hacklink Adalet.az | XAQANLIQ-PADŞAHLIQ Adalet.az | XAQANLIQ-PADŞAHLIQ Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

XAQANLIQ-PADŞAHLIQ

29922    |   2013-05-25 00:48
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Türk dövlət gələnəyində xaqanların özəldən də özəl bir yeri vardır. Xaqanlar da ətrafında olanlar da yəni, dövləti idarə edən yüksək səviyyəli məmurlar da bilikli olmalıdır. Bilik sahibi olmayan heç kəs qədim vaxtlarda xaqan ola bilməzdi, çünki xalq onları seçməzdi. Biz, çağdaş mənadakı demokratiyanı o vaxt həyata keçirirdik. Xaqan və ətrafındakılar bilikli olmasa dövləti tənəzzülə uğrayır, xalq sahibsiz və təşkilatsız qalırdı, oğulları kölə, qızları cariyə olurdu. Orxan-Yenisey abidələrində bu haqda yüksək səviyyəli bir dövlət dili ilə yazılmış ifadələr mövcuddur. əski Türk törəsinə (yazılmamış qanunlar) görə xaqan Tanrının yer üzündəki kölgəsi idi. Ona görə də xaqanın buyruğu Tanrı buyruğu mənasını daşıyırdı. Xaqan da xalqının firavan, asudə bir ömür sürməsi üçün əlindən gələni etməliydi. Kutadqu Bilikdə ona görə deyilib ki, "əli dar olanlara bax, onların haqlarını ver, xəstədilərsə baş çək, avaralara mane ol, ey əliaçıq (alicənab) xaqan, sən xalqın haqqını versən, öz haqqını sən də onlardan tələb edə bilərsən. Törə ilə qanun xalq üçün düz yol olsun, heç kəs onlara zorbazorluq etməsin".

Türk tarixi tədqiq edilərsə tarix boyu yaratdığımız imperiyaların özülünün bir bəylik üstündə yüksəldiyini, ağıllı başçılar sayəsində bəyliyin dövlətə çevrildiyini və dövlətin də imperiya olduğunu, ləyaqətsiz şəxslərin imperiyalarımızın taxtını caynağına keçirməsindən sonra dövlətlərimizin tənəzzülə uğradığının şahidi oluruq.

Osmanlı Dövləti, Türk tarixinin ən zirvədə dayanan dövlətidir. Hun İmperiyası üç yüz əlli il, Göytür İmperiyası yetmiş beş il, Səlcuqlu İmperiyası yüz əlli il, Osmanlı İmperiyası isə altı yüz otuz il yaşayıb.

Əslində biz haçan ki, qədim vaxtlarda həyata keçirdiyimiz demokratiyadan uzaqlaşmışıq, onda da dövlətlərimizin tənəzzülü başlayıb.

Osmanlı padşahlarının içində İkinci Murad, Fateh Sultan Məmməd, İldırım Bayəzid, Çələbi Məmməd kimi görkəmli simalar dövləti çətin anlarda qoruyub saxlaya bilib. Qanuni Sultan Süleyman qırx altı il padşahlıq taxtında əyləşib, ancaq onun dünyasını dəyişməsindən sonra dövlətdə durğunluq başlayıb və axırı məlum olan keşməkeşli siyasi böhranlar dövləti məhv edib. Mənə görə Qanuni Sultan Süleyman kimi bir şəxsiyyətdən sonra Osmanlı Dövlətinin durğunluğa qədəm qoyması dövlətçiliyimiz yönündən acınacaqlı haldır və düşündürücüdür.

On birinci əsrdən tutmuş Avropanın təşkilatçılığında başlayan Səlib yürüşləri iyirminci əsrin iyirminci illərində öz arzusuna çatdı və Osmanlı Dövlətinin axırına çıxdı. Sonuncu Osmanlı Padşahı Vahidəddin bir İngilis gəmisinə minib, dövlətin kassasından heç nə götürmədən ölkəni tərk etdi və qərib-qürbət ellərdə vətən həsrətiylə, yoxsulluq içində dünyasını dəyişdi. Bəzi şəxslər Vahidəddini "vətən xaini" bəziləri də "vətənini sevən" bir şəxs kimi qiymətləndirir. Ancaq bir şeyi heç vaxt nəzərdən qaçırmamalıyıq. əgər bir ailə başçısı səhvə yol versə ondan sadəcə olaraq öz ailəsi zərər görər, ancaq bir dövlətin başçısı səhvə yol versə bütövlükdə dövlət, vətən və xalq ziyan çəkər. Məsələyə bu prizmadan baxıb hadisələrə qiymət verilməlidir.

Birinci Dünya Müharibəsi əsnasında Anadoluda imperiya siyasəti güdən İngiltərə, Fransa, Rusiya, İtaliya və ABŞ-ın qışqırtmalarıyla üsyan edən ermənilər İttihad və Tərəqqi hökuməti tərəfindən ölkənin hərb getməyən dinc bölgələrinə köçürülür, əlbəttə yalnızca üsyan edənlər. Boğazlıyan qaimməqamı (Azərbaycandakı idari qurğuya görə raykom katibi) Kamal Bəydən üsyançıların köçürülməsi tələb edilir və o da üsyançıların hər cürə bəşəri ehtiyaclarını və təhlükəsizliklərini təmin edərək köçürür. Ancaq İttihad və Tərəqqi hökuməti ləğv olunduqdan sonra qərbli imperialistlər Osmanlı hökumətinə təzyiq edir. Kamal Bəy kimi şəxsiyyətlər Yüksək Hərbi Məhkəmədə istintaqa çəkilir. Kamal Bəyə, qış şəraitində Osmanlı vətəndaşlarını can və mal itkisinə məruz buraxdığı, onların təhlükəsizliyini təmin etmədiyi iddiasıyla edam hökmü kəsilir. Kamal bəy sorğu hakiminə; "Mən aldığım əmri yerinə yetirdim, heç kəsə öldürülməsi əmrini vermədim, vicdan əzabı çəkmirəm, hamıya insan kimi rəftar etdim" desə də ölüm hökmü ləğv olunmur. Padşah Vahidəddin isə qorxaqlıq edərək imperialistlərin təzyiqinə boyun əyir və Kamal bəyin ölüm hökmünü təsdiqləyir, Məmməd Kamal Bəy 10 Nisan 1919-cu il tarixində İstanbulda Bayəzid meydanında edam edilir.

Bayburt tərəflərindəki üsyançı ermənilərin köçürülməsini yüksək səviyyədə aparan və onların bir dənəsinin belə burnunun qanamasına imkan verməyən Məmməd Nüsrət Bəy də ingilislərin bir dediyini iki etməyən Damad Ferid Paşanın əliylə istintaqa cəlb edilir və ona da nahaq yerə edam hökmü kəsilir, 4 Avqust 1920-ci il tarixində Vahidəddin onun da edam hökmünü təsdiqləyərək edam etdirir. Məmməd Nüsrət Bəy də Bayəzid meydanında dara çəkilir.

Atatürkün rəhbərliyində başlayan Azadlıq Hərbi hamının məlumudur. Onun rəhbərliyində yaranan Türkiyə Böyük Millət Məclisi, Atatürkün xüsusi təşəbbüsü ilə bir iclas keçirir, həm Məmməd Kamal Bəy, həm də Məmməd Nüsrət Bəy 25 Dekabr 1921-ci il tarixində milli şəhid adlandırılır, onların həyat yoldaşlarına, yetim qalan uşaqlarına aylıq maaş bağlanır.

Vahidəddin, sonuncu Osmanlı padşahıdır. Ona, Osmanlı xanədanının davamçısı, ən önəmlisi bir insan, bir Türk olmasına görə hörmətim vardır, ancaq Vahidəddin Türk tarixinin tələb etdiyi ölçülərə görə bir dövlət rəhbəri deyildir. Türk tarixinin hər dövründə görkəmli liderlər yetişdirmişik, onlar dünyaya nizam-intizam vermək üçün hər cürə hadisəni ağıl, məntiq və cəsarətlə dəyərləndirərək Türkün ədalətini mərhələ-mərhələ həyata keçiriblər, məzlum xalqları qoruyublar, zalımlara da dərslərini veriblər. Bunun ən ümdə nümunələri də İstanbulun tutulmasıdır, Atillanın yürüşləridir.

Osmanlı İmperiyasının sultanı olan bir şəxsin dünyanın ən murdar imperialistlərinin gəmisinə minib vətəni qoyub qaçması bağışlanmazdır. Onun qanı, hərb meydanlarında can verən Türk rəhbərlərinin heç birindən daha qırmızı deyildir. O heç olmasa ulu babası İkinci Muraddan dərs götürməliydi. Hələ ABŞ prezidentinə yazdığı bir məktub var ki, insanın qanını dondurur.

Vahidəddin ABŞ prezidentinə 13 Mart 1924-cü il tarixində yazdığı məktubunda deyir.

"Cənab Coolidge, siyasi hadisələrin və olayların iç üzünü, hansı səbəblərə görə səltənət mərkəzimi müvəqqəti olarak tərk etmək məcburiyyətində qaldığımı bilirsiniz. Bu barədə ətraflı məlumat təqdim etməyə ehtiyac duymuram. Buradan ayrılmağımın, ata-babamdan miras qalan malik olduğum səltənət və xilafət məqamlarından imtina etdiyim mənasında olmadığı aydındır.

Ankara Məclisi kimi üsyançı bir fitnənin bu barədə yetişəcəyi bütün qərarların qüvvədə ola bilməyəcəyini bildirmək istəyirəm.

Belə ki; İslam Xilafətinin Osmanlı Səltənətindən kənarlaşdırılması və Xilafətin tamamilə ləğv edilməsi, dini, soyu, vətəni naməlum və müxtəlif hərbçilərdən təşkil tapan kiçik bir şər qüvvənin zorbazorluğu və qismi olaraq da məlumatsızlığı, qəflətdə olmasının yönləndirdiyi beş-altı milyonluq Türk qövmünün salahiyyəti daxilində deyildir. Bu ancaq mütəxəssis şəxslərdən təşkil olunacaq bir məclisin təşkili və bütün din xadimlərinin ortaq qərarı ilə həll olunacaq böyük və qlobal bir problemdir.

İslam alimlərinin bildiyi kimi şəriətə zidd olan qərarlar, hansı məqam tərəfindən yetişilərsə-yetişilsin o qərarlar nəticəsiz qalmağa məhkumdur. Bundan əlavə indiki vəziyyət, hal-hazırdakı şəraitdə İslam dünyasında böyük həyəcan təlatümləri yaradacaq xarakterdədir. Digər tərəfdən inkişaf etmiş ölkələrin daxili təhlükəsizliyinə də böyük təsir buraxacaqdır.

Xanədanın qabaqda gedənləri əleyhində Ankara Məclisi tərəfindən qəbul edilən sürgün və ölkədən çıxarılmaları, əmlaklarının, şəxsi mallarının müsadirəsi kimi nahaq qərarlar, xanədanın üzvlərini bəşəri və şəxsi hüquqlarından məhrum edəcək mahiyyətdədir.

Bu mövzuda ali şəxsiyyətiniz və cümhuriyyət hökumətiniz tərəfindən imkanlar daxilində edə biləcəyiniz yardımları hədsiz dərəcədə qiymətli hesab edəcəyimi bəyan etməyə ehtiyac yoxdur.

Bu vəsilə ilə səhhətli olmağınızı Ulu Haqqdan niyaz edirəm.

