ANA SƏHİFƏ / YAZARLAR

Faiq QİSMƏTOĞLU: ZÜLM

9638    |   2020-04-20 08:10
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

... Mənə elə gəlir ki, bəşəriyyətin, dünyanın, dövlətlərin bu gündən ağır vəziyyəti heç vaxt olmayacaq. Düzdür, ağır günlər, ağır anlar, ağır illər olub. Böyük müharibələr, yüzillik müharibələr, amma onlar bir ölkənin, iki ölkənin arasında gedən böyük müharibələrdi. Amma onların da bitmə dövrü nə zamansa olmalıydı. Bu gün isə bəşəriyyətlə bu böyük bəla arasında ölüm-dirim mübarizəsi gedir. Bütün dövlətlər, bütün xalqlar, bütün Yer üzü ayağa qalxıb və bu böyük bəlaya qarşı mücadilə eləyir, döyüşür.

.... Indiki dövrdə insanlar bir-birinə bir qədər də yaxın olmalı, bir qədər də doğmalaşmalı, bir qədər də sevgilərini bir-birinə bildirməlidilər... Indiki dövrdə insanlar bir daha ayılmalı, düşünməli və fikirləşməlidilər ki, ay dadi-bidad, nədən bəşəriyyətin başına belə bir faciə gəldi? Bu faciədə hər bir insanın, hər bir dövlətin, hər bir ölkənin özünün payı var. Çünki harda haqq pozulursa, harda haqq dərəcəsi düz gəlmirsə, orda haqsızlıq baş alıb gedir, dünya məhvərindən çıxır. Bəlkə də dünya ona görə bu günə düşdü ki, Allahın yaratdığı bütün nələr varsa, o sistem böyük dövlətlər tərəfindən dağıdıldı. Göy üzündə nüvə sınaqları keçirildi, okeanda nüvə sınaqları keçirildi, dünyanın hər yerində müasir silahlar sınaqdan keçirildi. Axırı da bu... Sözümün canı bu deyil. Sözümün canı odur ki, heç olmasa insanlar indi ayılsın, indi başa düşsünlər, bir-birlərinə zülm yox, yaxşılıq eləsinlər...

... Deyirlər ki, zülmkara rəhm etmək, zülm olunanın haqqını yemək kimi bir şeydi. Yəni zülmkara heç vaxt rəhm etmək olmaz. Və zülmkarın yanında olmaq, ona havadarlıq etmək, ona arxa durmaq məzlum və yazıq xalqın haqqını tapdamaq deməkdir. Zülm insanları bir-birindən uzaqlaşdırar... insanların haqqını başqasına verər... insanların sevgisini, məhəbbətini, həyatını, işığını əlindən alar... haqqı olanı çöldə, düzdə qoyar. Və bu gün dünyanın hər yerində bu mizan-tərəzi bayaq dediyim kimi, pozulub...

... Zülmdən uzaq olmaq lazımdır... insanlara yaxşılıq eləmək lazımdır... yıxılanı qaldırmaq lazımdır... acı yedizdirmək lazımdır. Əgər biz yıxılanı qaldırsaq, acı yedizdirsək, zülm olunanı zülmkarın əlindən xilas eləsək, inanın, bundan böyük yaxşılıq, bundan böyük duruluq, bundan böyüklük ola bilməz. Çox təəssüf ki, biz gözümüz görə-görə baxırıq ki, hansısa bir adam əzilir, haqqı yeyilir, onun üstünə kimsə yeriyir, biz buna göz yumuruq və görməməzliyə vurub çıxıb gedirik. Hansı ki, səsimizi qaldırsaq, dillənsək, bəlkə də o zülmkar öz zülmündən əl çəkər, kənara çəkilib durar və bir daha həmin o fağırı, o yazığı incitməz, haqqını əlindən almaz...

... "Qurani-Kərim”in "Yunus” surəsinin 44-cü ayəsində buyurulub ki, həqiqətən Allah insanlara zərrəcə zülm etməz, lakin insanlar özləri-özlərinə zülm edərlər. Müqəddəs kitabda deyildiyi kimi, insanın bir-birinə zülmü heç vaxt yaddan çıxmır. Allah-Təalanın sevgisini, məhəbbətini qazanmaq lazımdır. Bəzən görürsən ki, biri deyir, əşi, Allah elədi bu günahı, Allah elədi bu işi, Allah bizi bu günə saldı... Allah heç bir bəndəsini yaman günə salmaz, Allah heç bir bəndəsini ac qoymaz, Allah heç bir bəndəsini vaxtından tez əlində-ovcunda nəyi varsa almaz. Onun əlindən alan, onu pis günə qoyan, haqqını yeyən zülmkarlardı. O zülmkarlar ki, bu gün bizim də məmləkətimizdə, bizim də dövlətimizdə kifayət qədərdir. Və biz o zülmkarlara deyirik ki, heç olmasa bu ağır gündə, bu çətin gündə, bu ağrılı və faciəli gündə millətə zülm eləməyin... onların haqqını yeməyin... onun üstünə yeriməyin... imkanınız varsa, kasıba, yetimə-yesirə, əlsizə-ayaqsıza, xəstəyə əl tutun, kömək eləyin... Çəkilin bu zülmlərdən, bu zülmkarlıqdan. Ona görə də biz insanlar bir daha Allahımızı tanımalı, onu sevməli, bir-birimizə arxa durmalı, yaxşılıq eləməliyik. Yaxşılıq heç vaxt itmir, heç pislik də unudulmur. Insan nə eləyirsə, o, gec-tez onun qarşısına çıxır...

... Zülmdən danışdıq, zülmkardan danışdıq. Və mənim yadıma böyük Mirzə Cəlilin 1907-ci ildə "Molla Nəsrəddin” jurnalının 24 mart 13-cü nömrəsində çapdan çıxan "Qullu biyabanlar” felyetonu düşdü. Həmin felyetonda yazılır: "Zəngəzurda müsəlmanlar acından ölürlər. Mən sözümü qutardım. Siz də istəyirsiniz hər kəsə baş əyin. Amma onu yaddan çıxarmayasınız ki, biz müsəlmanlar həmişə ibadətdən və insaniyyətdən söhbət düşəndə öz-özümüzə demişik, yazıq ermənilər, görəsən onlar Allaha nə cavab verəcəklər. Amma indi Zəngəzurda müsəlman acları buğda vaqonlarının yanına sevincək qaçıb görürlər ki, bu buğdaları ermənilər erməni aclarına göndəriblər. Biz yaxşı adamıq, ermənilər isə pis adamdırlar”...

Görürsünüzmü, bu gün də ölkəmizdə nə qədər ac-yalavac, kasıb, imkansız, bayaq dedim, bu çətin vəziyyətdə, karantin rejimində, hətta çörək tapa bilməyən insanlar var. Onlara kömək eləmək lazımdır, onlara əl tutmaq lazımdır. Onlara əl tutmaq, arxa durmaq çox böyük savabdır. Özü də elə əl tutmaq lazımdır ki, tay onu çəkib bütün efirlərdə göstərməklə həmin adamları utandırmasınlar. Bax, belə, zülmdən kim uzaq olsa, onun həyatında həmişə işıq olar, sevgi olar, ruzi olar, bərəkət olar...




İmza:

YAZARIN ARXİVİ

2018-11-24 : ONLUQ QIZIL
2017-12-15 : O BİR QAYA
2017-12-13 : PARTAPART...
2017-12-05 : UNA NƏ QATAQ?
2017-11-28 : O BALACA UŞAQ
2017-11-22 : QALXIN, OTURAQ!
2017-11-08 : O, BİR NUR İDİ
2017-08-31 : DUZSUZ ADAMLAR
2017-08-28 : İSRAFÇILIQ
2017-08-18 : MÜBARƏK ÖLÜM
2017-08-11 : AY İŞIĞI
2017-07-07 : NƏNƏ VƏ NƏVƏ
2017-06-23 : MÖCÜZƏ
2017-06-06 : ÖLDÜR MƏNİ...
2017-05-23 : ÖLMƏYƏN ÜMİD
2017-05-12 : QARA QOÇ
2017-03-30 : NANKOR OĞUL
2017-03-17 : TUT QURUSU…
2017-02-03 : ÖLÜ XORTLADI…
2017-01-06 : BU ÜRƏKLƏ…
2016-12-09 : SÖZÜN ƏTRİ
2016-11-05 : O YAZ YAĞIŞI...
2016-11-04 : O YAZ YAĞIŞI…
2016-10-15 : AĞ YUXU
2016-07-09 : ÇİNAR AĞACI
2016-04-23 : ŞEYTAN AĞACI
2016-03-08 : BALACA PADŞAHLAR
2016-02-20 : KÖPƏYƏ EHSAN
2016-01-16 : DÜNYA MALI...
2015-11-14 : EŞŞƏK SÜDÜ
2015-08-22 : ZƏRBƏ
2015-07-04 : AĞACLAR QURUYUR
2015-06-13 : QORXMA, OĞUL!
2015-06-02 : ALAÇATI...
2015-05-16 : BİR KƏLMƏ...
2015-05-15 : ARXAYA BAXANDA...
2015-05-01 : ENDİRİMLƏR...
2015-04-11 : YAZ YAĞIŞI
2015-04-03 : BOLLUQ OLACAQ?
2015-03-20 : ELÇİLİK
2015-03-14 : DƏYİRMAN DAŞI
2015-03-05 : "BARI NAXÇIVAN"
2015-02-14 : FALA BAXIRAM
2015-01-24 : GÖZƏL ÖLÜM
2015-01-16 : QARA ÇÖRƏK
2015-01-15 : QARA ÇÖRƏK
2014-12-31 : SƏBRLİ OLSAN...
2014-12-20 : KİRVƏ
2014-12-13 : DİLİN BƏLASI
2014-12-06 : CƏHALƏT QUYUSU
2014-11-29 : LOTU
2014-09-27 : SƏBR ELƏ
2014-09-25 : BELƏ TOY OLAR?!
2014-09-20 : BÖYÜK GÜNAHLAR
2014-09-13 : KÜPƏ
2014-09-06 : BEŞ CANAVAR
2014-09-03 : SU QITLIĞI...
2014-08-16 : BÖYÜK DAYAQ
2014-08-12 : LAQEYDLİK
2014-08-09 : SOYUQ ADAMLAR...
2014-08-02 : TÖHMƏT
2014-07-19 : YALAN...
2014-06-07 : ÇƏTİN GÜN
2014-05-28 : EHSAN
2014-05-17 : ƏLDƏN QALAN...
2014-03-08 : Təmiz adam
2014-03-01 : Qarınotaranlar
2014-02-28 : Yağmurlu hava...
2014-02-22 : GÜN KEÇDİ...
2014-02-08 : TOY GECƏSİ...
2014-01-25 : TAMAH
2014-01-18 : XƏCALƏT TƏRİ
2014-01-11 : YAĞIŞ...
2013-12-28 : DÖNÜŞ
2013-11-23 : SƏDR ATI
2013-11-16 : YURD YERİ...
2013-11-02 : PAXIL
2013-09-07 : BAŞ REDAKTOR
2013-08-31 : CADUGƏR
2013-08-17 : KOBRA
2013-08-03 : POÇTALYON
2013-07-27 : AYRILIQ...
2013-07-20 : SÖZGƏZDİRƏN
2013-07-13 : SƏNGƏR
2013-07-06 : QUDURĞAN
2013-06-22 : DƏMİRÇİ
2013-06-15 : GOPÇU KİŞİ
2013-05-25 : QOHUMLUQ
2013-05-18 : HƏSRƏT YAĞIŞI
2013-05-11 : ƏRİK AĞACI
2013-05-04 : AYRILIQ
2013-04-27 : ELÇİLİK
2013-04-20 : İLDIRIM
2013-04-13 : GÜN İŞIĞI
2013-04-06 : DÖYÜŞ
2013-03-30 : EHSAN
2013-03-20 : YARMARKA OYUNU...
2013-03-16 : ÜRƏK DÖZSƏ...
2013-03-08 : KOR ARVAD
2013-03-02 : YALTAQ
2013-02-23 : ZƏHRİMAR
2013-02-16 : SÖNƏN OCAQ
2013-02-02 : DÜYÜN
2013-01-26 : VƏZİFƏ
2013-01-19 : MƏRDİMAZAR
2012-12-22 : QORXU
2012-12-15 : TƏNHA QOCA...
2012-12-08 : ÜZÜK
2012-11-27 : GÖZ DƏYİB...
2012-11-27 : QAN DAVASI...
2012-09-15 : GECƏYARISI QƏTL
2012-08-18 : GÖZ YAŞI...
2012-08-04 : DAŞ HASARLAR...
2012-06-15 : TOY...
2012-06-02 : DURULAN DÜNYA...
2012-05-12 : KÖÇ...
2012-04-28 : POÇT QUTUSU...
2012-04-07 : ÜNVANSIZ EŞQ
2012-03-03 : ZƏHƏR TULUĞU
2012-02-18 : POLKOVNİK...
2012-02-11 : YALANÇININ...
2011-12-31 : Bir ovuc torpaq
2011-12-24 : DÜZ SÖZ...
2011-12-17 : O DÜNYALIQ...
2011-12-10 : QUTUDA İLAN...
2011-12-03 : ARTIQ TAMAH...
2011-10-22 : DƏRİN QUYU...
2011-08-13 : PARTLAYIŞ...
2011-08-06 : OD İÇİNDƏ...
2011-07-23 : AĞ DÜNYA...
2011-05-07 : QARA EYNƏK...
2011-04-30 : HAQSIZLIQ
2011-04-23 : MÜBARİZƏ...
2011-04-16 : GÜNAH...
2011-02-12 : HARINLIQ...
2010-12-31 : ATƏŞFƏŞANLIQ
2010-11-06 : BAHALIQ
2010-08-28 : DƏLƏDUZLUQ...
2010-07-10 : BƏDNƏZƏR
2010-06-12 : ÇƏTİN GÜN
2010-03-13 : YOLUNU AZANLAR...
2010-02-27 : YASİN PULU
2010-02-20 : ÇİY SÜD
2010-02-13 : YANAR ÜRƏK...
2010-01-09 : YAD QIZI
2009-12-31 : DÜNYA QOPUR
2009-12-19 : UZUN GECƏ...
2009-11-07 : ADAM OL...
2009-10-24 : QURDUN PAYI...
2009-08-15 : DƏLİXANA
2009-06-06 : NADAN
2009-05-09 : BUZ BALTASI
2009-05-02 : PULSUZLUQ
2008-10-30 : ÇİY SÜD
SON XƏBƏRLƏR
2020-05-27


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.23%)
Pullsuz (10.77%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK