ANA SƏHİFƏ / ƏDƏBİYYAT

VİDAlaşmadığım VİDADİ - Qorxmaz Şıxalıoğlu yazır

44391    |   2020-04-17 07:15
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Çoxdandır 80- ci illərin ən hay-küylü və işıqlı məkanı- köhnə Baksovet bağının ayağındakı çayxana sakinlərini görmürəm.Ürəyim o günlərin üzərinə düşən işıq və bu işığın içində kölgə kimi görünüb itən adamlar üçün darıxır.O illərin intellektual elitası bura yığılardı.Əgər o vaxtlar SSRİ-nin dissident təfəkkürü mətbəxlərdə "bişirdisə”, əyalət paytaxtı olan Bakıda bu düşüncə çayxanada yetişirdi.O çayxananı çoxdan söküblər, o intellektualların bəziləri elə o çayxana kimi tarixə qovuşublar.Hərdən elə bilirəm ki, onlardan biri ilə hardasa rastlaşacam.Və elə bu hal- əhvalın içində birinci Vidadi müəllimi soruşacam.Qoy, heçkiminciməsin: elə bilirəm ki, o məşhur tarixi məkanın ən parlaq sakini, əsas aparıcı siması Vidadi müəllim idi.Onunla bağlı xatirələrimi çox istəmişəm yazam.Rəhmətlik Aydın Əfəndinin yapon şeirindən reminissensiya etdiyi bir şeirində belə misralar var:

" Əgərsoruşan olsa,

Deyərsən ki, yoxdu o.

Gedibdir, qayıdacaq,

Bir də min il sonra o”.

(Tərcümə Mahir Qarayevindir)

Nə vaxtsa qayıdacaqadamhaqqında nə deyəsən, nə danışasan?Bəlkə, yenə də o çayxananı bəhanə edim.Axı necə olar e, Vidadi müəllimdən yazasan, o çayxana qıraqda qala?Hesab elə ki,66-cı ilin "Neftçi”sindən danışıb, Banişevskinin adını çəkmirsən.Yəqin ki, indi də o çayxana mənim kimi çoxunun yaddaşında bir parça işıqlı səma kimi yaşamaqdadır.Doğrudan da, bu yer o zaman mənim üçün dünyanın ən işıqlı məkanı idi.Ədəbi aləmdəki bütün yeniliklər burda müzakirə olunurdu.Qəzet və jurnallardakı ədəbi tənqidlərdən fərqli olaraq, burda ağaağ, qaraya qara deyirdilər. Qoy yeri gəlmişkən, bu "ədəbi düşərgə”nin əsas sakinlərinin adlarını çəkim: Aydın Məmmədov, Kamil Vəliyev, Firudin Cəlilov, Kamal Abdullayev, Cəlil Nağıyev, Qara Tağızadə, Oqtay Məmmədov, Hacı Cəfərov, Ramiz Rövşən, Vaqif Cəbrayılzadə, Maarif Fərrux, Eldar Baxış, Baba Vəziroğlu, Şamxal Rüstəm, Dilsuz Mustafayev, Aqil Abbas, Vaqif Bəhmənli, Ağacəfər Həsənli....Əlbəttə, çay içdiyi stolda söhbətə yön verən həmişə Vidadi müəllim olardı.O, təkcə ədəbiyyat bilicisi deyildi, həm də, çox maraqlıadamidi.Ən əsası da o idi ki, həmişə ədalətli danışardı, haqqı-nahaqqın ayağına verməzdi.Çox görmüşəm-əksər ədəbi mübahisələrin sonunda Vidadi müəllim həmişə üstün tərəf olardı.Lap düzünü desəm, çoxu belə ədəbiyyat söhbətlərində onunla mübahisəyə girişməyə çəkinərdi.Onun indi də, hamının ağızdolusu danışdığı Vidadi Məmmədov olmağı, təkcə bununla bitmirdi.Əgər təzə bir yazarın yaradıcılığı haqqında Vidadi müəllim müsbət fikir söyləyirdisə, demək, o adama daha ölüm yox idi.Hamı da bilirdi ki, onun meyarı "düzü-düz”, "əyrini-əyri” prinsipinə əsaslanır.Heç vaxt, kimə görəsə, nəyə görəsə bu meyara xəyanət etməzdi.Bir sözlə, istedadsıza "istedaddır” deməzdi.Ona görə də, o, ədəbiyyata təzə gələnlər üçün,azqala məhək daşına çevrilmişdi.Yadımdadır, Mehdi Bəyazidin yazı üslubunu çox tərifləyərdi.Hətta bir söz indi də yaddaşımda ilişib qalıb.Mehdinin hekayəsindəki qırmızı donlu qızın obrazı haqqında o, ən xırda məqamı da çox qabarıq şəkildə göstərib deyirdi ki, "o qız anadan, sanki elə o qırmızı donla doğulub və o donla da böyüyüb.Mehdi bu obrazıçoxustalıqlayaradıb”.Vidadi müəllimin bu tərifi, əslində, hər hansı ədəbi tituldan çox yüksəkdə dururdu.Çünki hamı bilirdi ki, o, hələm- hələm yazar haqqında söz demir.(Yeri gəlmişkən, rəhmətlik Mehdi Bəyazid mənə şəklini bağışlamışdı.Sonra İlham Tumas bu şəkli məndən alıb qaytarmadı.Əgər bu yazı gözünə dəysə...pənah Allaha!..)



Bir də ki, Vidadi müəllimin üstünlüyü təkcə ədəbiyyatla bağlı deyildi.Ondakı hazırcavablıq, güclü yumor hissi, incə duyum insanı heyran edirdi.Hər hansı adamın sözündəki, yaxud hərəkətindəki ən cüzi saxta caları belə, göydə tutardı.Ona görə də, tanıyanların hamısı onunla ehtiyatla danışır, sözünü ölçüb-biçir, bir növ, özlərini yığışdırardılar.Çalışardılar ki, Vidadi müəllim əyləşən məclisdə düz danışsınlar.O, yalanın, saxtakarlığın düşməni idi.Onun işıqlı tərəfləri təkcə bunlarla da qurtarmırdı.O, çox səxavətli idi.Əliaçıqlığından yüz misal çəkmək olar.Çoxumuz bilirik, o vaxtlar Moskvada, Ədəbiyyat İnstitutunda qiyabi oxuyanların neçəsi qış semestrinə Vidadi müəllimin xəz papağı, yun şərfi ilə gediblər.Yox, qoy bunları o vaxtlar Moskvada oxuyan o tələbələr danışsın.Mən isə onunla bağlı şahidi olduğum bir-iki xatirəni yada salmaq istəyirəm...

Bəzən iki-üç nəfər cavan yazarın çay içdiyi stolun ətrafında, bir də görərdin ki, 7-8 nəfər yığıldı.Hər təzəadamgələndə də, stola təzə çay gəlirdi.Beləcə, çayniklərin sayı artırdı.Yazılmamış qayda idi:kimbirinci durub getsəydi, çayın pulunu da o verməliydi.Bəzən-təsadüfən belə alınırdı-çay içənlərin çoxu yataqxanada, kirədə qalan, pulsuz-parasız tələbələr olardı.Ona görə də, belədə lap kotana qoşub dartsan belə, biri yerindən tərpənməzdi.Və...vəbirdən uzaqdan Vidadi müəllim görünərdi.Hamının çöhrəsində gün doğardı.Stola çatar-çatmaz, tez cibindən bir "üçlük”, ya da bir "beşlik” çıxardıb, atardı stolun üstünə və gülə-gülə deyərdi: "-Bilirəm, çay içməkdən qarnınız partlayır, otura bilmirsiz.Başqa yerə tələsəniniz də var. Durun, gedin.Anam məni belə xırda mərdliklər üçün doğub”.Təbii ki, bu bir zarafat idi.Vidadi müəllim böyük mərdlikləri də bacarırdı.İstedadlı bir cavanı müdafiə eləmək, onun yaradıcılığı haqqında xoş söz demək, hörmətini saxlamaq, elə ən böyük mərdlik idi.Rəhmətlik Şahmarın hekayələrini tərifləyib deyərdi ki, o lopa bığları ona halal olsun.Qaldı ki, yemək-içmək məsələsi... O, dostlara qonaqlıq verəndə, xoşbəxt olardı, daha doğrusu, bundan ləzzət alardı...

80-ci illərin əvvəlləri idi.Dediyim məşhur çayxanada Baba Vəziroğlu ilə oturub çay içirdik.İsti yay günü idi, pulsuzluq da bir yandan.Birdən Vidadi müəllimi yanımızda gördük.Elə bil, yerdən çıxdı.Salam-kəlamsız: "-Pul yoxdu, özünüz də vurmaq istəyirsiz”- deyə, şirin-şirin güldü. Onbeşdəqiqədən sonra indiki "Sahil” metrostansiyasının tuşunda-Dənizkənarı parkdakı ikimərtəbəli yeməkxananın açıq zalında oturmuşduq.Bilirdim ki, bura bahalı yerdi.Zəngin bir süfrə açıldı.Düzü, mən Vidadi müəllimdən çəkinirdim.Bu, daha çox ona olan hörmətdən irəli gəlirdi.Nə isə...Dənizin sərin mehi, cavanlıq, dadlı yeməklər, buz araq, gözəl Vidadi müəllim və ədəbiyyat-sənət söhbətləri.Hardasa, iki saatdan çox idi ki, məclisimiz davam edirdi.Axıra yaxın, bilmirəm, hardan beynimə girdisə, birdən Vidadi müəllimdən soruşdum: "Siz heç kəndə gedirsiz?”.İnanın ki, mən ona bu sualı vermək üçün bütün cəsarətimi səfərbər etmişdim.Vidadi müəllim tutuldu.Heç hənanın yeridir?Ədəbiyyatdan söhbət getdiyi bir vaxtda, bu solaxay sualım onu, deyəsən, çaşdırdı.Yəqin o məndən, ümumiyyətlə, sual gözləmirdi.Hər üçümüz susurduq.Vidadi müəllimin gözləri, qarşısındakı boşqaba dikilmişdi.Birdən o, başını yuxarı qaldırdı, üzü çox kədərli idi.Onu heç vaxt belə görməmişdim.Handan-hana dilləndi "-Yox, neçə illərdir kəndə ayağım dəymir, gedə bilmirəm”.Susdu.Gözləri yol çəkirdi.Deyəsən, ürəyində nəyisə götür-qoy edirdi.O, bu mövzuda danışmaq istəmirdi, ya da ona danışmaq çətin idi.Ya da ki, mənim kimi "ağzından süd iyi gələn bir uşaq”la bu məhrəm mövzuda söz açmağı özünə sığışdırmırdı.Nəhayət, çox sakit və kədərli bir səslə sözünə davam elədi: "-Mən kənddən Bakıya gələndə, elə bilirdim ki, oxuyub, böyük biradamolacam.Kəndimiz üçün nəsə eləyəcəm, böyük işlər görəcəm.Ancaq heç nə eləmədim.Bakının küləkli küçələrində ömrümü bada verdim”.Yenə susdu.Mən də, Baba da siqaret yandırdıq.Elə bildim ki, o, daha bu mövzuda heç nə danışmayacaq.Amma bu sükut uzun sürmədi.Vidadi müəllim yorğun- yorğun dilləndi."Kəndimizin girəcəyində bir bulaq var. Üstü qız-gəlinlə dolu olur həmişə.Ətrafında da gözəlyarpızbitir...Bax, mən o bulaqdan utanıram.Çox utanıram.Bilirsən...”.Sözünün dalını gətirə bilmədi, içini çəkdi.Parlaq gözləri buludlanmışdı.Mən sual verməyimə peşman olmuşdum.O, səssizcə ağlayırdı.Bu, hardasa, 20-30 saniyə çəkdi.Biz dinmirdik.Birdən gözlərini tez-tələsik silib, toxtadı, sonra üzünümənətutdu: "-Yox, sən mənim nə dediyimi bilməzsən”. Birazsusub, eyni sözləri yavaşca təkrarladı: "-Sən mənim nə dediyimi bilməzsən”.Gördüm ki, fikri çox uzaqlara gedib.Əslində, bu sözləri təkrarlamaqla özünü sakitləşdirmək istəyirdi.Baba üzümə baxırdı: yəni, söz tapmadın danışmağa?Mən, doğrudan da, çox pis olmuşdum.Minadamdanışsaydı, and içsəydi ki, Vidadi müəllimi ağlayan görmüşəm, heç vaxt inanmazdım.Axı onda yüz adamın həyat eşqi vardı.İki kəlmə sözü ilə insanı qanadlandıran biradamidi o – səsində, elə bil sehr vardı.Bəlkə də, onun dostlarının çoxuna bu dediklərim qəribə gələcək.Bəlkə də, heç buna inanmayacaqlar...Məclisimizdəki bu kədərli zolaq on dəqiqədən sonra əriyib getdi.Vidadi müəllim, sanki bu söhbət olmayıbmış kimi, yenə də deyib – gülürdü.Ayağa duranda, xidmətçiyə iki qutu "Kosmos” (Morşansk) siqareti gətizdirdi-birini Babaya, birini də mənə.Sonra da, hərəmizin döş cibinə bir göy beşlik dürtdü: "İndi çıxın gedin, –dedi, –hələ dəməm, bilirəm, gecə ayılıb başımı divara vuracam ki, bunlara qonaqlıq verdin, siqaret aldın, lap yaxşı.Bəs bu beşliyi niyə verirdin?”– Şaqqanaq çəkib güldü.

Düzü, bu payız ovqatlı xatirəni yazıb qurtarandan sonra, gördüm ki, burdakı kədərli notlar Vidadi müəllimə elə də yaraşmır, daha doğrusu, onun xarakterini çox da açmır.O, şən, qaynartəbiətli, məğrur, sözünü şax deyən biradamidi. Birazda açıq desəm, qabağından yeyən oğul deyildi. Fikirləşdim ki, Vidadi müəllim sağ olsaydı və bu xatirəni oxusaydı, deyərdi: "Gənc, onda bir az kövrəlmişdim, məni o qədər fağır qələmə vermə!”

Ayrı sim üstədi sözümün canı,

Burax başqa fikri, başqa gümanı,

Çox da mağmın bilmə sən bu qağanı,

Döşündən xan qaçır, paşa çəkilir.

Sabir Sarvanın şeirindəndir bu bənd.Allah kömək olmuş, elə bil Vidadi müəllim üçün deyib bunları.Düzü, dostum Sabirin bu şeirini yadıma salan da, elə bu düşüncələr oldu.Sözümə qüvvət, qoy sizə bir xatirə də danışım.

Dörd nəfər idik.Bulvardakı məşhur "Venetsiya” kafesindən çıxıb yaxınlıqdakı bilyardxanaya gəldik.Dostlardan ikisi oyuna girişdi.Vidadi müəllimlə mən onlara tamaşa edirdik.Oyunu Rafiq udurdu.Tofiq cığallıq eləməyə başladı (Adlar dəyişdirilib-Q.Ş). Vidadi müəllim pıçıltı ilə mənə: "-Rafiq, nəinki Tofiqi, indi daşları da udacaq, çünki pulla oynayır”,-dedi. O, məzə tutmaq üçün arada Rafiqə bir göz vurdu. Tofiq bunu gördü: "- Sən ona daşı göstərirsən” deyib, özündən çıxdı.Oyun yarımçıq qaldı.Yolda mübahisə,azqaldı davaya çevrilsin. Tofiq: "Heç nəyə baxmaram, bıçağı soxub qarnına, səni öldürərəm” deyib qışqırdı. Vidadi müəllimin heç tükü də tərpənmədi: "Nə deyirəm, öldür, ancaq səndən bircə xahişim var: de görüm, mən, indiyə kimi öldürdüyün adamların siyahısında neçənci olacam?” Tofiq lap cin atına mindi. Vidadi müəllim yenə də, çox sakitcə: "Dostum, niyə hirslənirsən?Ölümdən qabaq bircə bunu mənə de, qoy rahat ölüm də” söylədi.Tofiq, görünür, qarşısındakı adamı yaxşı tanımırdı.Vidadi müəllim nözübillah,azqala Əzrayılı, Ölümü araya qoyurdu.İndi durub bıçaqdan qorxasıydı?Üç gün sonra eşitdim ki, Tofiq gəlib Vidadi müəllimdən üzr istəyib.

Yox, hələ bu xatirədə də, o, tam görünmür.Məni bağışlayın, burda Vidadi müəllimin ən yaxın dostu,professor Kamil Vəliyevin lap çoxdan oxuduğum bir xatirəsini bir- iki cümlə ilə yada salmağı lazım bildim. O, yazır ki, gecəyarı Cəbrayıldan toydan qayıdırdıq.Bərk külək idi.Bir kəndin yanındakı düzdən keçirdik.Birdən Vidadi maşının şüşəsini aşağı salıb, bir on manatlığı çölə atdı.Dedi ki, səhər qoyun otaran bir oğlan bu pulu tapacaq və yəqin ki, sevinəcək...

Mənim də yolla bağlı bir xatirəm var.

Radionun diktoru Qara Tağızadə, universitetin müəllimi, təzəcə adını çəkdiyim Kamil Vəliyev, "Ulduz” jurnalının şöbə müdiri Vidadi Məmmədov və mən, yazıçı Baba Vəziroğlunun "Jiquli”sində Göyçaya gedirdik. Hardasa otuziləvvəlin söhbətidir.Göyçaya o gedib- gəlməyimiz bir dəm- dəstgah idi, bir gün danışsam, qurtaran deyil.Amma mən o səfərdən cəmi bircə ştrixi xatırlamaq istəyirəm.Demək, üzü Göyçaya gedirik.Qarşıda hər dəfə "KAMAZ” tipli iri maşınlar görünəndə, Vidadi müəllim xısın-xısın gülüb, çox nəzakətli şəkildə deyirdi: "Baba müəllim, xahiş edirəm, "Jiquli”ni ver qabaqdan gələn maşının altına, qoy rahatlanaq”...

1988-ci ilin bir payız günü Vidadi müəllimin getdiyi "Jiquli” yük maşınına çırpıldı...

20-22 iyul 2014-cüil

Qorxmaz Şıxalıoğlu

525-ci qəzet.-2014.- 9 avqust.- S.18-19.




İmza:
SON XƏBƏRLƏR
2020-05-31
2020-05-30


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.23%)
Pullsuz (10.77%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK