ANA SƏHİFƏ / MƏMLƏKƏT

Yol Polisindən bu sürücülərə sərt XƏBƏRDARLIQ

46622    |   2020-03-29 11:59
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"Yük avtomobillərinin sürücüləri bu istisnadan istifadə edib özləri ilə başqa bir sərnişin aparmasınlar. Həmin şəxsin yükə aidiyyətiolmadığı təqdirdə karantin rejiminin pozulması halı kimi qiymətləndirilib inzibati məsuliyyətə cəlb olunacaq”.

Bu sözləri Baş Dövlət Yol Polisi İdarəsinin Mətbuat katibi Kamran Əliyev İTV-nin efirində deyib. O bildirib ki, martın 29-dan etibarən bütün şəhərlər və rayonlar arası nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb:

"Yəni, bu günə kimi yalnız sərnişindaşıma fəaliyyəti ilə məşğul olanların hərəkətinə qadağa qoyulmuşdu, ancaq artıq istər şəxsi, istər hansısa müəssisəyə məxsus avtomobillərin rayon və şəhərlərarası hərəkəti tam dayandırılıb. Artıq rayonlararası yollarda da postlar yaradılıb. İstisna təşkil edən nəqliyyat vasitələri təcili tibbi yardım, qəza xilasetmə, kənd təsərrüfatı məhsullarını daşıyan, eləcədə yük avtomobilləridir. Yük avtomobilləri dolu, boş, apardığı məhsuldan asılı olmayaraq, hərəkət edə bilər. Nəqliyyat vasitəsində isə yalnız həmin yüklərə məsul olan şəxslər daşına bilər”.




İmza:
SON XƏBƏRLƏR
2020-06-03
2020-06-02


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.39%)
Pullsuz (10.61%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK