ANA SƏHİFƏ / ŞOU-BİZNES

Faiq Ağayev küsülü olduğu müğənnilərdən danışdı: “Onların alnına “loxluq” yazılıb” - VİDEO

10368    |   2020-03-25 16:00
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"20 il keçib, heç kim çağırışıma cavab vermədi. Dedim ki, qucağımı açıram, heç bir şərtsiz gəlin, barışaq. Kim gəldi? Heç kim. Bir Aygün Kazımova ilə barışdıq”.

Axşam.az xəbər verir ki, bunu Xalq artisti Faiq Ağayev "Söhbətsiz" verilişində deyib.

Müğənni küsülü olduğu həmkarlarından bəhs edib:

"Niyə barışıq əli uzadım? Küsməyə, münasibətlərin pozulmasına səbəbi mən verməmişəm. Biri öz eqosuna, yekəbaşlığına qurban getdi. Birini toya sürpriz qonaq kimi çağırmışdılar, mən proqramda var idim. Qayıtdı ki, yox, qardaş, puldur. Mən də qayıtdım ki, sən 12 illik dostluğu yarım saatlıq pula dəyişirsən? Axırda Faiq Ağayev oxudu və o, pulsuz evə getdi.

Digəritəzə münasibət qururdu, istəmədi gələcək həyat yoldaşının yanında öpüm. Halbukibiz gündə öpüşürdük.Bu isə həyat yoldaşı üçün belə bir tablo yaradıb ki, toxunulmazdır.

Biri də ad günündə idim, hamı başıma yığışmışdı. Gəldi, dönüb salamlaşdım. Bir də baxdım, yoxdur, soruşuram haradadır? Dedilər, küsdü ki, Faiq Ağayev mənə hörmətsizlik etdi. Nə etməli idim? Gedib ayaqqabısını çıxarıb ayaqlarını ovxalamalı idim?

Mənim günahım nədir, onlarla barışım? "Lox”am? Alnıma "loxluq” yazılmayıb. Onların alnına "loxluq” yazılıb”.

Qeyd edək ki, F.Ağayev həmkarları Tünzalə Ağayeva, Zülfiyyə Xanbabayeva və Brilliant Dadaşova ilə illərdir küsülüdür.




İmza:

Acun Ilıcalı doğum gününü sevgilisi ilə qeyd etdi: “Üç qitədə...”

Alyona təbrik etdi: ” Səni hədsiz dərəcədə sevirəm!”

Aygün Kazımova 19 il əvvəl və sonra...

Roza Zərgərli yenə heyrətləndirdi: 22 il əvvəl...

Renka növbəti dəfə soyundu: Döymələrini göstərdi

Nazpəri Dostəliyevanın S.Stalonne “dolaşığı”

Əməkdar artist kreditlə lüks avtomobil aldı - VİDEO

Xalq artisti Röya açıq-saçıq paylaşımı ilə fit bədənini nümayiş etdirdi - VİDEO

Şəhriyar Məmmədyarovla qohum olan “Qurd”: “İkinci evliliyimin övladlarıma təsiri yoxdur” - VİDEO

Xalq artisti Məleykə Əsədova: “Səhərə kimi Neftçalada qız toyunda çıxış edirdim” - VİDEO

Xalq artisti: “Gündəmdə qalmaq üçün abırından, mənəviyyatından keçənlər var”

Məşhur yarışma proqramında sinəsi açıq qalan aparıcı: “Qəsdən etdim” - FOTO

SON XƏBƏRLƏR
2020-06-01


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.39%)
Pullsuz (10.61%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK