nulled forum sanal pezevenk hacklink satın al hacklink al Sit Giriş Hack haber epin scripti warez forum warez script hacklink nulled scripts warez forum xenforo nulled hack forum spyhackerz warez php script Adalet.az | Markaryan ermənilərin iyrənc əməllərindən yazdı: ” Xalisa kənd sakinlərinə qarşı zorakılıq...” Adalet.az | Markaryan ermənilərin iyrənc əməllərindən yazdı: ” Xalisa kənd sakinlərinə qarşı zorakılıq...” Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MƏMLƏKƏT

Markaryan ermənilərin iyrənc əməllərindən yazdı: ” Xalisa kənd sakinlərinə qarşı zorakılıq...”

9271    |   2020-03-27 08:38
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Tədris vəsaitinin müəllifi siyasi elmlər doktoru Hatəm Cabbarlı Sosial şəbəkə hesabında maraqlı bir paylaşım edib.

Əziz həmvətənlər, bu məqaləni Svetlana Markaryan riskə gedərək 30 noyabr 1988-ci ildə Vedi rayonunun Xalisa kəndində (Xalisa- İrəvan quberniyasının İrəvan qəzasında, indi Vedi (Ararat) rayonunda kənd. Rayon mərkəzindən 10km cənub-şərqdə, Vedi çayından ayrılan arxın yanında yerləşir. Qafqazın 5 verstlik xəritəsindəqeyd edilmişdir. (Erməni mənbələrində) Erməni əsilli kəndin başqa adının Xalisa Gyuley yurd olduğu göstərilir-Ə,R.) ermənilərin vəhşicəsinə etdikləri zorakıllıq və talanları olduğu kimi qələmə alıb. O, həmin gün xalası oğlu ilə Xalisaya gedib, orada gördüklərini canlı şahid olaraq qələmə alıb. Həmin məqalənin bir hissəsini tərcümə edib sizin ixtiyarınıza verirəm ki, ailənizdə olan hər bir uşaq belə ermənilərin bizə qarşı olan nifrətlərinin sonsuz olduğunu bilsinlər və gələcəkdə biz nəsillər kimi yırtıcı düşmənin hiyləsinə aldanmasınlar.

Svetlana Markaryan:

"... Biz baş yoldan sağa dönüb Xalisa kəndinə çatdıq. Kəndin girəcəyindəki postda milislər bizə maşından düşüb kəndə piyada girməyə icazə verdilər. Mən və xalam oğlu bu kənddə baş verənləri görəndə gözlərimiz böyümüşdü, elə bil birdən-birə cəhənnəmə düşmüşdük. Hər tərəfdən zorakıllıq fəryadları, ağlaşma, köməyə çağırış səsləri gəlirdi. Ararat rayonundakı " Qarabağ" komitəsinin üzvləri azərbaycanlıların hamısının qızıl və pullarını alır, ciblərini yoxlayır, sonra yük maşınlarına minməyə məcbur edirdilər. Verməyənləri vurur, ayaq altına salıb təpikləyirdilər. Küçə isə sənədlərlə örtülmüşdü. Bu sənədlər pasport, şəxsyyət vəsiqələri, doğum haqqında şəhadətnamələr və sairələrdən ibarət idi, əksəriyyəti də cırılmış halda. Azərbaycanlılardan daxili bir qorxu hissimiz olsa da arxayın idik ki, hər halda tamamən ermənilərdən ibarət olan milislər işə qarışar və ermənilərimizi müdafiə edərdilər.



Kəndin içərisinə doğru getdikcə ağlaşma, fəryad, qışqırıq səsləri daha da aydın eşidilirdi. Burada ilk gördüyümüz yük maşınları və bir sarı rəngli "Jiquli" oldu. Ora yaxınlaşanda bu hadisənin şahidi olduq ki, Ararat rayonunun "Qarabağ" komitəsinin oğlanları Naxçıvandakı Crabert kəndində kəsilmiş erməni başının qisasını alırlarmış kimi burada azərbaycanlıları talan edib, öz evlərindən zorakılıqla çıxarırdılar. Onların arasında mən Vazgen Sarksyanı və Kamo adında birini tanıdım. Kamo ayağından əlil idi, əl ağaclarının köməyi ilə hərəkət edirdi. O, "Jiquli"-nin yanında dayanıb az qala qudurğan baxışlarla baş verənləri izləyir, Vazgen isə azərbaycanlıların evlərinə soxulub axtarış aparan eməni oğlanlara təlimat verərək tez-tez evlərə girir - çıxırdı. Onun əlində böyük bir torba vardı və qışqıraraq deyirdi ki, talan etdikləri qızıl və pulları ona təhvil versinlər, əlavə edirdi ki, həmin pullar erməni qaçqınlara və silah-sursat almaq üçün xərclənəcək. Çox keçmədən Herosun və Setrakın rəhbərliyi ilə Artaşat komitə üzvləri də bura gəldilər. Onlar özləri ilə komitənin bir neçə qadın üzvlərini də gətirmişdilər. Onların gəlişi ilə buradakı ağlaşmalar, fətyad, qışqırıq səsləri yeni, ağlagəlməz bir vüsət aldı. Artaşat komitəsinin qadın üzvləri azərbaycanlı qadınların qulaqlarındakı sırğaları dartaraq qoparır, barmaqlarını bıçaqla kəsməklə hədələyərək üzüklərini alırdılar. Erməni oğlanlrımız isə azərbaycanlıları evlərindən çıxarır, ciblərini boşaldıb yük maşınının yanına gətiri və minməyə məcbur edirdilər. Mən və bir neçə erməni qaçqın qadın maşının yanındakı evin qarşısında dayanıb bu dəhşətli mənzərəni izləyirdik. Artaşatdan gələn qadınlardan ikisi yük maşınına qalxıb, oradakı qadınları yoxlamağa başladılar. Tapdıqları gizlədilmiş qızıl və pulları Vazgen Sarkisyana verirdilər. Bütün bunları görən artıq əlacsız azərbaycanlılar öz evlərini tərk edib könüllü olaraq dəstə-dəstə maşına minmək üçün gəlirdilər. Əlbəttə, onların da cibləri diqqətlə axtarılır, pul və qızılları alınandan sonra maşına mindirilirdi. Birdən bu ağlaşmanın, səs-küyün, fəryadın içərisindən dəhşət və qorxu dolu çığırtı, haray səsi eşidildi.

Erməni oğlanlar 70-75 yaşlı bir qadının qollarından tutub sürüyərək maşına tərəf gətirirdilər. O isə var gücü ilə ağlayır, sanki göylərdən imdad diləyir, ucadan qışqıraraq ermənicə deyirdi: "Getmirəm, öz ata-baba ocağımdan heç bir yerə getməyəcəyəm, məni burda öldürün, getmirəm". Bu yaşlı qadın maşına minməmək üçün güc göstərəndə Kamo ona yaxınlaşdı və əl ağacı ilə qarının başından vurub ayaqları altına saldı, var gücü ilə onun qarnından və sinəsindən təpiklə vurmağa başladı. Biz donub qalmışdıq. Yanımda dayanan xalam oğlu astadan "Allah, bunlar nə edirlər?!" dediyini eşitdim. Kamo isə zərbələr endirməkdə davam edirdi. Qarının başından axan qan üzünə yayılmışdı və ağır nəfəs alırdı.Sonra haldan düşənə qədər döyülmüş azərbaycanlı kişilər onu ehtiyatla maşının yük yerinə qaldırdılar. Bu dəhşətdən ayılmamışdım ki, biri 8-9 aylıq hamilə olan üç azərbaycanlı qız mənə yaxınlaşıb ağlaya-ağlaya yalvararaq dedilər ki, bacı, bu hamilədi, kömək elə döyməsinlər, maşına mindirək. Mən onlarla birlikdə maşına yaxınlşdım. Onu yuxarı, maşına qaldırırdılar ki, iki erməni oğlan geriyə dartıb yerə saldılar. Mən hamiləyə kömək üçün bircə addım atan kimi Ararat rayon komitə üzvlərindən biri məni geriyə itələyib əlimdən vurdu. Bir saniyənin içində o gənc hamilə qadın gözləri qızmış erməni gənclərinin ayaqları altında idi. Buna dözməyib o iki erməniyə qarşı çıxan üç azərbaycanlı gənci isə yeddi-səkkiz nəfər erməni oğlanlar hərəkətsiz qalana qədər döydülər. Mən üzümü çevirdim ki, bütün bunları görməyim, amma azərbaycanlı qadınların daha da ucadan ağlaşaraq dedikləri bu sözləri eşidirdim : "Ay vəhşilər, bəsdi döydünüz, öldü"!

Mən üzümü yenidən geri çevirəndə artıq hamilə azərbaycanlını yük maşınına mindirib, başının altına paltar qoymuşdular. Bilmədim sağ qalıb, ya yox. Yanımda dayanıb bu səhnəni izləyən qaçqın erməni qadınlardan biri dedi ki, əgər hələ ölməyibsə, yolda öləcək. Biz, yəni mən və xalam oğlu sarsıntı içərisində Xalisanı tərk edib, gəldiyimiz maşınla Artaşata doğru hərəkət etdik. Elə həmin gün bəd xəbər gəldi. Eşitdim ki, xalam oğlu yıxılıb. Əlbəttə getdim, elə hey deyirdi ki, o qoca arvad gözlərimin önündən getmir. Orda xəyalımdan keçdi ki, anamı salıb ayaqlar altına təpikləyirlər. O, iki ay yataq xəstəsi oldu, sonralar tədricən bərpa olundu.

Hadisənin ertəsi günü Artaşatın teatr meydanında "Qarabağ" komitəsinin üzvü Setrak və onunla birlikdə Xalisaya talana gəlmiş bir neçə aqressiv qadın məni mühasirəyə aldılar. Onlar məndən dünən hamilə azərbaycanlıya kömək etməyimin səbəbini soruşaraq cavab tələb edirdilər.

-Niyə ona kömək edirdin, cavab ver!? Onun qarnından çıxan sabah bizim başımızı kəsəcək. Mən isə Azərbaycanda deyildim ki qorxam. Onlara israrla cavab verdim ki, hamilə məxluqa belə əl qaldırmaq həm günah, həm də vəhşilikdi, biz buna yol verə bilmərik., axı biz türk deyilik, bizim genimizdə türkçülük yoxdur. Bizim savaşımız sərhədlərimizdədir, əgər belə qəhrəmansınızsa gedin döyüş meydanında savaşın, hamilə qadınla yox. O gündən mən komitəçilərin arasında "xoşagəlməz adam"-a çevrildim.

Xalisa azərbaycanlılarının işgəncə və talanından uzun illər keçməsinə baxmayaraq, orada baş verən vəhşiliklər gözlərim önünə gəlir, uzaqlşır. Xalisa "qəhrəmanı" Setrak isə bu gün Artaşatda yüksək vəzifədə çalışır. Bəs o necə, görəsən Xalisada törətdikləri onun da gözləri önünə gəlirmi, gəlirsə hansı hissləri yaşayır? Axı o, Artaşat Rayon Sosial Təminat İdarəsinin rəisidir və hər gün yaşlı insanlar və hamilə qadınlarla rastlaşır. O zaman Ararat "Qarabağ" komitəsinin rəhbəri keçmiş siyasi dustaq Ararat Tovmasyanın oğlu Muşeğ Tovmasyan idi ( Onlar Ararat (Dəvəli) kəndindəndilər. B. Ə).

... Xalisa talanından əldə olunmuş külli miqdarda pul və qızılların bir qəpiyi belə nəzərdə tutulduğu kimi qaçqınlara və silah alınmasına xərclənmədi.

... O müdhiş hadisədən sayılı günlər sonra, yəni noyabrın 19-u Yerasxavan (Arazdəyən) doyüşləri başlandı. Rusiyadan alınmış silahların pulunu ödəmək üçün isə qz bir az pul çatmırdi ki, o silahlar Yerevana göndərilsin. Buna görə də səhv etmirəmsə Muşeğ maddi yardım üçün Xalisada talan zamanı pul və qızılları torbaya yığan Vazgen Sarksyana müraciət etsə də, bir nəticə vermədi. Lakin onlar bir axşam Araratda görüşsələr də, Vazgenin cavabı belə olmuşdu: Xalisada yığdığımdan 25.000 rayon milis rəisinə vermişəm, qalanı isə bizim rayonumuza lazımdı, siz gedin o pulu öz Artaşatınızda tapın”.

Qeyd edək ki, erməni dilindən bizim dilə tərcümə tanınmış yazar Binnət Əsgərə məxsusdur.

P,S. Qisas qiyamətə qalmasın…

Əntiqə Rəşid






İmza:

İlham Əliyev koronavirusa görə karantin üçün hotellərini ayıran iş adamlarına təşəkkür etdi

İlham Əliyev və Mehriban Əliyeva Bakıda tibb müəssisəsinin açılışında - YENİLƏNİB

Yevlaxda koronovirus əleyinə tədbirlər gücləndirildi

Bakıda ekspress xətlər üzrə avtobusların cədvəli açıqlandı

Azərbaycan əsgəri xalqa səsləndi: “Biz sizin üçün xidmətdəyik, siz də bizim üçün evdə qalın!” - VİDEO

Bu il Azərbaycanda ən gəlirli sahələrin adları açıqlandı

Ərzaq mağazaları və apteklərin fəaliyyətində hər hansı məhdudiyyətlər yoxdur

İlham Əliyev və Mehriban Əliyeva Hövsan yaşayış kompleksinin açılışında - YENİLƏNİB

65 yaşdan yuxarı tənha yaşayan şəxslərə evlərində sosial məişət xidmətləri göstəriləcək

Azərbaycanda bütün iri ticarət mərkəzləri və “mall”lar bağlandı - RƏSMİ

Türkiyədəki azərbaycanlı tələbələr dövlətə aid yataqxanalardan çıxarılmayıb - Erkan Özoral

Deputatların heç birində koronavirus aşkarlanmadı - RƏSMİ

Koronavirus səbəbindən bəşəriyyətin yarısı karantindədir

Bakıda qadın vəhşicəsinə döyüldü: Polis araşdırmalara başladı

Cəlilabadda polisi güllələyən şəxs həbs edildi - RƏSMİ

65 yaşdan yuxarı insanlara xidmət edəcək şəxslərin sayı artırılacaq - İbrahim Məmmədov

Azərbaycan Afrika İttifaqı Komissiyasına 20 min dollar yardım edib

Azərbaycanla Gürcüstan sərhədi aprelin 20-dək bağlı saxlanılacaq

Azərbaycanda ərin arvadını xəstəxananın həyətində amansızlıqla öldürməsinin təfərrüatı - VİDEO

Çinin dövlət müşaviri: Koronavirusla mübarizədə Azərbaycana yardım göstərməyə hazırıq

Səbail rayon icra başçısı sakinlərə səsləndi - - FOTO

Daşınmaz əmlakın qeydiyyat xidmətləri xüsusi rejimdə aparılacaq

Azərbaycanda vətəndaşlara pul yardımı ediləcək? - RƏSMİ

Bibiheybət yolunda hərəkət müvəqqəti məhdudlaşdırılır

Bakıda bəzi yeraltı piyada keçidlərində hərəkət məhdudlaşdırılıb

“Azərişıq” ASC-dən abonentlərin incidilməsi ilə bağlı ittihamlara RƏSMİ CAVAB + FOTO

Səhiyyə Nazirliyinin rəsmisi: “Koronavirusa yoluxmayanların tibb müəssisələrinə müraciət etməsi nəzərə alınıb”

DİN rəsmisi: Bakı və ətraf ərazilərdə şəxsi avtomobillərin hərəkətinə heç bir qadağa yoxdur

Neftçalada xüsusi karantin rejimi ilə bağlı maarifləndirmə tədbirləri davam etdirilir

Elçin Quliyev və Kəmaləddin Heydərov karantinə alınmış vətəndaşlarla görüşüblər

Umayra Tağıyeva: “Avtomobillərin sayının azalması paytaxtda havanın keyfiyyətinə təsir edib”

Məcburi köçkünlərin müvəqqəti məskunlaşma yerləri dezinfeksiya olunur

SON XƏBƏRLƏR
2020-03-29


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90.48%)
Pullsuz (9.52%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Bir adam xoşbəxtcəsinə dostuna deyir ki,

indiyədək həyatımda koronavirus kimi məni sevindirən bir hadisə olmamışdı:

- Arvad artıq səyahətə getmək istəmir!

-Artıq heç bir şey satın almır, çünki hər şey Çindən gəlir.

- Alış-veriş mərkəzlərinə də getmir ki, oralarda qələbəlikdi.

- Bütün günü də ağzına maska taxıb danışmır.

Bu virus deyil ey, Allahın mənə bir lütfüdü, kefdəyəm.





digər lətifələr
ARXİV
FACEBOOK