nulled forum sanal pezevenk hacklink satın al hacklink al Sit Giriş Hack haber epin scripti warez forum warez script hacklink nulled scripts warez forum xenforo nulled hack forum spyhackerz warez php script Adalet.az | Müdafiə Sənayesi Nazirliyində koronavirusla bağlı onlayn müşavirə keçirilib Adalet.az | Müdafiə Sənayesi Nazirliyində koronavirusla bağlı onlayn müşavirə keçirilib Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / SİYASƏT

Müdafiə Sənayesi Nazirliyində koronavirusla bağlı onlayn müşavirə keçirilib

10251    |   2020-03-22 23:39
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin (MSN) onlayn rejimdə iclası təşkil olunub. Müdafiə Sənayesi naziri Mədət Quliyevin və məsul əməkdaşların iştirakı ilə keçirilən müşavirədə Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirus (COVID-19) infeksiyasına qarşı mübarizənin təşkili məqsədilə xüsusi rejimdə iş üzrə Təlimatından irəli gələn məsələlər müzakirə olunub.

MSN-dən Adalet.az-a bildiriblər ki, Müdafiə Sənayesi Nazirliyinin rəhbərliyi Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən koronavirus infeksiyasına qarşı qəbul edilən bütün qərarları dəstəkləyəcəyini, virusun yayılmasının qarşısının alınmasına kömək məqsədilə bundan sonra da hər cür ehtiyat tədbirlərinin həyata keçiriləcəyini qeyd edib.

Təlimata uyğun olaraq, əməkdaşların təhlükəsizliyinin təmini məqsədilə nazirliyin mərkəzi aparatında və tabeli müəssisələrində iclasların, müşavirələrin və toplantıların yalnız telefon və internet rabitəsi vasitəsilə keçirilməsi, mümkün olduğu halda əməkdaşların məsafədən işləmələrinin təşkili, o cümlədən 60 yaşdan yuxarı şəxslərin və öhdəsində azyaşlı uşağı olan qadınların iş davamiyyətinə güzəştli şərtlərin tətbiqi qərara alınıb.

Koronavirus (COVID-19) infeksiyasına qarşı mübarizə ilə əlaqədar ölkədə xüsusi rejim tətbiq olunduğu gündən Müdafiə Sənayesi Nazirliyi tərəfindən bütün tabeli müəssisələrdə bir sıra qabaqlayıcı profilaktik tədbirlərin həyata keçirildiyi diqqətə çatdırılıb. Operativ Qərargahın tövsiyələrinə uyğun olaraq, bütün ezamiyyətlər dayandırılıb, əməkdaşlara xarici ölkələrə şəxsi səfərləri məhdudlaşdırmaq məsləhət görülüb, vətəndaşların qrup halında və fərdi surətdə qəbulları təxirə salınıb, müraciətlərə yalnız elektron və telefon rabitəsi vasitəsilə baxılması təmin edilib.

Müşavirədə Müdafiə Sənayesi Nazirliyi tərəfindən Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsaitin köçürüldüyü bildirilib.




İmza:

İlham Məmmədov: Koronavirusun ciddiliyini başa düşün, ailənizin sağlamlığı naminə evdə qalın

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi onlayn iclas keçirib

Prezident: “Pandemiya Azərbaycanda geniş vüsət alarsa, bizdə də çox faciəvi inkişaf dinamikası qaçılmazdır”

Əli Əhmədov: Dağlıq Qarabağda qondarma “seçki” tanınmır və tanına bilməz

Adil Əliyev: Sosial paketlər hazırlanıb paylanana qədər imkanlı şəxslər, iş adamları insanlarımızın yanında olmalıdır

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin onlayn iclası keçirilib

Estoniya Dağlıq Qarabağdakı qondarma seçkiləri tanımadığını açıqladı

Hicran Hüseynova deputatları onlayn iclasa topladı

Milli Məclis büdcəyə yenidən baxacaq

Vüqar Bayramov: Dövlət dəstəyindən 290 mindən çox yaxın mikro və fərdi sahibkar faydalanacaq

Prezident İlham Əliyev: Azərbaycan aparılan testlərin sayına görə dünyada 30-cu yerdədir

“Koronavirus qlobal təhlükə olduğu üçün qlobal cavab tələb edir” - Prezident

Ombudsman Səbinə Əliyevanın rusiyalı həmkarı ilə onlayn görüşü olub

İlham Əliyev Türk Şurasının fövqəladə Zirvə görüşündə - YENİLƏNİB + VİDEO

Dövlət və xalq naminə möhtəşəm uğurlar

Milli Məclisin Gənclər və idman komitəsi "Evdə Qal, Evdə Yarat" təşəbbüsünə qoşulur

ATƏT-in HƏMSƏDRLƏRİNİN DƏRDİ MƏNİ ÖLDÜRƏCƏK

Azərbaycan və Ukrayna arasında imzalanan növbəti Saziş təsdiqləndi

Pakistan işğal olunmuş Dağlıq Qarabağda keçirilən qondarma “seçkilər”i tanımır

Ombudsman Aparatının nümayəndələri beynəlxalq onlayn iclasda iştirak ediblər

Prezidentə minnətdarlıq məktubları gəlməkdə davam edir

AŞ PA həmməruzəçiləri: Azərbaycanda məhkumların əfv edilməsi çox düzgün addımdır

SON XƏBƏRLƏR
2020-04-11
2020-04-10


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90.48%)
Pullsuz (9.52%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

ABŞ-da uşaq bağçası. Tərbiyəçi 5 yaşlı uşaqlara deyir:

- Bütün dövrlərin ən məşhur adamının adını kim düzgün desə, ona beş dollar verəcəm.

Şotland uşaq Müqəddəs Patrikin, irlandiyalı Müqəddəs Endryünün adını çəkir. Yəhudi uşaq isə deyir:

- Ən məşhur insan İsa peyğəmbərdi.

Tərbiyəçi:

- Afərin. Amma sən yəhudisən, niyə İsa peyğəmbəri dedin?

Yəhudi uşaq:

- Qəlbimdə bilirəm ki, ən məşhur insan Musa peyğəmbərdi! Amma biznes biznesdi!





digər lətifələr
ARXİV
FACEBOOK