ANA SƏHİFƏ / YAZARLAR

Rusiya dağılacaq... - Emin Piri yazır

37973    |   2020-03-30 08:22
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Koronavirus, bunun əsasında paralel gedən neft hasilatının artırılması, bu qiymətlərin kəskin düşməsi Rusiyanı dağıtmaqçündür. Politoloqlar, jurnalistlər, hətta boş-bekar insanların dilindən düşməyən söhbətlərdi bunlar.

`Rusiya dağılacaq` - uşaq bağçasında gənc tərbiyəçilərimizin əsas fikirlərindən biri idi. Şorba qarışıq bu sözü də bizə yedirirdilər. O zaman hələ bir neçə il idi SSRİ dağılmışdı. Hər kəs yeni dünyanın qurulacağından bəhs edirdi.

`Rusiya bölünəcək` - məktəblərdə tarix müəllimlərimizin dərs arası gələcəkdə siyasətçi, diplomat olmaq istəyənlərlərlə söhbətinin əsas qayəsini təşkil edirdi.

`Rusiyanın yerində bir neçə dövlət yaranacaq` - tələbəliyimiz qərbdən gələn "narıncılar”ın sözlərilə keçdi. Şərqi yeni bürüyən narıncı hərəkatın anti-rus təbliğatına uymamışdıq desək, yalan olardı.

`Rusiyanı Ermənistandan çıxaracaqlar` - əsgərlik söhbətlərimizdən idi. Bir az boşluğa düşən kimi hərbi söhbətlərimizin əsasını təşkil edirdi. Sanki Rusiya tam olaraq işğal olunmuş torpaqlardan çıxacaq, bizdən üzr istəyəcək, biz isə silahlarımızı gül əvəzi tutub, siranuşların yanına gedəcəkdik.

`Nataşalar bizimçün yalvaracaq` - İşsüz-gücsüz qaqaşlar tində durub təsbeh çəkə-çəkə ağız suyu axıdaraq danışmadımı?!

`Ukrayna böhranı Rusiyanın sonunu gətirdi` - bir neçə media orqanını çıxmaqla mütəxəssislər, media-holdinqlər hər gün manşetlərini ard-arda verir. Böyük bir kütlə bunun təsirinə düşür.

Amma...

...Rusiya dağılmadı - öncə keçmiş SSRİ-nin toxumlarını saxlamaq üçün MDB quruldu.

Rusiya bölünmədi - Putinin gəlişi ilə çeçen mücahidləri daxil olmaqla hər bir azadlıq istəyən qurum, silahlı dəstə və s. pərən-pərən salındı.

Rusiyanın yerində "Qərb” heç bir dövlət qura bilmədi - qərbyönümlü hakimiyyətlər devrildi, Putin qərbyönümlü iqtidarların olduğu ölkələrdə hakimiyyəti devirə bilməsə də, separatizm yaratdı. Ömür boyunca bu "dövlətlər” ana vətənləri üçün "Damokl” qılıncı olaraq qalacaqlar. Gürcüstan (Abxaziya, Osetiya) və Ukrayna variantı bariz sübutdur.

Rusiya Ermənistandan çıxarılmadı - Əksinə, silah-sursat göndərilməsi və xüsusən əsas şirkətlərin Rusiyanın tabeçiliyinə keçməsi pik nöqtəyə çatdı.

Ukrayna böhranının Rusiyanın sonunumu gətirəcəyini düşünürdünüz. Olmadı.

Hə, neft qiymətlərinin kəskin düşməsi, iqtisadiyyatı korona bəlası ilə çökdürməklə nail olacaqlar. Dəqiq? Qardaşım, Rusiya bu gün-sabah Antarktidanın ilhaq edilməsi üçün pinqvinlərə belə pasportu verib, referundum keçirsə, heç təəcüblənməyin.

Hə, bunu deyirdim axı, Rusiya dağılacaq...




İmza:

YAZARIN ARXİVİ

SON XƏBƏRLƏR
2020-05-30
2020-05-29


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.23%)
Pullsuz (10.77%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK