warez script warez forum Leaks Forum orkide Link kısaltma sitesi shell indir mavi orkide Link kısalt PHP Scriptler Ataşehir kadın kuaförü Warez forumu hacklink satın al cialis yorumları Adalet.az | SOYQIRIM Adalet.az | SOYQIRIM Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

SOYQIRIM

-Sözgəlişi-

28197    |   2007-02-24 00:32
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Çoxdan, lap çoxdan 1806-cı ilin soyuq fevral günlərinin birində Bakının açarlarını təslim almağa gəlmiş knyaz Sisianov burada öldürüldü, başı kəsilib İrana göndərildi. Çoxdan, lap çoxdan 1828-ci ilin soyuq fevral günlərindən birində rus komendantının hakimiyyəti altında yaşayan Bakı camaatının xəbəri yox idi ki, Təbriz yaxınlığında Türkmənçay deyilən bir yerdə Rusiya ilə İran arasında bir saziş bağlandı. Bu iki tarixin bir-birilə əlaqəsi varmı? Təbii ki, var. Günümüzə qədər uzanan rüsvayçı məğlubiyyət prosesinin təməli həmin o günlərdə qoyulurdu. Tifaqı dağılıb, yurdu talanmış Bakı xanının qohumu İbrahim xanın Sisanovu öldürməsi rus qoşunlarının hərəkətini bir az gecikdirsə də işğalın qabağını ala bilmədi. Xanlıqlara, sultanlıqlara, məlikliklərə parçalanmış Azərbaycan hissə-hissə Rusiyanın tərkibinə qatılırdı. Hərə öz qalasının küncünə qısılıb, ancaq özünü düşünəndə, adamın vətənini tapdalayarlar, lap anasını da ağladarlar. Bu gün texnikanın, rabitə vasitələrinin belə inkişaf etdiyi bir dövrdə biz kimin dərdindən xəbər tuturuq ki, o vaxt nə olaydı. Televizorda hər gün "cəbhə xəttində nisbi sakitlikdir" sözünü laqeyd-laqeyd dinləyib, nisbi sakitliyin nə olduğunu sonadək anlamayan bir kütlənin ulu babaları rusun top-tüfənginin qabağında nəyə gücü çatırdısa, onu da elədi...
   
   ***
   
   Əvvllər ilin ən qısa ayı olan fevralda dövlətin ordu günü qeyd olunurdu. Qadınlar orduya dəxli olan və olmayan bütün kişilərə hədiyyə verərdilər. 23 fevralda kişilər bayram edərdilər. Baxmayaraq ki, bütün kişilər orduda xidmət etmirdilər, baxmayaraq ki, orduda xidmət edən qadınlar da vardı. Belə qəbul olunmuşdu. Və biz də böyük dövlətin kiçik vətəndaşları heç bir xırdalığın fərqinə varmadan bu bayramı qeyd edirdik. Böyük dövlətin lap kiçik vətəndaşı olmağının da öz üstünlükləri var - heç bir siyasət haqqında düşünmürsən, ideologiya haqqında düşünmürsən, sosial-iqtisadi məsələlər haqqında düşünmürsən - bizim kimi millətlər üçün əsil cənnət imiş. Günlərin bir günü Moskvadakı dayılarımız hamının əvəzinə fikirləşməkdən yoruldular və ölkə dağıldı. 1992-ci ilin fevral ayında Xocalıdakı o məlum hadisələr baş verəndə - SSRİ adlanan həmin o dövlət artıq mövcud deyildi. Amma biz özümüzü hələ də həmin dövlətin vətəndaşları hesab edirdik, həmin dövlətin ordusu da bizə hələ doğma idi. Biz bu ordudan zaval gözləmirdik. Lakin olan oldu. Mövcud olmayan dövlətin ordusu da vardı, silahı da. Çörəkləri də bu silahın lüləsindən çıxacaq atəşdən çıxırdı. Kim pul versə bu atəş əks tərəfə yönəlməliydi, yönəldi də... (Təbii burda məsələ pulla ölçüləcək qədər bəsit deyil. Bu olayın altında yatan mətləbləri sonra anladıq)
   
   Hər dəfə bu hadisələri xatırlayanda - soyuqdan donmuş körpələri, qana bələnmiş insan mənzərələri seyr edəndə şok keçiririk. Amma bu hadisələrin iştirakçıları, gözüylə görənlər, ailəsini itirənlər nələr hiss edirlər, biz onu anlaya bilmərik. Atəş düşdüyü yeri yandırır. Bu məntiqdən yola çıxsaq- hardasa kefi kök, damağı çağ bir dövlətin senatında, konqresində, dumasında , riqstaqında kimin nə vecinə ki, nöqtə boyda bir məmləkətdə, qum dənəsi boyda bir yaşayış məntəqəsində kiminsə evini yandırıblar, kiminsə başını kəsiblər? Bu gün belə hadisələr dünyanın bir çox qaynar nöqtələrində baş verir və tutalım, Afrikanın hansısa bir qəbiləsində nə qədər adamın öldüyü bizi nə dərəcədə maraqlandırır? Demək istədiyim odur ki, hər kəs bu dünyada öz dərdiylə üzbəüz qalır. Xüsusən də bizim kimi kiçik dövlətlər, kiçik xalqlar öz həqiqətlərini dünyaya çatdıra bilmirlər. Bəzi həqiqətlər ancaq o zaman yada düşür ki, dünya siyasətçilərinə sərf eləyir. Bu məsələlərin həllinin açarı da dünya siyasətinin əlindədir. Deyək ki, bunlar məlum, bəzi məsələlərin həlli bizlik deyil. Amma sırf bizə aid dərdlər var ki, bunu heç bir "dayı" həll eləməyəcək.
   
   Tarix boyu milli-etnik zəmində qırğınlar çox olub. Hətta eyni dinə mənsub iki təriqət arasında da böyük tələfatlarla müşayiət olunan qarşıdurmalar olub. Bunun heç birinə soyqırım deməyiblər. Yəni güclü zəifi əzibsə, bunu təbii qarşılamaq lazımdır. Çalış sən güclü ol, əzilmə. Avropalıların müxtəlif qitələrdə yeritdiyi siyasət nəticəsində nə qədər xalq dünyanın etnoqrafik xəritəsindən silinibsə, onların bu barədə danışmağa haqqı çatırmı? Amerikanın əsl sahibi olan hindu qəbilələri Birləşmiş Ştatların ərazisindəki rezervasiyalarda mövcudluqlarını davam etdirirlər. Yeni Zelandiyada yerli xalqlar demək olar ki, yoxa çıxıblar. Soyqırım nə təhər olur? İndi bunlar başqa xalqlara ədəb-ərkan öyrədirlər, adam olmaq öyrədirlər, təlim keçirlər. Düzdür, bəzən siyasət xətrinə qara -quraları da bəzəyib-düzəyib ortalığa çıxarırlar - deyək ki, Kondaliza Rays kimi. Amma bunlar dediyim kimi, siyasət naminə olur.
   
   Mənim fikrimə görə, soyqırım ilk növbədə şüurlarda başlayır. Özünün kim olduğunu unudan, aid olduğu toplumun başına gələn bəlaları laqeyd-laqeyd seyr edənlərin doğub-törəməyinin nə faydası? Bizim məmləkət təzadların, paradoksların məmləkətidir. Tarixdə izlədiyimiz proseslər burda öz əksini tapmır. Adətən belə harınlıq, arxayınlıq, biganəlik dünya imperiyalarının apogey, zirvə dönəmlərində müşahidə olunur. Yəni dünyanı fəth eləyirlər, hamı onlara tabe olur, dünyanın bütün naz-nemətləri onların olur. Başlayırlar bekarçılıqdan darıxmağa, min oyundan çıxırlar. Sonra yavaş-yavaş çöküş, eniş dövrü gəlir. Roma imperiyasında da belə olub, Osmanlıda da, Rusiyada da... Biz niyə belə harınlamışıq, arxayınlaşmışıq, mənim üçün hələ də qaranlıqdır. Bizim neçə əsrlik tariximiz əsarət tarixidirsə, niyə havalanmışıq?
   
   Xocalıda baş verən olaylar kimi vəhşiliklər olub, çox olub. İkinci dünya müharibəsində Praqa yaxınlığında Lidisa kəndi yerlə-yeksan olub, əhalisi ilə birgə yandırılmışdı və yaxud da Belorusiyada Xatın kəndi eləcə. Bir vaxt gəldi bunu törədənlər cavab verməli oldular. Yəqin nə zamansa Xocalıdakı hadisələrin əsl günahkarları bilinəcək. Amma mən bunu insanlığa qarşı törədilmiş cinayət hesab edirəm, soyqırım yox. Soyqırım bizim beynimizdə, şüurumuzda gedir. Total şəkildə heçkimləşirik.
   
   Biz bu böyük dünyada balaca bir toplumuq. Özümüzü kənar təsirlərdən qorumasaq, topsuz-tüfəngsiz əriyib gedəcəyik, yox olacağıq. Nəsillər arasındakı rabitəni itirsək, mənlik-şəxsiyyət hissini itirsək özümüzü itirəsiyik. Kütləvi şəkildə mütrüfləşirik, vaqonlarda- çadırlarda böyük bir vətənsiz nəsil yetişir - vecimizə deyil. Söz olub heç nə, vecimizə deyil. Saymadığımız nələr var daha. Bunlar Xocalıdan daha qorxuludur. Millət sənətkara yox, nazirə əyilir, torpağı yox,torpaq sahəsini sevir. Millətin boy-buxunlu, əzələli-güclü oğulları vətəni qorumalıykən müğənnilərə qorumalıq yapır. Bunlar Xocalıdan daha qorxuludur. Bu gün bunları anlayıb hər hüceyrəmizdən keçirməsək, sabah heç bir soyqırım-filan olmadan soyumuz qırılacaq.
   
   Bu məsələnin kökünü özümüzdə axtarmalıyıq. Beynimizdəki boz kütlənin işləməyən neyronlarını da oyatmalıyıq. Gözlərdən, baxışlardan şüur axmalıdır, göz yaşı yox. Harda, nə vaxt, kimin yanında ağlamağı da öyrənmək lazımdır. Ermənilər kimi. Çox uzaqda deyillər, nümunə kimi istifadə etmək olar. Güclənsək qorxacaqlar. Zəiflərə kimsənin rəhmi gəlmir. Bu gün başlasaq, bəlkə yaxın əlli ildə nəyisə də dəyişə bilərik. Rusiyanın varlı adamlarının siyahısı veriləndə görürsən ki, içində nə qədər azərbaycanlı var. Onlar burda ticarət obyektləri yox, məktəb açsalar, həmin məktəblərin bütün xərclərini ödəsələr və həmin məktəblərə imkansız ailələrin istedadlı, oxumaq istəyən uşaqlarını götürsələr sabahkı gündən gözlədiyimiz işığı ala biləcəyik.
   
   Xocalı olub, bitib. Nə qədər bağırsaq, hayqırsaq da, dünyaya sərf eləyən vaxta qədər səsimizi eşitməyəcəklər. Amma yaxın məsafədə bir-birimizi eşidə bilsək, bəlkə nəyəsə də güman var. Xocalıda ölənlərin əvəzinə qadınlarımız yenə doğub-törəycəklər. Ancaq say artımı keyfiyyətin də artmasına xidmət eləyəcəkmi? Əsl dərd budur.
   
   ***
   
   Mən bilirəm ki, bu günlər nə qədər növbətçi göz yaşları görəcəksiniz, növbətçi nalə-nifrin eşidəcəksiniz. Axırda ürəyinizi vuracaq. Günün müxtəlif saatlarında mənfur düşmən haqqında bəlağətli nitqlər söyləniləcək, xatirələr yada düşəcək. Yada düşəcək ki, kim bizi neçənci ildə neçə dəfə əzişdirib, qanımıza qəltan eləyib, əlimizdən var-yoxumuzu alıb. Gözəl xatirələrdi...Bir millətin yaddaşında zəfər yox, daimi məğlubiyyətlər yaşayırsa,irəliyə qoyduğu hər addımı büdrəyə-büdrəyəmi atacaq, ya ürəklə? Dönüb geriyə baxanda gördüyü mənzərələrdən üşənəcəkmi, qürur duyacaqmı? Ümumiyyətlə, o xalqların ki geriyə baxmağa yaxşı səbəbləri var, baxsınlar.
   
   Çoxdan, lap çoxdan soyuq fevral günlərində baş vermiş hadisələr 200 il sonra topa dönüb tifaqımıza dəydi. İndi sürət əsridi, gözümüzün qabağında olub-bitənlərin nüvə partlayışına dönüşməsinə az vaxt qalır. Sabahkı günümüzə yatırım qoymalıyıq.


İmza:?rad? TUNCAY

YAZARIN ARXİVİ

2019-04-07 : Olsunmu?!
2018-11-27 : SEVGİ ADASI
2018-09-22 : LEYSAN ÖZLƏMİ
2018-06-23 : İNSAN
2018-05-27 : 100 cavan oğlan
2018-05-10 : SEÇİLMİŞ
2018-02-13 : Qızım...
2018-02-09 : GEDİŞ
2018-01-19 : MÜƏLLİM
2017-11-25 : Sincab günü
2017-09-24 : Miqr - A - siya
2016-12-16 : CANAVAR VAXTI
2016-07-04 : Polis günü...
2014-12-11 : SEÇİLMİŞ
2014-11-07 : BU DA MƏN...
2014-08-21 : BEŞ
2014-04-02 : Elegiya
2014-03-14 : Quo vadis?..
2013-09-18 : LEYSAN ÖZLƏMİ
2012-11-02 : ƏQRƏB BÜRCÜ
2012-10-11 : KÖRPÜ
2012-08-18 : NEKROFİLİYA...
2012-06-23 : İNSAN
2012-02-22 : SOYQIRIM
2011-12-15 : CANAVAR VAXTI
2011-10-29 : Yol ROMANI
2011-10-22 : Yol ROMANI
2011-10-08 : Yol ROMANI
2011-10-05 : MÜƏLLİM GÜNÜ
2011-05-21 : TELESKOP
2011-04-30 : MAY NƏĞMƏSİ
2011-04-23 : SEVGİ ADASI
2011-04-16 : SEVGİ ADASI
2011-04-09 : SEVGİ ADASI
2011-03-12 : MÜƏLLİM
2010-12-18 : MÜSAHİBƏ
2010-10-02 : WOMAN IN LOVE
2010-09-22 : LEYSAN ÖZLƏMİ
2010-05-08 : SEÇİLMİŞ
2010-05-01 : MAY NƏĞMƏSİ
2009-11-14 : SARI ODALAR
2009-08-22 : BEŞ
2009-05-19 : ATA OLMAQ HAQQI
2009-03-20 : ƏNƏNƏLƏR
2009-02-28 : FALA BAXIRAM
2009-02-07 : ANANIN KİTABI
2009-01-31 : BLOKADA
2009-01-24 : YADA DÜŞDÜ
2009-01-17 : İKİ SEVGİ
2008-12-31 : BİS SEXTUS...
2008-07-12 : SEZON FİNALI
2008-06-28 :
2008-06-24 : İNSAN
2008-06-21 :
2008-06-07 : NATURALİST YAZI
2008-05-31 : 555
2008-05-24 : YÜZ CAVAN OĞLAN
2008-05-17 : SORĞU
2008-05-03 : MAY NƏĞMƏSİ
2008-04-26 : ƏLAC NƏDİR?
2008-04-05 : DEPRESSİYA
2008-03-20 : ƏNƏNƏLƏR
2008-03-15 : QUO VADIS?..
2008-03-12 : ETİRAF
2008-02-16 : PAY
2008-02-12 : MƏN VƏ SƏN
2008-01-08 : İKİ ÜZLÜ AY
2007-12-12 : SEÇİLMİŞ
2007-11-24 : RƏĞBƏT
2007-11-17 : AY ÖLKƏSİ
2007-11-15 : ƏZİZ İNSAN
2007-10-06 : YOLDAŞ ÇE
2007-09-29 : DAMA ÇIXAQMI?
2007-09-15 : LEYSAN ÖZLƏMİ
2007-09-11 : BİR GÜN...
2007-07-09 : SƏS
2007-06-30 : HAVA AXINLARI
2007-06-23 : İNSAN
2007-06-09 : İMTAHAN
2007-05-26 : J F K
2007-05-19 : ATA OLMAQ HAQQI
2007-05-09 : SEÇİLMİŞ
2007-05-05 : BƏHANƏ
2007-04-28 : NAĞIL
2007-03-10 : İT DƏFTƏRİ
2007-03-08 : QADIN BAYRAMI
2007-02-24 : SOYQIRIM
2007-02-17 : KÖRPÜ
2007-02-16 : TƏZADLAR
2007-02-16 : İMTAHAN
2007-02-16 : SAKİT MÖVSÜM
2007-02-16 : MÜƏLLİM GÜNÜ
2007-02-16 : DAŞ
2007-02-12 : QƏLƏBƏ GÜNÜ
2007-02-10 : MÖVZU
2007-01-27 : İKİ ÜZLÜ AY
2007-01-20 : SAKİT MÖVSÜM
2007-01-13 : Ehtiyac
2006-12-30 : HƏMRƏYLİK
2006-12-16 : CANAVAR VAXTI
2006-12-13 : QOVŞAQ
2006-12-09 : QOVŞAQ
2006-11-25 : ZƏİF BƏND
2006-11-11 : ƏQRƏB BÜRCÜ
2006-11-04 : PASSİO
2006-10-28 : ŞƏKİLÇİ
2006-09-25 : DAŞ
SON XƏBƏRLƏR
2019-05-22


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Kubokun sahibi kim olacaq?

"Qarabağ" (66.66%)
"Qəbələ" (20%)
"Sumqayıt" (6.67%)
"Zirə" (6.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Aqşin Yenisey dostları ilə babat yeyib-içir, sonra gedir əmisigilə. Həyətdə it daraşır buna, qolun-qılçın cırmaqlayır. Evə girəndə əmisi deyir:

- Ay bala, bu nə haldı?

- İt tutdu.

- Ə, it bağlıydı axı?!

Aqşin:

- Əmi, it bağlıydı ey, amma mən açıqıydım.





digər lətifələr
ARXİV
FACEBOOK