nulled forum sanal pezevenk hacklink satın al hacklink al Sit Giriş Hack haber epin scripti warez forum warez script hacklink nulled scripts warez forum xenforo nulled hack forum spyhackerz warez php script Adalet.az | Ombudsman koronavirus epidemiyası ilə bağlı xalqa müraciət edib Adalet.az | Ombudsman koronavirus epidemiyası ilə bağlı xalqa müraciət edib Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / SAĞLAMLIQ

Ombudsman koronavirus epidemiyası ilə bağlı xalqa müraciət edib

1965    |   2020-03-24 21:45
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva yeni növ koronavirus (COVID-19) epidemiyası ilə bağlı xalqa müraciət edib.

Ombudsman Aparatından Adalet.az-a verilən məlumata görə, müraciətdə deyilir:

"Əziz həmvətənlər, atalar, analar, bacılar və qardaşlar!

Məlumdur ki, yeni növ koronavirus (COVID-19) dünya ölkələrində sürətlə yayılmaqdadır. Buna görə də Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən koronavirus infeksiyası qlobal pandemiya elan olunmuşdur.

Bu virusun uzun inkubasiya dövrünün olması, yayılma sürəti və vaksinin hələ də tapılmaması ilə əlaqədar ÜST-nin tövsiyə və tələblərinə uyğun olaraq, ölkəmizdə yüksək səviyyədə təxirəsalınmaz tədbirlər həyata keçirilir və bu məsələ Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın xüsusi diqqətində və nəzarətindədir.

Təqdirəlayiq haldır ki, ölkə rəhbərliyinin tapşırığına əsasən, koronavirus infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və mübarizə xarakterli təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi məqsədilə aidiyyəti dövlət orqanlarının və qurumlarının rəhbər şəxslərindən ibarət tərkibdə yaradılmış Nazirlər Kabineti yanında Operativ Qərargah öz fəaliyyətini uğurla davam etdirir və müvafiq addımlar atılır, zəruri qərarlar qəbul edilir.

Artıq Nazirlər Kabineti yanında Operativ Qərargahın Baş Nazir Əli Əsədovun sədrliyi ilə keçirilmiş 23 mart 2020-ci il tarixli iclasında COVID-19 pandemiyası ilə mübarizədə müxtəlif ölkələrin təcrübəsi nəzərə alınaraq, əhalinin sağlamlığının qorunması ali məqsəd kimi qəbul edilərək koronavirus infeksiyasının ölkədə yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə "Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə əsasən, ölkəmizdə 24 mart 2020-ci il saat 00:00-dan etibarən 20 aprel saat 00:00-dək xüsusi karantin rejiminin tətbiq edilməsi haqqında qərar qəbul olunmuşdur.

Əziz həmvətənlər!

Azərbaycan Respublikasında müvafiq preventiv və profilaktik tədbirlərin gücləndirilməsi ilə bağlı həyata keçirilən bütün bu tədbirlər ölkəmizdə COVID-19 infeksiyasına yoluxma hallarının qarşısının alınması və əhalinin, o cümlədən həssas qruplardan biri kimi yaşlı insanların, uşaqların, əlilliyi olan şəxslərin sağlamlığının qorunması məqsədinə xidmət edir. Ona görə də hər bir şəxsi, bütövlükdə əhalini Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın, ÜST-nin, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına, təklif və tövsiyələrinə qeyd-şərtsiz əməl edərək evdə qalmağa, özünütəcrid şəraitinə riayət etməyə çağırır, yeni növ koronavirus üçün xarakterik simptomları hiss edən şəxslərə aidiyyəti üzrə qaynar xəttlərə (103 və ya 15-42) zəng etməyi tövsiyə edirəm.

İnanıram ki, əhalinin hazırkı vəziyyətdə maksimum məsuliyyətli olması və dövlət tərəfindən həyata keçirilən tədbirlərə hərtərəfli dəstək göstərməsi nəticəsində bu sınaqdan uğurla çıxacağıq.

Əlavə olaraq bildiririk ki, ölkədə yaranmış mövcud epidemioloji vəziyyətlə əlaqədar Ombudsmanın Aparatında və regional mərkəzlərində həyata keçirilən vətəndaşların canlı qəbulunun müvəqqəti olaraq dayandırılmasına baxmayaraq, poçt, onlayn müraciət, e-mail, faks, facebook, habelə qaynar xətlər (0503709896 və 012916) vasitəsi ilə bizə müraciət edə bilərsiniz”.




İmza:

Aqil Abbas: “Azərbaycan bu məsələyə vaxtında və çox ciddi yanaşdı”

YOLUXMUŞLAR - Nicat Novruzoğlu yazır

Təkrarını gözlədiyimiz şərəf dönəmi - Aprel döyüşlərinin zabitləri ilə söhbət!

Bizim müğənnilər, hardasınız? - Murat Bozdan nümunə götürün!

Koronadan daha qorxulu xəstəlik - soyqırım! - Emin Piri yazır

Siz onları yox, onlar sizi seçdi... - Soner Yalçın

Xalq artisti koronavirusu alqışladı: “Təbiət öz qucağını necə də gözəl təmizlədi”

Dərdim, kədərim, dərdli səhərim, KƏLBƏCƏR!-27 ilin ağrısı...

Prezident: “Pandemiya Azərbaycanda geniş vüsət alarsa, bizdə də çox faciəvi inkişaf dinamikası qaçılmazdır”

Onun üçün dünyanın mərkəzi Qarabağ, paytaxtı isə Ağdamdır - Əzizə İsmayılova yazır

TƏBİB sədri qan donorlarına müraciət edib

İmmun sisteminin gücləndirilməsi ilə bağlı AQTA-dan zəruri tövsiyələr

Azərbaycanda daha 105 nəfər koronavirusa yoluxdu - RƏSMİ

Baş infeksionist: Azərbaycan dövləti bütün imkanlarını səfərbər edib ki, vətəndaşlarının sağlamlığını təmin etsin

TƏBİB: “Koronavirusun qan komponentləri ilə yoluxduğu təsdiqlənməyib”

Azərbaycanda həkimlərin səfərbərliyi elan edilə bilərmi? - AÇIQLAMA

Koronavirusun hüceyrələrə yayılmasının görüntüləri - FOTO

Maskalarla bağlı gözlənilməz açıqlama: Yeddi gün…

ÜST ölkələri tibb bacılarının fəaliyyətinə və inkişafına investisiya qoymağa çağırır

Elm adamları şokda: Koronavirus hüceyrədə gizlənir

Koronavirusun müalicəsi üçün antibiotiklərdən istifadə etmək olar?

Azərbaycanda koronavirusdan daha bir nəfər öldü: 76 yeni yoluxma - RƏSMİ

SON XƏBƏRLƏR
2020-04-09
2020-04-08


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90.48%)
Pullsuz (9.52%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

ABŞ-da uşaq bağçası. Tərbiyəçi 5 yaşlı uşaqlara deyir:

- Bütün dövrlərin ən məşhur adamının adını kim düzgün desə, ona beş dollar verəcəm.

Şotland uşaq Müqəddəs Patrikin, irlandiyalı Müqəddəs Endryünün adını çəkir. Yəhudi uşaq isə deyir:

- Ən məşhur insan İsa peyğəmbərdi.

Tərbiyəçi:

- Afərin. Amma sən yəhudisən, niyə İsa peyğəmbəri dedin?

Yəhudi uşaq:

- Qəlbimdə bilirəm ki, ən məşhur insan Musa peyğəmbərdi! Amma biznes biznesdi!





digər lətifələr
ARXİV
FACEBOOK