ANA SƏHİFƏ / MƏMLƏKƏT

“ASAN Məktub” sosial proqramı 65 yaşdan yuxarı tənha şəxslərin ehtiyaclarını qarşılayacaq

7052    |   2020-03-29 16:33
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən elan olunmuş xüsusi karantin rejimində 65 yaşdan yuxarı tənha yaşayan insanların zəruri ehtiyacları ASAN könüllüləri tərəfindən toplanaraq www.asanmektub.az saytına yerləşdiriləcək.

Yardım etmək istəyən vətəndaşlar sayta daxil olmaqla seçdikləri məktublar üzrə qeyd olunanları alaraq könüllülərə təhvil verəcəklər. Alınmış ehtiyaclar isə ASAN könüllüləri tərəfindən müraciət sahiblərinə çatdırılacaq.

Bununla bu kateqoriyadan olan şəxslərə evdən çıxmadan gündəlik zəruri ərzaq, dərman vasitələrinin və s. çatdırılmasında ümumvətəndaş həmrəyliyi öz töhfəsini verəcək.

Bu günədək "ASAN Məktub” sosial proqramı vasitəsilə vətəndaşlar tərəfindən 5000-dək uşağın arzu və istəyi həyata keçirilib. Vətəndaşlarımızın 65 yaşdan yuxarı tənha şəxslərin ehtiyaclarının qarşılanması istiqamətində də həmrəy olacaqlarına və dəstəklərini əsirgəməyəcəklərinə inanırıq.

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən 24 mart 2020-ci il saat 00:00-dan 20 aprel saat 00:00-dək elan olunmuş xüsusi karantin rejiminə əsasən 65 yaşdan yuxarı insanlara evdən çıxmaq qadağan edilib və onlara sosial xidmətlərin göstərilməsi nəzərdə tutulub.




İmza:
SON XƏBƏRLƏR
2020-06-03
2020-06-02


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.39%)
Pullsuz (10.61%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK