ANA SƏHİFƏ / SİYASƏT

Ombudsman Səbinə Əliyevanın rusiyalı həmkarı ilə onlayn görüşü olub

12323    |   2020-04-10 16:59
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın Rusiya Federasiyasının İnsan Hüquqları üzrə Müvəkkili Tatyana Moskalkova ilə onlayn görüşü keçirilib.

Ombudsman Aparatından Adalet.az-a verilən məlumata görə, görüş yeni növ koronavirus infeksiyasının (COVID-19) yayılması ilə bağlı insan hüquqlarının qorunması sahəsində meydana çıxan çağırışlar və məsələlərin həlli üzrə təcrübə mübadiləsinin aparılması və bu istiqamətdə gələcək əməkdaşlıq perspektivlərin müzakirəsinə həsr olunub.

Müvəkkil Səbinə Əliyeva ölkəmizdə yeni növ koronavirus infeksiyasının yayılmasının geniş vüsət almaması məqsədilə Prezident İlham Əliyevin rəhbərliyi altında profilaktik və təxirəsalınmaz tədbirlərin davam etdirildiyini, bu məqsədlə Nazirlər Kabinetinin yanında aidiyyəti dövlət qurumlarının rəhbər şəxslərindən ibarət Operativ Qərargah yaradıldığını bildirib. O, bu istiqamətdə Müvəkkil tərəfindən çevik tədbirlər görüldüyünü, hazırkı dövrdə əhalinin sağlamlığının qorunmasına xüsusi diqqət yetirildiyini, habelə mütəmadi olaraq rəsmi internet səhifəsi və digər sosial media vasitələri ilə maarifləndirici məlumatlar yayımlandığını, əhalinin müxtəlif qruplarının hüquqlarının müdafiəsi üzrə aidiyyəti qurumlara tövsiyələr verildiyini vurğulayıb.

Qeyd olunub ki, Ombudsman təsisatında insanların qəbulunun müvəqqəti dayandırılmasına baxmayaraq, ərizə və müraciətlərin e-mail, onlayn müraciət, telefon, faks və sosial şəbəkələr vasitəsilə qəbulu həyata keçirilir. Ombudsmanın 24 saat ərzində fəaliyyət göstərən qaynar xətlərinə daxil olan müraciətlər də dərhal araşdırıldıqdan sonra cavablandırılır, həmçinin məlumatlandırma aparılır və müvafiq məsləhətlər verilir, müraciətlərin istiqamətləndirilməsi həyata keçirilir.

Bildirilib ki, ölkəmizdə xüsusi karantin rejiminin tətbiq olunması nəzərə alınaraq, Müvəkkil Milli Preventiv Mexanizm mandatı çərçivəsində Dövlət Miqrasiya Xidməti ilə əlaqəli şəkildə fəaliyyətini davam etdirir. Respublika ərazisində müvəqqəti və ya daimi əsaslarla yaşayan, həmçinin əmək fəaliyyəti ilə məşğul olan əcnəbilərin dövlət xidmətlərinə çıxış imkanları araşdırılıb, bu xidmətlərin daha da təkmilləşdirilməsi ilə bağlı aidiyyəti qurumlara tövsiyələr verilib.

O da diqqətə çatdırılıb ki, 6 aprel 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə 176 nəfər məhkum əfv olunub, həmin şəxslərdən 10 nəfəri məhz Müvəkkilin müraciətləri nəzərə alınaraq azadlığa buraxılıb. Həmçinin Müvəkkil tərəfindən penitensiar müəssisələrdə monitorinqlər davam etdirilib.

Görüş zamanı Müvəkkil Səbinə Əliyeva hazırda Rusiya Federasiyasının ərazisində olan soydaşlarımızın vəziyyətinin nəzarətdə saxlanılmasını xahiş edib, müraciətlərdə qaldırılan məsələlərin həllini tapması məqsədilə birgə operativ tədbirlərin görülməsini təklif edib.

Rusiya Federal Ombudsmanı T.Moskalkova bu istiqamətdə öz ölkəsinin təcrübəsini bölüşüb və qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.




İmza:

“Artıq nakişi olmaqdan bezmişik, kütləvi qeyrətsizləşmə başa çatmaq üzrədir...”

Ağstafaya yeni icra başçısı təyin olundu - SƏRƏNCAM

İlham Əliyev yeni təyin olunan icra başçılarını qəbul edib - YENİLƏNİB

Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevi təbrik edib

Adil Əliyev: ABŞ-ın maraqları Azərbaycanla strateji tərəfdaşlığı diktə edir

İlham Əliyev: Azərbaycanın bu çətin gündə Moldovaya həmrəylik göstərməsi təbiidir

Prezident İlham Əliyev: Azərbaycanda 30-dan çox DOST mərkəzinin fəaliyyətə başlaması nəzərdə tutulur

Gürcüstanın dövlət başçısı Prezident İlham Əliyevə təbrik məktubu göndərib

Azərbaycanla Fransa arasında əməkdaşlıq yüksək səviyyədədir

Sinqapurun dövlət başçısı Prezident İlham Əliyevi təbrik edib

Vladimir Zelenski Prezident İlham Əliyevə telefonla zəng edib

Bir sıra hökumət başçıları Baş Nazir Əli Əsədova təbrik məktubu göndəriblər

Özbəkistanın dövlət başçısı Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib

Rusiyalı deputat: Bu gün Azərbaycan ən nüfuzlu və sürətlə inkişaf edən dövlətlər sırasına daxildir

Vladimir Zelenski Prezident İlham Əliyevi təbrik edib

Adil Əliyev: "Ermənistanın Azərbaycana qarşı Avropa Məhkəməsi ilə bağlı..."

Könül Nurullayeva: "Sosial layihələrin icrası və regionların sosial-iqtisadi inkişafı..."

ABŞ-ın paytaxtında Azərbaycan Milli Günü bəyan edildi

Prezident İlham Əliyevə Respublika Günü ilə bağlı təbriklər gəlməkdədir

Rusiya nəşri Paşinyanın hitlerçi babası ilə bağlı qalmaqaldan yazıb

Həsən Ruhani Prezident İlham Əliyevi təbrik edib

Dağlıq Qarabağda keçirilmiş saxta "seçkilər"lə bağlı BTM-nin Baş katibinə məktub ünvanlanıb

SON XƏBƏRLƏR
2020-05-28
2020-05-27


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.23%)
Pullsuz (10.77%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK