nulled forum sanal pezevenk hacklink satın al hacklink al Sit Giriş Hack haber epin scripti warez forum warez script hacklink nulled scripts warez forum xenforo nulled hack forum spyhackerz warez php script Adalet.az | Mikayıl Cabbarov: Yaradılmış işçi qrupu ən çox mənfi təsirə məruz qalmış təxminən 12 fəaliyyət sahəsi müəyyən edib Adalet.az | Mikayıl Cabbarov: Yaradılmış işçi qrupu ən çox mənfi təsirə məruz qalmış təxminən 12 fəaliyyət sahəsi müəyyən edib Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / SİYASƏT

Mikayıl Cabbarov: Yaradılmış işçi qrupu ən çox mənfi təsirə məruz qalmış təxminən 12 fəaliyyət sahəsi müəyyən edib

7297    |   2020-03-23 20:33
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

İqtisadiyyat naziri Mikayıl Cabbarov koronavirus pandemiyasının, həmçinin dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların milli iqtisadiyyata mənfi təsirlərinin azaldılması istiqamətində Azərbaycan hökuməti tərəfindən həyata keçirilən tədbirlərlə bağlı müsahibə verib.

Trend xəbər verir ki, nazir iqtisadiyyatın hazırkı durumu, dövlət tərəfindən nəzərdə tutulan dəstək tədbirlərinin istiqamətləri, habelə daxili bazarın sosial əhəmiyyət kəsb edən məhsullarla təminatı sahəsində həyata keçirilən işlər barədə məlumat verib.

M.Cabbarov bildirib ki, Azərbaycan hökuməti koronavirus pandemiyasının, həmçinin dünya bazarlarında yaranmış böhran vəziyyətinin milli iqtisadiyyata, özəl sektora, o cümlədən əmək bazarına və əhalinin məşğulluğuna mənfi təsirlərinin azaldılması üçün bütün zəruri addımları atır. Ölkə Prezidentinin müvafiq fərmanları ilə bu məqsədlə 1 milyard manat həcmində vəsait ayrılıb, habelə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb.

Bu tədbirlərin Azərbaycan xalqının rifahı üçün atılmış tarixi addım olduğunu qeyd edən nazir ayrılmış vəsaitin ötənilki ÜDM-in 1,2 faizi həcmində olduğunu, pandemiyanın və xarici iqtisadi şokların sosial-iqtisadi təsirlərinin yumşaldılması üçün kifayət qədər təsirli maliyyə dəstəyi rolunu oynadığını bildirib və eyni zamanda, Koronavirusla Mübarizəyə Dəstək Fonduna könüllü ianələr ayıran iş adamlarına və şirkətlərə təşəkkürünü bildirib.

Nazir mövcud şəraitdə pandemiyadan ən çox zərər çəkən fəaliyyət sahələrinin, o cümlədən iqtisadi artımı və məşğulluğu formalaşdıran əsas sahələrin müəyyənləşdirilməsi, ölkənin iqtisadi və maliyyə dayanıqlığının gücləndirilməsi, dövlət tərəfindən atıla biləcək addımların və dəstək tədbirlərinin istiqamətlərinin dəqiqləşdirilməsi üzərində intensiv iş aparıldığını diqqətə çatdırıb. Bu məqsədlə yaradılmış işçi qrup tərəfindən ilkin mərhələdə ən çox mənfi təsirə məruz qalmış təxminən 12 fəaliyyət sahəsi müəyyən edilib. Bunlar turizm, hotel, iaşə, əyləncə, nəqliyyat, ticarət mərkəzləri və s. sahələrdir.

İqtisadiyyat naziri vurğulayıb ki, dövlət sahibkarlıq subyektlərinə müddətli vergi güzəştləri və tətillərinin verilməsi, sahibkarlığın kreditləşdirilməsi şərtlərinin yumşaldılması imkanlarını nəzərdən keçirir. Bu məqsədlə aidiyyəti dövlət qurumları, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası ilə intensiv müzakirələr aparılır.

M.Cabbarov qeyd edib ki, işçi qrup biznesin qorunması və dəyən zərərlərin minimallaşdırılması üçün müvafiq təkliflər hazırlayaraq dövlət başçısına təqdim edəcək. Eyni zamanda, işəgötürənlər də öz növbəsində mövcud şəraitdə icarədarlarla münasibətlərə yenidən baxmalı, imkan daxilində icarə haqlarının dondurulması və s. kimi məsələləri müzakirə etməlidirlər.

Nazir iş yerlərinin və məşğulluğun qorunmasının dövlətin diqqət mərkəzində olduğunu, işçilərin hüquqlarının və sosial müdafiəsinin təmin ediləcəyini bildirib. M.Cabbarov işəgötürənlərə müraciət edərək, onları müvəqqəti çətinliklər fonunda işçilərin ixtisarı və ya işdən çıxarılması hallarına yol verməməyə, sosial məsuliyyət prinsiplərinə sadiq qalmağa çağırıb və vurğulayıb ki, əks təqdirdə, hökumət həmin sahibkarlara münasibətdə ciddi tədbirlər görəcək.

İqtisadiyyat naziri ölkənin gündəlik tələbat malları ilə təminatı sahəsində hər hansı çətinliyin olmadığını, hökumətin iri təchizatçılarla sıx şəkildə işlədiyini, ölkənin tələbatları üçün zəruri həcmdə ehtiyatların formalaşdırıldığını və daxili bazarın lazımi məhsullarla tam təmin edildiyini bir daha diqqətə çatdırıb.



İmza:

Deputatların heç birində koronavirus aşkarlanmadı - RƏSMİ

Türkiyədəki azərbaycanlı tələbələr dövlətə aid yataqxanalardan çıxarılmayıb - Erkan Özoral

Əli Əhmədov: İndi həmişə olduğundan daha çox həmrəyliyə ehtiyac var

Fazil Mustafa: Tofiq Yaqublunun həbsinə birmənalı şəkildə hüquq prizmasından yanaşmaq lazımdır

Makron Boris Consona ultimatum verdi

Müdafiə Sənayesi Nazirliyində koronavirusla bağlı onlayn müşavirə keçirilib

Türkiyənin yeni nəqliyyat və infrastruktur naziri təyin edilib

Səməd Seyidov AŞPA məruzəçilərinin qərəzli açıqlaması ilə əlaqədar assambleyanın prezidentinə məktub göndərib

Azərbaycan Afrika İttifaqı Komissiyasına 20 min dollar yardım edib

Mikayıl Cabbarov: Yaradılmış işçi qrupu ən çox mənfi təsirə məruz qalmış təxminən 12 fəaliyyət sahəsi müəyyən edib

Deputatların heç birində koronavirus aşkarlanmadı - RƏSMİ

Türkiyədəki azərbaycanlı tələbələr dövlətə aid yataqxanalardan çıxarılmayıb - Erkan Özoral

Koronavirus səbəbindən bəşəriyyətin yarısı karantindədir

İlham Əliyev koronavirusa görə karantin üçün hotellərini ayıran iş adamlarına təşəkkür etdi

Dövlət başçısı: “Yaşı 65-dən yuxarı insanlar evdə oturmalıdırlar. Vəssalam, birmənalı şəkildə!”

Çinin dövlət müşaviri: Koronavirusla mübarizədə Azərbaycana yardım göstərməyə hazırıq

İlham Əliyev və Mehriban Əliyeva Bakıda tibb müəssisəsinin açılışında - YENİLƏNİB

Bakıda qadın vəhşicəsinə döyüldü: Polis araşdırmalara başladı

Azərbaycan Afrika İttifaqı Komissiyasına 20 min dollar yardım edib

Cəlilabadda polisi güllələyən şəxs həbs edildi - RƏSMİ

Prezident İlham Əliyev: Əgər kimsə hansısa vəzifədə olan dostlara arxalanırsa səhv yoldadır

Adil Əliyev: Sosial paketlər hazırlanıb paylanana qədər imkanlı şəxslər, iş adamları insanlarımızın yanında olmalıdır

Həmsədrlər Dağlıq Qarabağda keçirilmiş qondarma “seçkilər”lə bağlı bəyanat yayıblar

Türkiyədə koronavirusla bağlı Milli Həmrəylik Kampaniyası başladılıb

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin onlayn iclası keçirilib

Vüqar Bayramov: Dövlət dəstəyindən 290 mindən çox yaxın mikro və fərdi sahibkar faydalanacaq

Estoniya Dağlıq Qarabağdakı qondarma seçkiləri tanımadığını açıqladı

Bələdiyyələrin fəaliyyəti ilə bağlı hesabat Milli Məclisdə

Prezident: “Pandemiya Azərbaycanda geniş vüsət alarsa, bizdə də çox faciəvi inkişaf dinamikası qaçılmazdır”

İlham Əliyev: “Bir daha büdcə xərclərinə baxmaq lazımdır”

İlham Məmmədov: Koronavirusun ciddiliyini başa düşün, ailənizin sağlamlığı naminə evdə qalın

Hüseyin Altınalan: "Azərbaycanlılara qarşı şüurlu şəkildə törədilən etnik soyqırıma görə erməni qatilləri lənətləyirik"

SON XƏBƏRLƏR
2020-04-01
2020-03-31


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90.48%)
Pullsuz (9.52%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Bir adam xoşbəxtcəsinə dostuna deyir ki,

indiyədək həyatımda koronavirus kimi məni sevindirən bir hadisə olmamışdı:

- Arvad artıq səyahətə getmək istəmir!

-Artıq heç bir şey satın almır, çünki hər şey Çindən gəlir.

- Alış-veriş mərkəzlərinə də getmir ki, oralarda qələbəlikdi.

- Bütün günü də ağzına maska taxıb danışmır.

Bu virus deyil ey, Allahın mənə bir lütfüdü, kefdəyəm.





digər lətifələr
ARXİV
FACEBOOK