nulled forum sanal pezevenk hacklink satın al hacklink al Sit Giriş Hack haber epin scripti warez forum warez script hacklink nulled scripts warez forum xenforo nulled hack forum spyhackerz warez php script Adalet.az | Komitə sədri Azərbaycan ailələrinə çağırış etdi Adalet.az | Komitə sədri Azərbaycan ailələrinə çağırış etdi Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / GÜNDƏM

Komitə sədri Azərbaycan ailələrinə çağırış etdi

3717    |   2020-03-25 19:13
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"Bu gün ölkəmizdə ciddi karantin rejimi tətbiq edilməkdədir. Bakı, Sumqayıt, Abşeron, eləcə də, regionlararası əlaqələr və nəqliyyat xidməti məhdudlaşdırılıb. Belə bir vəziyyətin doğurduğu çətinliklərin əhali tərəfindən düzgün dəyərləndirilməsi virusun yayılmasının qarşısını almaq üçün görülən tədbirlərdən heç də az əhəmiyyət kəsb etmir. Nəticə daha çox elə bundan asılıdır”.

Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova söyləyib.

O bildirib ki, bütün vətəndaşlar bir nəfər kimi bu günədək görülən işlərin effektivliyini artırmaq üçün ciddi rejimin qaydalarına əməl etməli, daha çox məsuliyyətli olmalı, təmasları minimuma endirməli, ailədaxili nizam-intizamı gücləndirməlidir.

"Dövlətimiz, cəmiyyətimiz və bir-birimiz qarşısındaöhdəliklərə əməl etməliyik”, - deyə B.Muradova əlavə edib.

Komitə sədri bildirib ki, bu gün həm də mədəniyyət və mənəviyyatın sınağa çəkildiyi gündür. O, Azərbaycan ailələrinə çağırış edib:

"Min illərin süzgəcindən keçib gələn milli-mənəvi dəyərlərimiz, adət və ənənələrimiz, dünyagörüşümüz bizdən öz yaxın və doğmalarımıza qarşı çox diqqətli olmağı, uşaqlara qayğı, yaşlılarımıza hörmət və ehtiramla yanaşmağı tələb edir. Əksər hallarda bizi onların da hərəkətləri və düzgün davranışı üçün məsuliyyət daşımağa sövq edir.

Odur ki, əziz valideynlər, öz övladlarınızın virusdan qorunmasına cavabdeh olduğunuzu bir an belə unutmayın.

65 yaşdan yuxarı ahıl soydaşlarımız, nə qədər çətin olsa da, "#evdəqal” kampaniyasının tələblərinə ciddi şəkildə əməl edin. İlk növbədə, sizə əziz olan doğmalarınızın həyatını təhlükə ilə qarşı-qarşıya qoymayın.

Bu günümüzün və gələcəyimizin əsas aparıcı qüvvəsi olan gənclərimiz, dövlətimiz və xalqımız daha çox sizə güvənərək, bu çətin günlərdə kömək və dəstək gözləyir. Hər zaman olduğu kimi, bu gün də özünü və dövlətini qorumanın ən gözəl nümunəsini ortaya qoymaq sizin vəzifənizdir.

Həyatının mənasını doğmalarının rahatlığı və firavanlığına fədakarcasına həsr etməkdə görən qəhrəman qadınlarımız! Bu gün Sizin dözümünüz və müdrikliyiniz, mərhəmət və sevginiz, ən çətin şəraitdən belə ümid və nikbinliklə çıxmaq, bütün ətrafınızı ruhlandırmaq bacarığınız sınağa çəkilir. Diqqət və qayğınızı heç birimizdən əsirgəməyin.

Nəhayət, hər birimiz üçün qala sayılan evlərimizin, milli-mənəvi dəyərlərimizin, bizi biz edən mədəniyyətimizin daha çox qorunduğu, elə bu səbəbdən də müstəqilliyimizin, dövlətçiliyimizin istinad nöqtəsi və dayağı olan ailələrimizin başçıları, baş tacımız atalarımız, müraciətimiz sizədir!

Bu gün sizin himayənizə fiziki və mənəvi ehtiyacı olan doğmalarınızahər zaman olduğundan daha çox sevgi və diqqət göstərin. Səbrli olmaqla ailənizin bütün üzvlərini karantin dövrünün tələblərinə əməl etməyə daha çox siz sövq edə, şəxsi nümunə göstərməklə nizam və intizam qaydasında davranışın bu bəladan daha az zərərlə çıxmağın əsas şərti olduğunu onlara ən yaxşı siz izah edə bilərsiniz!”

B.Muradova qeyd edib ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi öz səlahiyyətləri və imkanları daxilində hər bir vətəndaşın sağlamlığının qorunması naminə görülən işlərə, hər bir ailənin ən müxtəlif ehtiyaclarının qarşılanmasına töhfə vermək üçün çalışır və həssas ailələrə dəstək olur.




İmza:

Çinin dövlət müşaviri: Koronavirusla mübarizədə Azərbaycana yardım göstərməyə hazırıq

“Samur” sərhəd-keçid məntəqəsinin yaxınlığında yaradılmış qəbul-çeşidləmə məntəqəsi genişləndirilib - VİDEO

Dövlət Təhlükəsizliyi Xidmətinin kollektivi Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin xatirəsini yad ediblər

Keçid postlarından 7545 avtomobil geri qaytarılıb - RƏSMİ

FHN sərhəd məntəqələrində çadırların sayını artırdı - VİDEO

65 yaşdan yuxarı insanlara xidmət edəcək şəxslərin sayı artırılacaq - İbrahim Məmmədov

Azərbaycanla Gürcüstan sərhədi aprelin 20-dək bağlı saxlanılacaq

Bakı şəhərinin icra hakimiyyətləri Fonda 500 min manat köçürdü

Azərbaycan təhlükəsizlik orqanlarının yaranmasının 101 illiyi qeyd olunur

Sahibkarlara müxtəlif formada güzəştlər ediləcək - İbrahim Məmmədov

Koronavirus səbəbindən bəşəriyyətin yarısı karantindədir

Deputatların heç birində koronavirus aşkarlanmadı - RƏSMİ

Türkiyədəki azərbaycanlı tələbələr dövlətə aid yataqxanalardan çıxarılmayıb - Erkan Özoral

Bakıda qadın vəhşicəsinə döyüldü: Polis araşdırmalara başladı

İlham Əliyev koronavirusa görə karantin üçün hotellərini ayıran iş adamlarına təşəkkür etdi

Cəlilabadda polisi güllələyən şəxs həbs edildi - RƏSMİ

Azərbaycan Afrika İttifaqı Komissiyasına 20 min dollar yardım edib

Azərbaycanda ərin arvadını xəstəxananın həyətində amansızlıqla öldürməsinin təfərrüatı - VİDEO

İlham Əliyev və Mehriban Əliyeva Bakıda tibb müəssisəsinin açılışında - YENİLƏNİB

Deputatlar koronavirusa görə testdən keçiriləcək

Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna yeni İcraçı direktor təyin edilib

İlham Əliyev Vüqar Səfərlini vəzifəsindən azad etdi

Allahşükür Paşazadə: “Koronavirusla mübarizə aparanlar vəfat etsə, onlar şəhiddirlər”

DSX Rusiyadan gələn azərbaycanlıların ölkəyə keçidini təmin edib

DİN xüsusi karantin rejimində KİV nümayəndələrinin hərəkətinə və SMS vasitəsilə icazə məsələsinə aydınlıq gətirib

Bir azdan hər şey dəyişəcək, Lalə! - İlqar Kamil yazır

Kimdir günahkar: "Rahat market", yoxsa Azericard? - Azər Sarıoğlu yazır

“Buna qədər insan oğlu özünü çox yekəxana aparırdı, indi özümüzü yığışdırmalıyıq...”

Ötən gün karantin rejimi ilə bağlı 1199 nəqliyyat vasitəsinin hərəkəti məhdudlaşdırılıb

Gömrükçülər aztəminatlı ailələrə ərzaq yardımı ediblər

Onun üçün dünyanın mərkəzi Qarabağ, paytaxtı isə Ağdamdır - Əzizə İsmayılova yazır

298 Azərbaycan vətəndaşı ölkəyə qayıtdı

SON XƏBƏRLƏR
2020-04-04


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90.48%)
Pullsuz (9.52%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

-Sonuncu dəfə deyirəm, vətəndaş, damdan düş, gir evə, səninlə burda çənə-boğaz eləməyə vaxtımız yoxdu - polis mayoru həyətdən səs gücləndirici ilə binanın başındakı kişiyə səsləndi - hamımız eyni vəziyyətdəyik, amma dözürük, sən də dözməlisən!

Kişi etiraz etdi:

-Dedim yox! Mən dözmək istəmirəm! Mən bu qədər özümü çeynətməm!
Mayor nişan alıb tapança ilə adamı çiynindən vuraraq dama sərdi...
Kişi gözünü açdı ki, xəstəxanada çarpayıdadı. Mayor da oturub çarpayının yanında.

-Nahaq vurdun məni! - mayora baxıb narazı dilləndi - kişi-kişinin arvad-uşaq yanında sınmasına razı olmasın gərək!

Mayor başını aşağı salıb gileyləndi:

-A kişi bezmişik ey əlinizdən, biriniz dama çıxırsınız, biriniz yuxu dərmanı içirsiniz, hələ o gün biri evində üstünə benzin tökmüşdü ki, "mənə söz deyən olsa, özümü yandıracam". Boğaza yığmısınız ey bizi. Bilmirik asayişi qoruyaq, ya sizinlə uğraşaq. Ə, elə bilirsən bizə asandı? Biz də kişiyik, anlayırıq sizi! Ama day intihara cəhd etmək nədi?! Allah bu koronavirusa lənət eləsin!

Kişi əlini uzadıb mayorun qolundan tutdu - bilirəm qardaş, sizin işiniz lap ağırdı, özü də indiki vəziyyətdə, amma məni də başa düş - kişini qəhər boğdu - əşşi mən arvada dedim köməyə ciddi ehtiyac yaransa, kartof qızardaram, uzağı bozbaş bişirərəm. Day əriştə kəsmək nəymiş! Bu qədər də yox də! Bax, cənab mayişor, mən deyiləm sənsən, arvad desəydi əriştə kəs, kəsərdin? Yox vallah! Dama çıxmaq nədi ey, bəlkə də sən tapança ilə məni vurduğun kimi, arvadı da vurardın!

-A kişi nə kartof qızartması, nə bozbaş, nə əriştə? Orda sənə dedim axı, hamımız eyni vəziyyətdəyik - mayor yerindən qalxdı, gətirdiyi meyvə dolu torbanı çarpayının ayaq tərəfindən götürdü, bayaqdan oturduğu kətilin üstünə qoydu, kövrəlmiş halda sözünə davam etdi - tez sağal, get evinə qardaş, ta bir də dəlilik eləmə! Görünür bu da bir sınaqdı, dözməliyik. Bax, mən dünən gecə, növbədən sonra, evdə yarpaq dolması bişirmişəm, bu günə də düşbərə sifariş ediblər...





digər lətifələr
ARXİV
FACEBOOK