ANA SƏHİFƏ / SİYASƏT

XİN-də “Evə gedirəm” adlı qeydiyyat portalının təqdimatı keçirilib

9247    |   2020-04-18 16:34
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bu ilin 18 aprel tarixində Xarici İşlər Nazirliyində (XİN) Rusiyada yaşan vətəndaşlarımızın ölkəyə qayıdışı üzrə yaradılan "Evə gedirəm” adlı qeydiyyat portalının təqdimatı keçirilib.

Nazirlikdən Adalet.az-a verilən məlumata görə, Xarici işlər nazirinin müavini Ramiz Həsənovun rəhbərliyi ilə keçirilən görüşdə aidiyyəti dövlət qurumlarının nümayəndələri iştirak ediblər.

Görüş zamanı yeni portalın fəaliyyəti və qeydiyyat prosesi haqqında ətraflı məlumat verilib, eləcə də prosesin müvafiq dövlət qurumları tərəfindən vahid mərkəzdən idarə edilməsi, vətəndaşlarla onlayn əks əlaqənin qurulması məsələləri üzrə fikir mübadiləsi aparılıb.

Qeyd etmək istərdik ki, "Evə Gedirəm” portalı vasitəsiləwww.evegedirem.infointernet səhifəsində xaricdə yaşayan həmvətənlərimiz onlayn qeydiyyata düşmək imkanı əldə edəcək, beləliklə də vətəndaşlarımızın Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirlik və konsullaqlarına müraciətləri tezləşəcək və onların vətənə qayıdış prosedurlarına köməklik göstəriləcək.

Saytda ilkin mərhələdə yalnız Rusiya Federasiyasında olan Azərbaycan Respublikası vətəndaşları qeydiyyatdan keçə biləcək.

Saytda qeydiyyatdan keçmiş hər bir şəxsin elektron növbə ardıcıllığı yaranacaq və həmin ardıcıllığa uyğun olaraq vətəndaşlarımızın Azərbaycana qayıtma tarixləri təyin ediləcək, eləcə də vətəndaşların sərhəd-keçid mənqətələrindən müəyyən olunan sayda buraxılışının təmin olunması istiqamətində işlər tənzimlənəcəkdir.

Azərbaycana qayıdış vətəndaşın istəyi nəzərə alınaraq hava və quru nəqliyyatı vasitəsi ilə təmin olunacaq. Azərbaycana hava yolu ilə geri dönüş istəyi olan şəxslərin AZAL və "Buta Airways”lə əvvəlcədən alınmış qayıdış bileti olarsa, həmin şəxslərin geri dönüşü ödənişsiz həyata keçiriləcəkdir, digər şəxslər üçün isə çarter uçuşları ödənişlidir.

Müraciət edən şəxsin geri dönüş üçün müəyyən olunan tarix və keçid məntəqələri barədə məlumat portal vasitəsi ilə, mobil telefona sms göndərilməklə və ya birbaşa zənglə əlaqə saxlanılaraq bildiriləcəkdir.

Vətəndaşların Azərbaycana qayıdış tarixləri karantin rejiminin şərtlərinə uyğun tənzimlənəcək və ölkəyə qayıdan hər bir şəxs karantində yerləşdiriləcəkdir.

18 aprel 2020-ci il Moskva vaxtı ilə saat 10:00-dan etibarən fəaliyyətə başlayan portalda qeydiyyat 23 aprel 2020-ci il saat 00:00-dək davam edəcəkdir.

Xatırladırıq, portalda yalnız xaricdə olan Azərbaycan vətəndaşları qeydiyyatdan keçə bilər.




İmza:

“Artıq nakişi olmaqdan bezmişik, kütləvi qeyrətsizləşmə başa çatmaq üzrədir...”

Ağstafaya yeni icra başçısı təyin olundu - SƏRƏNCAM

İlham Əliyev yeni təyin olunan icra başçılarını qəbul edib - YENİLƏNİB

Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevi təbrik edib

Adil Əliyev: ABŞ-ın maraqları Azərbaycanla strateji tərəfdaşlığı diktə edir

Prezident İlham Əliyev: Azərbaycanda 30-dan çox DOST mərkəzinin fəaliyyətə başlaması nəzərdə tutulur

İlham Əliyev: Azərbaycanın bu çətin gündə Moldovaya həmrəylik göstərməsi təbiidir

Gürcüstanın dövlət başçısı Prezident İlham Əliyevə təbrik məktubu göndərib

Azərbaycanla Fransa arasında əməkdaşlıq yüksək səviyyədədir

Sinqapurun dövlət başçısı Prezident İlham Əliyevi təbrik edib

İran XİN Azərbaycan xalqını təbrik edib

Adil Əliyev: Şərqdə ilk Cümhuriyyətin Azərbaycanda qurulması təsadüfi hadisə deyildi

Türkiyə səfirliyi Azərbaycanı Respublika günü münasibətilə təbrik edib

Putin finlandiyalı həmkarı ilə koronavirusa qarşı mübarizədə əməkdaşlığı müzakirə edib

Vladimir Zelenski Prezident İlham Əliyevə telefonla zəng edib

Bir sıra hökumət başçıları Baş Nazir Əli Əsədova təbrik məktubu göndəriblər

Özbəkistanın dövlət başçısı Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib

Rusiyalı deputat: Bu gün Azərbaycan ən nüfuzlu və sürətlə inkişaf edən dövlətlər sırasına daxildir

Vladimir Zelenski Prezident İlham Əliyevi təbrik edib

Adil Əliyev: "Ermənistanın Azərbaycana qarşı Avropa Məhkəməsi ilə bağlı..."

Könül Nurullayeva: "Sosial layihələrin icrası və regionların sosial-iqtisadi inkişafı..."

ABŞ-ın paytaxtında Azərbaycan Milli Günü bəyan edildi

SON XƏBƏRLƏR
2020-05-28
2020-05-27


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.23%)
Pullsuz (10.77%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK