ
2007-02-12 : QƏLƏBƏ GÜNÜ
2007-02-10 : MÖVZU
2007-01-27 : İKİ ÜZLÜ AY
2007-01-20 : SAKİT MÖVSÜM
2007-01-13 : Ehtiyac
2006-12-30 : HƏMRƏYLİK
2006-12-16 : CANAVAR VAXTI
2006-12-13 : QOVŞAQ
2006-12-09 : QOVŞAQ
2006-11-25 : ZƏİF BƏND
2006-11-11 : ƏQRƏB BÜRCÜ
2006-11-04 : PASSİO
2006-10-28 : ŞƏKİLÇİ
2006-09-25 : DAŞ
SON XƏBƏRLƏR
2019-09-23


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Sevilya"?

"Qarabağ" (42.86%)
"Sevilya" (57.14%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK