ANA SƏHİFƏ / GÜNDƏM

Əzizə İsmayılova: Gedib-gələnlər üçün...

6540    |   2020-03-19 14:58
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Əziz insanlar, hamıya tək-tək yazmağa vaxt yoxdur, üzürlü bilin.

Deməli, məsələ belədir:

Bakıdan rayonlara getməkdə heç bir problem yoxdur. İstədiyiniz vaxt gedə bilərsiniz. Amma bir MƏSƏLƏ var ki, özünüz Bakı qeydiyyatında deyilsinizsə, martın 29-a kimi geri qayıda bilməyəcəksiniz.

Sual: Evim Bakıdadır, burda yaşayıram neçə illərdir. Qeydiyyatım filan rayonadır. ndi geri gələ bilmərəm?
Cavab: Rəsmi məlumata əsasən, şəxsən özünüz Bakı qeydiyyatında deyilsinizsə, postlarda buraxmayacaqlar.

Sual: Bəs maşınım Bakı qeydiyyatıdır (10, 90, 99) sa, yenə gələ bilmərəm? Bəs demişdilər axı...
Cavab: Bəli, özünüz şəxsən Bakı qeydiyyatı deyilsinizsə, gələ bilməzsiniz. Nömrənizin nə olması önəmli deyil

Sual: Guya postlarda bu qədər adamı bir-bir yoxlayandılar? Bəlkə şəxsiyyət vəsiqəm evdə qalıb. Hardan biləcəklər?
Cavab: ta orasını bir allah, bir də DYP bilər. Məlumatda deyilir ki, yoxlayıb buraxmayacaqlar. Gedin, deyin, nəticəni bizə də deyərsiniz. İşləsə, biz də gedək.

Sual: Bu nə diskriminasiyadır. Necə yəni Bakı qeydiyyatı olan gedə-gəzə, gələ bilər, rayon qeydiyyatı Bakıda yaşayırsa gedib gələ bilməz?
Cavab: başuuuza dönərəm. Kak nikak Bakı paytaxtdır da. Nə vaxtsa adamlar paytaxt sakini olmağın özəlliyini hiss etməlidir ya yox?🤪

Sual: Avtobuslar rayonlara daşıyacaq, heç olmasa?


Cavab: BƏLİ. Bakı Beynəlxalq Avtovağzal Kompleksindən şəhərlərarası bütün istiqamətlərə avtobus reysləri fəaliyyətini davam etdirir. Reyslərlə bağlı əlavə məlumat almaq üçün (012) 406-01-58/59 nömrəli "Məlumat Mərkəzi”nə zəng edə bilərsiniz. MARTIN 19, 20, 21-i həm region qeydiyyatı olan, həm də Bakı, Abşeron, Sumqayıt qeydiyyatlı sərnişilər rayonlara daşınacaq. #DİQQƏT edin. Mart ayının 27 28-i isə regiondan geri dönüşlər#YALNIZBakı, Abşeron Sumqayıt qeydiyyatı olan sərnişinlər üçün təşkil olunacaq.Avtovağzallaran ŞƏXSİYYƏT VƏSİQƏSİ ilə avtobusa bilet alınacaq. 29-u artıq hər şey qaydasında olacaq.

Sual: Nətər yəni e. Mənim işimi saxlamayıblar axı. Mən 25-də işdə olmalıyam. gedib valideynimi görə bilmərəm ki? Bəs onda işi niyə 29-na kimi saxlamırlar?


Cavab: Atam, indi zakon belədi də. Neyniyey? Bu suala cavabı tapsanız, mənə də yazarsınız. Əşədü ehtiyacım var bu cavaba.

Nə olur olsun, kefinizi yüksək tutun, hər şeyi olduğu kimi və təbəssümlə qarşılayın. Onda daim bayram əhvalında olacaqsınız.




İmza:

Deputatlar bu gün bir neçə qanun layihəsini müzakirə edəcək - SİYAHI

Aqil Abbas: "Ramil Səfərovun xilası prezidentimizin fəaliyyətindən qırmızı xətlə keçir" - VİDEO

İran və Azərbaycan münasibətlərinə real baxış: Körpü məsələsi...

Ramin Bayramlı: Koronavirus xəstələrinin sayı artıqca ağır xəstələrin də sayı artır

Prezident “Ağcabədi-2” elektrik yarımstansiyasının istifadəyə verilməsi mərasimində iştirak edib

İbrahim Məmmədov: Karantin qaydalarının yenidən sərtləşdirilməsi məsələsi müzakirə edilir

Azərbaycanda daha 325 nəfər koronavirusa yoluxdu, 101 nəfər sağaldı, 5 nəfər öldü

İlham Əliyevdən xəritəyə görə icra başçısına irad

Vergi ödəyicilərinə hansı güzəştlər ediləcək? - RƏSMİ AÇIQLAMA

Müharibə veteranları ilə bağlı qanunvericiliyə yeni TƏKLİF

Prezident Ağdamda “N” saylı hərbi hissədə olub

Tərtərin Xoruzlu kəndində yeni ümumtəhsil məktəbi tikiləcək

SON XƏBƏRLƏR
2020-06-04
2020-06-03


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.39%)
Pullsuz (10.61%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK