ANA SƏHİFƏ / MƏMLƏKƏT

DYP xüsusi karantin rejimini pozan sürücülərə xəbərdarlıq etdi

5194    |   2020-03-25 22:17
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Ölkədə karantin rejimi elan olunmasından iki gün keçməsinə baxmayaraq, təəssüflər olsun ki, respublikanın avtomobil yollarında, xüsusilə də cənub istiqamətində nəqliyyatın hərəkət intensivliyinin hələ də yüksək olması, eləcə də Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda qeydiyyatda olan şəxslərin idarə etdiyi 2000-dək, rayonlardan isə paytaxt istiqamətinə gələn 1200-dək minik avtomobillərinin geri qaytarılması faktı bəzi vətəndaşların tətbiq edilmiş karantin rejiminin ciddiliyini nəzərə almamalarını göstərir.

Bu barədəBaş Dövlət Yol Polisi İdarəsindən bildirilib.

Qeyd olunub ki, həmin sürücü və sərnişinlərlə profilaktiki söhbət aparılsa da geri qaytarılmış şəxslər postlardan təkrar keçməyə cəhd göstərir, əsassız bəhanələr gətirməklə postlarda sıxlıq yaranmasına səbəb olur, keçidinə icazə verilmiş digər nəqliyyat vasitələrinin hərəkətinə maneə yaradırlar.

Həmçinin Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən infeksiyanın yayılma ehtimalının minimuma endirilməsi məqsədilə ölkə vətəndaşlarının qeydiyyat yerindən asılı olmayaraq evdə qalmaları tövsiyə olunsa da Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda qeydiyyatı olmayan şəxslərin uzun məsafə qət edərək həmin ərazilərə daxil olmaq niyyəti ilə paytaxt istiqamətinə gəlmələri, habelə həmin rayon və şəhər sakinlərinin də rayonlara getmək istəyi yalnız onların özlərinin və sərnişinlərinin əziyyət çəkməsi, lüzumsuz vəsait xərclənməsi və geriyə qayıtmaq məcburiyyətində qalmaları ilə nəticələnir.

Qeyd olunan halların qarşısının alınması məqsədilə Baş DYP İdarəsi bir daha hərəkət iştirakçılarından xahiş edir ki, istər paytaxt, istərsə də rayon istiqamətinə getmək istəyən şəxslər qəbul olunmuş qaydalara riayət etsinlər. Əks təqdirdə karantin rejimini pozan sürücü və sərnişinlər qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb ediləcəklər.




İmza:
SON XƏBƏRLƏR
2020-06-04


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.39%)
Pullsuz (10.61%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK