nulled forum sanal pezevenk hacklink satın al hacklink al Sit Giriş Hack haber epin scripti warez forum warez script hacklink nulled scripts warez forum xenforo nulled hack forum spyhackerz warez php script Adalet.az | Cəsarət Valehov: Hazırkı şəraitdə evdə qalmaq uşaqlarımızın təhlükəsizliyi üçün olduqca vacibdir Adalet.az | Cəsarət Valehov: Hazırkı şəraitdə evdə qalmaq uşaqlarımızın təhlükəsizliyi üçün olduqca vacibdir Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / ELM VƏ TƏHSİL

Cəsarət Valehov: Hazırkı şəraitdə evdə qalmaq uşaqlarımızın təhlükəsizliyi üçün olduqca vacibdir

3720    |   2020-03-26 14:51
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Biz təəssüf edirik ki, bəzi valideynlər məktəblərin bağlanmasını bayram kimi qəbul edərək uşaqları ilə gəzməyə gedirlər, bununla da həm özlərinin, həm də övladlarının həyatlarını təhlükəyə atırlar.

Bunu Trend-ə Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib.

Valideynlərə həm özlərinin, həm də uşaqlarının sağlamlığının təhlükəsizliyi üçün "Evdə qalın” çağırışı ilə müraciət edən nazirlik rəsmisi əlavə edib ki, insanlar real təhlükənin mövcud olduğunu başa düşməlidirlər:

"İnsanlar koronavirusla bağlı çağırışlara əhəmiyyət verməlidirlər. Hər bir kəs dərk etməlidir ki, hazırkı şəraitdə evdə qalmaq bizim, eləcə də uşaqlarımızın təhlükəsizliyi üçün olduqca vacibdir. Buna görə də hər kəsə müraciət edərək deyirəm ki, evdə qalın”.

O qeyd edib ki, məktəblərdə tədrisin dayandırılmasına baxmayaraq, uşaqlar evdə dərslərini oxuya, öz bilik və bacarıqlarını təkmilləşdirə bilərlər.

Nazirlik rəsmisi əlavə edib ki, "Mədəniyyət” və "ARB Günəş" kanallarında yayımlanan proqram çərçivəsində həftənin 5 günü teledərslər keçirilir. Bu dərslər bütün sinifləri əhatə edir, dərs mövzularına dair qısa izah və təlimatlar təqdim olunur.

"Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər keçirilmiş dərsləri Təhsil Nazirliyinin rəsmi "Youtube" kanalı ilə yanaşı "Facebook" səhifəsindən də izləmək imkanı əldə edə bilərlər.




İmza:

Deputatların heç birində koronavirus aşkarlanmadı - RƏSMİ

Koronavirus səbəbindən bəşəriyyətin yarısı karantindədir

Türkiyədəki azərbaycanlı tələbələr dövlətə aid yataqxanalardan çıxarılmayıb - Erkan Özoral

Bakıda qadın vəhşicəsinə döyüldü: Polis araşdırmalara başladı

İlham Əliyev koronavirusa görə karantin üçün hotellərini ayıran iş adamlarına təşəkkür etdi

Cəlilabadda polisi güllələyən şəxs həbs edildi - RƏSMİ

Azərbaycan Afrika İttifaqı Komissiyasına 20 min dollar yardım edib

Azərbaycanda ərin arvadını xəstəxananın həyətində amansızlıqla öldürməsinin təfərrüatı - VİDEO

İlham Əliyev və Mehriban Əliyeva Bakıda tibb müəssisəsinin açılışında - YENİLƏNİB

Deputatlar koronavirusa görə testdən keçiriləcək

“Virtual məktəb” portalında bir gündə 36 min şagird qeydiyyatdan keçib

Təhsil Nazirliyi: Mənbəyi bəlli olmayan məlumatları bir-birinizə ötürməyin

UNEC rektoru: Distant ali təhsil: 3 addım

“Bir” Tələbə-Könüllü proqramının təşəbbüsü ilə onlayn fleşmoba start verilib

Cəsarət Valehov: Hazırkı şəraitdə evdə qalmaq uşaqlarımızın təhlükəsizliyi üçün olduqca vacibdir

Almaniyanın Köln Universitetinin professoru: Azərbaycan koronavirusa qarşı mübarizədə bir çox ölkələrə örnəkdir

Teledərslərin sabahkı cədvəli açıqlanıb

UNEC Koronavirusla Mübarizəyə Dəstək Fonduna 150 min manat ianə edib

Məktəblərdə tətil 30 aprelə uzadıldı? - Rəsmi

Təhsil müəssisələrində tətilin vaxtı uzadıldı - RƏSMİ + VİDEO

Peşə ixtisasları üzrə teledərslər martın 29-dan başlayacaq

Birinci sinfə elektron qeydiyyat müvəqqəti dayandırılır

SON XƏBƏRLƏR
2020-04-04


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90.48%)
Pullsuz (9.52%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

-Sonuncu dəfə deyirəm, vətəndaş, damdan düş, gir evə, səninlə burda çənə-boğaz eləməyə vaxtımız yoxdu - polis mayoru həyətdən səs gücləndirici ilə binanın başındakı kişiyə səsləndi - hamımız eyni vəziyyətdəyik, amma dözürük, sən də dözməlisən!

Kişi etiraz etdi:

-Dedim yox! Mən dözmək istəmirəm! Mən bu qədər özümü çeynətməm!
Mayor nişan alıb tapança ilə adamı çiynindən vuraraq dama sərdi...
Kişi gözünü açdı ki, xəstəxanada çarpayıdadı. Mayor da oturub çarpayının yanında.

-Nahaq vurdun məni! - mayora baxıb narazı dilləndi - kişi-kişinin arvad-uşaq yanında sınmasına razı olmasın gərək!

Mayor başını aşağı salıb gileyləndi:

-A kişi bezmişik ey əlinizdən, biriniz dama çıxırsınız, biriniz yuxu dərmanı içirsiniz, hələ o gün biri evində üstünə benzin tökmüşdü ki, "mənə söz deyən olsa, özümü yandıracam". Boğaza yığmısınız ey bizi. Bilmirik asayişi qoruyaq, ya sizinlə uğraşaq. Ə, elə bilirsən bizə asandı? Biz də kişiyik, anlayırıq sizi! Ama day intihara cəhd etmək nədi?! Allah bu koronavirusa lənət eləsin!

Kişi əlini uzadıb mayorun qolundan tutdu - bilirəm qardaş, sizin işiniz lap ağırdı, özü də indiki vəziyyətdə, amma məni də başa düş - kişini qəhər boğdu - əşşi mən arvada dedim köməyə ciddi ehtiyac yaransa, kartof qızardaram, uzağı bozbaş bişirərəm. Day əriştə kəsmək nəymiş! Bu qədər də yox də! Bax, cənab mayişor, mən deyiləm sənsən, arvad desəydi əriştə kəs, kəsərdin? Yox vallah! Dama çıxmaq nədi ey, bəlkə də sən tapança ilə məni vurduğun kimi, arvadı da vurardın!

-A kişi nə kartof qızartması, nə bozbaş, nə əriştə? Orda sənə dedim axı, hamımız eyni vəziyyətdəyik - mayor yerindən qalxdı, gətirdiyi meyvə dolu torbanı çarpayının ayaq tərəfindən götürdü, bayaqdan oturduğu kətilin üstünə qoydu, kövrəlmiş halda sözünə davam etdi - tez sağal, get evinə qardaş, ta bir də dəlilik eləmə! Görünür bu da bir sınaqdı, dözməliyik. Bax, mən dünən gecə, növbədən sonra, evdə yarpaq dolması bişirmişəm, bu günə də düşbərə sifariş ediblər...





digər lətifələr
ARXİV
FACEBOOK