Məhəmməd Vahidəddin

Osmanlı kimi bir xanədanın varisinin, Osmanlı İmperiyası kimi bir dövlətin rəhbərinin bir qaşıq qanı, bir doyumluq qarnı üçün düşməndən kömək dilənməsindən daha böyük faciə nə ola bilər.

Ulu Tanrı, millətimizi, xalqlarımızı öz şəxsi maraqları üçün özgələrindən yardım dilənənlərin ehtiraslarından uzaq eləsin...

Seyfəddin Altaylı, Ankara

altaylı_s@yahoo.com



İmza:

YAZARIN ARXİVİ

2019-02-26 : SALAMLARLA
2018-06-01 : SON ZƏNG
2018-04-28 : YALANÇININ ŞAMI
2018-02-24 : TARİXİ ADDIM
2017-10-21 : NƏ YAZIM?
2017-03-10 : XOCALI-DӘNİZLİ
2017-03-04 : XOCALI-DӘNİZLİ
2016-12-17 : Etimad, kimə???
2016-11-12 : TANRININ DOSTLARI
2016-09-24 : Salam, Dostlar
2016-05-28 : ATA YURDUMUZDA
2016-03-05 : XOCALI HƏFTƏSİ
2015-12-30 : YENİ İL
2015-12-26 : BİZİM DÜNYAMIZ
2015-12-05 : KÜLƏK ƏKƏN...
2015-11-28 : ÜÇ GÖMRÜK
2015-10-31 : SEÇKİLƏRİMİZ
2015-10-17 : KÖÇÜMÜZ
2015-08-29 : ALTAYDAN QAFQAZA
2015-06-20 : KİMDİR QATİL?!
2015-06-06 : LÜKSEMBURQDAN
2015-05-02 : 24 NİSAN
2015-03-14 : 8 MARTIN ARDINDAN
2015-03-07 : XOCALINI ANLAMAQ
2014-12-27 : BODUN
2014-11-29 : XƏZƏRİN MEHİ
2013-10-26 : XƏYALİ
2013-10-05 : ZEHTABİNİ ANDIQ
2013-09-28 : SAĞ OL, BAKI
2013-08-17 : KEÇƏN GÜNLƏR
2013-08-03 : BELƏ DÜNYANIN
2013-03-30 : BAYRAMIN ƏZABI
2013-03-16 : XOCALI HƏFTƏSİ
2013-02-02 : ADIMIZLA BAĞLI
2012-11-21 : VAXT
2012-11-17 : VAXT
2012-09-01 : TİFLİS-BAKI
2012-04-07 : İNGİLİS OYUNU
2012-02-25 : XOCALI DƏRDİ
2011-10-29 : VƏHHABİLİK
2011-10-08 : VƏHHABİLİK
2011-09-17 : ELƏ GÜVƏNMƏK
2011-09-10 : ALTAY BİLİK
2011-08-13 : NƏJDƏT QOÇAQ
2011-06-04 : 28 MAYI ANLAMAQ
2011-05-28 : YALANÇININ ŞAMI
2011-04-16 : SİZ NƏSİNİZ?
2011-04-09 : ANA - OĞUL
2011-03-12 : ONLAR VƏ BİZ
2011-02-26 : XOCALI SOYQIRIMI
2011-02-05 : QURULTAYIMIZ
2011-01-29 : MAŞA SARKİSYAN
2010-10-30 : BAKI QEYDLƏRİ
2010-10-02 : AXTA-MAR
2010-07-10 : 35 QURUŞ
2010-05-15 : ZİDDİYYƏT
2010-04-24 : BAYQUŞLAR
2010-02-27 : TÜRKÜN ANALARI
2010-02-13 : ÇİÇİ
2009-11-27 : TÜRK MİLLƏTİ
2009-10-31 : BAYRAQ
SON XƏBƏRLƏR
2019-11-22


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.75%)
Pullsuz (6.25%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK