ANA SƏHİFƏ / MƏMLƏKƏT

DİN rəsmisi: Bakı və ətraf ərazilərdə şəxsi avtomobillərin hərəkətinə heç bir qadağa yoxdur

8020    |   2020-03-29 19:13
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"Bakı və Sumqayıt şəhərlərində, habelə Abşeron rayonu ərazisində avtomobillərin hərəkətində heç bir məhdudiyyət yoxdur”.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri, polis polkovniki Ehsan Zahidov Oxu.Az-a açıqlamasında Bakı və ətraf ərazilərdə avtomobillərin hərəkətinin qadağan edilməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirərkən deyib.

"Bakı və ətraf ərazilərdə şəxsi avtomobillərin hərəkətinə heç bir qadağa yoxdur. Həmçinin buna görə, hər hansı cərimə də nəzərdə tutulmayıb. Ancaq yenə də tövsiyə edirik ki, şəhər əhalisi zərurət olmadığı halda öz minik vasitələrindən istifadə etməsinlər.

Hazırda da Bakı və Sumqayıt şəhərləri, habelə Abşeron rayonu ərazisində fərdi avtomobillər sərbəst şəkildə hərəkət edir və buna görə kimisə cərimələməyiblər”, - deyə DİN rəsmisi bildirib.




İmza:
SON XƏBƏRLƏR
2020-06-03


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.39%)
Pullsuz (10.61%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK