ANA SƏHİFƏ / YAZARLAR

Sürgün gündəliyi... - İradə TUNCAY yazır

19954    |   2020-04-21 09:24
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bu gün qərara aldım ki, ilin başlanğıcından sosial şəbəkədə paylaşdığım statuslardan seçmələr verim yazıya. Yəni il başlayandan yuxumuza belə girməyəcək hadisələrlə üzləşdik. Və bunları kağız üzərində qoruyub saxlamaq istədim. Nə olar, nə olmaz. Zatən, bütün olmazlar olur... Şəbəkə üslubun saxladım, orda istifadə etdiyim işarələri saxladım, rus dilində yazdıqlarımı saxladım... Hər ayı ayrıca qeyd etdim. Keçidləri isə (yəni ayırmaq üçün) nöqtələrlə ayırdım... Beləliklə...

Yanvar 2020

Nöqtə boyda qəsəbənin sakinləriyik (o da davalı). Bayaqdan baxıram böyük dövlətlərə nə qədər məsləhət vermişik. Fəxarət hissi boğur lap adamı))

Yanğın tez yayılır, amma... Böyüyə-kiçiyə baxmır)

***

85-ci ildi. Qubada, kənddə nənəmin bir qədim evi vardı orda qalırıq. Yay vaxtıdı. Balkonun taxtaların vururuq, qonşular yazdı-elədi, bir də gördük bir kişi girdi həyətə. Özünü təqdim elədi - kənd sovetinin sədri imiş. Baxdı -elədi o yana-bu yana. Bəs neynirsiz? İzah elədik nəsə, söhbətləşdilər Aqilnən. Gedəndə çox mehriban ayrıldı bizdən və dedi ki, buraların hüküməti bizuğ (bizik yəni Quba dialektində). Nə olsa mənə deyin )))

İndi baxıram FB-da və nəticəyə gəlirəm ki, buraların hüküməti bizuğ. Coğrafiyanın yəni )))

***

Yaradan (adına nə deyiriksə fərq eləmir) canlıları yaradanda ilk olaraq Kitab, Məbəd, Əxlaq kodeksi-filan yaratmayıb. İnstinkt verib canlılara. Sonradan insanlar inkişaf etdikcə belə şeylərnən həyatlarına baryer qurmağa başlayıblar. Təməl instinktlər və onlardan asılılıq. Məsələn, təbii ehtiyaclar - yemək, aclıq, tualet, cinsəl münasibətlər, doğub-törəmək...

Və sonralar bu ehtiyaclar böyük sənaye də yaradıb... Yadınıza salın...

Amma hər şeyin kökündə instinktlər dayanır...

Qapalı cəmiyyətlərdə təməl ehtiyaclardan doğan cinayətlər də çox olur... Yalançı əxlaq və təbii ehtiyaclar...

XXI əsrin ortalarındayıq... Öpüşmək olmaz, polis nəzarət edir, cinsəl münasibətlərə də həmçinin... Hətta pornosaytlara da nəzarət qoyulub...

Və nəticə...

Görürsüz...

***

Orta əsrlərdə küçə tamaşalarında istifadə etmək üçün karliklər lazım gəlirdi. Balaca uşaqları məngənədə sıxıb böyüməyə qoymurdular. Eybəcər məxluqlar alınırdı. İnsan qəlbi də elədi... Məngənədə sıxdınsa...

***

Əvvəl hərəkətliliyinə görə Fərəh diqqət çəkirdi. Sonra yekəldikcə, danışmağa başlayanda Sara lider oldu. Əkiz olsalar da fərqlidilər. Nitq birini daha üstün edir...

Bizim qəsəbədə isə nitq yox, həyasızlıq üstünlük yaradır. Məntiq, zəka yox - məhz həyasızlıq...

***

Biri yazır o biri like eləyir, o biri yazır bu biri like eləyir. Biri də rəhbərlik edir...

***

Heliosentrik sistem Allahın ən böyük möcüzəsidi. Mərkəzdə Günəş və ətrafında planetlər. Hər planetin öz məsafəsi var Günəşdən. İxtiyarları olduğu qədər. Hansı nə qədər yaxınlaşa bilərsə. Yaradan dünyanı cazibə qanununa, sevgi qanununa tabe edib. Və özü də sevə-sevə yaradıb yeri-göyü. Insanlar da həmin prinsiplə yaşayır. Kimi mərkəz olur, kimi həmin hərarətə yaxın olur, kimi də uzaq və soyuq. Ürəyiniz isti olsun....

***

Ədəbiyyatdan azacıq xəbərdar olanlar bilir - Nizami Gəncəvinin Xəmsəsinə daxil olan poemaların hər biri dövrün hakimlərinin sifarişi ilə yazılıb. Yəni pulun verirlərmiş, deyirlərmiş yaz. Bu istək tarixdə qalmaqlamı bağlıdı, ya dəb imiş bilmirəm. Nizami də yazırmış... Amma necə yazırmış? Poemaların girişində Allaha, Peyğəmbərə və onu sifariş edən şəxsə mədhiyyə mütləq var. İçində olanlar isə... Nizaminin bütün əsərlərində ədalətli padşah axtarışları var. Hər birini yada salın... Elə bil 12-ci əsrdə gələcək Avropa utopik sosialistləri üçün proqram yazıb. Həmin dövr dünya ədəbiyyatında belə məzmunda əsərlər yoxdu .

Deyək ki, Nizami də öz dövründən yox, tarixi obrazlardan istifadə edərək yazırdı. Nuşirəvan Sasani hökmdarı idi və Nizami onun adından istifadə edərək ölkəsini viran qoyan hökmdarlara xitab edirdi. Sultan Səncər Səlcuq imperatoru idi - qarının onun yaxasından yapışıb ədalət istəməsi hər dövrün hakiminə aid ola bilərdi. Bəhram Gur da tarix idi. Amma onun çobanla görüş səhnəsin xatırlayaq - təğyiri-libas olan şah ovda bir çobanla rastlaşır. Görür ki, çoban itini dara çəkib, ağacdan asıb. Səbəbin soruşanda çoban deyir ki, canavarın qancığı bu köpəyi şirnikdirib, o da sürünü qorumur. Başı qarışıb dişiyə, canavarlar sürünü dağıdır... Bəhram Gur bu sözlərdən ayılır elə bil və gəlib ölkəni dağıdan vəzirini edam edir... Yəni çoxdu belə misallar. Maraqlıdı bu sifarışçilər (hakimlər yəni) poemaları oxumurdularmı? Oxuyurdularsa anlamırdılarmı? Anlamırdılarsa yaxın ətraflarında qulağına pıçıldayıb şairin nə dediyini izah edən tapılmırdımı? Demokratik və tolerant yanaşmamı mövcud idi o zaman? Buna inana bilmərəm - Şərq despotizmi anlayışından xəbərdaram...

Heç indi belə məzmunda əsər yazsalar mələdərlər adamı... İndi hamı hər şeyi anlayır axı...

P.S. Yaşımın bu vaxtında anladım mən də niyə atam Nizamini hər kəsdən artıq sevirdi...

***

O qədər yalan eşidiblər ki, düz söz də kimsənin boğazından keçmir...

***

Səhər pəncərədən baxıram, görürəm itimiz qarğalarnan qaçdı-tutdu oynayır... Uçub gəlirlər, qonurlar qabağında, it də qaçır bunları qovalayır... Bir xeyli belə oynadılar... Maraqlı mənzərə idi. Nəyisə xatırlatdı...

***

Mıx məllimin trollarını (gizli ) ifşa etməyin yollarından biri - Məşədinin şəklin qoyursan i vsyo. Gələcəklər sel kimi ))) Po staroy pamyati )))

***

Nəsə çox söyüş söyməyə başlamışam. Bilmirəm kişinin təsiridi, ya siyasi durumun )))

***

Neqativ nə görsəm üstün bağlayıram. Siz paylaşın, mən də silim... Onsuz da içimiz darmadağındı, burdan da baxmaq istəmirəm...

***

Ürək sıxan xəbərlərdənsə namizəd - deputat söymək daha yaxşıdı. Döşəyin gəlsin)))

***

Bu qədər yaşlı adam varmış ölkədə ... Deməli həyat səviyyəsi yüksəkdi )))

***

Müəyyən bir zaman keçəndən sonra ömrün əsas kəlməsi müəyyən olur - TƏƏSSÜF....

***

Talan olunmuş yerdə əhalidən sevgi gözləmək də gerizəkalılıqdır...

***

Xeyrədin Qoca gəlmişdi az öncə. Göz gəzdirdi otağıma - deyir bu kimin şəklidi?

Deyirəm, mənim. Deyir, siz də mənim kimi şəkildə yaxşı düşürsüz. Qara-qura adamlar voobşe şəkildə yaxşı düşür ))))))))))))))))))))))))))))))))))))))))))))

Bayaqdan gülürəm ))))))))))))))))

***

Hər qapıdan girəndə anam soruşur ki, pensiyalar artıb? Təbii ki, yox, deyirəm. Dünən isə dedim ki, staj və yaşa uyğun olacaq artım - yəni kimdə çoxdu onları daha çox öpəcəklər.

Nəsə əhəmiyyət vermədi sözümə anam. Ehhh elədi...

Özüm isə nə fikirləşdim? Prezident təqaüdü alanları prostoy namizəd-deputatlar öpə bilməz. Məclis başqanı səviyyəsində kimsə olmalıdı...

***

Xoş xəbərlərdən niyə yazmırsız??? Asılandan, kəsiləndən, qarnı yırtılandan?

***

Bu şəbəkəyə kim ad qoyubsa nəhəng adamdı. İngilis dilində xəbərdar deyiləm - face, yəni üz, sifət, sima sinonimlərinin onlarda da olub-olmadığın bilmirəm. Amma bizdə tam yerinə düşür - kiminin üzün görürük, kiminin sifəti var, kiminin siması açılır. Kiminin də surəti..

***

Yadımdan çıxmamış sizi xəbərdar eləyim - təzə virus düzəldiblər. Ana bətnindəki dölü məhv eləyir, uşaq şikəst doğulur. Dedilər iki il doğub-eləməyin... Sonra baxacaqlar, kim özünü yaxşı aparsa artıb-törəyəcək... Onların zarafatı yoxdu haaa, virusları keyfiyyətli olur... Yenə düzəldiblər.

***

Deyir, ritorik sual nədir ?

Cavab verir, məsələn, birini şübhəli şəxs qismində tutublar. TV-də göstərirlər, üz-göz yaman gündə, şişib, göyərib, sarıqlı və reportyor mikrofonu uzadıb sual verir - sizi nə vadar elədi cinayəti etiraf etməyə? Ritorik sual budur...

Fevral

Hamı deyir: "Sluşay moyu komandu"...

***

Dezdemona, dua eləmisən? Deyir, ayın 2-dir.

***

Hərdən fikirləşirəm bu qədər vicdansızı hardan tapıb vəzifəyə qoyurlar? Sonra içimdən cavab gəlir - xalq istedadlıdı. Yetişdirir )))

***

Koloritli ifadədi - dəli-dıydıq )))))))

***

İki ay ərzində yəqin seçkidə işlədilən sözlərin yazılışın öyrənmək olardı...

***

Onsuz da düz-əməlli deyildik, indi lap düşmən oldu hamı bir -birinə... Müəllim şəkli paylaşan kim, JEK işçisi paylaşan kim... Nifrət mühiti...

Niyə belə edirik? Və bu nəyi dəyişəcək?

95- ci ildə bir tanınmış yazıçımız seçkilərdən qayıtdı və dərddən-qəmdən öldü... Etməyin, eləməyin...

***

Ə, utrom vstala i proçla 40 stranits kniqi.

- Hansı kitab ?

-İstoriya s kladbişem.

-.....!!!

- Kto avtor ? (çaşdım keçdim rus dilinə)

-Nik Qeyl

-Dlya detey?

- Da.

-Tı Piter Pen proçla?

-Ne ponravilsya on mne...

-A koqda mı bıli detmi pro kladbiş ne pisali...

Balacalar mənim Tansuynan dialoquma müdaxilə edirlər.

-Tam pro skeletov?

-Vnutri u kajdoqo iz nas skeletı..

Da uj... Niçeqo sebe deti...

***

Gül kimicə məmur damlamaq varkən, milləti nəttər nerviləndirirləree... Qalıblar - se...,se.. deyə-deyə...

***

Xoşbəxt qocalıq sovet yazıçılarının uydurduğu nağıllarda olurmuş...

***

Proqrama baxıram. Baxıram baxmağına... Söz tapa bilmirəm təsvir edim. Heç onlar da söz tapmırlar danışmağa... Deyir, su için...

***

... Hər redaksiyaya olur belə zənglər, biz də istisna deyilik təbii. Deyirsən bəlkə bu dəfə ağıllı nəsə deyər də məllim, ya məllimə - olmur. Götürürsən telefonu, bir saat dərs deyir - Qarabağ probleminin həllindən tutmuş, ölkənin iqtisadi əyintilərinə qədər danışır. Deyirsən qardaşım, bacım, bilirəmee bunları, bilirəm...Yaz göndər, çap eləyim - itirlər o zaman...

Hamınız ağıl dəryasısınız - bunu da bilirəm... İndi neyləyək? Danışdıqlarınızı da biz maraqlı edək? Yazın göndərin yuxarı instansiyalara, sizi də çağırsınlar efirə. Ölkə tamaşa eləsin.

Təklifdi verdim - mırta çağırmaq olar bu adamları efirə...

***

"Yad qadının məktubu"n oxumusuz? Stefan Sveyqin novellasın? Aranızda kimsə var mütləq oxuyan... Həə, bax orda qadın XX əsrin ən böyük pandemiyasından ölür - İspanka qripindən.

Bir il ərzində 50-100 milyon adam ölüb bu xəstəlikdən. Və səbəb kimi müharibənin fəsadları göstərilir. Birinci Dünya Müharibəsi yenicə bitmişdi - 1918-ci ilin hadisələrin danışıram. (netdə var məlumatlar, baxa bilərsiz)

Nə deyirdim? Epidemiya gəlmişkən məşhur olmaq şansın əldən verməyin. Aranızda Sveyq olmaq istəyən yoxdu? )))

***

Bu fikir məni çox düşündürür...

Dünən növbəti ağlaş günü idi, paylaşdıq , hədələdik, asdıq-kəsdik və sairə...

Kimin üçün idi ? Mən bu hadisələri yaşamışam... İndi heç yadıma salmaq istəmirəm. Görən kimi üstün bağlayıram. Gənc nəsil üçün? Onlar gündəlikdə o qədər problemlərnən boğuşurlar ki, əlavə dərdə ehtiyac yoxdu sanırlar...

Uşaqlar üçün????

Və üstəlik də bu internet aləminin sahibləri də özü qərar verir biz nəyə baxa bilərik. Əsas da budur... İnternet də nüvə silahı kimi, kosmik raket kimi, kütləvi qırğın silahları kimi bir şeydi. Super güclərin əlindədir... Xocalıdan çox paylaşımları blok edir. Onlara lazım deyil bu... Lazım olanı özünüz görürsüz... Dünya bir yumruğun içində. Biz də ordayıq.

Nə özünüzü öldürün, nə bizi çərlətməyin... Onlar nə desə o da olacaq...

Fikirləşin görün necə edək ki, salamat qalaq, başımızda ağıl olsun...

***

Məsələn, deyirlər -filankəsi keçi qiymətinə satdılar... Keçi ucuz bir şeydi? Tariflər niyə belə müəyyən olunub?

***

10 il ərzində təkadamlıq kamera... Xidmətlərinin əvəzində...

***

Belə anladım ki, millət əllərini epidemiyadan epidemiyaya yuyur...

***

Bizim sağlamlığımızı Səhiyyə Nazirliyi qorumur, Allah qoruyur.

Mart

Biri çöldə qarğa vurur,elə orda da bişirir ləzzətnən yeyir. Yoldan keçən biri yaxınlaşır ki, ay qardaş, nə yeyirsən? Deyir, turac . Yolçu deyir, qarğadı axı. Qarğanı yeyən deyir, nə bilirsən? Allah quşlara ad qoyanda yanındaydın? Mən deyirəm turacdı. )))

Nə bilirsiz ki, martdı? Mən deyirəm, fevral bitməyib )))

***

Mart ayının adı nə olub qədimlərdə?

***

Dəli olmağına hamı dəlidi... Prostu nisbəti var...

***

Qəttəzə yaranmış "Gecələr vətəndaşlara yuxarıdan bax" agentliyinin sevinməli xəbəri var - gündüzlər rahat yata bilərsiz )))

***

Məllimlər ( yazılışı bilirəm, şübhəniz olmasın) çıxır efirə və evdə necə danışırlarsa elə danışırlar. Ts və Dz səsləri havada uçuşur. Müxbirlər elementar sözləri ifadə edə bilmirlər. Həmin məllimlər yetişdirib yəqin.

Və milli məktəb davası gedir cəmiyyətdə...

***

Qəhrəman və ya antiqəhrəman olmaq an məsələsədir sosial şəbəkədə... Hər bir halda şəkillərin göstərib tanıdırlar... Amma bunun həqiqətə dəxli yoxdu. Heç camaata da dəxli yoxdu... Hamı öz gündəlik qayğıların yaşayır... Və yenə də hamı öz yerində.

***

Trol ordusu kimin balansına keçəcək??? Gözəl trol, o neft qoxan gülüm heyy...

***

Yol gələ-gələ fikirləşmişəm bunu... Çoxlu çay adları lövhəsi var. Adı var yəni... Lövhəsi var, amma su yoxdu çaylarda...Su olanların da biri dəlidi, biri yaralı...

P. S Demokratiya kimi yəni... Amma su çox lazımlıdı...

P. P. S Xəbərçilik eləmöün. Olmasa da olar. Yəni demokratiya...

***

Toba mən həmişə demişəm ki,məktəbləri bağlamaq lazımdı. Pul və vaxt itkisidir.

Virusdan əvvəl demişdim. Nəhayət, mən deyənə gəldilər )))

***

Hər gözəlin öz vaxtı olduğu kimi , hər vaxtın da öz gözəli var...

***

Qurbanolduğumun alternativi yoxdu deyən yer kürəsi bu gündədir... Bu qədər bəla göndərir. Seçkidən-zaddan qorxsaydı islahat aparardı...Ya da elə bu da islahat sayılır...

***

Çəyirtkəni necə sayırlar???

***

Futbol olmucey. Bəs maşın sürmək? Formula voobşem...

***

Bəlkə uzaylılar gəlib?

***

O filmdəki kimi olmuşuq - İtalyanstı v Rossii. Kişinin pasportun oğulayırlaree, qalır samolyotda... Biz prostu samolyot da tapmırıq)))

***

Ya Allah, insanları aclıqnan imtahana çəkmə...

Deyəsən ona doğru gedir...

***

Türkmənçay sülhündən ta 1938 -ci ilə qədər Arazın o tərəf, bu tərəfi açıq olub. Yəni gediş-gəliş rahat imiş . Qonşu kəndlər ,qohum insanlar, qonaq gedib-gələnlər... Və bir gecə qərar verilir ki... Səhər ayılıb görürlər sərhədlər qapalı... Bir də əlli il sonra açıldı...

Hər dövrün öz siyasi virusu olur...

Ühü -ühü...Ahu -zar eylərəm )))

***

Xozeyinlər hamam barədə nə qərara gəliblər? Yəni olar, ya olmaz? Olmağına orda təkcə əlləri yox, hər yeri yumaq olur. Amma həm də kütləvilik var...Toba işləri çətindi...

***

Millət, təsəvvürünüzə gətirə bilməzsiniz ekstremal vəziyyətlərdə insanın Vətəndə olmağından gözəl heç nə ola bilməz... Gəldime, gəldim...

***

Bundan sonra şuluq adamları demokratiya və insan hüquqları ilə cəzalandırmaq praktikası bitdi. Hər şeyi ÜST həll edəcək. Kim özünü pis aparsa ona uyğun virus uyğulanacaq...

Evdə ailə üzvləri hansı məsafə saxlamalıdır onu bilmədim...

***

Ümumdünya həbsxanası yaratmaq arzusu varmış hansısa manyakın...

***

Burda reklamlar çıxır qarşıma - bəs, bizdən filan paltarı alın, gətirək qapınıza... Alım tutalım, gətirin tutalım...Hara geyinəcəm ? Onu yazmayıblar...

***

Çukçaları da karantinə alıblar görən? Görən hamının xəbəri var bu söhbətdən? Məsəlçün deyirəm...

***

Müharibə veteranı verəcəklər bizə? Elliknən...

***

Deyir təzəsi də gəlir? O nə deyir? Evin içində yer dəyişmə?! Otaqda qal?

***

Bu kütləvi səhifələr var ha - var yəni... Adamların əsəbləriynən oynayan. Ləğv etmək lazımdı. Virus (şayiə) yayırlar...

***

Kəssə hər kim taclı virus izini,

Qurtaran dahi odur yer üzünü...

***

Bu oğlanlar necə görüb bəyənsin qızları??? Hamısının üzündə o boydana zad var...

***

Mərdimazar olmasa bağ çəpəri neynir ?..

Bu il hamı srok alıb... Ev həbsi…

***

Hər dəqiqə zəhləsin tökürdük xırda istəklərimizlə. O da bu bəlanı göndərdi - hamınız eyni mövzuda yalvarın...

***

O tərəfdəkilər də bu tərəfdəki kimi olublar ujey... Nə desələr də kimsə inanmır, inananlar da pul alıb inanır...

***

Bir ara yumurtaları kisələyirdik...Çoxdan yəni, quş qripi vaxtı...

***

Çağırışlardan belə görürəm, demədi deməyin - bu gün-sabah küçədə, avtobusda yaşlı adamları döyəcəklər...

***

Hamısı zehniyyət məsələsidir. İstər yuxarıda, istər küçələrdə...

***

Öhdəlik götürüblər elə bil... Hər gün bir az artırırlar...

***

Hər vaxtınız xeyir, ay evdəqalmışlar ))) Caviddən nə xəbər?

Böyüklərin yadında olar yəqin, dünyanın dağılan vaxtında (yəni 80-ci illərin sonunda ) ekstrasenslər xod gedirdi. Televizorda hər gün onları görürdük. Mərkəzi TV haa, Moskva TV-si cürbəcür falçıların eksperiment yeri idi. Alan Çumak (şəkildə gördüyünüz) fərqli yol seçmişdi - danışmırdı, ancaq əllərini sallayırdı 10-15 dəqiqə. Millət də oturub baxırdı. Və inanırdılar ki, ordan əllərini havada yelləyən bu adam onları sağaldır... Sonra hamı anladı fırıldaqdı. Qadağan olundu.

Mən də o vaxt bizim TV-də çalışırdım. Yazıçı dostumuz vardı Emin Mahmudov, fantast yazıçı. Çox baməzə, zarafatcıl adam idi. Sonra köçdü Amerikaya .

Bir gün gəldi redaksiyaya, dedi - bu Çumak axırda əllərini yelləyib bizə "ala" deyəcək. Yəni "kül başınıza" )))

Heç bilmirəm hardan yadıma düşdü )))

***

Guya hamı zəncəfildən yedi sağaldı, qaldız siz? Gündə pandemiya olur? Satsınlar da lap 450 manata... Ha yediniz, ha yemədiniz... Əsas əlinizi yuyun))))

***

Yaxın günlərdə deyəcəklər ki,üzrlü bilin, analizlər səhv düşüb )))

***

Adamlar bilmir özlərini debil məmurlardan qorusun, ya xəstəlikdən... Xəstəlik daha insaflıdı...

***

Faktik bir Əzizə İsmayılova bütün dövlət qurumlarından çox iş görür !!!

***

Tülkü tülküyə, tülkü də quyruğuna aksiyası davam edir. Və beləcə pandemiyanın anası ağlar qalır...

***

Şəhərdə cüt-cüt gəzmək qadağandır. Cənab Şultsun əmridir! Bu arada əlinizi yumusuz?

***

Xoş xəbərdən-zaddan? Hansı ölkə ölü sayına görə hamını keçib ? Voobşe yəqin kimin statiskası üstün olsa onlara şirniquş verəcəklər )))

***

Deməli, yağışa baxıram ( təsəvvür edirsiz lap qədim zamanlarda olduğu kimi yağış yağır) və fikirləşirəm sel-zad olsa millət yenə evdən çıxmaz ? Məsələn, yardıma-filana?

***

Gül gülü çağırır, bülbül bülbülü ... Əcəb dövrandır )))

***

Hər saatda bir qərar...

***

Binanı dezinfeksiya edirsən və şəxsləri də test edirsən - xəstə varsa buraxmırsan içəri. Yəni bu qədər çətindi ? )))

***

Bu koronavirus demokratiya kimi bir şeydi - nə görən var, nə bilən... Amma ziyanın çəkirik...

Aprel

Çox lağ eləyirdik - indi cümlə-cahan hamısı Şimali Koreya olub.Yəni həmin ölkəni nümunə kimi saxlayırdılar, indi tətbiq etdilər... Ən azad adamlar da cəngəllikdə yaşayanlardı...

***

Zəif, taqətsiz, yaşlanmış... (çarəsiz deyək də birdəfəlik ) insanların vəziyyəti necə olsun? Onlar öz evlərində yaşamağa öyrəşiblər... Qəpik-quruş pensiya verirsiz (anlayıram - dövlətimiz yoxsuldu, ona görə biz özümüzdən kəsib onlara veririk), pulnan xəstə baxıcısı tuturuq. Və bu günlərdə dayələrin də gəlməyi müşkül olub. İndi neyləyək??? Əlil arabasında mövcudluqların sürdürürlər. Kimsə deyə bilər ki, gözümüz aydın, bizə nə, cavanlar qalıb ortalıqda. Qocaların dərdin çəkək?

Yaxşı, çəkməyək...Onda hamısın yığaq evlərdən aparaq ataq harasa???

Bu suallara kim cavab verəcək?

Ta əsəblər də dözmür...

***

Telefon nömrələrin əzbərləmək lazımdı, məsələn... Qalanların da əlnən yazmaq kitabçaya... Bir də bilməyənlər vurma cədvəlin əzbərləsin...

Bilmək olmaz bu dünyanın işin, gizir... Bir də gördük belə şeyləri də sildilər...

***

Ruslarda bir söz var - katavasiya...

Deməli, durum belədir - anam məmləkətin durumuna uyğun olmasa da 87 il yaşayıb. Allah ömür verib, ancaq burda verib də...

İndi yaşananlardan xəbəriniz var. 87 yaşlı adamın necə xarakterdə və necə fiziksəl durumda olmağı da məlum. Gəzə bilmir, yataq xəstəsidi. Pensiyası və təminatı haqqında yazmışam, təkrara lüzum görmürəm. Biz həll edirdik durumu, ta ki indiyə qədər.

İndi deyirlər ki, baxıcılar qeydiyyatdan keçsin. Tamam dedik. Keçdi qeydiyyatdan. Tanış-bilişnən əlaqə saxladıq. Zəng edib deyiblər ki, səni qeydə ala bilmərik, çünki tibb təhsilin yoxdu...?! Baxıcıdı ee qadın, tibb unisinin diplomun hardan alaq?

Tutalım, bir nəfərin ağırlığın dövlətə salmıram da ,özüm çəkirəm... Bu nə gülünc qərarlardı verirsiz? Hələ deyirlərdə ki taksiynən gedib -gəlməlisən?! Nazir arvadı deyilee...

Bir zəhmət çoox operativlərə xəbər verin, desinlər nə edək? Dedim bilsinlər.

Nə onlara xəbər çatır, nə Həzrəti Əzrayıla...

Həə, belə söhbətlərə katavasiya deyirlər...

***

İndi fondun işçiləri təlaş içində yeni baş həkimin ciblərinin olmadığından narahatdılar. Mozalanda olduğu kimi)))

***

Təzə-təzə nüfuzu bərpa olunurdu, yeni imici formalaşırdı polisin...Yenə vurdular yerə...Və belə təəssürat yaradılır ki, sanki polis xalqla mübarizə vasitəsidir... Düz eləmirsiz, ay başbilənlər...

***

Bimirəm də - bilirəm, yoxsa bilmirəm...

***

Xərəbdülər... Fikir vermöün...

***

Bu gün bilirsiz neyləmişəm? Baa, pilləkəndən darvazaya təxminən 40 metr yer var da. Maşını sürmüşəm irəli-geri ... Naruşeniya zad. Saxlayan da yox, hara gedirsən deyən yox...

Kef... Di gedin köpəyuşağı, öz virusunuznan...

***

Koridorun bu başındakı MİDİR bir əmr verir, o biri başındakı MİDİR də deyir ki, o MİDİR p..x yeyir... Bunlara qulaq asan qulbeçələr də hər iki (və daha çox) tərəfə baxıb "beçeşm" eləyirlər...

Biz də qalmışıq məəttəl...

***

Yazılanları izləyirəm və belə qənaətə gəlirəm ki, indiyə qədər bizim məmləkətdə insanlar heç vaxt qocalıb ölmürmüş. Kopolunun pandemiyası... Əbədiyyətin əlacın tapmışdıqee... İmkan vermədi. Aparır aramızdan 89 yaşlı nakamları....

***

Evdə qalmalı hava döy, toba)))

***

Başqa yerlərdə vaksin düzəltmək davası gedir. Bizdə də gedir... Maskanı geyinmək lazımdı ya yox və ondan nə qədər cərimə pulu qazanmaq olar?

***

Dəstəmaz alınan yerə bir nəzarətçi qoyublarmış, o da gələnlərə deyirmiş ki, hansı aftafanı götürsünlər. Yəni sən bunu götür, sən o birisin... Biri də baxırmış kənardan. Deyir nə fərqi varki aftafanın? Kim nəyi götürür götürsün də... Nəzarətçi deyir - bə məni niyə qoyublar bura???

İndi bizim üstümüzə qoyulanlar da belə məsləhət verir. Üzlərinə ciddi ifadə verərək...

Əlinizi yumusuz?

***

Vətəndaşların mənzil problemi tam şəkildə həllini tapa bilər. İdarələr lazım deyil, məktəblər lazım deyil, dükanlar, muzeylər və lazım olmayan nələr, nələr... Ev lazımdı, evdə qapatmaq lazımdı adamları... Uzun müddət belə də olacaq. Təklif verdim...

***

Zəncirdə olanlar açılanda daha bərk qaçırlar...

***

Nə qədər adam var, hətta burda da işverən işləyir...

***

Nə eləyəcəklərini bilirləree... Necə eləyəcəklərini bilmirlər...

***

Biz də günəmuzd yaşayırıq... Hətta saat hesabı.

***

Dəvələrin eşşəklərin quyruğuna bağlanma prosesi...

***

Biri avariyaya düşür, həkim sağaldır bunu. Söhbətləşirlər, həkim deyir - bu qırılan əlinlə nə istəsən elə... Xəstə deyir - pianoda da çala bilərəm? Həkim - lap piano da. Xəstə - qəribədi əvvəl bacarmırdım....

İndi deyəsən elə bilirsiz ki,virusdan sonra ölkə varlanıb...

***

Məşədi danışıb mənə - deyir Ağdamda Qaz 51 şoferi vardı, axşam işdən sonra arvadını oturdurdu yanında, rayonda gəzdirirdi. (Yəqin qaranlıqda gəzdirirmiş) ))). Bir gün də pambıq vaxtıymış, iclas gedirmiş, görüblər bir maşın siqnal verə-verə mədəniyyət evinin qabağından o baş-bu başa gedir ))) Soruşublar kimdi ? Deyiblər filankəsin qardaşı ( böyük vəzifədə işləyirmiş qardaş)

İndi Məşədiynən Badamdardan Vergilər Nazirliyinə qədər gedib-gəlmişik ))) Prostu siqnal vermədən )))

***

Ha vururam, çıxıram, bölürəm - nəticə məchul qalır. Hamam pulun kim verəcək?

***

Padşah arvadları kimi də adı var, adı qalmışın -Taclıbəyim )))

Bayaq həyəcanla evdən zəng ediblər ki, müəllimə narahatdı ,deyir İradə tez gəlsin. Yüyürüb getdim -noolub? Dedilər ki,bəs poliklinikadan zəng edib ərazidə yaşayan yaşlı insanların vəziyyəti ilə maraqlanırlar, müəllimə qorxub. Niyə qorxub? Deyir, bəs apararlar məni zornan karantinə.

Deyirəm, mama, qorxma ))) Pensiya vermədiklərinə baxma, belə qayğınızı çəkirlər. Təqdirə layiqdi )))

***

Torba da bumeranq effekti verir...Tikirsən sonra çuvala dönüb çırpılır başına...

***

Postları oxuyuram... Deyirəm, Allah bu mehribanlığı əlimizdən almasın )))




İmza:

YAZARIN ARXİVİ

2019-04-07 : Olsunmu?!
2018-09-22 : LEYSAN ÖZLƏMİ
2018-06-23 : İNSAN
2018-05-27 : 100 cavan oğlan
2018-05-10 : SEÇİLMİŞ
2018-02-13 : Qızım...
2018-02-09 : GEDİŞ
2018-01-19 : MÜƏLLİM
2017-11-25 : Sincab günü
2017-09-24 : Miqr - A - siya
2016-12-16 : CANAVAR VAXTI
2016-07-04 : Polis günü...
2014-12-11 : SEÇİLMİŞ
2014-11-07 : BU DA MƏN...
2014-08-21 : BEŞ
2014-04-02 : Elegiya
2014-03-14 : Quo vadis?..
2012-11-02 : ƏQRƏB BÜRCÜ
2012-10-11 : KÖRPÜ
2012-08-18 : NEKROFİLİYA...
2012-06-23 : İNSAN
2012-02-22 : SOYQIRIM
2011-12-15 : CANAVAR VAXTI
2011-10-29 : Yol ROMANI
2011-10-22 : Yol ROMANI
2011-10-08 : Yol ROMANI
2011-10-05 : MÜƏLLİM GÜNÜ
2011-05-21 : TELESKOP
2011-04-30 : MAY NƏĞMƏSİ
2011-04-23 : SEVGİ ADASI
2011-04-16 : SEVGİ ADASI
2011-04-09 : SEVGİ ADASI
2011-03-12 : MÜƏLLİM
2010-12-18 : MÜSAHİBƏ
2010-10-02 : WOMAN IN LOVE
2010-09-22 : LEYSAN ÖZLƏMİ
2010-05-08 : SEÇİLMİŞ
2010-05-01 : MAY NƏĞMƏSİ
2009-11-14 : SARI ODALAR
2009-08-22 : BEŞ
2009-05-19 : ATA OLMAQ HAQQI
2009-03-20 : ƏNƏNƏLƏR
2009-02-28 : FALA BAXIRAM
2009-02-07 : ANANIN KİTABI
2009-01-31 : BLOKADA
2009-01-24 : YADA DÜŞDÜ
2009-01-17 : İKİ SEVGİ
2008-12-31 : BİS SEXTUS...
2008-07-12 : SEZON FİNALI
2008-06-28 :
2008-06-24 : İNSAN
2008-06-21 :
2008-06-07 : NATURALİST YAZI
2008-05-31 : 555
2008-05-24 : YÜZ CAVAN OĞLAN
2008-05-17 : SORĞU
2008-05-03 : MAY NƏĞMƏSİ
2008-04-26 : ƏLAC NƏDİR?
2008-04-05 : DEPRESSİYA
2008-03-20 : ƏNƏNƏLƏR
2008-03-15 : QUO VADIS?..
2008-03-12 : ETİRAF
2008-02-16 : PAY
2008-02-12 : MƏN VƏ SƏN
2008-01-08 : İKİ ÜZLÜ AY
2007-12-12 : SEÇİLMİŞ
2007-11-24 : RƏĞBƏT
2007-11-17 : AY ÖLKƏSİ
2007-11-15 : ƏZİZ İNSAN
2007-10-06 : YOLDAŞ ÇE
2007-09-29 : DAMA ÇIXAQMI?
2007-09-15 : LEYSAN ÖZLƏMİ
2007-09-11 : BİR GÜN...
2007-07-09 : SƏS
2007-06-30 : HAVA AXINLARI
2007-06-23 : İNSAN
2007-06-09 : İMTAHAN
2007-05-26 : J F K
2007-05-19 : ATA OLMAQ HAQQI
2007-05-09 : SEÇİLMİŞ
2007-05-05 : BƏHANƏ
2007-04-28 : NAĞIL
2007-03-10 : İT DƏFTƏRİ
2007-03-08 : QADIN BAYRAMI
2007-02-24 : SOYQIRIM
2007-02-17 : KÖRPÜ
2007-02-16 : TƏZADLAR
2007-02-16 : İMTAHAN
2007-02-16 : SAKİT MÖVSÜM
2007-02-16 : MÜƏLLİM GÜNÜ
2007-02-16 : DAŞ
2007-02-12 : QƏLƏBƏ GÜNÜ
2007-02-10 : MÖVZU
2007-01-27 : İKİ ÜZLÜ AY
2007-01-20 : SAKİT MÖVSÜM
2007-01-13 : Ehtiyac
2006-12-30 : HƏMRƏYLİK
2006-12-16 : CANAVAR VAXTI
2006-12-13 : QOVŞAQ
2006-12-09 : QOVŞAQ
2006-11-25 : ZƏİF BƏND
2006-11-11 : ƏQRƏB BÜRCÜ
2006-11-04 : PASSİO
2006-10-28 : ŞƏKİLÇİ
2006-09-25 : DAŞ
SON XƏBƏRLƏR
2020-05-24
2020-05-23


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.23%)
Pullsuz (10.77%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK