ANA SƏHİFƏ / YAZARLAR

Faiq QİSMƏTOĞLU: XƏYANƏT

15140    |   2020-04-12 07:24
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Elə xəyanət var ki, onları bağışlamaq olur. Məsələn, bir dost başqasına xəyanət eləyir. Fikirləşirsən ki, yəqin nəyəsə ehtiyacı var, çörəkpuluna görəmi, ya da başqa səbəbə görəmi bu xəyanəti elədi. Və bir müddət qəlbin sınsa da, müəyyən zamandan sonra həmin adamı kəsdiyin duz-çörəyə, münasibətə, salama görə bağışlayırsan. Və yaxud da səni sevən bir qız görür ki, səndən yaxşı, imkanlı bir oğlan var qoşulur ona qaçır və yaxud da rahatca zurna-balabanla toy elətdirib gəlin köçür. Onda da qəlbin bir balaca sınır və deyirsən ki, bu qız niyə məni atıb getdi. Elə ki, illər keçir, düşünürsən, yəqin bu qız səni sevmirmiş yalandan dildə deyirmiş səni sevirəm. Ona görə o yaran da sağalır, səni sevən qızı da unudursan.

Amma elə xəynət var ki, onu bağışlamaq heç cür mümkün deyil. Bəlkə bağışlayanlar var, amma elə adamlar bağışlanmamalıdır. Onlar vətənin ağır, çətin günündə, vətənə, dövlətə, prezidentə, millətə xəyanət eləyənlərdi. O insanlar ki, bu gün millətin ən ağır günlərini yaşadığı anlarında onlar hansısa gəlir mənbəyinə, hansısa qazanca, hansısa marağa görə, vətənə, dövlətə, prezidentə və xalqa xəyanət eləyirlər. Onları heç vaxt, heç zaman bağışlamaq olmaz. Bir gün bundan əvvəl "Sirkə iki manat qırx qəpiyə” adlı yazı qələmə almışdım. Bu yazı qəzetdə çap olunandan sonra bir neçə oxucu mənə zəng edib öz fikirlərini bölüşdülər. Dedilər ay rəhmətliyin oğlu, nə qoyub nə axtarırsan, sən sirkədən yazırsan, amma bu gün sirkəsiz də yaşamaq olar. Bu gün elə bir gündü ki, ərzaqsız keçinmək mümkün deyil. Məsələn, biz hər gün soğan, kartof, un və digər ərzaq məhsulları alırıq. Sənə nə düşüb ki, sirkə o yana getdi, sirkə bu yana getdi yazırsan. Heç mən on gündü ki, sirkə almıram. Amma hər gün, kartof, soğan, çörək, un da alıram. Hünərli oğlansansa, onda bizim dediklərimizi də yaz.

Ona görə də bu qənaətə gəldim ki, indiki zamanda bu qiymət artımı zaman-zaman yüksəlirsə, ilk növbədə kasıb və imkansız adamların büdcəsinə çox böyük zərbə vurur. İmkanlı adamlar da qiymət artımından inanmıram ki, razı qalsınlar. Kim qiymət artımından razı olar? Təbii ki, heç kim. Bir-iki fakt sadalayım, görün düz deyirəm, yoxsa yox?!

Karantindən əvvəl soğanın bir kiloqramını 70-80 qəpiyə alırdıqsa, indi soğanın bir kiloqramı 1 manat, 1 manat 40 qəpikdi. Heç kartof da ondan geri qalmır. Kartofun da kiloqramını karantindən əvvəl 80-90 qəpiyə satışa çıxarırdılar. Bu gün isə kartofun bir kiloqramı 1 manat 20 qəpikdir. İndi gəl görüm, "evdəqal” devizi ilə olan bir məqamda o imkansız, kasıb adam bu pulu hardan tapacaq? Bax, əsas məsələ də bax, budur! Tək soğan-kartofla məsələ heç də həll olunmur. Ondan da vacib məsələlər var ki, onların da qiyməti artmaqdadı.

Sadəcə bir fakt, yağın bir kiloqramını bir həftə əvvəl 12 manata almaq olurdu. İndi isə yağın bir kiloqramı 14 manat 50 qəpiyə qalxıb. Şəkər tozunun və un məmulatlarının da qiymətində artım var. Adam hər dəfə super marketlərə gedəndə, bu qiymət artımını görüb qanı itin qanına dönür. Düşünürsən ki, balam, camaatın bu ağır, çətin günündə kimdi bu qiyməti artıran? Və onlar kimə və nəyə arxayındı ki, bu qiyməti ildırım sürətilə qaldırırlar? Bax, qalırsan çıxılmaz vəziyyətdə. Məsələn, bir həftə bundan əvvəl 50 kiloqramlıq unun kisəsi 25-26 manata satılırdı. Artıq unun qiyməti 32-33 manata çatıb. Hələ belə getsə, çox güman ki, bu qiymət sabit qalmayacaq və bir az da artacaq.

Bax, bizim bəlalarımız budur. Bizim sıxıntımız koronavirusdan da çox müəyyən möhtəkirlərin bir göz qırpımında, bir anın içərisində qiymətləri fantastik dərəcədə qaldırmasıdı. Balam, bunlarda görəsən, Allahdan qorxma, insaf, mürvət, qanundan qorxmaq yoxdurmu? Görünür, yoxdu da! Əgər olsaydı, onlar bu qiyməti qaldırmazdılar. Və bir də, həmin möhtəkirlər çoxdan bu şeylərə öyrəşiblər. Bu zadlar var ki, onların bir də görürsən, yadına düşdü və başladılar camaatın çətin və ağır günündə qiymətləri sehirbaz kimi bir-bir artırmağa. Hər şeyin qiyməti arta-arta gedir və bilmirsən ki, bunun axırı hara gedir və harda qurtaracaq. Vallah, adam papağını qabağına qoyub fikirləşəndə tükləri biz-biz olur. Və tükləri biz-biz olur ki, ayə, bu çətin zəmanədə o möhtəkilərin görəsən, bu haram yolla qazandıqları pullar onlara rahatlıqla qismət olacaqmı? Və bəzən möhtəkirlər rahatlıqla qazandıqları pulları çox asanlıqla həzm edirlər və xərcləyirlər də.

Amma bir də görürsən ki, qurban olduğum o Ulu Yaradan nə vaxtsa onların haram yolla qazandıqları pulları burunlarından tökdü. İnanmırsınız? Gedin tarixə baxın. Kimlər ki, xalqa zülm edib, kimlər ki, xalqın qanını içib, kimlər ki, xalqın taleyiylə oynayıb, onların heç biri, istəyir padşah olsun, istəyir kim olur olsun, rahat ömür sürməyiblər. O bəla, o zülm onların qabağına çıxmasa da, balalarının, nəvələrinin qarşısına çıxıb. Bunun geci-tezi var. Gərək ilk növbədə bu möhtəkirlər Allahdan, sonra qanundan qorxsunlar. Əgər Allahdan, qanundan qorxmurlarsa, deməli, bu adamlar Allah bəndəsi deyil, şeytana xidmət eləyən bir qrup ünsürlərdi.

Ölkə prezidenti cənab İlham Əliyev bu çətin zəmanədə, bu çətin məqamda dövləti, milləti, xalqı qorumaq, müdafiə eləmək üçün, koronavirus bəlasından xilas eləmək üçün çox ciddi addımlar atdı. Ölkədə bütün sahələrdə ciddi rejim yaradıldı. Hətta Nazirlər Kabineti yanında operativ qərargah da fəaliyyətə başladı. Bütün bunlar ona görədi ki, ölkəmizdə tez bir zamanda koronavirus bəlasından xilas olaq və özümüzün əvvəlki həyat tərzimizə, əvvəlki gözəl anlarımıza qayıdaq. Bu elə də asan deyil. Tək prezidentin, tək dövlətin atdığı addımla bu məsələləri heç vaxt həll edə bilmərik. Hər bir Azərbaycan vətəndaşı, hər bir məmur, hər bir insan bu prosesdə ölkə prezidentinə arxa durmalı, dəstək verməli və onun yanında olmalıdır.

Görəsən, bu insanların qəlbində, bu insanların ürəyində bir vətən sevgisi varmı ki, heç olmasa bu ağır anda heç olmasa xalqın qəlbini qaraltmayaq, xalqa zülm eləməyək. Əgər biz xalqımızı, dövlətimizi, millətimizi və prezidentimizi seviriksə, ilk növbədə qanunlara əməl eləməliyik... ilk növbədə yaradılan şəraitə görə biz öz məsuliyyətimizi hiss eləməliyik və düşünməliyik, necə edək ki, bu qaranlıqdan işığa çıxaq? Biz bu qaranlıqdan işığa çıxa bilərik. Amma təəssüf ki, aramızda sapı özümüzdən olan baltalar, erməninin dəyirmanına su tökən bəzi qara qüvvələr hər cür hərc-mərclik, xaos yaratmağa, nə bilim daha nələrə əl atmağa çalışmırlar. Bütün bunlar isə təbii ki, ölkəni idarə edən qüvvələr tərəfindən çox yaxşı hiss edilir və başa düşülür. Sadəcə olaraq, hər şeyin bir zamana ehtiyacı var.

Bu gün ölkəmizdə doğurdan da gözəl və demokratik bir mühit yaradılıb. Çox təəssüf ki, bu demokratik və şəffaf mühitdən sui-istifadə edən insanlar da var. Prezident İlham Əliyev dəfələrlə deyib ki, süni bahalaşma yaratmaq möhtəkirlik etmək xəyanət kimi qəbul ediləcək. Bu, cənab prezidentin fikridir. Əlbəttə, kimlərsə bu möhtəkirliyi edirlərsə, kimlərsə vətənin ağır günündə qaz vurub qazan doldurmaq istəyirlərsə, onların gec-tez öz cəzalarına çatması o qədər də uzaqda deyil. Təbii ki, ölkəmizdə bu problemlə bağlı insanların çoxu narahatdır. Məsələn, millət vəkili Vahid Əhmədov deyib ki, karantin rejimində un, un məmulatlarının, şəkər, ət məhsullarının qiymətini artırmağa icazə verməməlidir. Hökumət təcili müdaxilə etməsə, qiymət artımı gedir və gedəcək. Bax, hətta millət vəkilləri də bu məsələdə cənab prezidentə dəstək olur və onun həyata keçirdiyi siyasi, iqtisadi islahatları dəstəkləyirlər. Təbii ki, hər bir vətəndaş, hər bir insan bu məsələdə birmənalı olaraq dövlətin, millətin, xalqın yanında olmalıdır.

Bu o qədər asan məsələ deyil. Biz bütün çətinliklərdən bütün problemlərdən, bizi sıxan bu sıxıntılardan birlikdə xilas ola bilərik. Nazirlər Kabineti yanında Operativ Qərargah da bu iqtisadi sabotajın, süni qiymət artımının aradan qaldırılması üçün təbii ki, ciddi addımlar atmalıdır. Əlbəttə operativ qərargah ölkədə çox böyük işlər görülməsinə təkan verib və bu xalq tərəfindən də birmənalı olaraq alqışlanıb. Amma bu işdə, bu prosesdə, yəni süni qiymət artımının yaradılmasında Nazirlər Kabineti yanında Operativ Qərargah daha ciddi addımlar atmağa məcburdu. Və bu ciddi addımlar atılmasa, görünür, müəyyən möhtəkirlər yenə öz hərəkətlərindən çəkinməyəcək, ölkədə süni bahalaşma yaradacaq və bununla da bizim ümumi inkişafımıza xəyanət edəcəklər. Üstəlik də İqtisadi İnkişaf Nazirliyi yanında antiinhisar siyasəti də istehlakçıların hüquqlarının müdafiəsi dövlət xidməti tez-tez yoxlamalar aparmalı, monitorinqlər keçirməli, qanunu pozub süni bahalaşma yaradan ayrı-ayrı işbazları və möhtəkirləri üzə çıxarmalıdılar. Və bir də onu qeyd edək ki, ölkədə tək dövlət qurumları deyil, hər bir Azərbaycan vətəndaşı aktiv və fəal olmalı, gördüyü nöqsanları və çatışmazlıqları sosial, şəbəkələrdə, saytlarda, mətbuatda qabartmalı və bununla da bu faktlara gündəmə gətirməklə ölkədə gedən süni bahalaşmanın və qiymət artımının qarşısının alınmasında hərə öz töhfəsini verə bilər.

Aydındır ki, bir jurnalist olaraq biz də həmişə prezidentin, dövlətin, dövlətçiliyin və Azərbaycan xalqının yanında olmaqla özümüzlə böyük qürur duymuşuq. Əgər biz bu nöqsanları, gördüyümüz bu qüsurları zamanında deməsək, təbii ki, bir jurnalist, bir vətəndaş olaraq məsuliyyətsizlik etmiş olarıq. Əlbəttə, bütün bunları ona görə deyirik ki, bir daha Azərbaycanda süni qiymət artımı yaradanlara qarşı mübarizəyə hamı qalxsın və bu sahədə kim millətin, dövlətin, prezidentin əleyhinə addım atırsa, onlar məsuliyyətə cəlb edilsinlər.

Dünyada hər cür xəyanəti bağışlamaq olar. Yazımızın əvvəlində də o fikirləri səsləndirdik. Ancaq dövlətə, vətənə, millətə, prezidentə xəyanəti heç vaxt bağışlamaq olmaz. Özü də belə ağır zamanda. Bu, Üçüncü Dünya Müharibəsi səviyyəsindən də ağır olan müharibədi. Bəziləri İkinci Dünya Müharibəsinin fəlakətlərindən, dəhşətlərindən, insanların ölümlərə məhkum edilməsindən, şəhərlərin, kəndlərin dağılmasından, faciəsindın söhbət açır. Bu koronavirus müharibəsi isə bütövlükdə Üçüncü Dünya Müharibəsi deməkdir. Bəlkə də ondan da dəhşətli faciə deməkdi. Bunun qarşısını almaq üçün isə tək bir nəfərlə, beş nəfərlə yox, bütün dünya ayağa qalxmalı, bütün ölkələr öz sözünü deməli, biz də Azərbaycan xalqı və dövləti olaraq, ölkədə tez bir zamanda normal həyat tərzinin qurulması üçün ciddi addımlar atmalıyıq.

Xəyanəti bağışlamaq olmaz! Özü də o xəyanəti ki, o dövlətə, millətə, xalqa edilir. Bu cür adamların yeri yalnız və yalnız həbsdir! Gərək hüquq-mühafizə orqanları da bu cür möhtəkirlik edənləri tez-tez arayıb araşdırsın və onları cinayət məsuliyyətinə cəlb etsin. Və inanıram ki, biz bir olsaq, hər şeyə qalib gələcəyik – həm süni qiymət artımına, həm də koronavirusa!

Və sonda bir daha demək istəyirəm ki, Allah-Təala bu milləti çox istəyir. Ən azından ona görə ki, biz də Allahı çox istəyirik. Allah bu milləti, bu xalqı, bu dövləti, bu prezidenti qorusun!




İmza:

YAZARIN ARXİVİ

2018-11-24 : ONLUQ QIZIL
2017-12-15 : O BİR QAYA
2017-12-13 : PARTAPART...
2017-12-05 : UNA NƏ QATAQ?
2017-11-28 : O BALACA UŞAQ
2017-11-22 : QALXIN, OTURAQ!
2017-11-08 : O, BİR NUR İDİ
2017-08-31 : DUZSUZ ADAMLAR
2017-08-28 : İSRAFÇILIQ
2017-08-18 : MÜBARƏK ÖLÜM
2017-08-11 : AY İŞIĞI
2017-07-07 : NƏNƏ VƏ NƏVƏ
2017-06-23 : MÖCÜZƏ
2017-06-06 : ÖLDÜR MƏNİ...
2017-05-23 : ÖLMƏYƏN ÜMİD
2017-05-12 : QARA QOÇ
2017-03-30 : NANKOR OĞUL
2017-03-17 : TUT QURUSU…
2017-02-03 : ÖLÜ XORTLADI…
2017-01-06 : BU ÜRƏKLƏ…
2016-12-09 : SÖZÜN ƏTRİ
2016-11-05 : O YAZ YAĞIŞI...
2016-11-04 : O YAZ YAĞIŞI…
2016-10-15 : AĞ YUXU
2016-07-09 : ÇİNAR AĞACI
2016-04-23 : ŞEYTAN AĞACI
2016-03-08 : BALACA PADŞAHLAR
2016-02-20 : KÖPƏYƏ EHSAN
2016-01-16 : DÜNYA MALI...
2015-11-14 : EŞŞƏK SÜDÜ
2015-08-22 : ZƏRBƏ
2015-07-04 : AĞACLAR QURUYUR
2015-06-13 : QORXMA, OĞUL!
2015-06-02 : ALAÇATI...
2015-05-16 : BİR KƏLMƏ...
2015-05-15 : ARXAYA BAXANDA...
2015-05-01 : ENDİRİMLƏR...
2015-04-11 : YAZ YAĞIŞI
2015-04-03 : BOLLUQ OLACAQ?
2015-03-20 : ELÇİLİK
2015-03-14 : DƏYİRMAN DAŞI
2015-03-05 : "BARI NAXÇIVAN"
2015-02-14 : FALA BAXIRAM
2015-01-24 : GÖZƏL ÖLÜM
2015-01-16 : QARA ÇÖRƏK
2015-01-15 : QARA ÇÖRƏK
2014-12-31 : SƏBRLİ OLSAN...
2014-12-20 : KİRVƏ
2014-12-13 : DİLİN BƏLASI
2014-12-06 : CƏHALƏT QUYUSU
2014-11-29 : LOTU
2014-09-27 : SƏBR ELƏ
2014-09-25 : BELƏ TOY OLAR?!
2014-09-20 : BÖYÜK GÜNAHLAR
2014-09-13 : KÜPƏ
2014-09-06 : BEŞ CANAVAR
2014-09-03 : SU QITLIĞI...
2014-08-16 : BÖYÜK DAYAQ
2014-08-12 : LAQEYDLİK
2014-08-09 : SOYUQ ADAMLAR...
2014-08-02 : TÖHMƏT
2014-07-19 : YALAN...
2014-06-07 : ÇƏTİN GÜN
2014-05-28 : EHSAN
2014-05-17 : ƏLDƏN QALAN...
2014-03-08 : Təmiz adam
2014-03-01 : Qarınotaranlar
2014-02-28 : Yağmurlu hava...
2014-02-22 : GÜN KEÇDİ...
2014-02-08 : TOY GECƏSİ...
2014-01-25 : TAMAH
2014-01-18 : XƏCALƏT TƏRİ
2014-01-11 : YAĞIŞ...
2013-12-28 : DÖNÜŞ
2013-11-23 : SƏDR ATI
2013-11-16 : YURD YERİ...
2013-11-02 : PAXIL
2013-09-07 : BAŞ REDAKTOR
2013-08-31 : CADUGƏR
2013-08-17 : KOBRA
2013-08-03 : POÇTALYON
2013-07-27 : AYRILIQ...
2013-07-20 : SÖZGƏZDİRƏN
2013-07-13 : SƏNGƏR
2013-07-06 : QUDURĞAN
2013-06-22 : DƏMİRÇİ
2013-06-15 : GOPÇU KİŞİ
2013-05-25 : QOHUMLUQ
2013-05-18 : HƏSRƏT YAĞIŞI
2013-05-11 : ƏRİK AĞACI
2013-05-04 : AYRILIQ
2013-04-27 : ELÇİLİK
2013-04-20 : İLDIRIM
2013-04-13 : GÜN İŞIĞI
2013-04-06 : DÖYÜŞ
2013-03-30 : EHSAN
2013-03-20 : YARMARKA OYUNU...
2013-03-16 : ÜRƏK DÖZSƏ...
2013-03-08 : KOR ARVAD
2013-03-02 : YALTAQ
2013-02-23 : ZƏHRİMAR
2013-02-16 : SÖNƏN OCAQ
2013-02-02 : DÜYÜN
2013-01-26 : VƏZİFƏ
2013-01-19 : MƏRDİMAZAR
2012-12-22 : QORXU
2012-12-15 : TƏNHA QOCA...
2012-12-08 : ÜZÜK
2012-11-27 : GÖZ DƏYİB...
2012-11-27 : QAN DAVASI...
2012-09-15 : GECƏYARISI QƏTL
2012-08-18 : GÖZ YAŞI...
2012-08-04 : DAŞ HASARLAR...
2012-06-15 : TOY...
2012-06-02 : DURULAN DÜNYA...
2012-05-12 : KÖÇ...
2012-04-28 : POÇT QUTUSU...
2012-04-07 : ÜNVANSIZ EŞQ
2012-03-03 : ZƏHƏR TULUĞU
2012-02-18 : POLKOVNİK...
2012-02-11 : YALANÇININ...
2011-12-31 : Bir ovuc torpaq
2011-12-24 : DÜZ SÖZ...
2011-12-17 : O DÜNYALIQ...
2011-12-10 : QUTUDA İLAN...
2011-12-03 : ARTIQ TAMAH...
2011-10-22 : DƏRİN QUYU...
2011-08-13 : PARTLAYIŞ...
2011-08-06 : OD İÇİNDƏ...
2011-07-23 : AĞ DÜNYA...
2011-05-07 : QARA EYNƏK...
2011-04-30 : HAQSIZLIQ
2011-04-23 : MÜBARİZƏ...
2011-04-16 : GÜNAH...
2011-02-12 : HARINLIQ...
2010-12-31 : ATƏŞFƏŞANLIQ
2010-11-06 : BAHALIQ
2010-08-28 : DƏLƏDUZLUQ...
2010-07-10 : BƏDNƏZƏR
2010-06-12 : ÇƏTİN GÜN
2010-03-13 : YOLUNU AZANLAR...
2010-02-27 : YASİN PULU
2010-02-20 : ÇİY SÜD
2010-02-13 : YANAR ÜRƏK...
2010-01-09 : YAD QIZI
2009-12-31 : DÜNYA QOPUR
2009-12-19 : UZUN GECƏ...
2009-11-07 : ADAM OL...
2009-10-24 : QURDUN PAYI...
2009-08-15 : DƏLİXANA
2009-06-06 : NADAN
2009-05-09 : BUZ BALTASI
2009-05-02 : PULSUZLUQ
2008-10-30 : ÇİY SÜD
SON XƏBƏRLƏR
2020-05-27


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.23%)
Pullsuz (10.77%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK