nulled forum sanal pezevenk hacklink satın al hacklink al Sit Giriş Hack haber epin scripti warez forum warez script hacklink nulled scripts warez forum xenforo nulled hack forum spyhackerz warez php script Adalet.az | Azərbaycanda daha altı nəfər koronavirusa yoluxdu: Ölən var - RƏSMİ + VİDEO Adalet.az | Azərbaycanda daha altı nəfər koronavirusa yoluxdu: Ölən var - RƏSMİ + VİDEO Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / HADİSƏ

Azərbaycanda daha altı nəfər koronavirusa yoluxdu: Ölən var - RƏSMİ + VİDEO

2766    |   2020-03-25 18:11
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Azərbaycan Respublikasında altı yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı aşkarlanıb.

Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, qeyd olunan şəxslərdən birnəfər Azərbaycan Respublikası vətəndaşı yüksək bədən hərarəti və nəfəs darlığı şikayətləri ilə xəstəxanaya müraciət edib.

Eyni zamanda, şəkərli diabet və ürəyin işemik xəstəliyi olan pasiyentdən COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxıb. Həkimlərin səyinə baxmayaraq, xəstənin vəziyyətinin kəskinləşməsi səbəbindən onun həyatını xilas etmək mümkün olmamış və pasiyent xəstəxanaya daxil olduğu gün vəfat edib. Xəstənin ailə üzvləri və ünsiyyətdə olduğu digər şəxslər müəyyən edilibvə karantinə götürülüblər.

Hazırda Azərbaycanda xüsusi rejimli xəstəxanalara yerləşdirilən 81 nəfər aktiv koronavirus xəstəsi həkim nəzarəti altındadır, onlardan üçnəfərin vəziyyəti ağır, beşnəfərin vəziyyəti isə orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir. Həmin şəxslərin müalicəsi ilə bağlı zəruri tədbirlər davam etdirilir.

Xatırladaq ki, koronavirus infeksiyasının yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə martın 24-dən aprelin 20-dək Azərbaycanda xüsusi karantin rejimi elan olunub.

Xüsusi rejim qaydalarına əsasən, 65 yaşdan yuxarı insanlara evdən çıxmaq qadağan olunmuş, bu kateqoriyadan olan tənha yaşayan şəxslərə qanunvericiliyə əsasən sosial xidmətlərin göstərilməsi təmin edilir.

Xüsusi təyinatlı, o cümlədən, təcili tibbi yardım, qəza-bərpa, xilasedici, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonuna giriş və çıxış məhdudlaşdırılmış, ictimai yerlərdə, o cümlədən, küçələrdə, bulvarlarda, parklarda və digər yerlərdə vətəndaşların 10 nəfərdən artıq qruplarda cəmləşməsi qadağan edilib.

Hazırda koronavirusa yoluxma halları həm Azərbaycana xaricdən gələn şəxslər sırasında, həm də ölkə daxilində insanların bir-birini yoluxdurması faktları üzrə aşkarlanır. Bu səbəbdən vətəndaşlarımızı bir daha gigiyena qaydalarına, Ümumdünya Səhiyyə Təşkilatının, Nazirlər Kabineti yanında operativ qərargahın tələb və tövsiyələrinə ciddi riayət etməyə çağırırıq.

Vətəndaşlardan özünütəcrid tədbirlərinə uyğun davranmaq, yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmaq, digər şəxslərlə minimum kontaktda olmaq, insanların sıx toplaşdığı yerlərə getməmək və xüsusi karantin rejiminə əməl etmək tələb olunur.




İmza:

Deputatların heç birində koronavirus aşkarlanmadı - RƏSMİ

Koronavirus səbəbindən bəşəriyyətin yarısı karantindədir

Türkiyədəki azərbaycanlı tələbələr dövlətə aid yataqxanalardan çıxarılmayıb - Erkan Özoral

Bakıda qadın vəhşicəsinə döyüldü: Polis araşdırmalara başladı

İlham Əliyev koronavirusa görə karantin üçün hotellərini ayıran iş adamlarına təşəkkür etdi

Cəlilabadda polisi güllələyən şəxs həbs edildi - RƏSMİ

Azərbaycan Afrika İttifaqı Komissiyasına 20 min dollar yardım edib

Azərbaycanda ərin arvadını xəstəxananın həyətində amansızlıqla öldürməsinin təfərrüatı - VİDEO

İlham Əliyev və Mehriban Əliyeva Bakıda tibb müəssisəsinin açılışında - YENİLƏNİB

Deputatlar koronavirusa görə testdən keçiriləcək

SON XƏBƏRLƏR
2020-04-04


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90.48%)
Pullsuz (9.52%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

-Sonuncu dəfə deyirəm, vətəndaş, damdan düş, gir evə, səninlə burda çənə-boğaz eləməyə vaxtımız yoxdu - polis mayoru həyətdən səs gücləndirici ilə binanın başındakı kişiyə səsləndi - hamımız eyni vəziyyətdəyik, amma dözürük, sən də dözməlisən!

Kişi etiraz etdi:

-Dedim yox! Mən dözmək istəmirəm! Mən bu qədər özümü çeynətməm!
Mayor nişan alıb tapança ilə adamı çiynindən vuraraq dama sərdi...
Kişi gözünü açdı ki, xəstəxanada çarpayıdadı. Mayor da oturub çarpayının yanında.

-Nahaq vurdun məni! - mayora baxıb narazı dilləndi - kişi-kişinin arvad-uşaq yanında sınmasına razı olmasın gərək!

Mayor başını aşağı salıb gileyləndi:

-A kişi bezmişik ey əlinizdən, biriniz dama çıxırsınız, biriniz yuxu dərmanı içirsiniz, hələ o gün biri evində üstünə benzin tökmüşdü ki, "mənə söz deyən olsa, özümü yandıracam". Boğaza yığmısınız ey bizi. Bilmirik asayişi qoruyaq, ya sizinlə uğraşaq. Ə, elə bilirsən bizə asandı? Biz də kişiyik, anlayırıq sizi! Ama day intihara cəhd etmək nədi?! Allah bu koronavirusa lənət eləsin!

Kişi əlini uzadıb mayorun qolundan tutdu - bilirəm qardaş, sizin işiniz lap ağırdı, özü də indiki vəziyyətdə, amma məni də başa düş - kişini qəhər boğdu - əşşi mən arvada dedim köməyə ciddi ehtiyac yaransa, kartof qızardaram, uzağı bozbaş bişirərəm. Day əriştə kəsmək nəymiş! Bu qədər də yox də! Bax, cənab mayişor, mən deyiləm sənsən, arvad desəydi əriştə kəs, kəsərdin? Yox vallah! Dama çıxmaq nədi ey, bəlkə də sən tapança ilə məni vurduğun kimi, arvadı da vurardın!

-A kişi nə kartof qızartması, nə bozbaş, nə əriştə? Orda sənə dedim axı, hamımız eyni vəziyyətdəyik - mayor yerindən qalxdı, gətirdiyi meyvə dolu torbanı çarpayının ayaq tərəfindən götürdü, bayaqdan oturduğu kətilin üstünə qoydu, kövrəlmiş halda sözünə davam etdi - tez sağal, get evinə qardaş, ta bir də dəlilik eləmə! Görünür bu da bir sınaqdı, dözməliyik. Bax, mən dünən gecə, növbədən sonra, evdə yarpaq dolması bişirmişəm, bu günə də düşbərə sifariş ediblər...





digər lətifələr
ARXİV
FACEBOOK