ANA SƏHİFƏ / MÜSAHİBƏ

Təkrarını gözlədiyimiz şərəf dönəmi - Aprel döyüşlərinin zabitləri ilə söhbət!

54660    |   2020-04-04 08:44
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Məşhur ingilis tədqiqatçı jurnalist Tomas de Val müəllifi olduğu "Qara Bağ: Ermənistan və Azərbaycan sülh və müharibədən” adlı kitabında müsahibə götürdüyü Serj Sarkisyanın dediklərinə istinadən bunları yazıb: "Xocalıdan əvvəl azərbaycanlılılar düşünürdülər ki, ermənilər mülki insanlara qarşı əl qaldıra bilməzlər. Amma biz bu stereotipi sındıra bildik”.

Bax elə o Xocalı faciəsindən bu günə qədər heç bir Azərbaycan vətəndaşı 1992-ci ilin soyuq fevralında xocalılılara, xüsusən, qadınlara, uşaqlara, qocalara qarşı ermənilərin törətdiyi qətliam və amansız işgəncəni unuda bilmədi. Bir erməni əsgəri tərəfimizdən məhv ediləndə də, lap qəzaya düşüb ölən hamımızın üzündə yüngülvari də olsa, bir sevinc işarıb.

Atəşkəsdən (12may 1994-cü il) sonra belə sevinci yaşadıq. 2016-cı il aprelin əvvəllərində Azərbaycanın ön xətt mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən intensiv artilleriya atəşinə məruz qalanda ordumuzun bölmələri əks-həmlə ilə təxribatların qarşısını aldı. Bu, aprel döyüşləri kimi tarixləşdi.


Ermənistan hakimiyyətinə müxalif "Sasna Tsrer” silahlı qruplaşmasının aprel hadisələri zamanı ermənilərin ölü olaraq 150-dən artıq itki, 200-dən çox yaralı verməsi həqiqətin bir qismidir. Əslində isə Aprel döyüşlərində qarşı tərəfin itkisi 300-dən çox ölü və 700-dən artıq yaralı ilə dəyərləndirildi. 2016-cı ilin mart ayının ortalarından başlayaraq ermənilər atəşkəsi tez-tez pozmağa başladılar. Aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq isə bütün cəbhə boyu Azərbaycan Ordusunun mövqeləri və yaşayış məntəqələri düşmən tərəfindən intensiv atəşə məruz qaldı. Təxribatlar zamanı dinc əhaliyə də hücumlar nəticəsində mülki əhali arasında da ölən və yaralananlar oldu, Ordumuz da şəhid verdi. Artıq Azərbaycan Ordusu da ermənilərin mövqelərinə cavab zərbələri endirdi. Bilirsiniz ki, 2000 hektardan artıq ərazi işğalçılardan təmizlənib. Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəkliklər tam azad edilib. Horadiz şəhərinin düşmən təhlükəsindən qorunması məqsədilə Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən Cəbrayılın strateji əhəmiyyətli Lələtəpə yüksəkliyinə Azərbaycan Ordusu dövlət bayrağını sancıb. Bu döyüşlər nəticəsində 320 erməni hərbçisi məhv edilib, 500-dən artığı isə yaralanıb. Xüsusən, Lələtəpənin 22 ildən sonra azad olunması Cocuq Mərcanlıkəndinin təhlükəsizliyini də möhkəmləndirib və bu qələbə nəticəsində kənd sakinləri doğma yurdlarına qayıdaraq yenidən öz həyatlarını qurublar. Bu faktlar dərindən sevinməyimizə bir səbəb ola bilərdi, əgər ordumuzun da 93 nəfər zabit və əsgəri şəhid olmasaydı. Amma bu müharibədi!

