ANA SƏHİFƏ / SİYASƏT

Sahil Babayev: Bu il 12 min ailənin özünüməşğulluq proqramında iştirakı təmin olunacaq

9767    |   2020-04-16 12:29
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bu il 12 min ailənin özünüməşğulluq proqramında iştirakı təmin olunacaq.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev dövlət başçısının sosial sahə ilə bağlı verdiyi tapşırıqların icrası istiqamətində qarşıda duran vəzifələrə dair Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən iclasda bildirib.

Nazirlikdən Adalet.az-a verilən məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev vurğulayıb ki, Prezident İlham Əliyevin siyasətinin mərkəzində vətəndaş rifahının təminatı prinsipi dayanır və bu gün pandemiya ilə əlaqədar ölkədə həyata keçirilən geniş miqyaslı dəstək tədbirləri bunu bir daha təsdiq edir. Müşavirədə dövlət başçısı deyib:

"Sosial sahə bizim üçün həmişə prioritet olubdur, indiki şəraitdə ikiqat prioritet olmalıdır. Çünki son illərdə məşğulluq, sosial təminat istiqamətlərində böyük addımlar atılıb, ancaq indiki şəraitdə bu, xüsusi önəm daşıyır”.

Nazir bildirib ki, cənab Prezidentin tapşırıqlarının icrası istiqamətində müvafiq addımlar atılır. Əhalinin həssas qruplarına dəstək tədbirləri daha da gücləndirilib. Özünüməşğulluq proqramının genişləndirilməsi və proqrama cəlb olunanlara aktivlərin verilməsi prosesi davam edir. Artıq banklar tərəfindən də aktivlər təqdim edilir. Bu il 12 min ailənin özünüməşğulluq proqramında iştirakı təmin olunacaq. Həmçinin haqqı ödənilən ictimai işlərin miqyası genişlənir.

S.Babayev, eyni zamanda, özəl sektorda iş yerlərinin qorunması üçün məqsədyönlü işlər aparıldığını diqqətə çatdırıb. Qeyd edib ki, qeyri-dövlət sektorunda mövcud iş yerləri qorunub saxlanılmaqla, əmək müqavilələrinin sayı artmaqda davam edib. 2020-ci ilin 1 aprel tarixinə özəl sektorda əmək müqavilələrinin sayı 664 119 olubsa, bu göstərici 715 mini ötüb. Beləliklə, qeyri-dövlət sektorunda əmək müqavilələrinin sayında 1 aprel tarixindən 51 min müqavilə, 1 yanvar tarixindən isə 73 min müqavilə artımı olub.

Nazir işini və qazancını itirmiş şəxslərə birdəfəlik ödəmənin verilməsi işlərinə aprelin 9-dan başlandığını deyib. İşsiz kimi qeydiyata alınanlardan artıq 120 min nəfər üçün birdəfəlik ödəmənin bank və poçt filiallarına köçürüldüyünü, bu istiqamətdə ödənişlərin gündəlik olaraq davam etdiyini bildirib.

S.Babayev aktiv məşğulluq tədbirlərinin gücləndirilməsi, ünvanlı dövlət sosial yardımı proqramının genişləndirilməsi və s. istiqamətlərdə aparılan işləri də qeyd edib.
İclasda Prezident İlham Əliyevin tapşırıqlarının icrası istiqamətində qarşıda duran vəzifələr müzakirə olunub.




İmza:

Türkiyə ilə Azərbaycan arasında bir neçə sənəd Milli Məclisin plenar iclasında tövsiyə olunub

İlham Əliyev: Azərbaycanın bu çətin gündə Moldovaya həmrəylik göstərməsi təbiidir

Azərbaycanla Fransa arasında əməkdaşlıq yüksək səviyyədədir

İlham Əliyev yeni təyin olunan icra başçılarını qəbul edib - YENİLƏNİB

Adil Əliyev: ABŞ-ın maraqları Azərbaycanla strateji tərəfdaşlığı diktə edir

Prezident İlham Əliyev: Azərbaycanda 30-dan çox DOST mərkəzinin fəaliyyətə başlaması nəzərdə tutulur

Ağstafaya yeni icra başçısı təyin olundu - SƏRƏNCAM

Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevi təbrik edib

Azərbaycanda koronavirus və karantin rejimi ilə bağlı son vəziyyət açıqlanıb - VİDEO

Gürcüstanın dövlət başçısı Prezident İlham Əliyevə təbrik məktubu göndərib

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun rəhbəri Prezident İlham Əliyevi təbrik edib

Elmar Məmmədyarovun Türkiyəli həmkarı ilə telefon danışığı olub

ABŞ Səfirliyi azərbaycanlıları Ramazan bayramı münasibəti ilə təbrik edib

Gürcüstandan Ermənistana növbəti cavab: “Xoşunuza gəlmirsə, alternativ yollardan istifadə edin”

Kamran Bayramov: Karantin qaydalarının pozulmasına görə cəzalar sərtləşdirilməlidir

Tacikistan dövlət başçısı Prezident İlham Əliyevi təbrik edib

Prezident İlham Əliyev İordaniya Kralını təbrik edib

Ermənistanın Şuşa təxribatına Türkiyədən - RƏSMİ MÖVQE – VİDEO

Ərdoğanla Tramp arasında telefon danışığı baş tutub

Adil Əliyev seçicilərin növbəti qəbulunu keçirib - FOTO

Eldəniz Quliyev: "Amerika Cəmil Həsənlini fırladır"

Əli Əsədov İranın Birinci vitse-prezidenti ilə danışıb

SON XƏBƏRLƏR
2020-05-24
2020-05-23


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.23%)
Pullsuz (10.77%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK