ANA SƏHİFƏ / YAZARLAR

PADŞAHI YUXUDA GÖRƏN ADAM

Mənim yuxularım çin olmur heç vaxt...

73004    |   2013-05-25 00:56
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

İnanclı yaşamaq, inanclı böyümək doğrudan da gözəldi. Amma bu gözəlliyin elə qəribə başaçılmaz, hətta bəzən adamı divara söykəyən ağrıları var ki, ondan qaçıb qurtarmaq olmur. Hətta yel qanadında uçub getsən də, o ağrılar səndən əl çəkmir. Ona görə də çoxlarımız inancdan, inamdan bəzən aralı gəzib dolanırıq, onu özümüzə o qədər də yaxın buraxmırıq, aramızda məsafə saxlayırıq. Çalışırq ki, heç olmasa bu yolla bir az ağrımız azalsın, bir az içimiz durulsun, bir az da dünyanın gedişatına, baş verənlərə seyriçi kimi baxıb gülüb. Əgər bacarırıqsag

Hə, mən təsadüfdən inanc sözünü yazımın əvvəlinə gətirmədim. Bunun təsadüf olmamasının bir neçə zəruri səbəbi var. O səbəblərin ən vacibi, ən birincisi özümü həmişə Allah bəndəsi, Tanrı qulu saymağımdı. Zənnimcə, bunun özü artıq digər səbəbləri kölgədə qoyur. Necə ki, məşhur bir rəvayətdə deyildiyi kimig

Rəvayətə görə, padşah atəşfəşanlıq keçirmək fikrinə düşür. Ordunun sərkərdəsini çağırıb göstəriş verir ki, toplardan yaylım atəşi açılsın. Sərkədə "baş üstə" deyib gedir topçuların yanına. Padşah çox gözləyir, nə sərkərdə qayıdıb gəlir, nə də toplardan atəş açılır. Odur ki, əsəbiləşib yenidən onu yanına çağırtdırır. Sərkərdə padşahın qarşısında təzim edib deyir:

- Padşah sağ olsun, yaylım atəşləri aça bilməyəcəyikg

Padşah əsəbi şəkildə:

- Niyə? - deyə soruşur.

Sərkərdə:

- Bunun on səbəbi varg

Padşah:

- Söylə görüm.

- Birincisi barıtımız yoxdug

Padşah:

- Daha qalan doqquz səbəbi söyləməyə bilərsən.

Bəli, yəqin ki, bu rəvayət mənim söylədiyim səbəbin mahiyyətini bir daha açır. Yəni mən Allahıma inanıb ona etdiym ibadətin qarşılığı olan böyük inamım, böyük inancım məni həmişə ətrafdakılara, çevrəmdə olanlara, eşitdiklərimə, gördükldərimə bir az fərqli baxmağa, onları bir az daha yaxından duymağa məcbur edir. Ona görə də o ağrılar, o gərginliklər mənim içimdə daha çox ləngiyir, daha çox lövbər salır. Onun cəngindən qurtarmaq mənə az qala ölümdən qurtarmaq qədər çətin olur. Bütün bunlara baxmayaraq, mən inancımda qalmaqda davam edirəmg

Hələ uşaq vaxtlarımdan eşitmişdim ki, yuxunu suya danışarlar. Onu da eşitmişdim ki, yuxu həmişə tərsinə yozulur və hətta onu da eşitmişdim ki, yuxusunda padşahı görən, hansısa bir mərtəbəyə yüksəlirg hansısa bir imkan əldə edirg hansısa bir maddi durumun sahibi olur və ən azı bir arzusu gerçəkləşir. Ona görə də yuxumu suya danışmağı, ağlım kəsəndən bu günə qədər əməl etməklə, onu duruluğa, aydınlığa çıxarıram. Yuxularımı da həmişə tərs yozuram. Evimdə "yuxu yozmalar" kitablarım olsa da, mən onlara çox nadir hallarda üz tuturam, yuxularımı elə özüm bildiyim kimi yozuram. O ki, qaldı padşahı yuxuda görməyəg

Hə, açığını deməyə məcburam. Çünki öncə inanc məsələsini dilə gətirmişəm. Ona görə də etiraf edim ki, bir neçə dəfə belə bir yuxunu görmək mənə də nəsib olub. Hətta padşah məni süfrəsinə də dəvət edib. Amma həmin yuxuların hamısında mən bir kölgənin padşahla mənim aramdan keçdiyini açıq - aşkar görmüşəm, hiss etmişəm və mənə elə gəlib ki, o kölgə bir Çin səddi kimi arada dayanmaqla, mənim istəklərimin çin olmasına imkan verməyib. Darhal yuxudan oyanıb mətbəxə qaçaraq su kranını açmışam, yuxumu suya danışmışam və sonra da öz - özümə gülüb, Tanrıma şükürlər etmişəm ki, yaxşı ki, o kölgə məni özü ilə götürüb aparmayıb. Yoxsa, hara, niyə aparacağını soruşa da bilməyəcəkdim. Özüm cəhənnəm, mənim üçün narahat olan insanlar axtara - axtara qalacaqdılar. Eşitsələr də ki, məni yuxuda gördüyüm özü ilə aparıb, ola bilsin ki, ağıllarına lap bambaşqa məsələlər də gələ bilsing

Yuxusunu gördüyüm

Dağlar, daşlar

Otlar, quşlar

Çaylar, ağaclarg

Yəqin

Yuxuda gördüyüm

Görkəminiz

Hələ qalırg

Qalır

Dağlar daşlara

Otlar quşlara

Çaylar isə

Həm ağaclara

Həm də otlara

Heyvanlara, quşlarag

Bir az da axıb gəlir

Yuxu görməkdən

Yorulmuşlara

Qarımışlara

Qartımışlara-

Sadəcə yuxu kimig

***

İndi yuxularda gördüyümüz, nağıllarda eşitdiyimiz dünyanın özü ilə üzbəüz dayanmışıq. Çünki uçan boşqabların, uçan xalçaların, daha nələrin dövrü çoxdan keçib. Az qala iki yaşında uşağı da aldatmaq olmur. Çünki onlar cizgi filmlərində elə məqamları görür, elə hadisələri seyr edirlər ki, onların nağıl dünyası tamamilə elə cizgi filmləri ilə alt - üst olur və hansısa bir uşağa xalçanın, boşqabın uçduğunu söyləyəndə onun necə güləcəyini rahatca təsəvvür etmək mümkündür. Düşünməyin ki, bu, zəmanənin, elmi - tərəqqinin müsbət cəhətləridir. Xeyr, əslinə qalanda bu yalnış bir yoldu. Biz bu yolla paklıqdan, halallıqdan, xəyal qurmaqdan, xəyallar dünyasına baş vurmaqdan, nağıllar yaradıb, onun qəhrəmanları ilə baş - başa qalmaqdan əməlli - başlı uzaqlaşırıq. Elə uzaqlaşa - uzaqlaşa da bütün o şirin, şəkər, insanı rahatalyan, içinə bir sərinlik gətirən çalarlara yadlaşırıq. Biz nədənsə arxaya baxmağı, geridə buraxıb gəldiklərimizi özümüzlə bugünümüzə, sabahımıza götürməyi ya unuduruq, ya da istəmirik. Bəlkə də bu yerdə tısbağa barəsində söylənilmiş müdrik bir kəlam az - maz yerinə düşür. Çünki həmin kəlamda deyilir ki, "tısbağa qınından çıxıb, qınını bəyənmir".

Mən heç kimi suçlamıram və ümumiyyətlə, bu haqqı da mənə heç kim verməyib. Mən sadəcə olaraq xatırlatmaq istəyirəm ki, arxada buraxıb gəldiyimiz gözəlliklər bu günümüzə xələl gətirmir. Əksinə, onları da bugünümüzə əlavə etsək, onları bir - birinə harmonik şəkildə qovuşdursaq məncə kifayət qədər görməli, gəzməli, düşünməli və həyatımızı yön baxımdan istiqamətləndirəcək bir imkan qazanmış olarıq. Bunun nəyi pisdi ki? Təəssüf ki, indi irad bildirmək o qədər adi hala çevrilib ki, səmimi fikirləri də bəzən qərəzli qəbul edib, ona qulp qoyurlar. Həmin qulp da ki, axırda başqa fəsadlar törədir. Məhz bu səbəbdən də indi adamlar susmağa, öz içində danışmağa daha çox üstünlük verirlər, hətta yuxularını da danışmırlar. Ona görə də yuxular dolaşıq düşür, elə ömrümüzün günləri kimig

Zamanın sürəti nə qədər böyük olur - olsun fərq etmir, o, yuxulara qalib gələ bilmir. Yuxular ötüb keçir bütün zamanları, bütün sərhədlərig

Heç nə danışmır, demir

Eləcə susub baxır.

Ürəyim uşaq kimi -

Üzümə küsüb, baxır!

Dodaqları titrəyir

Gözləri qan çanağı

Şaxtaya düşmüş gül tək -

Solubdu al yanağı!

Bu susqunluq içində

Özünü intihar var

Bir ürək öləcəkdir -

Bilməyəcək adamlar!

***

İstənilən məsələni öz - özünə saf - çürük edəndə və yaxud da onu yazıya çevirəndə mütləq daxili bir gəzişmə etmək lazım gəlir. Mən də bu yazını yazmağa başlayarkən təkcə yuxuları deyil, həm də şahidi olduğum bir gerçəkliyi öz - özümə xeyli sağa - sola çəkdim, dağı arana aparıb - gətirdim. Öncə həmin gerçəkliyi yuxularıma qatmaq istəmədim. Amma sonda gördüm ki, yox, elə o gerçəkliyin özü də ola bilsin ki, kiminsə yuxusudu, kiminsə xəyalıdıg

Şəhərin Yasamal rayonu ərazisindəki yarmarkanın qarşısında dayanmışdım. Yaraşıqlı cavan bir oğlan qəflətən mənə yaxınlaşdı və bir az da həyəcanlı şəkildə:

- Day - day, mənə Sumqayıta getməyə kömək edərsiniz? Maşınımı QAİ-lər apardı, yolda qalmışam.

Diqqətlə oğlanı süzdüm. Sifət mənə çox tanış gəlirdi. O da deyəsən məni tanıdı. Heç nə deməyib, aralanıb getdi. Arxasınca baxdım. Məndən bir xeyli kənarda dayanmış bir qadına yaxınlaşdı. Hiss etdim ki, o sözləri indi də həmin xanıma deyir. Xanım da əl sumkasını araşdırdı və nəsə də çıxarıb ona verdi. Cavan oğlan üzbəüz küçəyə keçdi, orda da Sumqayıta getməyə kömək istədig Amma heç kim fərqinə varmırdı ki, maşını olan, maşınını QAİ aparan bir oğlanın doğrudanmı cibində Sumqayıta getmək üçün 50 qəpik yolpulu yoxdu? Doğrudanmı insanlar indi özlərini alçaltmağı bu qədər rahatlıqla həzm edə bilirlər. Axı bu oğlan iki gün öncə məndən xəstəxanada yatan anasına dərman pulu istəyirdi. Necə oldu, anası sağaldı? Yaxşı, bəs maşını hardan aldı? Vəg

Hə, bu yazdığım bəlkə də kiməsə yuxu kimi gəldi və yaxud da bunu mənim bədii təfəkkurumun bəhrəsi kimi qiymətləndirdi. Amma inanın ki, bu heç də yuxu deyildi. Yəqin ki, çoxlarınız bu cür hallarla qarşılaşmısınız və mən tam əminəm ki, heç kim bu cür yuxunu görmək də istəməz. Yuxunun da bir çəkisi, tutumu olmalıdıg yuxu da bir yuxu olmalıdı ki, danışanda onu yozan bir rahatlıqla, bir arxayınlıqla və bir az da həvəslə öz şərhlərini dilə gətirsin. Necə deyirlər, mənim yuxularım kimig

Doğrudur, yuxuda gördüklərim bu gün real görünməsə də, yəqin ki, nə vaxtsa çin olacaq. Ona şübhəm yoxdu. Axı mən inanclı adamam, inanıram yuxularımın da çin olacağına. Əgər olmasag

Ayağına düşmüşdü

İndi getdi, bilməding

Haqqdan sənə gəlmişdi -

Döndü getdi, bilmədin.

Çınqı düşdü alışdı

Qucduğu nəm balışdıg

Qovuşmağa çalışdı -

Söndü getdi, bilmədin.

Uymadı heç alverə

Sığınıb qaldı şeirəg

Ürəyi iki yerə -

Böldü getdi, bilmədin.

Saça düşən bu dərd - dən!

Çıxa bilmədin şərtdən

Əbülfət də bu dərddən -

Öldü getdi, bilmədin!..

Hə, çalışın yuxu görməyin. Yuxu görəndə də adam yuxusu görün. Adam yuxusu görə bilməsəniz, yuxularınızın çin olması çətinə düşəcək. Və bir də çalışın, yuxuda özünüzə bab adamları görün! Bu, mənim sizə məsləhətim.

Əbülfət MƏDƏTOĞLU

[email protected]



İmza:

YAZARIN ARXİVİ

2018-09-21 : ÜMİD KƏNDİRİ
2018-09-14 : ÖMÜR YARPAQLARI
2018-09-08 : ŞUNURLULAR
2018-09-06 : Təzyiq yazısı
2018-09-05 : AYLI BİR GECƏ
2018-07-31 : HAVALI YAZI
2018-02-01 : "O SÖZƏCƏN..."
2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : MƏKTUB…
2016-08-12 : HAVA
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : ÜZ SUYU
2015-11-13 : Tofiq Abdinlə
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-06 : PERSONAJ
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
2007-07-28 : QUDUZLUQ
2007-07-26 : BU DA 17 YAŞ...
2007-07-17 : BİLİRSƏNMİ?
2007-07-11 : BAŞAĞRISI
2007-07-04 : MƏNİ TANIMADIN?
2007-07-03 : SERİAL
2007-06-12 : "DEPUTAT OTAĞI"
2007-06-09 : ÖRKƏN
2007-05-25 : QARAVƏLLİ
2007-05-20 : AXSAYAN YERİMİZ
2007-05-05 : MUSA YAQUB -70
2007-05-01 : KƏNDİR
2007-04-20 : ŞƏKİL
2007-04-14 : STRESS
2006-12-08 : YUXU
2006-10-14 : GÜNAH
2006-10-10 : LAZIM GƏLSƏ...
SON XƏBƏRLƏR
2018-10-19


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (70%)
Yox (30%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Kişi iri supermarketdə alıcı qadınlardan birinə yaxınlaşır:
- Bağışlayın,mən buralarda həyat yoldaşımı itirmişəm. Sizin köməyiniz lazımdı, mənə beş dəqiqə vaxt ayıra bilməzsiniz?
- Necə?!
- Bilirsiniz ,gəlin bir az söhbət eləyək ,sınamışam ,mən nə vaxt qəşəng qadınla söhbət eləmişəm ,mənim yoldaşım tez tapılıb. Qəfil hardansa üzə çıxıb ,başıalovlu kimi bizə yaxınlaşıb...




digər lətifələr
ARXİV
FACEBOOK