Polkovnik-leytenant Vüqar Abduləzimov

Bu gün o gündən artıq 4 il keçir. Amma o döyüşlərdə iştirak etmiş bir neçə zabitimizlə söhbətimiz bizi yenidən o möhtəşəm 4 günlük müharibəyə apardı .İlk həmsöhbətim polkovnik-leytenant, Aprel döyüşlərində II qrup əlil olmuşVüqar Allahverən oğlu Abduləzimovdu. O, 1977-ci il 9 may günü Laçın rayonu Hacılar kəndində dünyaya gəlib. Ailədə beş uşaq olublar. Özlərinə görə, adi, amma firavan həyat yaşayıblar. Hacılar kimi cənnət bir yurdda, təbii gözəlliklərlə seçilən bir obada başqa cür yaşamaq da mümkün deyildi. Bu xoşbəxtlik 1990-ci illərə qədər davam etdi. Azğınlaşmış ermənilərin kəndlərinə tez-tez basqın etməsi, camaatı qorxu altında saxlaması Hacıların igidlərini narahat etsə də, onlar da mübarizələrindən qalmırdılar. Elin kişiləri kəndin keşiyini çəkir, kustar üsulla düzəldilmiş silahlarla camaatı erməni quldurlarından qoruyurdular. Məhz belə hücumların birində qəhrəmanımın atası Allahverən kişi erməni gülləsinə tuş gəldi, şəhid düşdü. "Vətən uğrunda” medalı ilə tətif edilən polkovnik-leytenant Vüqar Abduləzimov şəhid oğludur. O, aprel döyüşlərini belə xatırlayır:

- Müharibə qurbansız mümkün deyil. Mənim ən yaxın dostlarım, əsgərlərim bu döyüşdə şəhid oldu. Mayor Rasim Məmmədov, mayor Elnur Əliyev, polkovnik-leytenant Sənan Axundov, kiçik çavuş Ruhin Qəhrəmanov, əsgər Sarvan Mehrəliyev və adını çəkə bilmədiyim digər şəhidlərimizin yoxluğu indi də məni yandırır. Təsəvvür edin, o igidlərin hesabına ermənilərin "keçilməz sədd” adlandırdığı xətti biz 40 dəqiqəyə ələ keçirdik.Lələtəpə postunda bizə qarşı döyüşən erməni yüksək rütbəli zabit və əsgərlərini mühasirəyə aldıq və məhv elədik. Döyüşün əvvəlindən sonuna qədər Xocalı faciəsinin verdiyi qisas hissi məni və hərbi hissəmizin heyətini tərk eləmədi. Bir haşiyə çıxım: Məhv etdiyimiz erməni zabitlərinin üstündə telefonlar vardı. Həmin telefonlara durmadan zənglər gəlirdi. Zəng edənlərin demək olar ki, hamısı döyüşənlərin yaxınları idi - zənglər Ermənistandan gəlirdi. Erməni-rus dili bilən zabitlərimiz zənglərə cavab verirdi. Erməni soruşurdu, "sən kimsən?”, zabitimiz deyirdi, "mən Azərbaycan Ordusunun zabitiyəm və sənin komandir ərini məhv elədim”. Xəttin o başındakı erməni qadın ağlayaraq "onu öldürməyin, onun 2 övladı var” deyirdi. Biz cavab verirdik ki, "o erməni zabiti mənim ölkəmə niyə gəlib? Onun öldürdüyü azərbaycanlıların övladı yox idimi?”.

Bir faktı da deyim: Düşmənin ələ keçirilən rabitə vasitələri açıq qalmışdı. Döyüş xəttində olan digər erməni hərbçilərinin səsi ora düşürdü. Uduzduqlarını, onlara kömək gəlmədiyini təlaş-həyəcan içində deyirdilər. Qrupumuzda erməni dilini bilən kəşfiyyatçıların köməkliyi ilə düşmənin yeri müəyyən edildi. Artıq artilleriyamız həmin əraziləri vurduğuna görə, onlara kömək gələ bilmədi.

- Deyilənə görə, Ermənistan artilleriyasının atıcılarının coxu zəncirlə topa bağlı şəkildə olub.. Döyüşü qoyub qacmamaları üçün erməni zabitləri belə tədbirlərə əl atıb...

- Yadımdan cıxmamış deyim ki, onların ön cəbhədən arxada olan postlarında Ermənistan hərbi polisi dayanmışdı. Bu o deməkdir ki, ermənilər bizim Ordunun hücumuna dözə bilməyiblər və dözə bilməyəcəkləri ehtimalı da Aprel döyüşləri başlamazdan əvvəl varmış. Ermənilərin könülsüz döyüşdüyü, zorla məcbur edildiyi sonradan elə onların özlərinin çəkdiyi kadrlardan da məlumdu. Biz onların postlarına girəndə ermənilər qaçmağa üz qoydular. Doğrudur, biz geri çəkilməyə çalışan düşmənə qarşı lazım olan bütün tədbirləri həyata keçirdik, o qorxaqlara Azərbaycan Ordusunun gücünü göstərdik. Biz onlardan həm texnika, həm hərbi bacarıq, həm psixoloji cəhətdən qat-qat üstün olduğumuzu sübut etdik. Qalibiyyətimizin bir göstəricisi də o idi ki, müharibənin gərgin olmasına baxmayaraq, bizim bir əsgərimiz nəinki döyüş zolağını tərk etmədi, hec arxaya da dönüb baxmadı... Ancaq irəli şığıdılar! Ancaq qisas almağa çalışdılar!Aprel döyüşləri Azərbaycan xalqının Ordumuza olan inamı geri qaytardı. Qalib gələndən sonra tutduğumuz erməni postlarına bayraq sancmağın verdiyi sevinci ifadə etməyə söz tapa bilmirəm. O hissi bir də yaşamaq üçün nəinki ayağımı, bütün həyatımı qurban verərəm...

- Vüqar, harda yaralandınız?

- Ayın 18-də ermənilərdən aldığımız postlarda kəşfiyyat tapşırıqları yerinə yetirərkən minaya düşdüm, sol ayağım dizdən aşağı amputasiya olundu . Hospitalda üzun müddət müalicə olduqdan sonra indi müasir protezlə təmin olunmuşam. Hazırda normal insanlar kimi gəzirəm, yeriyirəm. Müharibə gözləyirəm. .Çünkü ordan gələndə döyüşçülərə söz vermişəm ki, bir ayağımda protez olsa da, sizin yanınızda olacam. Üçrəngli bayrağımızı işğal olunmuş rayonlarımızda dalğalandırmalıyıq. Həyatda ən böyük arzum və müqəddəs borcum,vəzifəm budur!

Polkovnik-leytenant Eldəniz Hüseynov


Aprel döyüşləri iştirakçısı, "N" saylı hərbi hissənin keçmiş artilleriya rəisi Eldəniz Zakir oğlu Hüseynov 1976-cı il martın 19-da Ağdam rayon Şıxlar (Baş Qərvənd) kəndində anadan olub. Orta təhsilini doğma kəndində əla qiymətlərlə başa vurub. 1994-cü ildə Bakı Ali Birləşmiş Komandandirlər məktəbinə daxil olub. Orada yerüstü artilleriya ixtisası üzrə təhsil alıb. 1998-ci ildən 2017-ci ilə qədər Azərbaycan Silahlı Qüvvələrinin müxtəlif hərbi hissələrində qüsursuz xidmət aparıb. Hərbi hissənin artilleriya rəisi vəzifəsinə qədər yüksəlib. Silahlı Qüvvələrin ehtiyata buraxılmış polkovnik-leytenantıdır. Ailəlidir. 1 övladı var. O da xatirələrini bizimlə bölüşdü:”Heç zaman düşmənin başıboş artilleriyaçıları kimi nagümana atəş açmamışam. Minaatan bölmələrimin atdığı bütün mərmilər demək olar ki, konkret hədəfə atılıb və ürəkaçan nəticələri ortaya çıxıb. Dəfələrlə düşmənin atəş mövqelərinə atdığım mərmilər düşmənin canlı qüvvəsini, hərbi texnikasını və artilleriya silahlarını məhv edib. Düşmən bunu öz ictimaiyyətindən gizli tutmağa çalışsa da, əldə etdiyimiz kəşfiyyat məlumatlarında, həmçinin atışdan öncə ərazidə çəkiliş aparmağa göndərilən PUA-ların qeydlərindən düşmənin ağır itkiləri təsdiqlənirdi. Düşmən, Ağdam istiqamətində yerləşən taboru toplardan və 120 mm-lik minaatanlardan atəşə tutmuşdu. Həmin atəş nəticəsində Ağdam rayonundan olan müddətdən artıq hərbi qulluqçu həlak olmuşdu. Etiraf edim ki, əsəbimə hakim ola bilmirdim. Əlimdə olan məlum hədəflərə toplardan atəş açmağa can atırdım. Lakin hərbçi peşəsi soyuqqanlılığı, təmkinli olmağı sevir və tələb edir. Özümü toplayıb səbr etdim. Həmin atəşə tutarlı cavab verəcək hədəf axtarışına başladıq. Çox keçmədən dəyərli məlumat əldə etdik. Belə ki, Madagiz istiqamətində düşmənin cəmləşməsinin müşahidə olunduğu deyildi. Ərazinin koordinatlarını çıxarıb toplara atəş əmri verdim. Sərrast atış nəticəsində düşmən darmadağın oldu. Sonra məlum oldu ki, düşmənin Xüsusi Təyinatlı Qüvvələrinin taborları sertifikat alma mərasimi keçirirmiş. Top atəşimiz nəticəsində beşdən çox yüksək rütbəli zabitləri, iyirmidən artıq hərbi qulluqçuları (xüsusi təyinatlıları) məhv edildi, xeyli sayda yaralıları var. Həmin hadisədən sonra isə top atışları mütamadi hal aldı. Bu, aprel döyüşlərinə qədər davam elədi... Amma nə vaxtsa döyüş başlayacağını bilirdim. Ona görə də, heç vaxt özümə rahatlıq vermirdim. Durmadan onların bütün hədəflərinin koordinatlarını işləyirdim. Döyüşlər başlayanda isə 11 ədəd müşahidə məntəqəsindən istifadə edirdim. Bütün bunlardan başqa atış zamanı hava şəraitini dəqiqliklə nəzərə alırdım. Aprel döyüşlərində isə düşmənin xüsusi təyinatlı taborunun Talış kəndində cəmləşdiyi binanı vurduq. Digər düşmən xüsusi təyinatlılarının hücumunun qarşısın aldıq, onları ağır itkilərə məruz qoyduq və bir qərargahlarını dağıtdıq. Ümumilikdə o döyüşlərin özü nəaliyyət idi...

Baş leytenant Şamxal İsmayılov



Şamxal 1992-ci il iyun ayında Agdam rayonu Seyidli kəndində anadan olub. Cəmi bir il sonra -1993-də o cənnət yurdlarından ailəlikcə, ellikcə didərgin düşüblər. Həmin vaxtlar atası Zahir İsmayılov yerli batalyonların birində qızğın döyüşlərdə iştirak edir və elə o yerli batalyonların hesabına əhali döyüş xəttindən az itki ilə uzaqlaşdırılır.Artıq böyüdükŞamxal da öz həyat yolunu cızmışdı! 2013-cu il isə Şamxalın da , onun doğmalarının da həyatında ən sevincli illərdən biri kimi yadda qalır. O həm ali təhsili başa vuraraq diploma, həm də Azərbaycan Respublikasının Müdafiə Naziriliyinin muvafiq əmrinə əsasən "Leytenant" hərbi rutbəsinə layiq görülür. Elə həmin ildə Tovuz rayonunda yerləşən N sayli hərbi hissəyə general -mayor Mayis Berxudarovun sərəncamına göndərilir. 2013-cu ilin avqust ayinda Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində zabit kimi tehsil alır. 2014-cu iyul ayinin 25-də Qusarda , sonra isə-2016-ci ildə N saylı hərbi hissədə xususi təyinatli bölmədə hərbi xidmətini davam etdirir. Məlum və şərəfverici 4 günlük Aprel döyüşlərində göstərdiyi cəsurluğa, və numunəvi xidmtə gorə, komandanlığın Fəxri Fərmanı ilə təltif olunur. Oz istəyilə bu il yenidən cəbhə bölgəsinə-Fizuli rayonunda yerləşən N sayli hərbi hissəsinə təyinat alır. "Ən böyük arzun nədir?” sualımıza atası Zahirin , dayısı şəhid leytenant Yavər Babayevin döyüş yolunu şərəflə davam etdirmək, qələbə bayrağını nəinki Ağdamda, eləcədə , Lacında, Şuşada, Xankəndidə yüksəltmək olduğunu vurğuladı:”"2016-cı ilin aprel döyüşləri Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazıldı və Azərbaycan Ordusunun döyüş əzmini sübut etdi. Həmin zəfər nəticəsində qəhrəman Azərbaycan əsgəri düşmənə layiqli cavab verməklə yanaşı, işğal altında olan mühüm əhəmiyyətli yüksəklikləri və yaşayış məntəqələrini azad etdi. Uzun illərin ayrılığından sonra düşmən tapdağında olan torpaqlarımızın bir qismi tarixi sahibinə qovuşdu. Hər gün, hər saat aprel döyüşlərinin yenidən təkrar olunacağı günü gözləyirəm. Son qarış torpağımızı işğaldan azad etməyincə rahat dayanan deyilik. Qələbə mütləq bizim olacaq, çünki biz haqq uğrunda, ata-baba torpaqlarımız uğrunda döyüşürük, başqa heç kimsənin torpağında gözümüz yoxdur. Ali Baş Komandan lham Əliyevin bütün əmrini yerinə yetirməyə hazırıq!”

Maraqlıdı, hər üc zabit Azərbaycan əsgərinin hökmündən, qüdrətindən, rəşadətindən, əzmindən, düşmənə nifrətindən danışdıqca, gözləri parlayır, üz-gözündən sevinc süzülür, qürur, fəxr dolu sözləri coşqu ilə dilə gətirir, hansısa bir döyüşçünü, yaxud hansısa bir detalı yadından çıxarmamaq üçün sanki həyəcan yaşayırdılar. Azərbaycan kişilərini bu zabitlərin simasında görürəm! İnanıram ki, daha böyük bir döyüş üçün, daha qəti və əzmli bir qələbə üçün bütün Azərbaycan oğulları hazır dayanıb əmr gözləyirlər!

Əntiqə Rəşid




İmza:

“HƏBS EDİLƏNLƏR SONRADAN YAP-a QOŞULANLARDIR...” - “Partiyamızda da islahatlar olmalıdır”

“Azərbaycanı Rusiyaya o ölkə qurban verdi” - Müsahibə

Mirzə Ələkbər Sabir: "Şair elin, xalqın hökmranı və gözünün işığı olmalıdır"

“Toyumda Elçibəylə "Süleymani" oynadım” - MÜSAHİBƏ

Rafiq Əliyev: “Mənim həyat mayakım o olub” – Müsahibə

ARİF PAŞA: “Əbülfəz Elçibəy şəxsən mənə demişdi ki...”

"Azərbaycanın belinin kəməri Laçında, Kəlbəcərdə, Qubadlıda, Zəngilanda qırılıb..."

Aqil Abbas: “İki aydır dədən səni görmür, iki ay da sən dədəni görmə” - MÜSAHİBƏ

Alqış HƏSƏNOĞLU: “BU OĞRULARI İDARƏÇİLİYƏ KİM SIRIYIB?”

Azərbaycanlı yazıçı: “Oğlum İtaliyada virusa yoluxdu” – Müsahibə

Rafiq Əliyev: “Mən Allahsız alim tanımıram” – Müsahibə

Akademik Rasim Əliquliyev: “Pandemiya nə qədər ölümlərə səbəb olsa da, bizi ayıltdı” - MÜSAHİBƏ

SON XƏBƏRLƏR
2020-06-04


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.39%)
Pullsuz (10.61%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK